Xülasə. Açar sözlər: kütlə, sivilizasiya, düşüncə, nəzəri düşüncələr, ideya


Kütlə üçün ya Allah olmalısan, ya da heç kim



Yüklə 35,51 Kb.
səhifə2/3
tarix19.12.2023
ölçüsü35,51 Kb.
#151790
növüXülasə
1   2   3
Kütlə psixologiyası-tezis (Qüdrət)

Kütlə üçün ya Allah olmalısan, ya da heç kim. Kütlə dinə möhtacdır. Çünki bütün siyasi, ilahi və sosial inanclar yalnız mübahisə qəbul etməyən din forması,kəsb,etdikdə,mənimsənilir. Kütlə heç zaman həqiqətə can atmamışdır; o, xoşuna gəlməyən gerçəkdən üz döndərir və onu cəlb edən yanılmaya itaət etməyə üstünlük verir.
Kim kütləni aldatmağı bacarsa, asanlıqla onun hakiminə çevrilir, kim kütləni ağıllandırmağa çalışsa, həmişə onun qurbanına çevrilir.
Yalnız başçılar inam yarada və kütləni təşkil edə bilər. Başçı, adətən, özü əvvəlcə aparan yox, aparılanlar sırasında yer alır. Bunlar hərəkət adamlarıdır. Onlar uzaqgörənliyə malik deyillər, çünki uzaqgörənlik, adətən, şübhələrə və hərəkətsizliyə gətirib çıxarır. Çox vaxt başçılar əsəbləri oyanıq, yarımdəli adamlar,olur.
Kütlənin ruhunda azadlıq yanğısı deyil, tabeçilik tələbatı üstündür; kütlə itaət etməyə o dərəcədə təşnədir ki, özünü onun hökmranı elan edən şəxsə instinktiv surətdə itaət edir.
Qanunları artırmaqla bərabərlik və azadlığı daha yaxşı təsbid edə biləcəklərini düşünməyə vadar edən xülyanın qurbanları olan xalqlar hər gün özlərinin üzərinə ən ağır zəncirlər vururlar. Köhnə dövrün ideyaları, baxmayaraq ki, yarıya qədər bərbad olmuş vəziyyətdədir, hələ kifayət qədər güclüdür; onları əvəz edəcək ideyalar isə hələ özünün təşəkkül dövründədirlər – bax, müasir dövrün keçici və anarxiya zamanı olmasının səbəbi budur. Bu cür, ixtiyarsız xaotik xarakterli dövrdən çıxmağın mümkünlüyünü proqnozlaşdırmaq çox çətindir. Əvəz etmək üçün gələn yeni cəmiyyətin gətirdiyi başlıca ideyalar necə olacaq? Biz bunu hələ bilmirik. Lakin indidən də görə bilirik ki, öz təşkilatları olduğu zaman onlar yeni güclə, müasir dövrün sonuncu məlikəsi – kütlənin qüdrəti ilə hesablaşmalı olacaqlar. Həmin güc bir çox ideyaların xarabalıqları üzərində təşəkkül tapıb, vaxtilə həqiqi hesab edilən, indi isə ardıcıl inqilablar nəticəsində dağılaraq yoxa çıxmış çoxlu güclərin, görünür, digərlərini də yox etməyə hazırdır. Bütün qədim inanclarımızın tərəddüd etdiyi, cəmiyyətin köhnə sütunlarınınbir-birinin ardınca yıxıldığı zamanda, kütlənin qüdrəti özlüyündə yeganə gücü təmsil edir, heç bir şey onu təhdid etmir və əhəmiyyəti də durmadan artır. Yeni qədəmqoyan dövr həqiqətən də kütlə əsri olacaq. Yüz il bundan əvvəl dövlətlərin ənənəvi siyasəti və hökmdarların bir-biri ilə rəqabəti hadisələrin başlıca amilləri idi.
Kütlənin rəyi hesaba alınmırdı, daha dəqiq desək, o heç mövcud da deyildi. İndiki zamanda isə siyasi ənənələr, hökmdarların şəxsi meylləri, rəqabətləri artıq hesaba alınmır və əksinə, kütlənin səsi üstünlük təşkil etməyə başlayıb. Kütlə hökumətə özünü necə aparmağı diktə edir və o da elə ilk növbədə onların arzularını yerinə yetirməyə çalışır. Millətlərin taleləri artıq hökmdarların toplantılarında deyil, kütlənin qəlbində hazırlanır. Xalq siniflərinin siyasi həyat səhnəsinə daxil olması, yəni əslində onların tədricənidarəedici siniflərə çevrilmələri, bizim keçici dövrün ən görkəmli xarakterik cizgilərindən biridir. Bu daxilolma əslində heç də ümumi səsvermə yolu ilə baş verməyib, uzun zaman idarəedici rol baxımından heç sərbəst də deyildi və kənar təsirlərə də çox tez tabe olurdu. Kütlənin qüdrətinin artan yüksəlişi, ilk növbədə məlum ideyaların yayılması yolu ilə genişlənir, tədricən şüurlarda yerləşib və sonra –fərdlərin assosiasiyalarının tədricən təşəkkülü yolu ilə nəzəri mühakimələrin həyata keçirilməsi məqsədi daşıyır. Assosiasiyalar yolu ilə kütlə öz maraqları üçün ideyalar (əgər tam ədalətli olmasa da, bütün hallarda tamamilə müəyyən olunmuş) hazırlamışlar və beləliklə də öz gücü barədə anlayış əldə edir.
Kütlə sindikatlar təşkil edir, qarşısında bütün hakimiyyətlər bir-birinin ardınca təslim olur və öz iş şəraitlərini və əmək haqlarını idarə etməklə bağlı əmək birjaları qururlar. Kütlə hökumət yığıncaqlarına, hər cür təşəbbüslərdən məhrum və hər şeydən öncə onları seçən komitələrin əlində adi alət olan öz nümayəndələrini göndərirlər. Hazırda kütlənin tələbləri daha qəti olmağa başlayıb. İş saatının qısaldılması, mədənlərin, dəmiryollarının, fabriklərin müsadirə edilməsi, bütün ərzaqların bərabər bölüşdürülməsi və sair – baxın, kütlənin tələbləri nədən ibarətdir. Nəzəri düşüncələrə az meylli olan kütlə, qarşılığında fəaliyyət göstərməyə çox meyillidir. Hazırkı təşkilatlarının sayəsində kütlə çox nəhəng bir güc əldə edib. Yenicədoğulan ehkamlar, çox tezliklə köhnə ehkamların qüvvəsini, ali müstəbidlik gücünü alacaqlar, onlar heç bir müzakirəni yaxın belə qoymurlar. Kütlələrin ilahi hüquqları, kralların ilahi hüquqlarını əvəz etməlidir. Kütlə psixologiyası sahəsində bilgi hazırkı zamanda dövlət adamlarının əlində mövcud olan yeganə vasitəni təşkil edir – o da kütləni idarə etmək üçün deyil, çünki bu, onlara öz üzərində daha çox ixtiyar verməmək üçün mümkünsüzdür. Yalnız kütlənin psixologiyasına daha dərindən nüfuz etməklə, təlqin edilmiş ideyaların onun üzərində hansı dərəcəyədək gücə malik olduğunu başa düşmək olar. Məsələn, hansısa qanunverici yeni vergi tətbiq etmək istəyirsə, seçim edərkən, bunun ən ədalətli vergi olmasına fikir verməlidirmi? Heç vəchlə! Praktik cəhətdən ənhaqsız vergi kütlə üçün ən yaxşısı ola bilir. Əgər, tətbiq edilən vergi gözə elə də çarpmırsa və daha yüngüldürsə, o, kütlə tərəfindən daha asan qəbul olunur. Bu baxımdan, dolayı vergi, nə qədər böyük olsa belə, kütlənin etirazına səbəb olmur, çünki o, vərdişləri məhdudlaşdırmır və kütlədə təəssürat oyatmır.

Yüklə 35,51 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə