«Təsdiq edilmişdir»
“Bakı Fond Birjası” QSC-nin
İdarə Heyəti
Protokol № 08
“30”dekabr 2015-ci il
Sədr ______________ F.Əzizov
“BAKI FOND BİRJASI” QSC-NİN
FOND İNDEKSLƏRİNİN HESABLANMASI
QAYDALARI
I HİSSƏ: ÜMUMİ MÜDDƏALAR VƏ ANLAYIŞLAR
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Qiymətli Kağızlar Bazarı haqqında” Qanununa,
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş
normativ-hüquqi aktlara, “Bakı Fond Birjası” QSC-nin (bundan sonra – Birja) nizamnaməsi və
daxili qaydalarına uyğun hazırlanmışdır.
1.2. Bu Qaydalar Birjada rəsmi birja indekslərin hesablanması qaydalarını müəyyən edir.
1.3. Bu Qaydalar Birjada listinqdə olan qiymətli kağızlara şamil edilir.
1.4. Bu Qaydalara əsasən hesablanmış indekslər, bu Qaydalarla digər hal nəzərdə tutulmadıqda
Birjanın məlumatların acıqlanması qaydalarına əsasən açıqlanır.
1.5. Bu Qaydalardan irəli gələrək Birja tərəfindən birja indeksləri üzrə qərarların qəbul edilməsi, o
cümlədən indekslərin yaradılması, onlara hər hansı düzəlişlərin edilməsi Birjanın İdarə Heyətinin
qərarı ilə həyata keçirilir. Birjanın İdarə Heyəti bu səlahiyyətləri əsasnamə əsasında yaradılan İndeks
Komitəsinə həvalə edə bilər.
2. Əsas anlayışlar
2
2.1. Emitent - İnvestisiya qiymətli kağızlarının emissiyasını həyata keçirən şəxs, dövlət (müvafiq
qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyədir.
2.2. Birja indeksi
- bu Qaydalara əsasən yaradılmış indeks səbətinə daxil olan qiymətli kağızlar
üzrə ticarət nəticələrinin dəyişməsinin statistik göstəricisidir.
2.3. İndeks səbəti
- bu Qaydaların tələblərinə uyğun olaraq seçilmiş, birja indeksinin
hesablandığı qiymətli kağızların təsnifatlaşdırılmış siyahısıdır.
2.4. İndeksin baza dəyəri – Birja indeksinin hesablanmağa başlanıldığı tarixə olan ilk göstəricisidir.
2.5. Sərbəst tədavül həcmi – Aidiyyəti Şəxslərin sahib olduğu səhmlər istisna olunmaqla Emitentin
nizamnamə kapitalını təmsil edən səhmlərin həcmidir. Sərbəst tədavül həcmi Emitentin təqdim
etdiyi məlumat əsasında Birjanın listinq qaydalarına əsasən hesablanır. Sərbəst tədavül həcmi
nizamnamə kapitalına nəzərən faizlə ifadə olunur.
2.6. Aidiyyəti Şəxs – aşağıdakı şəxslərdən biridir:
a) Emitentin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının üzvü;
b) Emitentin struktur bölməsinin (filial, departament, şöbə və s.) rəhbəri;
c) bu bəndin “a” və “b” yarımbəndlərində göstərilən şəxslərin qohumları, yəni əri/arvadı,
valideynləri, o cümlədən ərinin/arvadının valideynləri, babaları və nənələri, övladları, ö
cümlədən övladlığa götürülən uşaqları, qardaşları və bacıları, gəlinləri və kürəkənləri;
ç) Emitentdə ən azı 10 (on) faiz səhmlərə birbaşa və ya dolayı yolla malik olan hər hansı
fiziki və ya hüquqi şəxs;
d) nizamnamə kapitalında ən azı 20 (iyirmi) faiz iştirak payı Emitentə məxsus olan hüquqi
şəxs;
e) bu bəndin “ç” və “d” yarımbəndlərində göstərilən hüquqi şəxslərdə ən azı 20 (iyirmi) faiz
səhmlərə (paya) malik olan hər hansı şəxs;
ə) bu bəndin “ç”, “d” və “e” yarımbəndlərində göstərilən hüquqi şəxslərin icra orqanlarının
və müşahidə şuralarının rəhbərləri.
II HİSSƏ: BİRJANIN MƏCMU BAZAR KAPİTALİZASİYASI İNDEKSİ
3. Birjanın məcmu bazar kapitalizasiyası indeksinin ümumi xüsusiyyətləri
3.1. İndeksin Azərbaycan dilində adı: “BFB Məcmu Bazar Kapitalizasiyası İndeksi”;
3.2. İndeksin İngilis dilində adı: “BSE Market Capitalization Composite Index”;
3.3. İndeksin qısaldılmış adı: BAX (indeksin sonunda indeksə daxil olan səhmlərin sayını qeyd
etməklə);
3
3.4. İndeksin baza dəyəri: 1 000 (bir min) şərti vahid;
3.5. Baza kapitallaşma: xxxxxxxx manat (xx.xx.xxxx tarixinə).
4. Birjanın məcmu bazar kapitalizasiyası indeksinin strukturu
4.1. İndeks Birjada listinqdən keçmiş səhmlər üzrə tərtib olunur;
4.2. Hər bir emitent indeks səbətində yalnız bir səhm buraxılışı ilə təmsil olunur;
4.3. İndeks səbətinə daxil olan səhmlər üzrə ödənilən dividentlər, bu dividentlərin bütövlükdə həmin
şirkətin səhmlərinə yenidən investisiya olunacağı fərz edilərək nəzərə alınır;
4.4. İndeks səbətinə edilən dəyişikliklər, indeks səbətinin strukturuna uyğun portfelə malik
investorların, öz portfelindəki bütün səhmlərin satılması və əldə edilən bütün vəsaitlərin yeni səbət
strukturuna uyğun yenidən investisiya olunacağı fərziyyəsinə əsaslanır;
4.5. İndeksin yeni strukturuna minimum 5 və maksimum 25 səhm buraxılışı daxil edilə bilər;
4.6. Birja müxtəlif struktura malik bir və bir neçə məcmu bazar kapitalizasiyası indeksi yarada bilər.
5. Birjanın məcmu bazar kapitalizasiyası indeksinə seçim meyarları
5.1. Aşağıdakı tələblərə cavab verən səhmlər indeksin tərkibinə daxil edilə bilər:
5.1.1. Qiymətli kağızların emitenti Azərbaycan Respublikasında qeydiyyatdan keçməlidir;
5.1.2. Qiymətli kağızlar indeks səbətinə daxil edilməzdən ən azı 15 (on beş) iş günü əvvəl ticarətə
buraxılmalıdır;
5.1.3. Qiymətli kağızların emitenti ilə bağlı iflas, ləğv proseduru başlanmamalı və ya o, vaxtaşırı
maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
5.1.4. Qiymətli kağızlar Birjanın Əsas bazar və ya Standart Bazar seqmentlərində listinqdən
keçməlidir;
5.1.5. Səhmlər tam olaraq yerləşdirilmiş olmalıdır;
5.1.6. İndeksin hesablanması zamanı ünvanlı əqdlər nəzərə alınmır;
5.1.7. Qiymətli kağızlar aşağıdakı meyarlardan ən azı birinə cavab verməlidir:
5.1.7.1. Son 6 (altı) ay ərzində Birjada bağlanılmış əqdlərə əsasən hər bir qiymətli kağız üzrə
dövriyyə (yerləşdirmələr və ünvanlı əqdlər istisna olmaqla), bu qiymətli kağızların ticarətə
buraxılmış (tədavüldə olan) miqdarının 20%-dən az olmamalıdır;
5.1.7.2. Son 6 (altı) ay ərzində Birjada qiymətli kağızlar üzrə bağlanılmış əqdlərin həcmi
(yerləşdirmələr və ünvanlı əqdlər istisna olmaqla), səhmlər üzrə bağlanılmış əqdlərin həcminin
(yerləşdirmələr və ünvanlı əqdlər istisna olmaqla) ən azı 5%-ni təşkil etməlidir. Bu halda qiymətli
kağızlar üzrə ən azı 5 (beş) əqd bağlanılmalıdır;
5.1.7.3. Qiymətli kağızlar üzrə Birjada ən azı bir market-meyker təyin edilməlidir.
4
5.2. Bu Qaydaların 5.1-ci bəndinin tələblərinə cavab verən qiymətli kağızlıların sayı bu Qaydaların
4.5-ci bəndində nəzərdə tutulmuş maksimal saydan artıq olduqda indeks səbətinə daxil ediləcək
qiymətli kağızlar Birjanın İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.3. Bu qaydaların 5.1.-ci bəndinin müddəalarına uyğun gəlməyən qiymətli kağızlılar indeks
səbətindən çıxarılır. Digər hallarda Birjanın İdarə Heyətinin qərarına əsasən qiymətli kağızlar indeks
səbətindən çıxarıla bilər.
6. Birjanın məcmu bazar kapitalizasiyası indeksinin hesablanması
6.1. Birjanın məcmu bazar kapitalizasiyası indeksi aşağıdakı qaydada hesablanır:
∑
Burada,
– indeksin t vaxtına hesablanmış dəyəridir;
i – indeksə səbətinə daxil edilmiş müəyyən səhm buraxılışıdır;
N – indeks səbətinə daxil edilmiş səhm buraxılışlarının sayıdır;
T – indeksin hesablanması vaxtıdır;
– i səhm buraxılışı üzrə t vaxtına ən son bağlanılmış əqdin qiymətidir (yerləşdirmələr və ünvanlı
əqdlər istisna olunmaqla);
– listinqdə olan i səhmlərinin sayıdır;
– i səhmləri üzrə sərbəst tədavül həcmidir;
– i səhmləri üzrə t vaxtına hesablanmış çəki faktorudur;
– indeksin davamlılığını təmin etmək üçün düzəliş faktorudur.
6.2. Bu Qaydaların 6.1-ci bəndində qeyd edilmiş hesablamalar qiymətli kağızlarla qlobal
əməliyyatların keçirilməsi zamanı bu Qaydalara müvafiq olaraq dəyişdirilə bilər.
6.3.
Səhmin çəki faktoru
aşağıdakı qaydada hesablanır:
∑
∑
Burada,
– səhm buraxılışının çəki faktorudur;
– səhm buraxılışının Birja kapitallaşmasının, həmin buraxılışın sərbəst tədavül həcminə olan
səhm nisbətidir.
6.4. Birja kapitallaşması aşağıdakı qaydada hesablanır:
5
Burada,
– t tarixinə Birjada tədavüldə olan i səhmlərinin sayıdır;
– t tarixinə i səhmləri üzrə Birjada bağlanış qiymətidir.
6.5. İndeks səbətinə daxil edilmiş hər bir səhm buraxılışı üzrə çəki faktoru 20%-i keçməməlidir.
İndeks səbətinə daxil edilmiş hər hansı bir səhm buraxılışı üzrə çəki faktoru 20%-i keçdikdə, bu
göstərici müvafiq həddə çatanadək 1% azaldılmalıdır (eyni zamanda səbətdəki digər səhm
buraxılışlarının iştirak dərəcələrini uyğunlaşdırmaqla).
6.6.
İndeksin düzəliş faktoru
aşağıdakı qaydada, düzəliş faktorunun hesablandığı günün
bağlanış qiymətinə əsasən hesablanır:
∑
(
)
∑
(
)
7. Birjanın məcmu bazar kapitalizasiyası indeksinin nəzərdən keçirilməsi və düzəlişlərin
edilməsi
7.1. İndeks səbətinə daxil edilmiş qiymətli kağızların siyahısına, onların bu Qaydaların tələblərinə
uyğunluğunun yoxlanılması məqsədi ilə, mart ayının birinci iş günü və sentyabr ayının birinci iş
günü olmaqla, il ərzində ən azı iki dəfə baxılır. Baxış dövrü baxış tarixindən əvvəlki altı aylıq
müddəti əhatə edir.
7.2. Aşağıdakı hallarda indeks səbətinə daxil edilmiş qiymətli kağızların siyahısına, onların bu
Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə əlavə baxış keçirilir:
7.2.1. İndeks səbətində daxil edilmiş səhmlər Birjada delistinq olunduqda;
7.2.2. İndeks səbətində daxil edilmiş səhmlərin emitenti fəaliyyətini dayandırdıqda, ləğv edildikdə
və ya müflisləşmə prosesi ilə üzləşdikdə;
7.2.3. İndeks səbətində daxil edilmiş səhmlər üzrə keçirilmiş qlobal əməliyyatlar nəticəsində bu
səhmlərin sayı dəyişildikdə;
7.2.4. İndeks səbətinə daxil edilmiş səhmlərin emitenti digər şirkətlərlə birləşdikdə, emitentin
nəzarət səhm paketi digər şirkətlər tərəfindən alındıqda, emitentin törəmə şirkəti yaradıldıqda;
7.2.5. İndeks səbətində daxil edilmiş səhmlər üzrə dividentlər ödənildikdə;
7.2.6. İndeks səbətində daxil edilmiş səhmlər üzrə Birjada ticarət 10 (on) və ya daha artıq iş günü
müddətinə dayandırıldıqda;
7.2.7. Bazarın qorunması məqsədi ilə Birjanın İdarə Heyəti tərəfindən zəruri hesab edilən digər
hallarda;
7.3. Birja indeksin bu Qaydaların tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə indeksə
düzəlişlər edir. İndeksə düzəlişlər indeksə baxış nəticələri əsasında edilir.
6
7.4. Yeni tərkibli indeksin ilk hesablanması keçirilməzdən əvvəl sonuncu ticarət günündə ticarət
bağlandıqdan sonra yeni düzəliş faktoru müəyyən edilir.
7.5. Yeni düzəliş faktoru, indeksin yeni səbət strukturu əsasında hesablanması tarixindən əvvəlki
tarixə olan son ticarət gününün bağlanış qiyməti əsasında hesablanır.
7.6. İndeks səbətinə edilmiş dəyişikliklər o cümlədən, indeks səbətinin yeni tərkibi dəyişikliklərin
edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Birja tərəfindən açıqlanır.
III HİSSƏ: BİRJANIN KİÇİK VƏ ORTA ŞİRKƏTLƏRİN BAZAR KAPİTALİZASİYASI
İNDEKSİ
8. Birjanın kiçik və orta şirkətlərin bazar kapitalizasiyası indeksinin ümumi xüsusiyyətləri
8.1. İndeksin Azərbaycan dilində adı: “BFB Kiçik və Orta Bazar Kapitalizasiyası İndeksi”;
8.2. İndeksin İngilis dilində adı: “BSE Medium and Small Capitalization Composite Index”;
8.3. İndeksin qısaldılmış adı: BAMIX (indeksin sonunda indeksə daxil olan səhmlərin sayını qeyd
etməklə);
8.4. İndeksin baza dəyəri: 1 000 (bir min) şərti vahid;
8.5. Baza kapitallaşma: xxxxxxxx manat (xx.xx.xxxx tarixinə).
9. Birjanın kiçik və orta şirkətlərin bazar kapitalizasiyası indeksinin strukturu
9.1. İndeks Birjada listinqdən keçmiş səhmlər üzrə tərtib olunur;
9.2. Hər bir emitent indeks səbətində yalnız bir səhm buraxılışı ilə təmsil olunur;
9.3. İndeks səbətinə daxil olan səhmlər üzrə ödənilən dividentlər, bu dividentlərin bütövlükdə həmin
şirkətin səhmlərinə yenidən investisiya olunacağı fərz edilərək nəzərə alınır;
9.4. İndeks səbətinə edilən dəyişikliklər, indeks səbətinin strukturuna uyğun portfelə malik
investorların, öz portfelindəki bütün səhmlərin satılması və əldə edilən bütün vəsaitlərin yeni səbət
strukturuna uyğun yenidən investisiya olunacağı fərziyyəsinə əsaslanır;
9.5. İndeksin yeni strukturuna minimum 5 və maksimum 100 səhm buraxılışı daxil edilə bilər;
9.6. Birja müxtəlif struktura malik bir və bir neçə kiçik və orta şirkətlərin bazar kapitalizasiyası
indeksi yarada bilər.
7
10. Birjanın kiçik və orta şirkətlərin bazar kapitalizasiyası indeksinə seçim meyarları
10.1. Aşağıdakı tələblərə cavab verən səhmlər indeksin tərkibinə daxil edilə bilər:
10.1.1. Qiymətli kağızların emitenti Azərbaycan Respublikasında qeydiyyatdan keçməlidir;
10.1.2. Qiymətli kağızlar indeks səbətinə daxil edilməzdən ən azı 15 (on beş) iş günü əvvəl ticarətə
buraxılmalıdır;
10.1.3. Qiymətli kağızların emitenti ilə bağlı iflas, ləğv proseduru başlanmamalı və ya o, vaxtaşırı
maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır;
10.1.4. Qiymətli kağızlar Birjanın Standart Bazar və ya Alternativ Bazar seqmentlərində listinqdən
keçməlidir;
10.1.5. Səhmlər tam olaraq yerləşdirilmiş olmalıdır;
10.1.6. İndeksin hesablanması zamanı ünvanlı əqdlər nəzərə alınmır;
10.1.6. Qiymətli kağızlar aşağıdakı meyarlardan ən azı birinə cavab verməlidir:
10.1.6.1. Son 6 (altı) ay ərzində Birjada bağlanılmış əqdlərə əsasən hər bir qiymətli kağız üzrə
dövriyyə (yerləşdirmələr və ünvanlı əqdlər istisna olmaqla), bu qiymətli kağızların ticarətə
buraxılmış (tədavüldə olan) miqdarının 10%-dən az olmamalıdır;
10.1.6.2. Qiymətli kağızlar üzrə Birjada ən azı bir market-meyker təyin edilməlidir.
10.2. Bu Qaydaların 10.1-ci bəndinin tələblərinə cavab verən qiymətli kağızların sayı bu Qaydaların
9.5-ci bəndində nəzərdə tutulmuş maksimal saydan artıq olduqda indeks səbətinə daxil ediləcək
qiymətli kağızlar Birjanın İdarə Heyəti tərəfindən müəyyən edilir.
10.3. Bu Qaydaların 10.1.-ci bəndinin müddəalarına uyğun gəlməyən qiymətli kağızlar indeks
səbətindən çıxarılır. Digər hallarda Birjanın İdarə Heyətinin qərarına əsasən qiymətli kağızlar indeks
səbətindən çıxarıla bilər.
11. Birjanın kiçik və orta şirkətlərin bazar indeksinin hesablanması
11.1. İndeksin hesablanması bu Qaydaların 6-cı bəndinə əsasən həyata keçirilir.
12. Birjanın kiçik və orta şirkətlərin bazar indeksinin nəzərdən keçirilməsi və düzəlişlərin
edilməsi
12.1. İndekslərin nəzərdən keçirilməsi və ona düzəlişlərin edilməsi bu Qaydaların 7-ci bəndinə
əsasən həyata keçirilir.
Dostları ilə paylaş: |