Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

Şəki-Zaqatala iqtisadi rayonu 
Sahəsi 8,84 min km
2
, əhalisi 632,9 min nəfərdir (2022). Tərkibinə Şəki şəhəri və Balakən, Qax, Qəbələ, Zaqatala, 
Oğuz, Şəki inzibati rayonları daxildir. 
Şəki-Zaqatala Böyük Qafqazın cənub yamaclarında yerləşir. Onun sərhədlərinin şimalda Baş Qafqaz 
silsiləsindən keçməsi qonşu Rusiya ilə əlaqələrdə çətinlik yaradır. Polimetal filizləri (Filizçay yatağı), qum, çınqıl, 
gil, gips və meşə ehtiyatlarının təsərrüfat əhəmiyyəti böyükdür. 
Əlverişli iqlim şəraiti, mineral bulaqlar, meşələr, həmçinin tarixi-memarlıq abidələri mühüm rekreasiya və turizm 
ehtiyatlarıdır (
şəkil 6
). 
Şəkil 6. Şəki-Zaqatala iqtisadi rayonu 
 
İqtisadi rayonda yüngül və yeyinti sənayesi sahələri daha yaxşı inkişaf etmişdir. Yeyinti
sənayesi müəssisələrində 
meyvə-tərəvəz konservləri, şirniyyat, şərab, tütün, fındıq, çay, ət-süd məhsulları istehsal olunur. Qəbələdə Konserv 



kombinatı fəaliyyət göstərir. Şəkidə Modul tipli İES fəaliyyət göstərir. Yüngül sənaye Şəki İpək Kombinatı ilə təmsil 
edilir. Burada ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar toxunur. 
İqtisadi rayonda tütün, qərzəkli meyvələr, taxıl, xüsusən də yazlıq taxıl becərilir. Burada, həmçinin çayçılıq, 
gülçülük, çəltikçilik sahələri vardır. Maldarlıq və baramaçılıq kimi heyvandarlıq sahələrinin əhəmiyyəti böyükdür. 
Qoyunçuluğun inkişafı üçün həm yay, həm də qış otlaqlarının imkanları genişdir. 
Yevlax-Balakən dəmir və avtomobil yolları iqtisadi rayonu digər ərazilərlə əlaqələndirir. Şəki şəhəri iqtisadi 
rayonun əsas sənaye, elm və mədəniyyət mərkəzidir. 
Dağlıq Şirvan iqtisadi rayonu 
 
Sahəsi 6,13 min km
2
, əhalisinin sayı 326,8 min nəfərdir (2022). Tərkibinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan 
inzibati rayonları daxildir. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərq ətəklərində yerləşir. Onun düzən əraziləri 
Şirvan düzündədir. İqtisadi rayonun İCM-i az əlverişlidir. Dağlıq ərazilərdə yerləşməsi ilə əlaqədar ilin qış aylarında 
avtomobil yollarının istifadəsində çətinliklər yaranır (
şəkil 7
). 
Şəkil 7. Dağlıq Şirvan iqtisadi rayonu 
 
Yanar şist, tikinti materialları, mineral sular, iqlim-balneoloji ehtiyatlar, meşələr iqtisadi rayonun əsas sərvətləridir. 



İqtisadi rayon üzümçülük, taxılçılıq, heyvandarlıq məhsullarının istehsalı və onları emal edən sənaye sahələrinin 
inkişafına görə fərqlənir. İsmayıllıda və Şamaxıda yazlıq taxıl, üzüm, Ağsuda pambıq əkilir. Əhalinin yerli 
tələbatının ödənilməsi üçün bostan-tərəvəz məhsulları, kartof, meyvə yetişdirilir, barama, arı saxlanılır. 
Üzümün ilkin emalı və şərab zavodları Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərir. Qədim 
sənətkarlıq sahələri kimi Şamaxıda xalça, Şamaxı və Basqalda ipək yaylıqlar, kəlağayılar toxunur, Lahıcda mis 
qablar hazırlanır. Bakı-Şamaxı-İsmayıllı-Balakən avtomobil yolunun əhəmiyyəti böyükdür. Şamaxı Dağlıq Şirvanın 
əsas iqtisadi, sosial- mədəni mərkəzidir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə