Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

Abşeron-Xızı iqtisadi rayonu 
 
Sahəsi 3,73 min km
2
, əhalisi 579,9 min nəfərdir (2022). Bu iqtisadi rayonun tərkibinə Sumqayıt və Xırdalan 
şəhərləri, Abşeron və Xızı inzibati rayonları daxildir 
(şəkil 4). 
 
Şəkil 4. Abşeron-Xızı iqtisadi rayonu 
 
Burada ölkənin iri sənaye mərkəzləri olan Sumqayıt və Xırdalan şəhərləri yerləşir. İqtisadi rayon ölkənin 
şərqində, Bakı şəhəri ilə qonşuluqda mövqe tutur. Belə mövqe regionun inkişafına əlverişli şərait yaradır. 
Şəhər əhalisinin xüsusi çəkisinə (91,8%), ərazinin mənimsənilməsinə, əhalinin sıxlığına, infrastruktur sahələrinin 
inkişaf səviyyəsinə, sosial-iqtisadi inkişafına görə Abşeron-Xızı iqtisadi rayonu Bakı iqtisadi rayonu istisna olmaqla, 
digər iqtisadi rayonlardan üstündür. 
Neft, təbii qaz, əhəngdaşı, sement xammalı, kvars və tikinti qumları iqtisadi rayonun əsas təbii sərvətləridir. 
Burada sənayenin bir çox sahələri inkişaf etmişdir. Neft-qaz hasilatı, neft-kimya, kimya, metallurgiya və 
elektrotexnika iqtisadi rayonda sənayenin əsas ixtisaslaşma sahələridir. Elektroenergetika yerli tələbatı ödəmir. 
Kənardan gətirilən qara və əlvan metallar, tikinti materialları, yüngül və yeyinti sənayesi xammalları emaldan 
keçirilir. İqtisadi rayonda olan sənaye müəssisələrinin çoxu Sumqayıt və Xırdalan şəhərlərində yerləşir. 
Kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq
qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük və quru subtropik meyvəçilik təşkil edir. Zeytun, badam, püstə, 



əncir, ağ və qara şanı üzüm sortları becərilən əsas kənd təsərrüfatı məhsullarıdır. İqtisadi rayon ərazisində yay və qış 
otlaqları vardır. 
 
 
Quba-Xaçmaz iqtisadi rayonu 
Sahəsi 6,96 min km
2
, əhalisi 561,8 min nəfərdir (2022). Tərkibinə Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran 
inzibati rayonları daxildir. İqtisadi rayonun Xəzər dənizinə birbaşa çıxışı vardır. Azərbaycanı Rusiya ilə birləşdirən 
nəqliyyat- kommunikasiya xətləri bu rayondan keçir. Buna görə iqtisadi rayonun İCM-i əlverişlidir (
şəkil 5
). 
Şəkil 5. Quba-Xaçmaz iqtisadi rayonu 
 
Neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil iqtisadi rayonun əsas təbii sərvətləridir. Meşələr rayon ərazisinin
10-11%-ni örtür. Qalaaltı mineral bulağı, Xəzər dənizinin sahillərində olan Nabran-Yalama zonası, meşələr və 
qumluqlar əsas istirahət zonalarıdır. 
Tərəvəzçilik və tumlu meyvəçilik kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Xaçmaz, Siyəzən və Şabran 
rayonlarında üzüm, Qusarda kartof, iqtisadi rayonun hər yerində isə taxıl əkilir. Düzən ərazilər südlük-ətlik 



maldarlığın, dağlıq rayonlar qoyunçuluğun əsas mərkəzləridir. Siyəzən, Xaçmaz və Qubada quşçuluq kompleksləri 
vardır. 
Meyvə-tərəvəz konservi istehsalı Xaçmaz və Qubada, xalçatoxuma müəssisələri Quba, Qusar və Xaçmazda 
yerləşir. Xaçmazda taxıl, Qubada süd məhsulları emal edilir. Siyəzəndə neft və təbii qaz hasilatı, Xaçmazda və 
Qubada Modul tipli İES vardır. Xaçmaz və Quba şəhərləri sənaye mərkəzləridir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə