Təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü0,49 Mb.
#78453
növüTəhsil proqramı


Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə 

vasitələrinin işlənməsi və onların meyarlar əsasında 

yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək 

istəyənlərin nəzərinə 

Dövlət İmtahan Mərkəzində 17 oktyabr 2018-ci il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında 

Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış 

və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar 

üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətinə başlayacaq. Hər fənn üzrə kursun 

müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan 

Regional Bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər

metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil 

alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional 

Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) 

elan ediləcək. 

 

Qeydiyyat 3 sentyabr 2018-ci il tarixindən 12 oktyabr 2018-ci il saat 23.59-dək aparılır. 



 

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək 

istəyənlər DİM-in saytında “

Şəxsi kabinet

”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da 

açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı 

məlumat 

payment.dim.gov.az 

saytında verilmişdir) yararlanmaq olar. “

Şəxsi kabinet

” 

y

aradıldıqdan və hesaba 



lazımi vəsait qoyulduqdan sonra “

hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat

”dan keçmək 

lazımdır. 

 

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil 



edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb 

oluna bilərlər. 

 

Qeyd: 


-   Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı 

kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. 

Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə 

qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq. 

-   Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd 

və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 

ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili 

nömrə: 1-32)). Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə aşağıda tanış ola bilərsiniz.* 

 

Hazırlıq kurslarının qrafiki 

(2018/2019-cu tədris ili üçün) 

  

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan 

qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Dövlət İmtahan 

Mərkəzində 17 oktyabr 2018-ci il tarixindən fənlər üzrə hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini bu 

qrafikə uyğun davam etdirəcək. 

 

 



 

  



  

Fənnin adı 

  

Həftənin günü 

  

Başlanma vaxtı 

  

İngilis dili 



  

  



09 .00 

  

Azərbaycan dili 



  

  



15.00 

  

Kimya 



  

II 


  

09.00 


  

Fizika 


  

III 


  

09.00 


  

Rus dili 

  

III 


  

12.00 


  

Biologiya 

  

IV 


  

08.30 


  

Tarix 


  

IV 


  

11.00 


  

Coğrafiya 

  



  



08.30 

  

Riyaziyyat 



  

  



11.00 

  

Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü 



mərtəbə, akt zalı 

*DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10); Tel: (036 5) 44 04 02 

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); Tel: (022 25) 6 50 67 

 

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52); Tel: (025 25) 5 24 82 



DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b); Tel: (023 32) 5 01 21 

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182); Tel: (024 24) 4 66 14 

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19); Tel: (021 21) 5 15 23 

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43); Tel: (020 27) 4 66 74 



DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100). Tel: (020) 205-01-86 

 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə