Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
  1   2   3   4   5   6   7   8   9   10
cografiya




AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ RAYONLARI VƏ “AZƏRBAYCAN 
RESPUBLİKASININ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNƏ BÖYÜK 
QAYIDIŞA DAİR I DÖVLƏT PROQRAMI” 

 
Azərbaycan Respublikasının şəhər və rayonlarının davamlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş 
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində şəhər, qəsəbə 
və kəndlər əsaslı şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən 
xidmətlərin keyfiyyəti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir. 
Azərbaycanın inkişafı istiqamətində aparılan məqsədyönlü siyasi və iqtisadi fəaliyyətin, ordu quruculuğunun nəticəsi 
olaraq 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz işğaldan azad olundu. Ali Baş Komandan 
cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa 
etdi. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin inkişafı və onların 
ölkə iqtisadiyyatına inteqrasiyası, həmçinin digər iqtisadi rayonlarda planlaşdırma işlərinin səmərəliliyinin artırılması 
məqsədilə 7 iyul 2021-ci il tarixli fərman imzalamışdır. Fərmana əsasən ölkədə yeni rayonlaşma aparılmış və 14 iqtisadi 
rayon ayrılmışdır: 
Bakı, Abşeron–Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Mil–Muğan, Mərkəzi Aran, 
Şirvan–Salyan, Gəncə–Daşkəsən, Qazax–Tovuz, Qarabağ, Şərqi Zəngəzur, Lənkəran-Astara və Naxçıvan 
(
şəkil 1 
və 2, cədvəl 1
). 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikasının 
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam 
imzalamışdır. 
Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail 
olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin 
doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq 
vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət 
Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş 
ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. 
Şəkil 1. Azərbaycanın iqtisadi rayonlarının təsərrüfatı 
Azərbaycan Respublikasının ayrı-ayrı regionları tarixi inkişaf, fiziki və iqtisadi-coğrafi xüsusiyyətlərinə görə bir- 
birindən fərqlənir. 
İqtisadi rayon 
– ölkə miqyasında təbii şəraitinə və ehtiyatlarına, təsərrüfatın sahəvi və ərazi quruluşuna, ixtisaslaşma 
istiqamətlərinə, əhalinin məskunlaşmasına və əmək vərdişlərinə, inkişaf səviyyəsinə görə fərqlənən ərazidir. 
 



Cədvəl 1. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə