Azərbaycan respublikasinin iŞĞaldan azad ediLMİŞ ƏraziLƏRİNƏ BÖYÜk qayidişa dair I döVLƏt proqrami



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix17.08.2023
ölçüsü2,39 Mb.
#120654
1   2   3   4   5   6   7   8   9   10
cografiya

 
Şərqi Zəngəzur iqtisadi rayonu 
 
Sahəsi 7,47 min km
2
, əhalisinin sayı 345,0 min nəfərdir (2022). Tərkibinə Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı 
və Zəngilan inzibati rayonları aiddir. Şərqi Zəngəzur ölkənin cənub-qərbində, Qarabağ vulkanik yaylasında, Araz 
və Həkəri çaylarının hövzəsində yerləşir (
şəkil 11
). 
 
Şəkil 11. Şərqi Zəngəzur iqtisadi rayonu 
Polimetal filizləri (Mehmanə), qızıl, civə, xromit, tikinti materialları rayonun əsas yeraltı sərvətləridir. Mineral 
bulaqlar (İstisu, Minkənd), iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. 
Meşələrdə az miqdarda tədarük üçün ağac ehtiyatı vardır. 
Şərqi Zəngəzur iqtisadi rayonunda tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq və heyvandarlığın (qoyunçuluq, 
maldarlıq, arıçılıq) inkişafı üçün əlverişli təbii şərait vardır. 
Zəngilan rayonu Ağalı kəndi ərazisində “Ağıllı kənd”in tikintisi başa çatdırılmışdır. 2022-ci ilin iyulunda 41 ailə 
(201 nəfər), sentyabrda 25 ailə (125 nəfər) “ağıllı kənd” layihəsi çərçivəsində salınmış Ağalı kəndinə köçürülmüşdür. 
Kənddə orta məktəb, tibb məntəqəsi, poçt, ticarət mərkəzi, ASAN xidmət, DOST mərkəzi və s. fəaliyyət göstərir. 
Kəlbəcər rayonunda yerləşən qızıl yataqlarının işlənməsi üçün işlər aparılır. Həkəri çayının su-enerji 
ehtiyatlarından istifadə edilməsi üçün Laçın rayonunda “Güləbird” SES tikilmişdir. Həmçinin Zəngilan rayonunda 


12 
Arximed turbini tipli SES qurulmuşdur, onun köməyi ilə Ağalı kəndi elektrik enerjisi ilə təmin edilir. Kəlbəcərdə 
“Kəlbəcər-1”, “Çıraq 1”, “Çıraq 2” kiçik SES-ləri tikilmişdir. Araz çayı üzərində İran ilə birgə “Xudafərin” və “Qız 
Qalası” su anbarları tikilmiş, onların üzərində SES-lərin qurulması davam edir. Kəlbəcər rayonunda yerləşən İstisu 
mineral bulağı əsasında sanatoriyanın və Mineral su doldurma zavodunun tikintisinə başlanılmışdır.
İqtisadi rayon ərazisində Zəngilan Hava Limanı istifadəyə verilmişdir. Laçın rayonunda daha bir hava limanının 
tikintisi davam etdirilir. Horadiz ‒ Ağbənd dəmir yolu xətlərinin çəkilişi həyata keçirilir. 
Kəlbəcər və Laçın rayonlarının yay otlaqlarına heyvanların dislokasiya edilməsi üçün portal modulu yaradılmışdır. 
Portaldan 300000 xırdabuynuzlu və 60000 arı ailəsi qeydiyyatdan keçirilmişdir. Həmin təsərrüfatların köç etməsi üçün 
müvafiq tədbirlər görülmüşdür. 
Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işləri icra olunur. 
İqtisadi rayonun təbii şəraitini yaxşılaşdırmaq məqsədilə Bəsitçay qoruğunun fəaliyyəti bərpa olunmuşdur
Cəbrayıl rayonunun ərazisinə isə Şirvan Milli parkından ceyranlar gətirilmişdir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə