1
Tikintidə dövriyyə kapitalı və onun əsas prinsipləri
Dövriyyə kapitalının maddi-əşyavi daşıyıcıları istehsal prosesində fəaliyyət
göstərən əmək cisimləri (xammal, materiallar, yanacaq) və iş qüvvəsidir.
Əmək cisimləri bir istehsal tsiklinin gedişində öz natural formaları üzrə tam
sərf olunur və öz dəyərlərini tam şəkildə hazır məhsul üzərinə keçirirlər. Məhsul
satılandan sonra əmək cisimlərinin dəyəri kapitalın hər dövriyyəsində pul şəklində
sahibkara qayıdır. Sonra növbəti istehsal tsiklini təmin etmək üçün əmək
cisimlərinin natural forma üzrə ödənilməsi baş verir. Bir dövriyyə prosesində tam
işlədilən azqiymətli əmək vasitələri (kiçik alətlər) də eyni cür dövrə aid edirlər.
Əmək vasitələrinin belə elementləri də dövriyyə kapitalına aid edə bilərlər.
İş qüvvəsi istehsal prosesində öz dəyərini məhsula nə o saat, nə də tədricən
keçirmir. O, yeni dəyər yaradır. Lakin dövr etməsinə görə dəyişən kapital dövriyyə
kapitalından fərqlənmir. Bir istehsal tsiklinin gedişində təkrar istehsal edilmiş iş
qüvvəsi dəyəri əmtəə satılandan sonra pul şəklində sahibkara qayıdır və növbəti
istehsal tsiklində iş qüvvəsinin muzdla alınması üçün istifadə oluna bilər.
Qeyd etmək lazımdırki, məhsuldar kapitala; həm əsas, həm də dövriyyə
kapitalına yalnız istehsal prosesində real iştirak edən maddi ünsürləri
və iş qüvvəsi
aiddir. Materialın, komplektləşdirici məmulatların, avadanlığın alınıb ehtiyatda
saxlanması kimi hadisə təsərrüfatın səmərəli aparılması təcrübəsi ilə bir araya
sığmır və kapitalın təsərrüfat fəaliyyətindən çıxarılmasına, onun dövretmə
sürətinin azaldılmasına aparır. Gününə və saatına qədər dəqiqliklə çatdırmaya
təminat verən müqavilə əlaqələrinin yayılması müasir müəssisəyə işi minimum
xammal və material ehtiyatı ilə «təkər üstə» qurmağa imkan verir.
Tikinti müəssisələrinin gələcək fəaliyyəti onların dövriyyə vəsaiti ilə nə
dərəcədə təmin edilməsindən asılıdır. Dövriyyə vəsaitinin çatışmamazlığı təkrar
istehsalın gedişinə mane olur, müəssisədə maliyyə çətinliyi baş verir. Dövriyyə
vəsaitinin artıqlığı isə onun dövriyyə sürətinin azalmasına, vəsaitin dövriyyədən
yayınmasına və rentabelliyin aşağı düşməsinə səbəb olur. Ona görə də istehsal
prosesinin dövriyyə vəsaitinə olan ehtiyatı düzgün müəyyən edilib, istehsalın bu
vəsaitlərlə lazimi dərəcədə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tikinti müəssisələrinin dövriyyə vəsaiti dedikdə onların dövriyyə istehsal
fondlarında və tədavül fondlarında olan pul vəsaitləri nəzərdə tutulur.
Dövriyyə vəsaitləri təkrar istehsal prosesində yerinə və roluna görə dörd qrupa
bölünürlər:
Istehsal ehtiyatlarına qoyulan vəsaitlər;
Bitməmiş istehsala və gələcək dövrün xərclərinə qoyulan vəsaitlər;
Hazır məhsula qoyulan vəsaitlər;
Pul və hesablaşmalarda vəsaitlər.
Tikinti müəssisələri tikinti-quraşdırma işlərini fasiləsiz yerinə yetirmək üçün tikinti
materialları, konstruksiyaları, detalları, məmulatları, yanacaq ehtiyatları və s. ilə
daim təmin edilməlidir. Tikinti məhsulunu müəssisə vaxtaşırı reallaşdırır.