Boru kəmərlərində neft sızmasının təyini



Yüklə 4,98 Kb.
tarix11.12.2023
ölçüsü4,98 Kb.
#147408
Boru kəmərlərində neft sızmasının təyini

Boru kəmərlərində neft sızmasının təyini

Fakültə: QNMF

Qrup: Q631.20

Müəllim: İsmayılov Qafar

Tələbə: Cəbiyev Cəlal

Fənn: Nəql Fenomeni

Boru kəmərlərində neft sızmasının təyini

  • Boru kəmərlərinin çirklənməsi və diaqnostikası
  • Boru kəmərlərinin təmizlənməsi üsulları

Boru kəmərlərinin çirklənməsi və diaqnostikası

Neft və qaz kəmərlərinin istismar təcrübəsi göstərir ki, onların daxilində çöküntülərin toplanması buraxma qabiliyyətinin azalmasına və nəticədə istismar xərclərinin artmasına səbəb olur. Buraxma qabiliyyətinin azalaraq müəyyən bir həddə çatması kəmərin təmizlənməsini tələb edir

Boru kəmərlərinin çirklənməsi və diaqnostikası

Magistral neft və qaz kəmərlərinin daxilində onların tikintisi zamanı düşmüş kənar cisimlər (məsələn, qrunt, daş, elektrod, onların qalıqları, su, karbohidrogen buxarlarının və parafin çöküntülərinin toplanması) ola bilər. Kənar cisimlər neft kəmərlərində olduğu kimi, qaz kəmərlərində də təmizləmə və istismara verilmə zamanı və ya keyfiyyətsiz təmizləmə zamanı baş verir

Boru kəmərlərinin çirklənməsi və diaqnostikası

İstismar zamanı boru kəmərinin daxili səthinin vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. İstismarda olan boru kəmərinin daxili vəziyyətinin qiymətləndirilməsi yoxlama-təmizləmə işləri ilə həyata keçirilir.

Yoxlama-təmizləmə işləri əsasən aşağıdakı hallarda aparılır:


Əvvəllər təmizlənmə aparılmayıbsa, müntəzəm və öncədən təmizləmə işləri birləşdirildikdə;
Texnoloji parametrlər (işçi təzyiq, vurulan mayenin xüsusiyyətləri və s.) dəyişildikdə

Boru kəmərlərinin çirklənməsi və diaqnostikası

Yoxlama-təmizləmə işlərini ətraf mühitin və boru kəmərinin yerləşdiyi dərinlikdəki qruntun temperaturuna görə məsələn, avqust, sentyabr və ya yanvar, fevral aylarında aparmaq tövsiyyə olunur

Boru kəmərlərinin təmizlənməsi üsulları

Boru kəmərlərinin maksimal en kəsiyinin saxlanması üçün bir neçə üsullar mövcuddur. Bunlardan mexaniki, vibromexaniki, ultrasəs, kimyəvi və s. üsulları göstərmək olar.

Boru kəmərlərinin təmizlənməsi üsulları

Qaz kəmərlərinin daxili səthinin korroziya məhsullarından, kəmərə təsadüfən düşən qrunt, su və müxtəlif cisimlərdən təmizlənməsinin geniş yayılmış üsullarından üfləmə və yumanı göstərmək olar.

Boru kəmərlərinin təmizlənməsi üsulları

Magistral boru kəmərlərində ərsin, ayrıcılar, porşen vasitəsi ilə daxili səthin mexaniki təmizlənməsi daha geniş yayılmışdır. Mexaniki üsulun həyata keçirilməsi üçün müxtəlif avadanlıq və qurğular işlənib hazırlanmışdır.

Boru kəmərlərinin təmizlənməsi üsulları

Boru kəmərlərinin daxili səthinin təmiz olması onun etibarlı və səmərəli işi üçün çox vacibdir. Boruların qaynaq edilməsi, daşınması zamanı onun içərisinə su, hər hansısa bir tikinti materialı və torpaq daxil ola bilir.

Şəkildə təmizləmə qurğularının qəbul və buraxılması sxemi verilmişdir.

Diqqətiniz üçün təşəkkürlər!!!


Yüklə 4,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə