8
18-24 may 2017-ci il
Təsisçi:
Akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor:
Aytən SƏMƏDZADƏ
ELMİ-REDAKSİYA ŞURASI:
Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə,
Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov,
Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov,
Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev
Redaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: 566 09 60
Faks: 514 14 27
Mühasibatlıq: 566 63 08
Dərc olunan materiallardakı fikirlər
Azərbaycan dövlətinin mənafeyinə
uyğun gəlməlidir. “İQTİSADİYYAT”
qəzetinin kompüter mərkəzində yığılmış
və səhifələnmiş, “Azərmedia” MMC
mətbəəsində çap edilmişdir. Lisenziya:
022201; İndeks: 0355; Tiraj: 3150
(əvvəli ötən sayımızda)
Çox zaman əks-səda ifadə-
sinin aşağıdakı variantla-
rından istifadə olunur:
a) brendin adı;
b) brendin və sloqanın adı;
c) brendin adı və bu rek-
lam üçün xüsusi olaraq ya-
radılmış ifadə.
Reklamın istiqamətindən
asılı olaraq bu hərəkətlər
həm aktiv, həm də passiv
xarakter daşıya bilər.
Bu bölgü kifayət qədər şər-
tidir. Ayrı-ayrı reklam mü-
raciətlərində bu və ya di-
gər element olmaya bilər,
adətən, qabaqcadan bil di ri-
lən reklam müraciəti məq-
sədli auditoriyanın diq qət
və marağının cəlb edil mə-
sinin əsas vasitələrindən bi-
ridir. Onun rolu qeyri-iradi
diqqəti, rəngi və s. cəlb edən
digər vasitə lərin olmaması
zamanı xüsusilə artır.
Bir tərəfdən reklamın, di-
gər tərəfdən reklam mətni-
nin məqsəd və vəzifələrini
bir-birindən fərqləndirmək
lazımdır. Bunların qarışdı-
rılması yolverilməzdir.
Reklam mətni marketinq
kanallarının yükü rolunda
çıxış edərək, məhsul gön-
dərənlə müştəri arasında
ünsiyyətin
informasiya
funksiyasını yerinə yetirir.
Mətn informasiyası şəklin-
də yaradı lan reklam müra-
ciə tinin dörd məqsədi
mövcuddur:
1.Attraksiya, yəni diqqətin
cəlb edilməsi. Mətn özün-
də nəyisə ehtiva etməli və
xüsusi tərtibata malik ol-
malıdır ki, bu da “alıcını”
gözləri ilə ona ötəri baxma-
ğa məcbur etməlidir.
2. Marağın oyanması. Mət-
nin leksik və semantik məz-
munu “alıcının” sor ğusuna
cavab verməli, onun ma-
rağını stimullaşdırmalıdır,
çünki yalnız bu zaman o,
oxumaqda, xəbərin dərin-
liyinə varmaqda davam
edəcək və alınmış informa-
siya ilə fikrən işləyəcəkdir.
3. Emosional təsir. Mətn
“alıcıya” məmnunluq bəxş
etməli və bir qədər xeyir,
fayda gətirməlidir.
4. Xatırlama. Mətn “alıcı-
nın” yaddaşında müəy-
yən iz qoymalı və bununla
əmtəələr aləmində onun
yolgöstərəni olan kifayət
qədər stabil nəticələrə ma-
lik olmalıdır.
Reklam mətninin tanınmış
məqsədləri əsasında onun
vəzifələrini müəyyən et-
mək lazımdır.
Beləliklə, reklam müraciə-
tinin yuxarıda ifadə edil-
miş vəzifələrinin həll edil-
diyi üç əsas istiqaməti
ayır maq olar:
a) məlumatlandırma - əm-
təəyə olan ilkin tələb for-
malaşan zaman bu əmtəə
haqqında istehlakçılara xə-
bər verilməsi;
b) əsaslandırma - əmtəənin
yetkinlik dövründə irəli
sürülən markanın üstün-
lüklərinin təsdiq olunması;
c) xatırlatma – edilən seçi min
düzgünlüyünə isteh lakçıları
inandırmaq məq sədilə onla-
rın əlavə sti muliyasiyası.
Reklam mətnlərinin yara-
dılması zamanı çoxsaylı
müx təlif üslublara müraci-
ət etmək lazımdır. Mətnlə-
rin yazılmasına yanaşma
orijinal, reklamın özü isə
həqiqi olmalıdır. Qeyri-sə-
mimi və şişirdilmiş, eləcə
də stereotiplərə əsaslanan
reklam heç vaxt satışa kö-
mək etməyəcək və heç ki-
mi cəlb etməyəcəkdir.
Reklamı cəlbedici və eyni
zamanda, zövqlü etməkdən
ötrü reklam mətnləri canlı
və maraqlı yazılmalıdır.
Hər bir reklam materialı-
nın başlıca təyinatı insan-
larda satılan əşyanı almaq
arzusunu
yaratmaqdan
və onu satmaqdan ibarət-
dir. Reklam son nəticədə
öz məqsədinə çatmalıdır.
Reklam mənbələrinin ya-
zılması ilə məşğul olan in-
san məhsul və xidmətlərin
doğru irəliləməsindən ötrü
onlardan istifadə edilməsi
sahəsində şəxsi təcrübəyə
malik olmalıdır. O, məhsul
və ya xidməti öyrənməli
və elə reklam mətni tərtib
etməyə qadir olmalıdır ki,
onun fərqləndirici xüsu-
siyyətlərini inandırıcı şə-
kildə çatdırsın.
Reklam informasiya mətni
deyil. O, ünsiyyətdir. La-
kin bu ünsiyyət çox sürət-
lə baş verməlidir, çünki
insanlar bu elana uzun
müddət baxmayacaqdır.
Reklamda qoyulan xəbə-
rin çatdırılması üçün lazım
olan vaxt saniyənin dörd-
də birinə yaxın olmalıdır.
Əgər ünsiyyət saniyənin
bu sayılan hissəsi ərzində
baş verərsə, insan reklam
vərəqini və ya bukletini
tullamayacaqdır. Bu həmin
reklam materialları üçün
yoxlama olacaqdır. Anla-
maq lazımdır ki, insanda
reklam olunan əmtəəyə
sifarişçi göndərmək və bu
səbəbə görə ünsiyyətə gir-
mək imkanı olmalıdır, əks
halda bu əmtəəni heç kim
almayacaqdır. Reklam ma-
teriallarında göstərilməli-
dir ki, hara getməli və ya
hara yazmaq və zəng et-
mək olar, yaxud bu və ya
digər halda kimlə əlaqə
saxlamaq olar. Əvvəlcə siz
potensial alıcıları maraq-
landırırsınız. Sonra isə elə
edirsiniz ki, onlar asanlıqla
reaksiya versinlər.
Keyfiyyəti ilə fərqlənən
jurnallarda yerləşdirilən
reklamın bir hissəsi, ümu-
miyyətlə, reklam deyil. Bu,
sadəcə hər hansı bir əmtəə
haqqında bildirişdir. Ora-
da satışın baş verməsi
üçün məlumat yoxdur.
Reklam mətninin hər bir
hissəsinin tərtib edilməsi-
nə görə qayda və tövsi yə lər
mövcuddur ki, bunla rın bir
çoxu təcrübədə tət biq edil-
mir.
1. Beləliklə, sloqan aşağı-
dakıları etməlidir:
– reklam xəbərinin əsas
ideyasını əks etdirməli;
- yüksək oxunaqlığa və xa-
tırlatma funksiyasına ma-
lik olmalı;
- yığcam və qısa olmalı;
- dəqiq və ifadəli olmalı;
- nadir ticarət cümləsini eh-
tiva etməli;
- brendin adını daxil etməli
(yaxşı olardı).
2. Sərlövhə: şübhəsiz, diq-
q əti cəlb etməkdən ötrü
ori jinal olmalı və istehlakçı
üçün aktual olan informasi-
yanı əks etdirməlidir. Əgər
reklam nadir ticarət cümlə-
sinə əsaslanarsa, onu sərlöv-
həyə daxil etmək lazımdır
və ya bu əsas reklam dəlili
ola bilər. Baş lıcası odur ki,
sərlövhə məqsədli audito-
riyanın nü mayəndələrinin
diqqəti ni cəlb edə və avto-
matik olaraq onu tamaşaçı-
dan oxu cuya çevirə bilsin.
(davamı gələn sayımızda)
F.M.Qarayev,
BDU-nun dosenti
Mayın 11-də Azərbaycan Res-
publikasının Prezidenti yanın-
da Kütləvi İnformasiya Vasitələ-
rinin İnkişafına Dövlət Dəstəyi
Fondu və Azərbaycan Respubli-
kasının Standartlaşdırma, Met-
rologiya və Patent üzrə Dövlət
Komitəsinin birgə təşkil etdik-
ləri "Keyfiyyət infrastrukturu-
nun inkişafı rəqabətədavamlı
ixrac məhsulları istehsalının va-
cib amilidir" mövzusunda fərdi
jurnalist yazıları müsabiqəsinin
nəticələri açıqlanıb, qaliblər
mükafatlandırılıblar.
Tədbirdə Standartlaşdırma, Met-
rologiya və Patent üzrə Dövlət
Komitəsinin sədri Ramiz Həsə-
nov, Fondun icraçı direktoru
Vüqar Səfərli, habelə ölkənin 20-
dək aparıcı kütləvi informasiya
vasitələrinin rəhbərləri və qalib
jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fon-
dun icraçı direktoru Vüqar Səfərli
Azərbaycanın bu günlərdə bö-
yük bayram sevinci yaşadığını,
ölkəmizin IV İslam Həmrəyliyi
Oyunlarının rəsmi açılış mərasimi
ərəfəsində olduğunu xatırladıb.
Bu əlamətdar hadisə münasibətilə
qonaqları və media təmsilçilərini
təbrik edən icraçı direktor mö-
təbər idman tədbirinin yerli və
beynəlxalq ictimaiyyətə dolğun
şəkildə çatdırılması baxımından
medianın da üzərinə mühüm və-
zifələrin düşdüyünü vurğulayıb.
V.Səfərli bildirib ki, Fond fəaliy-
yət göstərdiyi 8 il müddətində
fikir, söz və məlumat azadlıq-
larının genişləndirilməsi, küt-
ləvi informasiya vasitələrinin
maddi-texniki bazasının möh-
kəmləndirilməsi, jurnalistlərin
peşəkarlığının artırılması, yara-
dıcı əməyinin stimullaşdırılma-
sı və sosial müdafiəsinin güc-
ləndirilməsi məqsədinə xidmət
edən çoxsaylı layihələr həyata
keçirib. İcraçı direktor, həmçi-
nin mərkəzi və yerli icra haki-
miyyəti orqanları ilə qarşılıqlı
faydalı əməkdaşlığın genişlən-
dirilməsinin Fondun fəaliyyə-
tində başlıca istiqamətlərdən
biri olduğunu qeyd edib. Vüqar
Səfərli bu məqsədlə mütəmadi
olaraq dövlət qurumları ilə bir-
gə konfrans və müsabiqələrin
təşkil olunduğunu vurğulayıb.
Son illər ölkədə qeyri-neft sek-
torunun və sahibkarlığın inki-
şafı məqsədilə ardıcıl islahat-
lar həyata keçirildiyini diqqətə
çatdıran Vüqar Səfərli biznes
mühitinin daha da yaxşılaşdı-
rılması, rəqabətədavamlı məh-
sulların istehsalının və ixracının
genişləndirilməsində Standart-
laşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin də
mühüm xidmətlərinin olduğu-
nu vurğulayıb.
Vüqar Səfərli 2017-ci il yanvarın
26-dan aprelin 14-dək davam
edən müsabiqəyə 31 kütləvi in-
formasiya vasitəsindən 48 yazı-
nın təqdim edildiyini, yazıların
4 ekspert tərəfindən qiymətlən-
dirildiyini diqqətə çatdırıb.
Standartlaşdırma, Metrologi-
ya və Patent üzrə Dövlət Ko-
mitəsinin sədri Ramiz Həsənov
komitənin fəaliyyəti haqqında
geniş məlumat verərək Azər-
baycanda keyfiyyət infrastruk-
turunun formalaşması və in ki şafı
istiqamətində ardıcıl isla hatların
aparıldığını bildirib. Azərbay-
can Respublikası Pre zidentinin
10 fevral 2017-ci il tarix li Fər-
manını xatırladan komitə sədri
qeyd edib ki, həmin Fərmana
əsasən keyfiyyət infrastruktu-
runun əsas istiqamətləri olan
standartlaşdırma, metrologiya
və akkreditasiya, o cümlədən
patent hüququ obyektlərinin
mühafizəsi sahələrində idarəet-
mə təkmilləşdirilib, beynəlxalq
tələblərə uyğun olaraq yeni
publik hüquqi şəxslər təsis edi-
lib. Avropalı ekspertlərlə birgə
hazırlanmış "Texniki tənzim-
ləmə haqqında" Qanun layihəsi
üzərində işin yekunlaşdığını və
aidiyyəti üzrə təqdim olundu-
ğunu deyən Ramiz Həsənov qa-
nunun qəbulundan sonra ölkə-
də istehsal olunan məhsulların
təhlükəsizlik tələblərinin texniki
reqlamentlərlə, keyfiyyət para-
metrlərinin isə standartlarla tən-
zimlənəcəyini deyib.
Müzakirələr zamanı çıxış edən
Milli Məclisin deputatı, "Yeni
Azərbaycan" qəzetinin baş re-
daktoru Hikmət Məmmədov,
"Bakı-Xəbər" qəzetinin baş re-
daktoru Aydın Quliyev, "Xalq
Cəbhəsi" qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli qlobal maliyyə
böhranı şəraitində Azərbaycan-
da qeyri-neft sektorunun inkişaf
etdirilməsi və rəqabətədavamlı
ixrac məhsulları istehsalı baxı-
mından keyfiyyət infrastruktu-
ru sahələrinin müstəsna rolunu
qeyd ediblər. Sonra müsabiqənin
qaliblərinə diplom və mükafatlar
təqdim edilib.
Fərdi jurnalist yazıları
müsabiqəsinin nəticələri açıqlanıb
Azərbaycan Respublikası Preziden-
ti Administrasiyasının tövsiyəsinə
uyğun olaraq, "Kütləvi informasiya
vasitələrinin əməkdaşlarına mənzil-
lərin verilməsi qaydaları və şərtlə-
ri"nin müəyyənləşdirilməsi, eləcə də
həmin qaydalar və şərtlər əsasında
sənədlərin qəbulu prosesinin ədalətli
və şəffaf şəkildə həyata keçirilməsi
məqsədilə 9 nəfərdən ibarət komissi-
ya yaradılıb.
Komissiyanın tərkibinə Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İn-
kişafına Dövlət Dəstəyi Fondundan
3 nəfər – Fondun icraçı direktoru
Səfərli Vüqar Müzəffər oğlu (komis-
siyanın sədri), Fondun Müşahidə Şu-
rasının üzvü Ələsgərli Müşfiq Məşi
oğlu, Fondun aparıcı məsləhətçisi
Mustafayev Samir Elman oğlu; Azər-
baycan Respublikasının Milli Tele-
viziya və Radio Şurasından 3 nəfər
– şuranın sədri Məhərrəmli Nuşirə-
van Umud oğlu, Şuranın Hüquq və
beynəlxalq əlaqələr şöbəsinin müdiri
Cavadov Nemət Rövşən oğlu, Şura-
nın Hüquq və beynəlxalq əlaqələr
şöbəsinin məsləhətçisi Mehdiyeva
Aygün Ərəstun qızı; Azərbaycan
Mətbuat Şurasından 3 nəfər – şura-
nın sədri Amaşov Əflatun Əhməd
oğlu, Şuranın İdarə Heyətinin üzvü
və Fondun Müşahidə Şurasının sədr
müavini Rəhimzadə Vüqar Gəncəli
oğlu, Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin üzvü Quliyev Aydın
Alqulu oğlu daxildirlər.
Komissiyanın 2017-ci il mayın 16-da
keçirilmiş ilk iclasında "Kütləvi in-
formasiya vasitələrinin əməkdaşla-
rına mənzillərin verilməsi qaydaları
və şərtləri", eləcə də həmin qaydalar
və şərtlər əsasında sənədlərin şəffaf
şəkildə qəbulu qaydaları müəyyən-
ləşdirilib. İclasdan sonra komissi-
ya üzvlərinin iştirakı ilə Beynəlxalq
Mətbuat Mərkəzində mətbuat konf-
ransı keçirilib.
Tədbir iştirakçılarını salamlayan
Fondun icraçı direktoru, komissiya-
nın sədri Vüqar Səfərli jurnalistlərin
mənzil-məişət şəraitinin yaxşılaşdırıl-
ması məqsədilə son illərdə 2 yaşayış
binasının tikilib istifadəyə verilməsini
dünyada analoqu olmayan mütərəqqi
təcrübə kimi dəyərləndirib. V.Səfərli
qeyd edib ki, dövlətimizin başçısının
2013-cü il 22 iyul tarixli "Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsi-
nin gücləndirilməsinə dair əlavə təd-
birlər haqqında" Sərəncamına əsasən,
Səbail rayonu ərazisində 17 mərtəbə-
li, 3 girişli, 255 mənzilli sayca ikinci
yaşayış binasının tikintisi başa çatdı-
rılıb. V.Səfərli daha sonra "Kütləvi in-
formasiya vasitələrinin əməkdaşları-
na mənzillərin verilməsi qaydaları və
şərtləri" barədə ətraflı məlumat verib.
Komissiyanın üzvü, Milli Televiziya
və Radio Şurasının sədri Nuşirəvan
Məhərrəmli jurnalistlərə mənzillərin
verilməsi şərtlərinin müəyyənləşdi-
rilməsi və sənəd qəbulu prosesinə
başlanılması münasibətilə media nü-
mayəndələrini təbrik edib.
Komissiyanın üzvü, Azərbaycan
Mətbuat Şurasının sədri, Milli Məc-
lisin deputatı Əflatun Amaşov jur-
nalistlər üçün mənzillərin tikilib is-
tifadəyə verilməsini Azərbaycanda
mediaya göstərilən yüksək diqqət
və qayğının bariz göstəricisi kimi
dəyərləndirib.
Ümumi sahəsi 604 hektar olan
“Şəmkir Aqropark”ın qısa za-
manda istifadəyə veriləcəyi göz-
lənilir.
Açılışına qısa müddət qalmış
“Şəmkir Aqropark”da yaradıl-
mış imkanlardan istifadə edil-
məsi ilə əlaqədar olaraq tədbir
keçirilib. Tədbirdə Şəmkir Ra-
yon İcra Hakimiyyəti başçısı
aparatının əməkdaşları, “Şəmkir
Aqropark”ın rəhbərliyi, aidiyyə-
ti idarə, müəssisə və təşkilat rəh-
bərləri, icra nümayəndələri və
bələdiyyə sədrləri iştirak edib.
Çıxış edənlər “Şəmkir Aqro-
park”ın yaradılmasının ixrac
coğ ra fiyasının daha da genişlən-
di rilməsinə və həcminin ar -
tırılmasına, milli brendlərin
for malaşdırılmasına, intensiv me -
todların tətbiqinə, isteh salçı, emal-
çı və istehlakçı arasında müna-
sibətlərinin geniş ləndirilmə si nə,
yüksək məh suldarlığa nail olun-
masına və ye ni iş yerlərinin açıla-
cağına sə bəb olacağını bildiriblər.
Bu yeni xidmət müəssisəsi re-
gionda fermerlərin sahibkarlıq
fəaliyyətini gücləndirməklə on-
lara məsləhət, texniki, aqroservis
və logistika xidmətlərinin göstə-
rilməsinə, dərman və gübrə ilə tə-
min olunmasına şərait yaradacaq.