Mövzu № NƏQLİyyat vasiTƏLƏRİNİn texniKİ İSTİsmar anlayişI. Plan



Yüklə 20,46 Kb.
səhifə1/4
tarix28.11.2023
ölçüsü20,46 Kb.
#137803
  1   2   3   4
M-1


MÖVZU № 1. NƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ İSTİSMAR ANLAYIŞI.
Plan

  • Nəqliyyat vasitələrinin (NV) texniki istismarının əsas vəzifəsi.

  • NV-nin texniki istismarının qarşısında duran əsas problemlər.



1.1 Nəqliyyat vasitələrinin (NV) texniki istismarının əsas vəzifəsi.

Nəqliyyat vasitələri istismarda olarkən onun texniki cəhətdən saz vəziyyətdə olması üçün böyük miqdarda əmək və material xərcləri (texniki, iqtisadi və təşkilati tədbirlərin yerinə yetirilməsinə) tələb edir. Bunu, ümumi xarakter daşıyan yük avtomobilinin misalında nəzərdən keçirək. Yük avtomobilinin son həddinə (silinənə) qədər sərf olunan bütün xərcləri (layihələndirmə, hazırlanma və istismar) 100% qəbul etsək, onun 2%-i konstruktiv-texnoloji, 7%-i əsaslı təmir, qalan 91%-i isə istismar xərclərinin payına düşür. Göründüyü kimi istismar prosesində istər əmək və istərsə də material xərcləri (xidmət, ehtiyat hissələri yə texniki materiallar) başlanğıc xərclərdən dəfələrlə çoxdur. Ümumi halda istismar xərclərini minimuma endirmək üçün müxtəlif xarakterli və təyinatlı tədbirləri (profilaktik və təmir xarakterli texniki təsirləri mütəmadi olaraq keyfiyyətlə təşkil etmək, hərəkət tərkibinin texniki vəziyyətini saxlanılma və təyin olunma üsullarmı tətbiq etməklə, yanacaq-enerji resurslarından düzgün istifadə etməklə və s.) yüksək səviyyədə təşkil edib həyata keçirmək lazımdır. Ancaq bu halda nəqliyyat vasitələrinin texniki vəziyyəti səmərəli idarə edilə bilər. Beləliklə, aydındır ki, nəqliyyat vasitələrinin istismar dövründəki keyfiyyət göstəriciləri istehsalçılardan çox istismarçılardan asılıdır. Başqa sözlə desək, nəqliyyat vasitələrinin texniki vəziyyətini qiymətləndirən bu göstəricilər nəqliyyat prosesinin bütün mərhələlərində texniki istismar tərəfindən idarə edilməlidir, yəni bir sistem kimi nəqliyyat vasitəsinin texniki vəziyyəti tələb edilən səviyyədə olmalıdır. Müxtəlif avadanlıqlar və üsullar vasitəsilə nəqliyyat parkının texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsi ilə məşğul olan elmə nəqliyyat vasitələrinin texniki istismarı deyilir.





Yüklə 20,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə