Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

 
Qazax-Tovuz iqtisadi rayonu
 
Sahəsi 7,03 min km
2
əhalisinin sayı 690,6 min nəfərdir (2022). Tərkibinə Ağstafa, Qazax, Gədəbəy, 
Tovuz və Şəmkir inzibati rayonları daxildir. Qazax-Tovuz iqtisadi rayonu ölkənin qərbində, Gürcüstan və 
Ermənistan ilə sərhədboyu ərazilərdə yerləşir. Qara dənizin sahilindəki limanlara gedən nəqliyyat-
kommunikasiya xətləri buradan keçir. Buna görə əlverişli İCM-ə malikdir (
şəkil 9
). 
Şəkil 9. Qazax-Tovuz iqtisadi rayonu 
 
Qızıl, mis, əhəngdaşı, bentonit gili, seolit, sement xammalı iqtisadi rayonun yeraltı sərvətləridir. İqtisadi rayonda 
dağ-mədən sənayesi Gədəbəy rayonunda inkişaf etdirilir. Burada qızıl-mis filizlərinin hasilatı və emalı müəssisəsi 
fəaliyyət göstərir. Kür çayı hidroenerji ehtiyatları ilə zəngindir. Mineral bulaqlar, meşələr təbii-rekreasiya 
ehtiyatlarıdır. 


10 
Əlvan metallurgiya, tikinti materialları və yeyinti sənayesi aparıcı sənaye sahələridir. Şəmkir və Şəmkirçay SES-
ləri enerji təminatında mühüm rol oynayır. İqtisadi rayonda şərab, konyak, ət, süd məmulatları yeyinti sənayesinin 
əsas məhsullarıdır. 
Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. 
Bakı-Ağstafa dəmir və avtomobil yolları, Qara və Aralıq dənizlərinin sahillərinə gedən boru kəmərləri (Bakı-
Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP və Bakı-Ərzurum qaz kəməri) buradan keçir. Ağstafa əsas 
nəqliyyat qovşağıdır. 
 
Qarabağ iqtisadi rayonu 
Sahəsi 8,99 min km
2
, əhalisinin sayı 907,9 min nəfərdir (2022). Tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Xocalı, 
Xocavənd, Füzuli, Şuşa, Tərtər inzibati rayonları, Xankəndi və Şuşa şəhərləri daxildir. Qarabağ Şərqi Zəngəzur, Mil- 
Muğan və Mərkəzi Aran iqtisadi rayonları arasında yerləşir. Cənubda İran ilə dövlət sərhədi Araz çayı boyu keçir. 
İqtisadi rayonun İCM-i əlverişlidir (
şəkil 10
).
Şəkil 10. Qarabağ iqtisadi rayonu 
 
Tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı) Qarabağın əsas yeraltı ehtiyatlardır. Meşələrdə olan 
ağac tədarükü imkanları yerli ehtiyacları ödəyir. 
Qarabağda üzümçülük, taxılçılıq, tütünçülük, pambıqçılıq və heyvandarlıq kənd təsərrüfatının əsas sahələridir. 
Yüngül sənaye pambıqtəmizləmə, xalçaçılıq sahələri ilə təmsil olunur. Yeyinti
sənayesi müəssisələrində şərab, ət 
və süd məhsulları hazırlanır. 
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə 
səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm 
qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış 
hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o 


11 
cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm 
işlər görülmüşdür. 
İqtisadi rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması həyata 
keçirilir. Artıq Əhmədbəyli ‒ Füzuli ‒ Şuşa (Zəfər yolu) və Tərtər ‒ Çaylı ‒ Suqovuşan ‒ Talış avtomobil yollarının 
tikintisi başa çatmışdır. 
Regionun beynəlxalq hava məkanına inteqrasiyası məqsədilə Füzuli Hava Limanı istifadəyə verilmişdir. Bərdə ‒ 
Ağdam dəmir yolu xəttinin çəkilişi həyata keçirilir.
2022-2023-ci illərdə Xaçınçay su anbarının, Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su 
anbarlarının təmiri və bərpası nəzərdə tutulmuşdur. “Suqovuşan-1”, “Suqovuşan-2” SES-ləri bərpa olunmuşdur. 
Ağdam rayonu ərazisində “Ağdam Sənaye Parkı”nın yaradılması işləri icra olunur.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə