Xülasə. Açar sözlər: kütlə, sivilizasiya, düşüncə, nəzəri düşüncələr, ideya



Yüklə 35,51 Kb.
səhifə1/3
tarix19.12.2023
ölçüsü35,51 Kb.
#151790
növüXülasə
  1   2   3
Kütlə psixologiyası-tezis (Qüdrət)


KÜTLƏ PSİXOLOGİYASI VƏ KÜTLƏ ERASI

Rəhimli Qüdrət Murad oğlu


Sumqayıt Dövlət Universiteti
rehimli1818@gmail.com


Xülasə.
Açar sözlər: kütlə, sivilizasiya, düşüncə, nəzəri düşüncələr, ideya

Kütlə psixologiyası nədir?


Kütlə psixologiyası sosial psixologiyanın insanların qrup halında sərgilədikləri davranışların fərdi davranışlardan fərqini öyrənən bölümüdür. Kütlə anlayışı psixologiyada eyni emosional vəziyyətə sahib insanların müvəqqəti zaman kəsiyində struktursuz şəkildə bir araya toplanmasını ifadə edir. Kütlə psixologiyasının ən kəskin əlamətlərindən biri kütlə içərisində təhsil və intellektual səviyyəsindən asılı olmayaraq hər bir individuallığın tamamilə ərimə qabiliyyətidir. Yəni daha aydın formada desək, kütlə içərisinə daxil olan şəxslər kimliyindən asılı olmayaraq özlərinə məxsus davranış formasını itirərək bütöv kütlənin davranışı sərgiləməyə başlayır.
Bu davranış forması ilə bağlı Ziqmund Freydin klassik teoriyası kütlə insanın psixoloji vəziyyətini aşağıdakı bəndlər ilə şərtləndirir:
1. Yüksəlmiş emosionallıq
2. Özünü tənqidin və informasiyanın məntiqi işlənilməsinin azalması
3. Fərdi məsuliyyət duyğusunun itməsi
4. Anonimlik fonunda güclülük hissinin artması
Hər bir halda kütlə içərisində sərgilənən istəmsiz davranışlardan qaçmağın yeganə yolu o kütləyə daxil olmamaqdır. Q.Lebon 1890-cı illərdə bir sıra əsərlər nəşr etdirmişdir ki, bunların arasında «Kütlə psixologiyası» ən mühüm yer tutur.«Kütlənin özbaşmalığı» daha çox insanların mövcudluq həddində olduqları şəraitdə yaranır. Daşqın, yaxud zəlzələlər zamanı çaşqınlıq, aclıq, yaxud vəba qiyamları, çörək, duz, yaxud araq vergisinin ifrat artımı ilə əlaqədar qiyamlar buna misaldır. Hüquqsuz aşağılar hakimiyyətin istibdadınm qiymətini bilirdilər və yalnız mövcud dövrü dünyanın sonu kimi qəbul etdiklərinə görə qiyam edirdilər. Belə qiyam müsbət nəticə vermirdi, əslində, heç,belə,məqsəd,də,güdmürdü. Lebon göstərmişdir ki, kütlə içərisində insanın davranışı köklü şəkildə dəyişir: «Şüurlu şəxsiyyətin yoxa çıxması, şüursux şəxsiyyətin üstünlük qazanması, hiss və fikirlərin təlqinlə müəyyənləşən eyni istiqaməti və təlqin olunmuş ideyaları dərhal əmələ çevirmək istəyi kütlə içərisində fərdi səciyyələndirən başlıca əlamətlərdir. O, artıq özü olmaqdan çıxır və öz iradəsindən məhrum avtomata çevrilir. Beləliklə, kütlənin bir hissəciyinə çevrilən insan sivilizasiya pilləkanı ilə bir neçə pilə aşağı enir. O, bəlkə də təcrid olunmuş vəziyyətdə mədəni bir insan olardı; kütlənin içərisində isə o, barbara, yəni instinktiv məxluqa çevrilir. Onda özbaşınalığa, qəzəbə, qeyzə meyl üzə çıxır, eyni zamanda, ibtidai insana xas olan fədakarlıq və qəhrəmanlıq təzahür edir. İnsanm kütlə içərisində təcrid olunmuş vəziyyətdə ona heç bir təsir göstərməyəcək söz və təsəvvürlərə asanlıqda tabe olması və öz mənafe və vərdişlərinə zidd əməllər törətməsi bu oxşarlığı daha da gücləndirir».
Eyni irqin bütün fərdlərində irsən şərtlənən ümumi əlamətlər, həmin irqin ruhunu təşkil edir. Lakin həmin fərdlərin məlum sayı fəaliyyətdə olan kütləni formalaşdırır, müşahidələr göstərir ki, bir irqin bu cür yaxınlaşmasının nəticəsi yeni psixoloji əlamətlər yaradır ki, onlar nəinki irqin xarakteri ilə uyğun gəlmir, çox vaxt ondan əhəmiyyətli dərəcədə fərqlənir. Təşkilatlanmış kütlə xalqların həyatında həmişə böyük rol oynayıb, lakin həmin rol heç vaxt indiki qədər məhz bu dəqiqə üçün olduğu qədər mühüm əhəmiyyət kəsbetməyib. Bizim dövrün başlıca xarakterik əlaməti kimi məhz fərdlərin şüurlu fəaliyyətinin, kütlənin qeyri-iradi fəaliyyəti ilə əvəz olunmasıdır.
Sosial hadisələrin öyrənilməsi xalqların tədqiqindən ayrılıqda gedə bilməz, hansı ki, onlarda müşahidə edilir. Fəlsəfi baxımdan həmin hadisələr özlərini hətta mütləq dəyər kimi təqdim edə bilərlər, lakin praktik anlamda onların dəyəri həmişə nisbidir. Ona görə də hər hansı sosial hadisəni öyrənərkən, onlara məntiqi surətdə iki müxtəlif yöndən baxmaq lazımdır. Beləliklə, təmiz şüurun diktə etdikləri çox vaxt praktik əqlinnəsihətləri ilə birbaşa ziddiyyətdə olur şəraiti, daha aydın çıxış edir. Bu hər yerdə, hətta iş fizika ilə bağlı dəlillərə aid olanda belə, müşahidə olunur. Sosial hadisələri öyrənən filosoflar həmişə yadda saxlamalıdırlar ki, nəzəri əhəmiyyətlə yanaşı onlar üçün həm də praktiki dəyərlər də var və sivilizasiyaların təkamülü nöqteyi-nəzərindən bu, sonuncu – yeganə, müəyyən əhəmiyyətə malik olanıdır. Bu nöqteyi-nəzər, onu nəticə çıxararkən ehtiyatlı edir, görünür, bu ona məntiq tərəfindən təlqin edilir. Lakin digər motivlər də onu öz rəylərində təmkinli olmağa məcbur edir. Sosial faktların mürəkkəbliyi bundadır ki, onların hamısını eyni anda əhatə etmək olmur və onların qarşılıqlı təsirlərini də öncədən görmək mümkündeyil. Bundan əlavə, görünən faktların arxasında çox vaxt minlərlə görünməyən səbəblər gizlənir. Sosial hadisələr isə nəhəng, qeyri-iradi əməyin nəticəsidir, böyük hissəsi də bizim təhlilimiz üçün əlçatmazdır. Bu, görünən hadisələri bizə bəlli olmayan, okeanın dibində gedən sarsıntıların onun səthində yaratdığı dalğalarla müqayisə etmək olar. Kütlənin əksər əməllərini müşahidə edərkən görürük ki, bunlar çox vaxt onun son dərəcə primitiv əqli səviyyəsinin ifadəçisi kimi xidmət edir. Lakin elə vaxt da olur ki, kütlənin hərəkətləri idarə olunur, görünür sirli qüvvələr, qədimdə tale, təbiət, ilahi qüvvə, indi isə ölülərin səsi adlandırılan qüvvələr tərəfindən idarə olunur. Biz həmin qüvvələrin qüdrətli gücünü etiraf edə bilmirik, baxmayaraq ki, onların mahiyyətindən xəbərsizik. Bəzən elə gəlir ki, millətin dərinliyində onların hərəkətlərini idarə edən gizli qüvvələr var. Məsələn, xalqın dilindən daha mürəkkəb, məntiqi və heyrətdoğurucu başqa nə ola bilər? Kütləni, başlıca olaraq, onun xəyallarına təsir göstərməklə, öz arxasınca aparmaq olar...
Kim kütlənin xəyalına təsir göstərmək məharətinə malikdirsə, o da kütləni idarə etmək,qabiliyyətinə,malikdir.

Yüklə 35,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə