Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

Naxçıvan iqtisadi rayonu 
Sahəsi 5,50 min km
2
, əhalisinin sayı 463,0 min nəfərdir (2022). İqtisadi rayon Naxçıvan MR-in ərazisini əhatə 
edir. Onun tərkibinə Naxçıvan şəhəri, Babək, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Culfa və Şərur inzibati rayonları 
daxildir. Kəngərli rayonunun inzibati mərkəzi Qıvraq qəsəbəsi, Sədərək rayonunun inzibati mərkəzi Heydərabad 


16 
qəsəbəsi, Babək rayonunun inzibati mərkəzi Babək şəhəridir. Naxçıvan MR ölkənin qabaqcıl iqtisadi rayonlarından 
biridir (
şəkil 16
). 
 
Şəkil 16. Naxçıvan iqtisadi rayonu 
 
İqtisadi rayonun Türkiyə və İranla həmsərhəd olması onun iqtisadi-coğrafi mövqeyi üçün əlverişlidir. Həmçinin 
Zəngəzur dəhlizinin açılması iqtisadi rayonu Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, onun tranzit əhəmiyyətini 
artıracaqdır. 
Naxçıvan MR-də polimetal filizləri (Gümüşlü yatağı), mis, molibden (Parağaçay), daş duz, tikinti materialları – 
mərmər, travertin, tikinti daşı, dolomit və gips mühüm təbii sərvətlərdir. Mineral bulaqlar, dağ gölləri (Batabat, 
Göygöl), təbiət (İlandağ) və tarixi abidələr gözəl istirahət və turizm yerləridir. 
Elektroenergetika sahəsində Araz su qovşağı, Vayxır, Arpaçay SES-ləri fəaliyyət göstərir, Naxçıvanda Modul 
İES tikilmişdir, Ordubad SES tikilir. Yeyinti sənayesi, mebel və şüşə (Naxçıvan) istehsalı müəssisələri sənayenin aparıcı 
sahələrini təşkil edir. 
Naxçıvan MR-də kənd təsərrüfatının əsas sahələri üzümçülük, çəyirdəkli meyvəçilik, taxılçılıq, baramaçılıq və 
ətlik- südlük maldarlıqdır. Naxçıvan ölkənin əsas sənaye, Culfa isə nəqliyyat qovşaqlarından biridir. 
Mənbələr: 
1.
 
Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası 
Prezidentinin 07 iyul 2021-ci il tarixli Fərmanı 
2.
 
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət 
Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il 
tarixli Sərəncamı 
3.
 
Coğrafiya. İmtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait . “Abituriyent” 
jurnalının 1-ci nömrəsinin əlavəsi. – Bakı, 2022. 
4.
 
https://stat.gov.az/ 
5.
 
https://igaz.az/
 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə