Topdansatış tİcarət fəalİyyətİ sahəsİndə vergİtutma məqsədlərİ üçün gəlİrlərİn və xərclərİn uçotunun aparılması Qaydası. indd



Yüklə 59,8 Kb.
Pdf görüntüsü
tarix04.04.2018
ölçüsü59,8 Kb.
#35826


A Z Ə R B A Y C A N 

  İ Q T İ S A D İ 

      İ S L A H A T L A R

İ C M A L I

İ y u n   2 0 1 7

İ y u n   2 0 1 7

A Z Ə R B A Y C A N 

  İ Q T İ S A D İ 

      İ S L A H A T L A R

İ C M A L I



2

TOPDANSATIŞ TİCARƏT FƏALİYYƏTİ SAHƏSİNDƏ 

VERGİTUTMA MƏQSƏDLƏRİ ÜÇÜN GƏLİRLƏRİN VƏ 

XƏRCLƏRİN UÇOTUNUN APARILMASI QAYDASI

Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən 

imzalanmış 2017-ci il 16 iyun tarixli müvafiq Fərmana əsasən “Topdansatış 

ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin 

uçotunun aparılması Qaydası” təsdiq edilmişdir.



3

Bu  Qayda  Azərbaycan  Respublikası  Vergi 

Məcəlləsinin  130.1-1-ci  maddəsinə  əsasən 

hazırlanmışdır  və  topdansatış  ticarət  fəaliyyəti 

sahəsində vergitutma məqsədləri üçün gəlirlərin 

və  xərclərin  uçotunun  aparılması  ilə  bağlı 

münasibətləri  tənzimləməkdədir.  Bu  Qaydanın 

məqsədi topdansatış ticarət sahəsində fəaliyyət 

göstərən  vergi  ödəyicilərinin  gəlirlərinin  və 

xərclərinin müəyyən edilməsi ilə bağlı malların 

mədaxilinin və məxaricinin sənədləşdirilməsini, 

habelə  bu  sahədə  şəffaflığın,  uçot  və 

hesabatlılığın artırılmasını təmin etmək səciyyəsi 

daşıyır.


Fərmana  əsasən,  bu  Qaydada  istifadə  olunan 

əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

• 

topdansatış  –  malların  alıcıya  satışının 



(təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti 

məqsədləri  üçün  və  yalnız  Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən 

edilmiş qaydada qaimə faktura və ya elektron-

qaimə faktura və ya elektron vergi hesab-faktura 

təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət 

fəaliyyəti;

• 

təhtəlhesab  şəxs  –  inzibati-təsərrüfat 



fəaliyyəti  və  əməliyyatlar  üzrə  hesablaşmaları, 

o  cümlədən  mal  və  xidmətlərin  alışını  həyata 

keçirən şəxs.

Bu  Qaydada  istifadə  olunan  digər  anlayışlar 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi, 

Azərbaycan 

Respublikasının 

Gömrük 


Məcəlləsi,  “Mühasibat  uçotu  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  və 

Azərbaycan Respublikasının digər qanunları ilə 

müəyyənləşdirilmiş mənaları ifadə edir.



Gəlir və xərclərin uçotunun aparılması

Təsdiq  edilmiş  Qaydaya  əsasən,  Azərbaycan 

Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, 

topdansatış ticarət sahəsində fəaliyyət göstərən 

vergi  ödəyiciləri  gəlirlərinin  və  xərclərinin 

vaxtlı-vaxtında  dəqiq  uçotunu  aparmağa, 

həmin  Məcəlləyə  əsasən  tətbiq  edilən  uçot 

metodundan asılı olaraq, gəlirlərini və xərclərini 

onların  əldə  edildiyi  və  ya  çəkildiyi  müvafiq 

hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə 

bağlı  bütün  əməliyyatların  başlanmasını, 

gedişini və başa çatmasını müəyyənləşdirməyə 

imkan  verən  uçot  aparılmasını  təmin  etməyə 

borcludurlar.

Bununla  yanaşı,  topdansatış  ticarət  sahəsində 

fəaliyyət  göstərən  vergi  ödəyiciləri  mühasibat 

uçotunun,  gəlirlərin  (xərclərin)  və  vergitutma 

obyektlərinin,  o  cümlədən  əmtəə-material 

ehtiyatlarının  uçotunun  aparılması,  habelə 

uçot sənədlərinin tərtib edilməsi və saxlanması 

ilə  bağlı  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsi  və  “Mühasibat  uçotu  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  ilə 

müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun 

qəbul  edilmiş  digər  qanunvericilik  aktlarının 

tələblərini yerinə yetirməyə borcludurlar.



Topdansatış 

ticarət 

sahəsində 

malların  mədaxilinin  sənədləşdirilməsi

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən  vergi  ödəyicilərinin  bu  fəaliyyətin 

həyata  keçirilməsi  üçün  vergi  ödəyicisi 

kimi  uçotda  olan  şəxslərdən,  o  cümlədən 

istehsalçılardan 

satın 

aldıqları 



mallar 

aşağıdakı 

qaydada 

sənədləşdiriləcəkdir: 

topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən  vergi  ödəyiciləri  malları  əlavə  dəyər 

vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata 




4

alınmayan  vergi  ödəyicilərindən  aldıqda,  bu 

malların alışına dair Azərbaycan Respublikasının 

Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaimə-

faktura və ya elektron qaimə-faktura tələb edilir 

və belə malların anbara təhvil verilməsi “Malların 

təhvil-qəbul aktı” ilə sənədləşdirilir;

• 

topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən  vergi  ödəyiciləri  malları  ƏDV-nin 

məqsədləri  üçün  qeydiyyata  alınmış  vergi 

ödəyicilərindən aldıqda, bu malların alışına dair 

qaimə-faktura  və  ya  elektron  qaimə-faktura  ilə 

yanaşı,  elektron  vergi  hesab-fakturasının  da 

verilməsi  tələb  edilir  və  belə  malların  anbara 

təhvil  verilməsi  “Malların  təhvil-qəbul  aktı”  ilə 

sənədləşdirilir.

• 

Mallar  vergi  orqanında  uçotda  olmayan 



şəxslərdən  alındıqda,  “Malların  alış  aktı”  tərtib 

edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini 

təsdiq  edən  sənədin  məlumatlarının  (FİN, 

seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə 

malların anbara təhvil verilməsi “Malların təhvil-

qəbul aktı” ilə sənədləşdirilir.

• 

Vergi  ödəyicisi  malları  təhtəlhesab 



şəxs  vasitəsilə  aldıqda,  təhtəlhesab  şəxsə 

vəkalətnamə  (etibarnamə)  verir.  Malların  alışı 

zamanı  təhtəlhesab  şəxs  satıcıya  vəkalətnamə 

(etibarnamə)  təqdim  etdikdən  sonra  satıcı 

vəkalətnamə 

(etibarnamə) 

verən 

vergi 


ödəyicisinin  adına  sənədləşdirilmiş  malların 

satışına  dair  qaimə-fakturanı  və  ya  elektron 

qaimə-fakturanı,  yaxud  elektron  vergi  hesab-

fakturasını  təhtəlhesab  şəxsə  təqdim  edir. 

Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi 

“Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. 

• 

İdxal  mallarının  anbara  mədaxili  alış 



dəyərini  təsdiq  edən  sənəd  və  malların  anbara 

təhvil  verilməsi  ilə  bağlı  tərtib  olunan  “Malların 

təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları 

uçota  alınarkən  həmin  malların  idxalına  dair 

gömrük  bəyannaməsi,  faktura  (invoys)  və 

müqavilə  əsas  götürülür.  Həmin  sənədlərə 

idxal  mallarının  daşınmasına  dair  müqavilə, 

gömrük  təmsilçiliyi  birbaşa,  yaxud  dolayı  yolla 

həyata  keçirildikdə  –  müvafiq  səlahiyyətin 

verilməsini  təsdiq  edən  sənəd,  əmtəə-nəqliyyat 

qaiməsi,  gömrük  ödənişlərinin  ödənilməsini  və 

ya  gömrük  borcuna  görə  təminatın  verilməsini 

təsdiq  edən  sənədlər  əlavə  edilir.  İdxal  malları 

uçot  sənədlərində  qeydiyyata  alınarkən  həmin 

malların  alış  qiymətinin  (faktura  qiyməti), 

nəqliyyat  xərclərinin,  malların  yüklənmə, 

boşaldılma,  yenidən  yüklənmə,  saxlanma  və 

sığorta xərclərinin cəmi nəzərə alınır.

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən  vergi  ödəyicisinə  məxsus  malların 

təsərrüfatdaxili  (bir  anbardan  digər  anbara,  bir 

ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti 

“Malların  təsərrüfatdaxili  yerdəyişməsi  qaimə-

fakturası”  ilə  sənədləşdirilir.  Topdansatış  ticarət 

sahəsində  fəaliyyət  göstərən  vergi  ödəyicisinin 

bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd 

təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat 

subyektləri (obyektləri) mövcud olduqda, həmin 

təsərrüfat 

subyektlərindən 

(obyektlərdən) 

malların topdansatış ticarət fəaliyyətində istifadə 

üçün  götürülməsi  və  ya  qaytarılması  “Malların 

təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə 

sənədləşdirilir.

• 

Vergi ödəyicisinə məxsus anbarlar və ya 



təsərrüfat  subyektləri  (obyektlər)  topdansatış 

ticarət  fəaliyyəti  həyata  keçirilən  təsərrüfat 

subyektinin (obyektin) hüdudlarından kənarda



5

yerləşdikdə  və  malların  daşınması  nəqliyyat 

vasitəsilə  həyata  keçirildikdə,  həmin  nəqliyyat 

vasitəsinə,  əlavə  olaraq,  “Yük  avtonəqliyyatı 

üçün yol vərəqi” verilir.

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi, 

“İstehlakçıların 

hüquqlarının 

müdafiəsi 

haqqında” Azərbaycan Respublikasının Qanunu 

və Azərbaycan Respublikasının digər qanunları 

ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda, 

həmin mallar anbara və ya malların saxlandığı 

digər  təsərrüfat  subyektlərinə  (obyektlərə) 

yenidən  mədaxil  edilir  və  onların  dəyərinin 

alıcıya  qaytarılması  uçot  sənədlərində  nəzərə 

alınır.

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, 

həmin  malların  alqı-satqısına  dair  müqaviləyə 

uyğun  olaraq,  yararlılıq  müddətinin  bitməsinə 

və  ya  digər  səbəblərə  görə  geri  qaytarıldıqda, 

tərəflər  arasında  “Malların  qaytarılması  aktı” 

tərtib edilir.

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən şəxslər komissiyaya və ya məsuliyyətli 

mühafizəyə  qəbul  edilmiş  malları  “Malların 

təhvil-qəbul  aktı”  ilə  sənədləşdirir  və  həmin 

sənədlərdə  göstərilən  qiymətlərlə  uçota  alırlar. 

Malların  komissiyaya  qəbul  edilməsi  ilə  bağlı 

tərəflər arasında müqavilə bağlanır.

• 

Malların anbara mədaxilinin uçotu məsul 



şəxslər,  malların  adları  (növləri,  partiyaları  və 

s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və 

saxlanma yerləri üzrə aparılır.

• 

Mallar  alış  və  ya  satış  qiyməti  ilə  uçota 



alınmalıdır.  Mallar  satış  qiyməti  ilə  uçota 

alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı 

fərq  ticarət  əlavəsi  hesabında  ayrıca  uçota 

alınmalıdır.

• 

Vergi  ödəyicisi  topdansatış  ticarətlə 



yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, 

alınmış  malları  təyinatına  uyğun  olaraq  ayrıca 

uçota almalıdır. Bu zaman həmin mallar “anbarda 

olan mallar”, “topdansatış ticarətdə olan mallar”, 

“dolu və boş taralar”, “satın alınan məmulatlar”, 

“kirayə  (yolda  olan)  mallar”  və  digər  təyinatlar 

üzrə mədaxil edilir.

Topdansatış  ticarət  sahəsində  malların 

təqdim edilməsinin sənədləşdirilməsi

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən təsərrüfat subyektlərində (obyektlərdə) 

malların  təqdim  edilməsi  (satışı)  Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən 

edilmiş  qaimə-faktura  və  ya  elektron  qaimə-

faktura və ya elektron vergi hesab-faktura tərtib 

edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız 

qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, 

alıcıya  (vergi  ödəyicisinə)  qaimə-faktura  və  ya 

elektron  qaimə-faktura,  yaxud  elektron  vergi 

hesab-fakturası  ilə  yanaşı,  POS-terminaldan 

çıxarış verilir.

• 

Vergi ödəyicisinin təsərrüfat subyektində 



(obyektdə)  mallar  pərakəndə  və  topdansatış 

qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə 

malların  mədaxilinin  və  məxaricinin  (satışının) 

uçotu ayrılıqda aparılır.

• 

Topdansatış və bölüşdürücü bazarlardan, 



anbarlardan  mallar  ticarət  obyektlərinə  məsul 

şəxsin  sifarişi  əsasında  buraxılır.  Sifariş  məsul 

şəxs tərəfindən imzalanır. 



