Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
  1   2   3   4   5   6   7   8   9   ...   29


  
 
 
 
 
 
 
 
Səyyarə Məmmədova  
 
 
 
 
 
 
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN  
KİTABXANALARINDA KÜTLƏVİ TƏDBİRLƏR 
VƏ TƏBLİĞAT FORMALARI 
(Metodik vəsait) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
-
BAKI-2015 


  
 
 
 
 
 
 
 
 
Müəllif: Məmmədova Səyyarə Nazim qızı  
 
Redaktor: İsmixanova Tamilla Əşrəf qızı 
 
 
 
 
 
 
Səyyarə Məmmədova. 
Təhsil  müəssisələrinin  kitabxanalarında  kütləvi  tədbirlər  və 
təbliğat formaları
.- Bakı: Nərgiz, nəşriyyatı.- 2015. - 112 s.
 
 
 
 
Kitabxana cəmiyyətdə elmin və mədəniyyətin inkişafında, 
təhsil və tərbiyənin keyfiyyətinin müasir tələblər səviyyəsinə 
yüksəldilməsində müstəsna əhəmiyyət kəsb edir. 
Məktəb  kitabxanaları  təlim-tərbiyə  və  təhsil  mərkəzidir. 
Özündə  universal,  elmi,  tədris  funksiyalarını  birləşdirən 
məktəb  kitabxanaları  tədris  müəssisələrinin  struktur  bölməsi 
olmaqla  təlim-tərbiyə  işinin  keyfiyyətinin  yüksəldilməsinə, 
böyüməkdə  olan  nəslin  fəal  həyata  hazırlanmasına  xidmət 
edir. 
Tərtib  etdiyimiz  bu  vəsait  məktəb  kitabxanasının  iş 
planında icrası nəzərdə tutulan əsas tədbirlər haqqındadır. 
 
 
 
    
2015
850
079
742000000

T
        
          
© «Нярэиз», 2015
 
 


  
 
 
 
 
 
 
 
Kitabxanada həyata keçirilən fərdi və  
kütləvi tədbirlər 
 
Şagirdlərə,  müəllimlərə,  bütövlükdə  məktəb  kollektivinə 
kitabla  xidmət  etmək  ümumtəhsil  məktəbi  kitabxanasının 
əsas  iş  prinsipidir.  Tədris  edilən  fənlərin  daha  yaxşı 
mənimsənilməsi  və  biliklərin  əlavə  olaraq  möhkəmləndiril-
məsi  məqsədi  ilə  kitabxana  şagirdlərin  sistemli  və  məqsədli 
mütaliəsinin təşkil edilməsində əsas rol oynayır.  
Məktəb  kitabxanası  ilkin  olaraq  şagirdlərin  yaş  xüsusiy-
yətlərini  nəzərə  almaqla  onların  oxu  maraqlarını  öyrənib, 
mütaliəsini  istiqamətləndirməli,  onlarda  tədris  olunan  fənn 
proqramına uyğun kitabı sevmək və ona qayğıkeş münasibət 
bəsləmək  hissini  aşılamalıdır.  Kitabxanaçının  pedaqoji 
fəaliyyətinin  müvəffəqiyyəti  onun  oxucu  marağına  uyğun 
fəaliyyətindən  çox  asılıdır.  Kitabın  təbliğ  və  tövsiyəsinə 
yaşlarından asılı olmayaraq bütün oxucuların ehtiyacı vardır. 
Buna  həm  ilk  dövrlərdə  kitab  seçməkdə    nisbətən  aciz  olan 
kiçik  yaşlı  məktəblilər,  həm  də  mütaliə  dairələri  daha  geniş 
olan  orta  və  yuxarı  yaşlı  şagirdlərin  də  ehtiyacı  vardır. 
Kitabxanaçı öz işində bunları nəzərə almalıdır.  
Mütaliənin  geniş  ictimai  məzmun  kəsb  etdiyi  bir  şəraitdə 
ədəbiyyatın  kütləvi  təbliğat  formasına  müraciət  etmək  daha 
vacib  sayılır.  Bu  baxımdan  müxtəlif  yaş  qruplarına  bölünən 
oxucuların daha çox müraciət etdiyi məktəb kitabxanalarında 
ədəbiyyatın  kütləvi  təbliğatına  geniş  yer  verilir.    Kütləvi 
təbliğat  işlərinin  əsas  məqsədi  istifadəçilərə  mütaliənin 
gözəlliyini  göstərmək,  onlara  kitabı  sevməyi  öyrətməkdir. 
Çünki,  məhz  kütləvi  tədbirlər  vasitəsilə  ədəbi  əsərlərin 
məzmunu və hadisələrin emosional əhəmiyyəti oxucular üçün 
açılır.  Biz  kütləvi  tədbirlər  vasitəsilə  sübut  etməliyik  ki, 
mütaliə  estetik  zövq  verə  bilər,  kitabla  ünsiyyət  insanın 


  
 
 
 
 
 
 
 
qarşısında  geniş  ənginliklər  açmağa  qadirdir.  Kitab  və 
mütaliə  əvəzolunmaz  bilik  və  məlumat  mənbəyidir  və  kitab 
həqiqətən də tez-tez insanın dostuna və məsləhətçisinə çevrilə 
bilir.  Kütləvi  tədbirlərin  təşkili  kitabxanaçıdan  yaradıcı  və 
qeyri-standart  yanaşma  tələb  edir.  Kütləvi  tədbirlər    kitab-
ların, elektron nəşrlərin  və digər çap məhsullarının oxucuya 
çatdırılmasında  böyük  rol  oynayır.  Hər  bir  kütləvi  işin 
məzmununda kitab durur. Kitabxanada həyata keçirilən fərdi 
və  kütləvi  işlər  2  əsas  funksiya  daşıyır:  1.Məlumat 
funksiyası-oxuculara 
müəyyən 
biliklərin 
verilməsi; 
2.Tərbiyəvi funksiya-oxucularda yaradıcılıq vərdişləri, təşəb-
büskarlıq,  təşkilatçılıq,  kollektiv  fəaliyyətdə  iştiraka  maraq 
yaradılması və bu cəhətlərin inkişaf etdirilməsi.  
Məktəb  kitabxanalarında  kütləvi  tədbirlərin  keçirilməsinə 
hazırlıq  zamanı  yadda  saxlamaq  lazımdır  ki,  qarşıya 
qoyulmuş  məqsədə  çatmaq  üçün  müəyyən  olunmuş  tələblər 
mövcuddur və onlara mütləq əməl etmək lazımdır.   
Məqsəd  istiqaməti  -  konkret  məsələlərin  qoyuluşu, 
müəyyən  olunmuş  oxucu  qrupu  ilə  işin  məqsədinin  təyin 
olunması şərtləri, tədbirin məzmunlu idarə olunması.  
Oxucu  istiqaməti  -  gözlənilən  auditoriyanın  nəzərə 
alınması, tədbirin əhəmiyyətlilik dərəcəsi, onun keçirilməsinə 
iştirakçıların cəlb olunması, iştirakçıların əməkdaşlığı və s.  
Ad  seçilməsi  -  kütləvi  tədbirinin  adının  seçilməsi,  onun 
formasının  müəyyən  edilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Tədbirin  adı  oxucular  üçün  mövzu  haqqında  ilkin  təsəvvür 
yaradır,  reklam  əhəmiyyəti  daşıyır  (tədbirdə  iştiraka  təşviq 
edir),  metodik  xüsusiyyətləri  haqqında  məlumat  çatdırır.  Ad 
seçilən  zaman  sitatlardan,  pafoslu  sözlərdən  və  s.  istifadə 
edilir. 
Yer,  vaxt  və  keçirilmə  müddəti  -  ən  ideal  variant 
kitabxananın  kütləvi  tədbirin keçirilməsi  üçün xüsusi  binaya 
sahib  olmasıdır.  Belə  imkan  olmadıqda  tədbir  oxucuların  və 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə