Tələbə:Əhmədov İsa Qrup: M941a fənn: Logistika Fakültə:İqtisadiyyat Və İdarə etmə



Yüklə 1,52 Mb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü1,52 Mb.
#81601
  1   2   3   4
11Logistik sistemlərin təsnifatı KANBAN mikrologistik sistem


Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti

Tələbə:Əhmədov İsa

Qrup:M941A

Fənn:Logistika

Fakültə:İqtisadiyyat Və İdarə etmə

İxtisas:İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat üzrə)

Mövzu:Logistik sistemlərin təsnifatı. «KANBAN» mikrologistik sistemi.

1. LOGİSTİK SİSTEMLƏRİN TƏSNİFATI

2.Birbaşa əlaqəli makrologistik sistem

3. Eşalonlaşdırılmış makrologistik sistem.

4. Çevik əlaqəli makrologistik sistemlər.

5.«KANBAN» MİKROLOGİSTİK SİSTEMİ

LOGİSTİK SİSTEMLƏRİN TƏSNİFATI

 

Müasir iqtisadi şəraitdə sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, mübadilə sferasında material axınlarının optimal təşkililə əlaqədar bir sıra problemlər mövcuddur. İlk növbədə belə problemlərə aşağıdakılar aid edilir:.



istehsalın həcmi, anbarlaşdırma və nəqletmə arasında optimal nisbətlərin yaradılması;

müxtəlif səbəblərdən istehsalda fasilələrin yaranması nəticəsində əmələ gələn itkilər hesabına firma və ya şirkətlərə dəyən iqtisadi ziyanların azaldılması;

xüsusi istehsal, anbarlaşdırma və nəqletmə sistemləri arasında inteqrativ əlaqələrin (kooperasiyanın) məqsədəuyğun səviyyəsinin əldə edilməsi;

istehsalla müqayisədə nisbi ahəngdarlığa malik olan idarəetmə xarakterli informasiya axınlarının təşkil edilməsi;

logistik dövrənin istənilən mərhələsində belə informasiyaların əldə olunması üçün əlverişli şəraitin yaradılması.

Sadalanan bu problemlərin həll edilməsi üçün logistika tətbiq prinsipləri ayrı - ayrı sahələrə nisbətən iqtisadi səmərə gətirə bilən ərazilərə və iqtisadi regionlara daha çox üstünlük verir. Başqa sözlə, bir elmi sahə kimi logistika ayrıca götürülmüş istehsal sahələrində material axınlarının optimal idarə edilməsi metodlarının axtarılıb tapıl-masından daha çox makrosəviyyədə logistik sistemlərin modelləşdirilməsi metodlarının işlənilməsinə istiqamətlənir.

Bu nöqteyi - nəzərdən logistikanın obyekti təşkilati-iqtisadi və texnoloji fəaliyyət; təşkilati-iqtisadi və nəqliyyat-texniki əməliyyatlar; istehsal-texniki; təşkilati-texniki; kommersiya-satış fəaliyyətlərini birləşdirə bilən mürəkkəb dinamik istehsal-kommersiya xarakterli kompleks sistemlər hesab olunur. Praktikada vasitəçilik missiyasını yerinə yetirən digər vasitəçilər-topdan satış ticarətinin həcmini konsiqnasiya üzrə artıran və konsiqnasiya xidmətlərinin sayına təsir göstərən distribyuterlərdən də intensiv istifadə olunur.

Bazar iqtisadiyyatı şəraitində məhsulların fiziki bölüşdürülməsi prosesində vasitəçilərin sayı artır, müxtəlif kateqoriyalı vasitəçilik fəaliyyətinin yeni forma və metodları meydana çıxır və onların material resurslarının dövriyyəsi prosesində iştirakı xaraktercə müxtəlif olur. Bütün bunlar isə heç də məhsul satışı siyasətinin, daha doğrusu mübadilə sferasının təşkili və idarə edilməsi prosesinin mürəkkəbliyini sadələşdirmir.



Odur ki, material resurslarının alqı-satqı prosesini həyata keçirən logistik sistemlər adı altında böyük və mürəkkəb super sistemlərə aid edilən istehsal sistemlərində bu resursların dövriyyəsi prosesi başa düşülür. Bu növ logistik sistemlər müxtəlif regionlarda yerləşdirilmiş çoxlu sayda təsərrüfat subyekt­lərini əhatə edirlər


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə