Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

 
 
Mil-
Muğan iqtisadi rayonu 
Sahəsi 5,67 min km
2
, əhalisinin sayı 526,4 min nəfərdir (2022). Tərkibinə Beyləqan, İmişli, Saatlı, Sabirabad 
inzibati rayonları daxildir (
şəkil 14
). 
Şəkil 14. Mil-Muğan iqtisadi rayonu 
Mil-Muğan iqtisadi rayonunun ərazisi Mil və Muğan düzlərini əhatə edir. Cənubda İran ilə dövlət sərhədi 
keçir. İqtisadi rayon əlverişli İCM-ə malikdir. Onun ərazisindən ölkə əhəmiyyətli Hacıqabul-Horadiz dəmir və 
avtomobil yolları, Yevlax-Ağcabədi-Bəhrəmtəpə, Bəhrəmtəpə-Biləsuvar avtomobil yolları keçir. Yeraltı sərvətlərə 
tikinti materialları (mişardaşı, qum-çınqıl və s.) aiddir. 
Neft və qazçıxarma, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir. Pambığın ilkin emalını həyata 
keçirən pambıqtəmizləmə zavodları vardır (Sabirabad, Saatlı və s.). İqtisadi rayonda ət, süd, taxıl məhsulları, şəkər 
(İmişli) istehsal edilir.
Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və 
heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir. Burada balıq yetişdirilməsi üzrə iri 
müəssisələr yerləşir.
 
 
 


15 
L
ənkəran-Astara iqtisadi rayonu 
Sahəsi 6,07 min km
2
, əhalisinin sayı 959,4 min nəfərdir (2022). Tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran
Masallı, Yardımlı inzibati rayonları və Lənkəran şəhəri daxildir. İqtisadi rayon ölkənin cənubunda, Xəzər dənizinin 
sahillərində yerləşir. Azərbaycanı İranla birləşdirən avtomobil yolu buradan keçir. Ona görə də iqtisadi rayonun 
İCM-i əlverişlidir (
şəkil 15
). 
 
 
Şəkil 15. Lənkəran-Astara iqtisadi rayonu 
 
Burada yeraltı sərvətlər azdır, tikinti materialları, meşələrdə tədarük üçün ağac ehtiyatları vardır. Xəzərsahili 
düzən liklər, meşələr, mineral bulaqlar istirahət, müalicə və turizm məqsədləri üçün istifadə edilir. 
Lənkəran ovalığı Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biridir. 
Astara və Lerik rayonlarında Modul İES-lər fəaliyyət göstərir. Yeyinti sənayesi müəssisələrində meyvə-tərəvəz 
konservləri, şərab, çay, ət, süd məhsulları istehsal olunur. Lənkəran və Masallıda meyvə-tərəvəz konservi zavodları 
fəaliyyət göstərir. Cəlilabadda şərab istehsal olunur. 
Faraş tərəvəzçilik, sitrus meyvəçiliyi və çayçılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Burada, həmçinin 
çəltik, taxıl, üzüm becərilir. Xəzər dənizindən balıq tutulur və emal olunur. 
Lənkəran və Cəlilabad şəhərləri iqtisadi rayonun sənaye potensialının cəmləşdiyi əsas mərkəzlərdir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə