Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

 
G
əncə-Daşkəsən iqtisadi rayonu
 
Sahəsi 5,27 min km
2
, əhalisinin sayı 612,1 min nəfərdir (2022). Tərkibinə Gəncə və Naftalan şəhərləri, 
Daşkəsən, Goranboy, Samux, Göygöl inzibati rayonları daxildir. 
Gəncə-Daşkəsən iqtisadi rayonu ölkənin qərbində, Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə 
birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşir. Buna görə əlverişli İCM-ə malikdir. İqtisadi 
potensialına görə Gəncə-Daşkəsən ölkənin seçilən regionlarından biridir (
şəkil 8
). 
Şəkil 8. Gəncə-Daşkəsən iqtisadi rayonu 
 
Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips iqtisadi rayonun əsas yeraltı sərvətləridir. İqtisadi rayon dağ-mədən 
sənayesi üzrə ixtisaslaşmışdır. Daşkəsəndə qızıl-mis emalı, dəmir filizi çıxarılması və saflaşdırılması müəssisələri 
fəaliyyət göstərir. Kür çayı hidroenerji ehtiyatları ilə zəngindir. Göygöl-Hacıkənd zonası, Naftalanın müalicəvi nefti, 
mineral bulaqlar, meşələr təbii rekreasiya ehtiyatlarıdır. 
Kimya, qara və əlvan metallurgiya, tikinti materialları, yüngül və yeyinti sənayesi aparıcı sənaye sahələridir. 
Yenikənd SES əhalinin və təsərrüfatın enerji təminatında mühüm rol oynayır. Gəncə-Daşkəsən tikinti materialları 
sənayesinin inkişafına görə fərqlənir. 



İqtisadi rayonda yüngül sənaye də inkişaf etdirilir. Dəliməmmədlidə pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. 
Şərab, konyak, ət, süd, qənnadı məmulatları yeyinti sənayesinin əsas məhsullarıdır. 
Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Goranboyda 
pambıq əkilir. Gəncə şəhərinin əhalisini ərzaqla təmin etmək üçün şəhərətrafı təsərrüfat kompleksi yaradılmışdır. 
Bakı-Ağstafa dəmir və avtomobil yolları buradan keçir. Gəncə şəhərində beynəlxalq əhəmiyyətli hava limanı 
vardır. Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP, Bakı-Ərzurum qaz kəməri regiondan keçir. Gəncə-
Daşkəsən hasilat sənayesi və onun məhsullarının emalı əsasında sənaye qovşağı kimi formalaşır. Gəncə şəhəri 
nəqliyyat qovşağıdır. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə