QENDER NƏZƏRİYYƏSİ VƏ JURNALİSTİKA
Qadın Qədim dövrdə
Bu gün jurnalistikada mövcud olan qender nəzəriyyəsi qadınlar və kişilər arasındakı bioloji və ya
psixi fərqləri inkar etməyə cəhd etmir. Bu nəzəriyyədə sadəcə olaraq deyilir ki, bu fərqlərin mövcudluğu
o qədər də vacib deyil, vacib olan onların sosial-mədəni qiymətləndirilməsi və yozulması, eləcə də
fərqlərin əsasında hökmranlıq sisteminin qurulmasıdır. Sosial elmlərdə qender yanaşması kimi ad almış
məhfum sadəcə olaran bir terminin başqa bir termin ilə əvəz edilməsmi deyil. Bu sözün arxasında tamam
başqa metodoloji əsaslar və ənənəvi sosial elmlərin əsaslarını tənqidi şəkildə yenidən düşünmək düurur.
Bu prosesin başlanğıcında feminist nəzəriyyəsinin formalaşması və inkişafı durur.
Qender tədqiqatlarının nəzəri və metodoloji problemləri fəlsəfi fikrin inkişafının əvvəlindən
müəyyən olunub və qadınlıq /feminlik simvolik olaraq torpaq ilahəsinin qara qüvvələri ilə eyniləşdirilir
ki, bu da ağılsızdir. Yunanlar qadının uşaq doğmaq qabiliyyətini qadının təbiətin məhsuldarlığı ilə
əlaqəsi kimi qiymətləndirirdilər. Məhz antik dövrdə arxaik məhsuldarlıq kultundan rasional allahlar
kultuna keçid başlanır və sona çatır.
Rasional kişiliklə emosional qadınlıq arasındakı simvolik assosiasiya yunan fəlsəfəsində möhkəm
yer tutdu. Məsələn, b.e. əvvəl VI əsrdə yaradılmış dünyanın əsas ziddiyyətlərinin pifaqor cədvəlində
qadınlıq formalaşır, qeyri-məhdudluqla əlaqələndirilərək şərh olunurdu. Pifaqorçular dünyanı ya qayda-
qanun, ya da nizamsızlıq və xaos ilə assosiasiya olunan prinsiplərin qarışığı kimi qiymətləqdirirdilər. On
cüt kontrast (ziddiyyət) formalı və formasız, sağ və sol, aydın və aydın olmayan, kişilik və qadınlıq, işıq
və qaranlıq, xeyir və şər və sair – pifaqorçular tərəfindən elə şəkildə tərtib olunmuşdu ki, kontrastlardan
biri (və ya prinsiplərdən biri) öz müxalif tərəf-müqabilinə görə yaxşı və üstün sayılırdı.
Kişilik aktiv, determinant forma ilə, qadınlıq və passiv, xaotik materiya ilə yanaşı qoyulurdu.
Qadınlıq və təbiət ilə assosiasiya edən materiyanı qədim yunanlar rasional idrakın axtarışları zamanı
dərk edilə bilməz bir şey kimi başa düşülürdü.
Platonun artıq ilk əsərlərində ruh və bədənin, intellekt və materiyanın dualizm fikirləri var. Platon
üçün bilik xarici formaları dərk edilməz, qeyri-rasional materiyadan fikrən ayıraraq seyr etməkdir. Ruh
və bədən, rasionallıq və emosionallıq haqqında paradiqmanı yaratdı ki, bu sonradan qərb fəlsəfəsində
dominant oldu və «qadınlıqı» müəyyən mənada yaratdı (amma onu da qeyd etməliyik ki, özünün sosial-
siyasi əsərlərində Platon qadınlara qarşı münasibətdə eqalitarist kimi çıxış etdiyi üçün bəzi tədqiqatçılar
onu tarixdə ilk feminist hesab edirlər).
Aktiv yaradıcı forma və passiv inert materiyanın distinksiyası Aristotelin fəlsəfəsi üçün də
xarakterikdir. Aristotel idrak və rasionallığı aktiv kişi mənşəyi ilə, ibtidai substansiya olan xaotik
materiyanı passiv mənşəyi ilə eyniləşdirirdi. O, «Heyvanların mənşəyi haqqında» kitabında iddia edir ki,
əsil valideyn ancaq kişi ola bilər. Məhz passiv materiyanın mayalandırılması prosesində o gələcək
insanın aktiv formasını müəyyən edir, kişi ancaq passiv qab rolunu oynayır. Aristotel belə hesab edirdi
ki, qadınların ruh prinsipi olmadığına görə (Aristotelə görə ruh rasionallıqla eyniləşdirilirdi) onlar ibtidai
varlıq, impotent kişidirlər. Aristotelə görə insanların cinslərə ayrılmasının bioloji əsası yoxdur, belə ki,
insan nəslinin törəməsində buna heç bir ehtiyac yoxdur (o bunu iddia edərkən öz-özünü mayalandıran 2
cinsli heyvanların olduğuna əsaslanırdı).
Cinsi fərqlər – ontoloji prinsipdir: «yuxarı prinsip aşağıdan ayrılsa yaxşıdır. Buna görə də bu
mümkündürsə, mümkün olan yerdə kişilik qadınlıqdan ayrıdır». (1)
Forma və materiyanı, ruhu və bədəni, rasionallıq və emosionallığı, maskulinlik və feminliyi bir-
birinə qarşı qoyan müqəddəs Avqustin və Aleksandriyalı Filonun ənənəsini orta əsr fəlsəfəsində Akvinalı
Foma davam etdirir. Bizim eranın I əsrində yaşayan Aleksandriyalı Filon öz əsərlərində İncil ilə yunan
fəlsəfəsinin ideyaları elə şəkildə birləşdirir ki, maskulinliyin və feminliyin dualizmi güclənir. «Kişilik»
onun fikrincə şüurlu, rasional, ilahidir, «qadınlıq» və qadının özü isə çirkin maddi dünyanın obrazıdır.
Belə dünyanı təcəssüm edən «qadınlıq» transendental zəka sferasının əks tərəfi hesab olunur.
Filona görə əxlaqi, proqressiv hissiyatın və cismi ehtirasların dağıdıcı təsirinə ruhən üstün
gəlməkdir. Göstərilənlər qadın və «qadınlıq»la eyniləşdirildiyinə görə, bu alleqoriya əsasında qadına
üstün gəlmək üçün mübarizə baş verir.
Şüurun insana həyatının alçaq aspektləri üzərində üstün oldüğu düzgün həyatda kişilik
(maskulinlik) qadınlığı (feminliyi) əzərək bərqərar olur. Filon yazırdı ki, tərəqqi qadınlıqdan kişiliyə
doğru hərəkətdən başqa bir şey deyil, feminlik, qadın cinsi maddi, passiv, cisimli və hissiyyatlı olduğu
halda – kişilik aktiv, rasionaldır, mənəviyyat və fikir ilə daha oxşardır. Kişilik qadınlığa nisbətən daha
dominatdır və səbəbi fəaliyyətə daha yaxındır, qadınlıq isə yarımçıqdır, tabedir, passivdir; rasional
şüurlu, mənəvi-kişilikdir, qadınlıq isə irrasionaldır».
Tamamilə aydındır ki, yuxarıda göstərilən kişilik və qadınlıq haqqında fikirlər maskulinliyi və
feminliyi müəyyən etmək üçün mədəni-simvolik funksiya daşıyır ki, bu da anlayışı ierarxiyalaşdırmaq,
onların hansının o birinə nisbətən «yaxşı» və ya «pis» olduğunu müəyyən etməkdir. Bununla yanaşı belə
düşüncə tərzi qadınlıq və kişilik anlayışlarının bütün mənalarda hətta bioloji mənada da
müəyyənləşdirir. Bundan başqa qadın və kişilərin sosial statusu və hətta dünyada qadınların və
qadınlığın təhlükəsizliyi belə şəkildə müəyyən edilir. Burada 585 ilin Makedoniya Soborunu yada salmaq
yerinə düşər, burda qadını insan saymaq olarmı sualına bir səs üstünlüyü ilə müsbət cavab verildi. Orta
əsrlərdə rahiblər Y.Şprenqer və Q.İnstitorisın qəmli dərəcədə məşhur cahil, «İfritələrin çəkisi» (1487)
əsərində qadınları onların əzəl «günahkarlığına» görə əsarətdə saxlamaq və fiziki cəhətdən məhv
etməyin ədalətli olduğu isbat edən geniş sübutlar sistemi var. Şprenqer və İnstitoris iddia edirdilər ki,
qadınların allaha inamı zəifdir, və guya fe (fides latınca-inam) və munis (daha az) sözlərindən yaranan
femina sözünün etimologiyası ilə izah olunur, deməli qadınlar şeytanın toruna daha tez düşür və
dünyada şərin səbəbkarına çevrilirlər. Orta əsrlərdə «ifritələrə qarşı ov»! minlərlə qadının ölümünə səbəb
oldu, öldürülən kişi və qadınların nisbəti tədqiqatçılar tərəfindən 1:100 nisbəti kimi qiymətləndirilir.
Antik fəlsəfə rasional və təbii, maskulin və feminin kimi fərqlənmələrin mədəni simvollara
çevrilməsinin əsası qoyuldu, orta əsrlər fəlsəfəsi bu ideyaları qəbul etdi. Yeni dövrdə ruhun və cismin,
rasionallığın və təbiiliyin, dərk edilən və edilməyənin arasında olan kəskin ziddiyyətlər və polyar
müxalifləşmə haqqında baxışlar inkişaf edir. Bir çox tədqiqatçı belə hesab edir ki, məhz bu zaman
təbiliyin və cismaniliyin – assosiasiyaya görə feminliyin əzilməsi qərbi Avropa fəlsəfi sisteminin
prinsipinə çevrilir.
XVII əsrdə antik və orta əsrlərdən fərqli başqa idrak konsepsiyası formalaşmağa başlayır. Ən
ümumi halda bu fərqlər ondan ibarətdir ki, əgər antik fəlsəfədə şüurun vəzifəsi dünya haqqında
düşünmək idisə, yeni dövr elminin banisi XVII əsr filosofu Frensis Bekona görə, şüur – təbiəti ölçmək,
öyrənmək və sonunda kontrol etmək üçün bir adətdir.
Maddi aləmin özünü isə Bekon mexanikanın qanunlarına uyğun olaraq təbiəti təşkil edən model və
alətlər toplusu kimi görür. Bekon təbiəti antik mütəfəkkirlər kimi orqanizmi ilə yox, maşın ilə
analoqlaşdırır. Təbiətin belə dərk edilməsi elmin əsas xidmətinin təbiət üzərində dominantlığın, onu tabe
etməyin və istifadənin düzgün tipini tapmaq olması haqqında ideyaların yaranmasına səbəb olur. Amma
ingilis qrammatikasına görə şəxssiz isimlərin heç bir qrammatik cinsi yoxdur. Aristoteli, öz fəlsəfəsində
təbiəti «bakir və zorlanmamış» saxladığıma görə tənələyən Bekon idrak və təbiət arasında qanuni nigah
kəsməyi təklif edirdi ki, burada idrak subyektinə təbiət üzərində öz hakimiyyətini və dominantlığını
təsdiqləyən kişi rolu və işi ayırıb. Beləliklə elmin fayda olduğunu deyən antik təsəvvürləri, F.Bekon
fəlsəfəsində dəyişdirələrək «elm-qüvvədir» şəklinə salındı.
Dekart Şüur və düşüncəni Yen-Ana anlayışı ilə assosiasiyalardan «təmizləməyi», Loqosu
Sofiyadan, kişini və onun idrakı Təbiətdən ayırmağın zəruri olduğu ideyasını inkişaf etdirməyə başladı.
Kartezianlıqda təbiətdən ayrılmağın müsbət epistemoloji dəyər alması haqqında yeni maskulin idrak
nəzəriyyəsi təsdiq olundu. Bütün generativ ıə kreativ (yaradıcı və dərkedici) olanlar dünyanın qadın
cisminə deyil, Allaha, maskulin rasional Ruha aid olan yeni dünya quraşdırıldı. Təbii, maddi və cizmanı
olan hər şeyin əzilməsi ənənəsi mədəniyyətdə femin olan hər şeyin əzilməsi ilə müşayiət olunurdu. XVI-
XVII əsrlərdə dünyaya elmi baxışın yaranması və möhkəmlənməsi «ifritələrin ovlanması» adı altında
qadınların əvvəllər görünməmiş dərəcədə kütləvi şəkildə məhv edilməsi ilə müşaiyət olunurdu. Arxiv
materialların və tarixi şəhadətlərin yeni tədqiqi göstərdi ki, «cadugər» adı altında əsasən türkəçarə və
mamaçalıqla məşğul olan qadınlar ovlanırdı.
Xalq metodlarından istifadə edən bu qadınlar qadınlara doğum sayını nizama salmağa və oğuş
prosesini yüngülləşdirməyə kömək edirdilər. Doğum və seksuallığa kontrolun xalq metodlarını yaxşı
bilən bu qadınların məhvi və onların diplomlu kişi mütəxəssislər «elmi metodları» ilə əvəz edilməsi ona
səbəb oldu ki, qadın seksuallığı sərt kişi kontrolu altına qoyuldu. Yeni elmin rasional maskulin
prinsipləri qadınlıq-feminliyi əsarətə bu cür aparırdı.
Qərb fəlsəfəsinin tarixi müəyyən tarixi dövrdə, bu və ya digər şəxsin əsas ideyalarının məzmununa
görə fərqlənir. Amma, bu tarixin hər səhifəsi istənilən başqası ilə ümumi bir şeyə malikdir. Birincisi, bu
təbii, cismani, hissi hər şeyin qadın mənşəyi ilə daim əlaqələndirilməsi və ikincisi, bu anlayışların
üsullarının eksplisit təminidir.
Hətta təbiətin onun üçün əsil dəyər olduğunu söyləyən fransız maarifçisi və demokratı Can-Cak
Russo üçün də, qadın təbiətlə eyniləşdirilsə də kişi ilə müqayisədə ibtidai əxlaqlı varlıq idi. Zira, təbiət ilə
sıx əlaqəsi olmayan kişi özündə əsil insan təbiətini gücləndirmək üçün müəyyən intellektual yol
vasitəsilə özünü əsil əxlaqi varlığa çevirir («Emil»). Bununla belə Russo belə hesab edirdi ki, qadınlarla
assosiasiya olunan ehtiraslar vətəndaş cəmiyyəti üçün böyük təhlükədir. Hətta qadın-ana hissləri ilə
bağlı məziyyətlər də dövlətin düzgün funksiya etməsinə təhlükə ola bilər. İmmanuil Kant da qadınların
mental qabiliyyətlərinin daha aşağı səviyyədə olması ideyasına tərəfdar idi, bununla yanaşı belə
vəziyyəti cəmiyyətin yaşaması üçün vacib şərt sayırdı. Kant özünün «İlahi və gözəl haqqında esse»
əsərində iddia edirdi ki, abstrakt təfəkkürün azlığı qadınlarda zövq, gözəllik hissi, həssaslıq, praktiklik
kimi şeylərin inkişafına səbəb olur. Cəmiyyətin fəaliyyət göstərməsində əsas rol oynayan ailə həyatında
kişi qadının nöqsanlarını hamarlayır (tarazlayır) və harmonik bir cüt yaranır ki, burada həm kişi, həm də
qadın mənşələri qarşılıqlı şəkildə bir-birini tamamlayır. Qərb intellektual ənənəsində həmişə olduğu
kimi, burada da maskulinliyə nisbətdə qadınlıq femininlik aşağı, kəmdəyər, ikinci dərəcəli statusu
verilib.
Hegel də qadınları və onlarla bağlı varlıq və idrak formalarını vətəndah cəmiyyəti və əxlaqı
sahəsindən kənara atırdı. Hegel iddia edirdi ki, ailədə olan münasibətlər özəl xarakter daşıyaraq,
müəyyən kişi və müəyyən uşağa qarşı yönəldilir ki, bu münasibətlər də etik sferaya daxil deyil.
Qadınlardan fərqli olaraq kişilərin «universallıq» və «etiklik» üçün işlədikləri əlavə aktivlik sferaları var.
Kişilər üçün ailə münasibətləri özəl səviyyədə qalır və onlara öz etik həyatlarını qurban vermək lazım
gəlmir. Qadın isə etik həyata, Ailə, Ər və Uşaqlara xidmət prinsipini öz konkret ər və uşaqları ilə
münasibətlərini dəyişməklə qoşula bilər.
Ancaq bu, kişi (universal idrakı ilə qadın) ailə idrakı arasında ixtilafa səbəb olur.
Beləliklə, femininlik vətəndaş cəmiyyəti üçün təhlükəyə çevrilir və buna görə də boğulmalı və özəl
sferaya sıxışdırılmalıdır.
Hegelin feminliyə baxışı Russoda olduğu kimi ikilidir. Bir tərəfdən qadınların və ona aid olanların
sosial-mədəni sahədən çıxarılmasının rapsionallaşdırılmasıdır. “Hüququn fəlsəfəsi”ndə Hegel yazırdı ki,
qadınlar kişilərdən bitkilər heyvanlardan fərqləndiyi kimi fərqlənir. Onların inkişafına rəhbərlik edən
prinsip universallığın dərk edilməsi deyil – hissiyyatdır, buna görə də Hegel belə hesab edirdi ki,
femininlik vətəndaş cəmiyyəti üçün təhlükədir. Digər tərəfdən isə aşağı səviyyəli qadın dünyasının
mövcudluğu vətəndaş cəmiyyətinin vacib tərkib hissəsidir, ona görə ki, bu dünya kişilərə özünüdərk
edən etik varlıq kimi inkişaf etməyə imkan verir. Bu ikililiyin nəticəsi feminliyin boğulması özəl (aşağı)
səviyyəyə sıxışdırılması ideyasıdır.
Yuxarıda göstərilən prinsiplərin dominantlığına baxmayaraq XVIII əsrdən başlayaraq qərb
fəlsəfəsində qender differensiasiyası prinsipinə qarşı yeni baxışları meydana gəldi. Mədəni idealın
maskulin və feminliyi ontoloji prinsiplərinin birləşməsi olduğu, qadın və kişilərin cəmiyyətdə
bərabərhüquqlu olması isə sosial norma olması haqqında ideyalar yaranmağa başladı. Belə yanaşmanın
yaranması əsasən maarifçi və sosialist ideyaların yayılması, liberal fəlsəfənin və vətəndaş hüquqları
konsepsiyasının inkişafı, eləcə də bütün Avropanı bürümüş burcua-demokratik inkişafları dalğası ilə
əlaqədardır. Fəlsəfədə qadın və kişilərin hüquq bərabərliyi anlayışı ən çox fransız utopik sosialistləri Sen-
Simon və Furyenin əsərlərində inkişaf etdirilib.
F.Engels bu məsələyə daha çox diqqət verib. O, məşhur «Ailənin, xüsusi mülkiyyətin və dövlətin
mənşəyi» əsərində qadınların diskriminasiyasının tarixini və sosial-iqtisadi əsaslarının sinfi mövqedən
analizini çox müfəssəl şəkildə şərh etmişdir.
Engels qadınların diskriminasiyasının yaranması və mövcudluğunun əsas səbəbini xüsusi
mülkiyyətin kişilərin əlində cəmləşdirilməsində görürdü. Engelsin fikrincə, mülkiyyət təkcə qadınların
deyil, həm də ona malik olmayan kişilərin (yəni proletariatın) da əzilməsi üçün əsasdır. Başqa sözlə,
qadınların dikriminasiyası antaqonist sinifli cəmiyyətdə insnaın əzilməsi prosesinin təsadüfi hadisəsi
kimi təsvir olunub ki, ondan qurtulmağın yolu ancaq inqilab və sosializmin qurulmasııdır.
Cəmiyyətin sosial-cinsi (müasir terminologiyaya görə qender) stratifikasiyasının ideyası Engelsin
ailənin mənşəyi haqqında tədqiqatında eksplisitiv şəkildə mövcud idi və eləcə də kölgədə qaldı. Bunu bir
qədər diqqətlə araşdıraq. Məsələn, Engels etnoqraf Morqan və Bahofenin əsərlərinə istinad edərək yazır
ki, ibtidai cəmiyyətdə cinslərin sosial bərabərliyi mövcud olub və nəsil ana xətti ilə hesablanıb. Amma
xüsusi mülkiyyətin yaranması cinslər arasında əmək bölgüsunə, kişinin rəhbərliyi altında patriarxal
monoqam ailənin yaranmasına, qadınların kişilərdən iqtisadi cəhətdən asılılığına və sonunda «qadın
cinsinin ümumdünya tarixi məğlubiyyətinə» gətirib çıxartdı.
Məhəbbət fəlsəfəsinin üçüncü cərəyanı ortodoksal ilahiyyatçı cərəyanıdır ki, Pavel Florenski,
Sergey Bulqakov, İvan İlyin kimi adlarla təmsil olunub. Onlar üçün məhəbbət Allah idi, amma Eros yox,
«caritas» – məhəbbət, şəfqət, rəhmdillik, ənənəvi olaraq bu keyfiyyətlər qadın mənşəyi ilə eyniləşdirilirdi.
Bu mütəfəkirlərdə ilahilik və femininlik oxşar mədəni simvollar kimi qiymətləndirilir.
Freydin nəzəriyyəsi qadın və kişilərin seksuallığı haqqında baxışların inkişafına dərin təsir
göstərdi. Bu təkcə psixologiyaya yox, həmçinin XX əsrin bütün sosial və humanist biliklərinə də təsir
göstərdi.
Yəqin ki, Freydin qadına baxışı onun bioloji cəhətdən kəmdəyər olması postulatına əsaslanır, Freyd
bundan nəticə çıxararaq belə hesab edir ki, qadının kişiyə paxıllığı onun psixi xüsusiyyətlərini
formalaşdıran mexanizmdir. Bu mexanizm daxili psixi prosesləri elə yönəldir ki, Freydə görə qadınlar
üçün üç mümkün yol qalır – isteriya, kişiyə bənzərlik və «normal» qadınlıq, sonuncuda qadının
maraqları yataq otağı, uşaq otağı və mətbəx arasındakı dünyada məhdudlaşmalıdır. Məlum olduğu kimi,
Freyd öz konsepsiyasını klinik praktika üzərində qururdu – onun pasiyentləri ailədə olan əsarətli,
hüquqsuz vəziyyət nəticəində həqiqətəndə psixi stress keçirən orta sinif qadınları idi. Freydin baxışları
təkcə psixologiyanın deyil, həm də XX əsr Avropa mədəniyyətinin də inkişafına səbəb olmuşdur.
Sovet dövründə Freydi daim «burcua» və mürtəce mütəfəkkiri kimi tənqid edilməsinə
baxmayaraq, milli nəzəri və praktiki psixologiya bu vaxta qədər onun baxış və qiymətlərinin təsiri
altındadır.
Cinsin, əmək bölgüsünün və sosial rolların differensiallaşmasının cinsi əlamətlər əsasında sosial
aspektdə tədqiqi artıq çoxdan sosiologiyanın ənənəvi mövzusu olmuşdur.
Hələ Emil Dyurkheym özünün XX əsrin əvvəlində çap olunmuş «İctimai əməyin bölüşdürülməsi»
və «İntihar» əsərlərində cinslərin sosial problemlərinə və cinsi rollara toxunurdu. O, ilk olaraq belə bir
fakta fikir vermişdi ki, müxtəlif nigah statusu olan qadınlar və kişilər arasında intihar və psixi xəstəlik
sayı fərqlidir, subay və boşanmış kişilər arasında intihar sayı eyni vəziyyətdə olan qadınlar arasında olan
intihar etmişlərin sayından yüksəkdir.
Qadın və kişi rollarının strukturuna aid ilk jurnalist konsepsiyasının Amerika alimi Talkott Parsons
irəli sürmüşdür, amma onun nəzəriyyəsində konsepsiya struktur funksionalizmin ümumnəzəri
quruluşuna illustrasiya xarakteri daşıyır. Parsonsa görə cəmiyyət həmişə dinamik tarazlıq və sabitliyə
can atır. Sosial strukturun ayrı-ayrı elementləri bütün sistemin sabitliyi, inteqrasiyası və inkişafını
saxlamaq üçün funksional fəaliyyət göstərirlər. Onlar sosial konfliktləri və ziddiyyətləri xəstəlik kimi
qiymətləndirir, ziddiyyətlərin yaranmasına səbəb olan faktorlara isə cəmiyyətin həyatında disfunksional
hadisə kimi baxırlar.
Parsons belə hesab edirdi ki, sosioloqların vəzifəsi cəmiyyəti və onun elementlərinin sabitliyini
saxlamaq üçün sosial mexanizmlərin aşkara çıxarılması, yəni sosial terapiyadır. Başqa sözlə,
funksionalizm naməlum «işlərin hansı vəziyyətdə olduğu onu göstərir ki, işlər bu vəziyətdə olmalıdır»
fikri təşkil edir.
Amerika cəmiyətini öz tədqiqatları üçün əsas obyekt seçən Parsons məhz bu mövqedən öz
analizlərini həyata keçirir. Bu, ümumiyyətlə, əvvəldən empirik və tətbiqi fənn kimi formalaşmış
çərçivəsində olduğu cəmiyyətin tədqiqinə yönəldilmiş Amerika sosiologiyasının xarakterik
xüsusiyyətidir.
Qadınlar üçün vaxib olan «öz ərinin arvadı, onun uşaqlarının anası və təsərrüfatının idarə
olunmasına cavabdeh şəxs statusu» olmalıdır. Dominant qadın rollarına arvad, ana, evdar qadın rolları
daxildir, kişinin sosial nüfuzlu professional fəaliyyəti onun ailədə rəhbər olmasını müəyyən edir. Parsons
tərəfindən psevdoməşğuliyyət adlandırılan qadın ev əməyi isə onu tabe vəziyyətini təsdiqləyir. Rolların
belə bölüşdürülməsini Parson ər və arvad arasında hakimiyyət, status, nüfuz uğrunda mümkün ola
biləcək və nigah – ailə üçün dağıdıcı yarışın qabağını almaq üçün bir mexanizm kimi qiymətləndirir. Və
onu funksional elan edir.
Parsons iddia edir ki, əgər ərli qadının işi «karyera» deyil, sadəcə «məşğuliyyət» olub ailə
büdcəsinə çox az gəlir gətirirsə, və ya “kişi ilə yarışdan” çox uzaqda durursa və kişinin özünəhörmətinin
iqtisadi əsaslarını sarsıtmırsa, belə işin evliliyə mənfi təsiri olmaz. Bununla belə o hesab edir ki, hətta belə
olduqda da qadın işi nigahın stabilliyni azaldır.
Parsonsa görə ər-arvad arasında rolların bölüşdürülməsi ailənin stabil saxlamaq effektindən başqa
daha bir funksiyanı yerinə yetirir. İş ondadır ki, Freyd tərəfindən təsvir olunmuş insest tabusunu və Edip
kompleksini Parsons uşağı cəmiyyətə və mədəniyyətə cəlb eləmək universal, psixi mexanizm hesab edir.
Yadınıza salaq ki, Freydə görə insest tabusu «uşağı (oğlan) öz anasına qarşı həvəslənməkdən» qoruyur və
onu istiqamətləndirərək uşağı atanın avtoritenini tanınması zərurəti qarşısnıda qoyur, çünki Freydə görə
ata sosial normaların əsas aparıcısıdır. Eyni funksiyaları yerinə yetirən sosial mexanizm isə Parsonsa görə
ailədə rolların bölüşdürülməsidir. Kişinin dəqiq liderliyi uşağı ananın həddən artıq emosional təsirindən
azad edir ki, bu da onun kişiləşməsi üçün vacibdir. Gördüyümüz kimi, söhbət həmişə ancaq oğlan
uşağından gedir. Ona görə ki, insest tabusu qızlara aid deyil. Araşdırdığımız nəzəriyyələr fənn
müxtəlifliyinə baxmayaraq, onlarda ümumi əsas biodeterminizm üzərində qurulur. Qadın və kişilərin
arasında olan bioloji fərq faktı təbii dəlil kimi qəbul olunur və bütün sonrakı psixoloji, sosioloji və fəlsəfi
nəzəriyyələr sadəcə olaraq bu fərqləri təsvir edir və onlara haqq qazandırır.
KİV-də qender problematikasının tədqiqat metodlarına tarixi prizmada baxırlar. Müasir qadınları
həm dünya, həm də Azərbaycan klassikasından olan tarixi personaclarla müqayisə edilər.
İslam dini və qadın
Azərbaycanın tarixi İslam tarixi ilə qırılmaz şəkildə bağlıdır. Rəvayətə görə Peyğəmbər Həzrəti
Məhəmməd hər dəfə müharibəyə gedən zaman püşk ataraq arvadlarından birini özü ilə götürürdü.
Məsələn Bəni-Müstələq döyüşündə Peyğəmbərimizin zövcəsi Ayişə iştirak etmişdir. Bu müharibələrdə
onun tərəfdarlarının da arvadları iştirak edirdilər. Onların əsas vəzifəsi tibbi xidmət göstərmək, qida
hazırlamaq və silahları qorumaq idi. Müharibə və cihad qadılar üçün «vacib» sayılmasa da, bəzi
müsəlman qadınlar döyüş meydanında qəhrəmanlıq göstərirdilər.
Peyğəmbər Həzrət Məhəmməd (s) Xeybər müharibəsinə yola düşərkən Bəm-Qaffar tayfasının
qadınları ona müraciət edərək yaralılara yardım göstərmək üçün orduya qəbul edilməklərini xahiş
etmişdilər. Peyğəmbərin razılığı ilə bu qadınlar ordu ilə birlikdə müharibəyə yolu düşdülər. Xeybər
qalası alındıqdan sonra Peyğəmbər qadınları unutmadı və qənimət bölünən zaman onlara kişi
döyüşçülərin payına bərabər pay verdi. Qadınlardan biri bu döyüşdə qazandığı boyunbağını qiymətli bir
yadigar kimi ömür boyu saxlamışdır (bax: İbn Heyşəm «Siratül-Nəbavi»yə (Peyğəmbərin həyatı)).
Peyğəmbərin Kəb Ənsarı Nəsibə adlı tərəfdarlarından biri də müharibələrdə döyüşçü kimi iştirak
etmişdir.
Qeyd etmək lazımdır ki, Peyğəmbər Həzrəti Məhəmmədin (s) ölümündən sonra müsəlman
qadınlarının müharibələrdə iştirakı azalmır. 636 ildə bizanslılar və müsəlmanlar arasında baş vermiş
Yərmuk döyüşündə üstünlük əvvəl bizanslıların əlində idi. Müsəlman döyüşçülərinin bir qismi qaçmağa
məcbur oldu. Bu zaman gürzlə silahlanmış Ümmi-Həbib adlı qadın bir dəstə silahlı qadınlarla düşmənə
hücum etdi. Cəsur müsəlman qadınların bu hərəkəti qaçan döyüşçüləri utandırır və ruhlandırır, onlar
döyüş meydanına qayıdaraq düşməni qovurlar. Bu döyüşdə Yezidin qızı Əsma bizanslını öldürmüşdü.
Ümmi-Həkim Mahrumiyyə çadır dayabı ilə silahlanaraq yeddi düşməni məhv etmişdi.
Bəni-Qaffar nəslindən olan Leyla adlı qadın hələ Peyğəmbərin sağlığında döyüşlərdə iştirak edirdi.
30 il sonra o İmam Əlinin odusunun tərkibində Camal döyüşündə iştirak etmişdi. Həzrət Əlinin apardığı
Camal və Sifleyn müharibələridə kifayət qədər çox qadın iştirak edirdi (məsələn Ümmi-Zərihul-Əbdiyyə,
Baqarey-Hilaliyyə və s.).
İmam Əli Camal döyüşündən sonra Bəni-Əbdül-Qeysə nəslindən olan 70 qadına kişi paltarı
geyinərək əsir qadınları şəhərə qədər müşayiət etməyi əmr etmişdi. Bu onları qadın zənn edən
«müsəlmanların anası» Aişəni narahat edir, lakin işin nə yerdə olduğunu biləndə sakitləşir (bax: Yaqubi
«Taix» Şeyx Müfid «İrşad»).
Hicrinin ilk əsrində bir çox cəsur qadınlar təhlükəsizlik və kontrol sahəsində xidmət edirdilər. Belə
qadınlardan biri Nüfeylin qızı Səmra Əsədiyyə çadra örtərək bazarda moizə oxuyur və ticarətdə xalqı
aldadanları qamçı ilə cəzalandırırdı. Rəvayətə görə Peyğəmbər Həzrət Məhəmməd (s) dindar və cəsur bir
qadın olan Şəfa Abdullah qızını bazar rəisi təyin etmişdir. xəlifə Ömərin dövründə Şəfa hələ bu vəzifəni
aparmaqda idi. (bax: İbn Əbdülbarr «Ər-İstiab»).
Bəzi müsəlman qadınlar, hərbi işi öyrənərək, döyüş taktikasına mükəmməl yiyələnib kiçik
dəstələrə rəhbərlik edə bilirdilər. İran Sasanilərinə qarşı müharibədə Muqeyrə ibn Şöbə hərbi rəis olub.
Bu döyüşdə bir çox qadınlar kişilərə kömək edirdilər. Döyüşün ən şiddətli vaxtında sasanilər
müsəlmanlara arxadan zərbə vurmaq qərarına gəldilər. Ərda Haris qızı düşmənin bu taktikasını başa
düşərək qadınlarla məsləhətləşir və operativ qərar qəbul edir. qadınlar baş örtüklərini nizələrin başına
bağlayaraq uzaqdan yavaş-yavaş döyüş meydanına yaxınlaşmağa başladılar. Təpəliyin arxasından
yellənən yaylıqları bayraqlara bənzədən sasanilər elə zənn etdilər ki, müsəlmanların köməyinə yeni
dəstələr gəlir. Qorxuya düşmüş düşmən özünü itirir və məğlub olur. Beləliklə, Əzdanın hərbi hiyləsi
müsəlmanların qələbəsinə səbəb olur.
İslam dini qadınların ədəbi qabiliyyətlərin inkişafı üçün şərait yaratmışdır. İslamın yarandığı ilk
illərdən müsəlman qadınlar, xüsusən Qureyş qadınları arasında çoxlu bacarıqlı natiq talantlı yazıçı və
şairə var idi. Onların tarixi hadisələri əks etdirən yazdığı müxtəlif hədislər, şerlər əvəzsiz ədəbi
əsərlərində aydın məntiq, güclü emosiyalar, hadisələrə original baxış, müxtəlif siyasi ifadə vasitələri
müşahidə olunur.
Peyğəmbər və İmam Əlinin tərəfdarları arasında Qüreyş nəslindən olmayan, amma poetik talantı
olan qadınlar da var idi. Məsələn Əbuzərir arvadı Ümmi-zar, Hüseyn, ibn Sabitin qızı Əbuzərin arvadı
Ümmi-Zar, Hüseyn ibn Sabitin qızı Səbiyə, Əsvadın qızı Ümbül Heysəm, Bakarei-Hilaliyyə və başqaları.
Hieri tarixin ilk əsrində bir çox müsəlman qadınlar yazıb oxuya bilirdilər və Quranın və duaların
mətnlərinin köçürülməsi ilə məşğul olurdular. Peymğəmbərin müasiri olan Şəa Abdullah qızı duaları
yaza bilirdi və Xəlifə Ömərin qızı Hafizəyə ozuyub yazmaq öyrətmişdi.
Müxtəlif dini mətnlərdə Peyğəmbər və 12 imam haqqında qadınlar tərəfindən yazılmış hədislərə
rast gəlmək olar. Hədis danışanların adı və yaradıcılığından bəhs edən kitablarda 1500 hədis danışan
qadının adı çəkilir. Şeyx Tuy tərəfindən yazılmış hədis kitabında 6424 hadisçidən 62-si qadındır.
Peyğəmbərin qızı Fatimeyi-Zəhra (ə), Peyğəmğərin zövcələri: Aişə, Ümu-Səlimə, Zeynəb və Sudə;
Aişənin bacıları Əsma; İmam Əlinin (ə) arvadı Əsma, Üveys qızı İmam Əlinin (ə) bacısı Ümmi-Xani,
Fatimeyi-Zəhranın (ə) xidmətçisi Fizzə, Abdullah ibn Məsudun arvadı Zeynəb, Ümbül Həsən Naciyə,
Ümm-Ruman, Ümmin-Atiyə, Hisniyyə Ümmi-İshad, İmam Cəfər Sadiqin kənizi Seyda, Gülsüm, Kerxiya,
İmam Əli Naqanın (ə) qızı Hakimə və b.
Danışılan hədislərin sayına görə bu qadınlar arasında birinci yeri «Ümmil-möminin» Aişə durur.
Kitablarda onun söylədiyi 2208 (və ya 2210) hədisəyə rast gəlmək olar.
Bütün İslam tarixi boyu müsəlman qadınlar təsərrüfatla məşğul olublar.
İlk müsəlman qadınlar arasında kosmetoloqluq, həkimlik, kulinariya, dərzilik, dekorativ tikmə
kimi sənətlər geniş yayılmışdı. Rəvayətə görə kosmetoloq kimi fəaliyyət göstərən Ümmi-Rəhlə Qüşeyriya
Peyğəmbər Həzrət Məhəmmədin (ə) yanına gələrək baş əyir ıə ona müraciət edərək deyir: «Ey Allahın
Elçisi, mən məşşatəlik ilə məşğul olaraq qadınları bəzəyirəm ki, onlar öz ərlərinin xoşuna gəlsinlər. Əgər
bu dinimizin qanunlarına ziddirsə, mən daha bununla məşğul olmaram». Peyğəmbər qadına cavab verir:
«Ümmi Rəhya, qadıları bəzəməkdə davam et, qoy onlar öz ərlərinin xoşuna gəlsinlər» (bax: «Nizamül-
hüküməti-navabiyə (Peyğəmbərin idarə sistemi).
Başqa bir hədisdə deyilir ki, Mədinə şəhərində kosmetologiya ilə məşğul olan Ümmi-Ətiyyə və
Ümmi Həbibə adlı 2 bacı Peyğəmbər Həzrət Məhəmmədə (s) müraciət edərək öz işlərini davam etdirmək
üçün icazə istəyirlər. Peyğəmbər icazə verir və hətta Ümmi-Ətiyyəyə bir neçə qiymətli məsləhət verir:
«Qadınların üzünü parça ilə silmə, belə ki, parça üzün təravətini korlayır» (bax: Təbrizi «Makarimur-
əxlaq»).
İslam tarixindən məlumdur ki, qadınlar həmişə dini hökmlərin öyrənilməsi və tədqiqinə böyük
maraq göstəriblər və mömün adamlar onları bu işə həvəsləndirirdilər.
Peyğəmbər Həzrəti Məhəmmədin (s) arvadları və qızları qadınlara müsəlman qanunlarını izah
etməklə bu sahədə yığılıb qalmış çətinlikləri həll edirdilər. Qadınlar daha çox «ümmi-mömin» Aişəyə
müraciət edirdilər. Tarixi mənbələrdən məlumdur ki, hətta kişilər də ona müraciət edərək öz suallarına
cavab tapa bilirdilər.
Aişənin bacısı oğlu onun haqqında yazırdı: «Mən Aişənin poeziya sahəsində biliyinə
təəccüblənmirəm, ona görə ki, o Əbu-Bəkrin qızıdı. Fiqh sahəsində bilikləri məni təəccübləndirmir, çünki
o peyğəmbərin arvadıdır. Məni onun tibb sahəsində bilikləri heyran edir, çünki mən onun, onları
haradan əldə etdiyini bilmirəm».
Tarixçilər hicrətin ilk əsrində fiqh elmi və tarixi sahəsində qadınların rolundan danışarkən
Peyğəmbərin zövcələri Aişə və Ümmi-Səlimənin, eləcə də Ümmi-Səlimənin qızı (Peyğəmbərin ögey qızı)
Zeynəbi və Əbubəkir qızı Əsmanın adını çəkirlər. Fatimə məktəbində dərs almış Ümmi-Eyman, Fizzə və
Əsma Umeys qızı dini məsələlərdə müstəqil mövqeyə malik idilər. Tarixi kitablarda məlumat var ki,
Ümmi-Əbd və Ümmi-Vərəqə kimi ilahiyyat elminə vurğun qadınlar icma namazına rəhbərlik edirdilər.
İslamın bəzi məşhur alimləri qadınlardan dərs alır, bundan nəinki utanır, hətta bununla fəxr
edirdilər. Hədislər üzrə alim İbn Cövzi öz müəllimi olan Şehda adlı qadına çoxlu hədis həsr etmişdir.
Hədislərin, tarixin və terminlərin təfsiri üzrə böyük mütəxəssis sayılan Əllamə Süyüti yazırdı ki, bir çox
elmlər üzrə onun müəllimləri qadınlar olub.
Bununla belə qeyd etmək lazımdır ki, İslam aləmində uzun əsrlər boyu qadınlara hakim olmaq,
hökm çıxartmaq, başqalarına müctəhidlik etməyə icazə verməyə icazə verilmirdi. Şafii, maliki və zeydi
təriqətlərinə görə «qadın» qazi olub, hökm çıxarda bilməzdi. Hənəfi fiqh məktəbində isə qadınlara ancaq
onların şahidliyinin qəbul edildiyi işlərdə qazilik etməyə icazə verilirdi (məsələn, əmlakla bağlı məhkəmə
işlərində). Qadınların şahidliyinin qəbul edilmədiyi məhkəmə işlərində, (məsələn, qisas, zorakılıq,
cinayətin ağırlığına görə hökm çıxartmaq və s.) qadın hakim ola bilməzdi.
Orta əsrlərdən bizə bir sıra rituallar gəlib çatıb. Bəy və gəlin üzüklərini taxanda, bəyin qardaşı və
ya başqa qohumu gəlinin belinə qırmızı bafta bağlayaraq deyir: «Anam-bacım qız gəlin, əl-ayağı düz
gəlin, yeddi oğul istərəm, bircə dənə qız, gəlin». Adama elə gəlir ki, bu qədim deyim bizim dövrümüzdə
də toyun bəzəyi olmalıdır. Amma bu günün reallığı bu qədim deyimi təhlükəli mənalandırır: cinsə görə
selektiv seçici abortların sayını artıb. Selektriv abort onunla dəhşətlidir ki, texniki tərəqi amoral olan bir
seçimə imkan verərək cinayətə çevrilir. Ona görə ki, ultrasəs diaqnostikası uşağın cinsini o zaman
müəyyən edir ki, qanun belə müddətli hamiləliyi pozmağı qadağan edir (əlbəttə, əgər bunun ananın
həyatı və sağlamlığına təhlükə yoxdursa).
«Yeddi oğul istərəm, bircə dənə qız gəlin» qender filmi çox kəskin alındı, ona görə ki, seleksiyanın
reallığı tamamilə dərk edilmirdi. Həqiqətin güzgüsünə baxıb öz-özünü, dostunu, qonşunu görmək çox
çətindir. Təbiidir ki, film kişi tamaşaçıların adekvat gur reaksiyasına səbəb oldu. Sosial status, intellektual
səviyyə, tutduğu vəzifədən asılı olmayaraq ilk impuls psixoloji uşaqlaşma oldu.
Film 2002-ci ilin payızında Bakıda keçirilən «Şərq-Qərb» beynəlxalq festivalında göstərildi.
Baxışdan sonra keçirilən müzakirələrdə çıxış edən məşhur rejissor müharibə vaxtı oğlan uşaqlarının
doğum sayının artdığını deyən alimlərə istinad edərək xeyirli «özünü qoruma instinktininə təzyiq
göstərməməyə, əksinə ona qulaq asmağa» çağırırdı. Dünya müharibələrinin səbəbi iqtsiadiyyat və din
deyil, kişi anlayışları, hakimiyyətə patoloji can atma və kişi özünütəsdiqinin aqressiv formasıdır. Hərbi
dövrdə oğlan uşaqlarının daha çox doğulması –təkamül fakorudur və tənzimlənməyə uymur. Dərk
edilən seleksiya isə amoraldır. Bu gün «instinklərin» qorunmasına yox, mənəviyyatın yüksəlməsinə
çalışmaq lazımdır – axı biz XXI əsrdəyik.
Rejissor kuluarda mənə yaxınlaşaraq öz mövqeyini çox qarışıq şəkildə izah etməyə başladı. Dedi ki,
onun arvadı bir-birinin ardınca onun üçün qız doğanda onun heysiyyətinə çox toxunub. Lakin, sonra o
sakitləşib «dərk edib» və qızlarını çox sevir.
Çox maraqlıdır ki, bədnam «qadın məntiqi» danlayanda nəyi nəzərdə tuturlar?
Bu da başqa bir nəzər nöqtəsi – «Exo» qəzetində məşhur alim Eldar İsmayılovun məqaləsi çap
olundu. Bu ilin yayında mən Amerikadan olan elmi təşkilatın Rusiyada tarixçi tələbələr üçün təşkil etdiyi
seminarın işində natiq qismində iştirak etməyə dəvət olundum. Dərs günlərinin birinin sonunda çox
hörmət etdiyim beynəlxalq donor təşkilatının keçmiş sovet respublikaları olan Azərbaycan və
Tacikistanda qender probleminin vəziyyəti haqqında 2 sənədli filmə baxmağı təklif etdilər.
Tacik versiyası qadınların narkobiznesdə iştirakı məsələsinə toxunurdu. Söhbət cinayətkar, bir neçə
cəlb olunmuş və cəzasını almış tacik qadınlarının qəmli taleyindən gedirdi. Film çox nəsihətverici idi,
həbsxanada çəkilmiş və müşahidə obyekti dərin peşmançılıq keçirən qadınlar idi. Filmin təbliğatçı
xarakteri açıq-aşkar idi. O təkcə qadınların narkobiznesdə iştirakına deyil, ümumiyyətlə narkobiznesə
qarşı idi. Belə filmi təkcə Tacikistanda deyil, keçmiş SSRİ-nin başqa respublikalarında, Avropa və ABŞ
daxil olmaqla dünyanın bir çox ölkələrində – çəkmək olardı. Hər halda tamaşaçıda qadınların narkotik və
milli mentalitetdən doğduğu təsəvvürü yaranmır.
Növbəti film bizim idi, bizim ustalarımız tərəfindən çəkilmişdi və elə bil ki, sırf milli, tipik
Azərbaycan mövzusu idi. Hər halda filmin yaradıcılarının fikri belə idi. Filmin əsas ideyası onda idi ki,
azərbaycanlı ailəsində qızın doğulması onun başçısı üçün faciədir.
Bunun bütün Azərbaycan cəmiyyəti üçün ümumi olduğu aşkardır. Bu mövzuda müsahibə verən
qadınların hamısı səs-səsə verərək qızların doğulmasının onlar üçün necə faciəli nəticələr verdiyini
bildirirlər.
Bəli, bizim kişilər ailədə oğlan uşağının doğulması xəbərini böyük entuziazm ilə qarşılayırlar. Qız
uşağı doğulanda bu heç də qəzəb hissi ilə müşayiət olunmur. Əlbəttə ailədə ancaq qızlar doğulanda
bəzən məyusluq hissi olur. Amma filmdə göstərilmiş bu hadisə Azərbaycan mentalitetinin
dərinliklərində olan qadına nifrət sindromunun adi halı kimi qiymət almamalıdır.
Halbuki, filmin yaradıcıları istər-istməz məhz bu fikri tamaşaçılara aşılamaq istəyirlər. Mən
M.Lomonosov adına Moskva Universitetinin tələbəsi olarkən, azərbaycanlı tələbələrin yığıncağında
müzakirə olunan bir məsələ yadıma düşdü: “Bir cənub şəhərində” filmini ümumittifaq tamaşaçılarına
göstərməyə dəyər ya yox. Axı film patriarxallığın təzahürləri və həyatımızın geri qalması haqqında idi.
Bu bizim xalqı gözdən salmaz ki? Xeyir gözdən salmadı, çünki film həyati idi. Bizi pərt edən sücet isə
filmdə, təmiz, tərbiyəli, tam sivil insanların sağlam münasibətləri fonunda baş verirdi.
Əlimizdə olan filmdə isə ancaq qara tonlar mövcud idi. Heç bir əsası olmadan xalqın gözdən
salınması açıq-aşkar idi. Bəli bizim respublikada problemlər çoxdur. Onlar haqqında danışmaq və açıq
yazmaq, bu mövzuda bədii və sənədli filmlər yaratmaq lazımdır. Amma bizə bizi nadan, geridə qalmış
adam kimi göstərən qondarma sücetlər lazım deyil.
Film haqqında daha bir rəy: jurnalist Mila Fərəcullayeva qeyd edir ki, bu filmə baxış zamanı ondan
bir komanda üzvü kimi tez-tez soruşurlarmış: «Bu filmin televiziya ilə translaysiyası zamanı
problemləriniz olmadı ki?» Yox deyə cavab verirəm. Və bu bizim yerli fenomendir. Bir tərəfdən qender
qeyri-bərbarəliyi çox pis dərk olunur. Digər tərəfdən isə qender üzrə yazılmış yaxşı məqalələrin çapı ilə,
mövzu üzrə rolik və filmlərin, televiziya verilişlərinin translyasiyası ilə problem yaranmır. Əksinə
telekanallar böyük ictimai resonans yaradacaq süceti efirə böyük həvəslə buraxırlar. Bu reytinq və reklam
axınıdır – hər şeyi normaldır. Çap KİV-də qender üzrə məqalələrin sayının minimal olması başqa
məsələdir. Bir dəfə müxtəlif qeyri hökumət ictimai təşkilatlarının qender tematikası üzrə tədbirlərini
daim işıqlandıran jurnalist qız mənim «qender» nə olduğunu bilirsənmi?- sualıma səmimi cavab verdi:
«Doğrusunu desəm, Mila xanım, mən bilmirəm».
Qender bizim jurnalistlərin çoxu tərəfindən «qadın» məsələsi kimi başa düşülür. «Kişilərin
diskriminasiyası» kimi qender məsələləri hüquqi profilli qender-ekspertlərdən başqa çox az adama
məlumdur. Buna görə də hətta doğma redaksiyada məndən tez-tez soruşurlar «Yenə də qenderə aid
məqalə verirsən? Axı bizim həftəlik «Femina» əlavəmiz çıxır!» Mən isə özümü çox zəhlətökən hiss edərək
100-cü dəfə izah edirdim ki, mətbəx, moda, «qısqanclıq» və «necə ərə getmək» haqqında düşüncələr
oxucu marağına səbəb olur, amma bu qender deyil. Onda qender nədir – deyə redaktor müavini 100-cü
dəfə məndən soruşur və cavab gözləmədən məqaləni təsdiqləyir.
Qeyri-müsəlman ölkələrində tez-tez soruşurlar: qızlara və qadınlara ədalətsiz münasibət Qurandan
gəlir? Əlbəttə ki, yox, Quranda mahiyyətcə qender olan çoxlu proqressiv fikirlər var. Amma hüquqi və
davranış normalarının toplusu olan şəriət də var və belə hesab olunur ki, onlar Qurana əsaslanır. Bəzi
şeylər əsaslanıb, çoxusu isə yox. Şəriət tarixi olaraq bir çox ilahiyyatçı və sxolast nəslinin kollektiv işinin
nəticəsidir, heç cürə vahid Allah kitabı deyil.
Şəriət dinin dövlətdən ayrı olmadığı ölkələrdə müsəlmanların həyatına çox dərindən daxil
olmuşdur. Və son illər dünya islam ekstremizmi ilə üzləşdi ki, Quranın ruhundan deyil, müasir insanın
heç cürə qəbul edə bilməyəcəyi şəriət doqmalarından faydalanır. Hətta vəhabilərin islama istinad edərək
haqq qazandırdıqları bədnam «cihad» Quranda «özündə olan ancaq şeylə mübarizə» kimi izah olunur. O
ki, qaldı keçmiş SSRİ-nin müsəlman xalqlarına onlar xristianlardan daha çox savadlı din xadimlərindən,
ilahiyyatçılardan məhrum idilər.
Bu da savadsız, ərəb dilini bilməyən, Quranı oxumamış, amma öz avtoritetinə hörmətə və
mənəviyyata can atan əhalidən gələn nəzirlərə göz dikən mollaların meydana çıxmasına səbəb oldu.
Fərqlərə baxmayaraq, onlar 2 əsas aprior prinsipə əsaslanırlar.
▪
qadınlar və kişilər arasındakı fərqlər ancaq bioloji xarakter daşıyır
▪
kişi və qadın rolları əks diametral şəkildə differensiallaşdırılmışdır.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR
▪
Mətbuatda kişi və qadın obrazı
▪
İslam qender bərabərliyinə necə qiymət verir?
▪
Onların amazon tayfasına münasibəti necədir və onlar «zaman maşını» ilə o dövrə düşsəydilər nə
edərdilər?
İş üsulları – diskussiya, «Yeddi oğul istərəm bir qız qəlin» sənədli filmin baxışı və müzakirəsi
ƏDƏBİYYAT
Бок Г. История женщин, история полов // «THESIS», 1994, № 6, с. 180
Большой толковый социологический словарь. Пер. с англ. – М., 1999, Т.1
Образы ъенщин в современной российской ъурналистике. Ассоциация ъурналисток. – М., 1998
Современный философский словарь. Под. ред. В.Е. Кемерова. Лондон 1998
Уэст К. и Зиммерман Д. Создание гендера. Пер. с англ. Е. Здравомысловой. – Гендерные тетради. Вып. 1.
Труды СПБ-филиала ИС РАН. – СПБ., 1997
Rubin G. The Traffic in Women: Notes on the «Political Economy» of Sex. – In: Towards an Anthropology of
Women. Reiter R. (eds.) New York and London: Monthly Review Press, 1975
Dostları ilə paylaş: |