6

Malların  bir  məsul  şəxsdən  digərinə  verilməsi 

“Malların  təsərrüfatdaxili  yerdəyişməsi  qaimə-

fakturası” ilə sənədləşdirilir.

• 

İdxal  mallarının  və  təhtəlhesab  şəxsin 



aldığı  malların  anbara  təhvil  verilməsi,  habelə 

topdansatış ticarət fəaliyyətində malların itməsi, 

əskik  gəlməsi,  xarab  olması,  zay  olması  və 

oğurlanması  “İtmiş,  əskik  gəlmiş,  xarab  və  ya 

zay  olmuş  və  oğurlanmış  mallar  barədə  akt”la 

sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və 

ya  onun  səlahiyyətli  nümayəndəsinin),  məsul 

şəxsin  və  malları  anbara  təhvil  verən  şəxsin 

imzaları ilə təsdiqlənir.

• 

Malların  itməsi,  əskik  gəlməsi  və  xarab 



və ya zay olması fövqəladə hal nəticəsində baş 

verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri 

arayışlar əsasında həmin mallar məsul şəxslərin 

hesabından  silinə  bilər.  Bu  zaman  “Fövqəladə 

hallarda malların itməsi, əskik gəlməsi və xarab 

və ya zay olması barədə akt” tərtib olunur.



Topdansatış  ticarət  sahəsində  fəaliyyət 

göstərən  vergi  ödəyicisinin  gəlirlərinin  və 

xərclərinin müəyyən edilməsi

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən vergi ödəyicisinin bu Qaydada nəzərdə 

tutulan  sənədləşdirilmiş  məlumatlar  əsasında 

alıcılara  təqdim  etdiyi  mallar  üzrə  dövriyyə  bu 

fəaliyyəti  həyata  keçirən  şəxsin  gəlirlərinə  aid 

edilir.

• 

Vergitutma  məqsədləri  üçün  gəlirin  əldə 



edilmə  vaxtı  Azərbaycan  Respublikası  Vergi 

Məcəlləsinin  132-ci  və  135-ci  maddələri  ilə 

müəyyən olunur.

• 

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 



göstərən vergi ödəyicisinin təqdim etdiyi malların 

satışı  üzrə  məsrəflər,  o  cümlədən  bu  malların 

dəyəri,  tədavül  xərcləri  (hesabat  dövrünün 

sonuna  mal  qalıqları  arasında  bölüşdürülən 

məbləğlər  istisna  olmaqla)  bu  fəaliyyəti  həyata 

keçirən şəxsin xərclərinə aid edilir.

• 

Vergitutma  məqsədləri  üçün  xərclərin 



çəkilmə  vaxtı  Azərbaycan  Respublikası  Vergi 

Məcəlləsinin  133-cü  və  136-cı  maddələri  ilə 

müəyyən olunur.

Topdansatış  ticarət  sahəsində  fəaliyyət 

göstərən vergi ödəyicisinin anbarlarında mal 

qalığının müəyyən edilməsi

Təsdiq  edilmiş  Qaydaya  əsasən,  topdansatış 

ticarət  sahəsində  fəaliyyət  göstərən  vergi 

ödəyicisinin  anbarlarında  malların  qalığı  hər 

bir  məsul  şəxs  üzrə  ayrılıqda  inventarizasiya 

aparılmaqla müəyyən edilir.

cümlədən, 



məsul 

şəxslərin 

maddi 

məsuliyyətində 



qalan 

malların 

miqdarı 

müəyyənləşdirilərkən,  bu  Qayda  ilə  müəyyən 

edilmiş mədaxil və məxaric sənədləri əsasında 

malların  mühasibat  uçotu  üzrə  qalıqları 

inventarizasiya  nəticəsində  aşkar  edilən  faktiki 

qalıqlarla  tutuşdurulur  və  nəticəsindən  asılı 

olaraq, malların uçotunda düzəlişlər edilir.

Yekun olaraq burada onu da qeyd etmək yerinə 

düşər ki, bu Qayda çərçivəsində nəzərdə tutulmuş 

qaimə-faktura,  “Malların  təhvil-qəbul  aktı”, 

“Malların  alış  aktı”,  vəkalətnamə  (etibarnamə), 

“Malların  təsərrüfatdaxili  yerdəyişməsi  qaimə-

fakturası”, “Yük avtonəqliyyatı üçün yol vərəqi”, 

“Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, 

xarab  və  ya  zay  olmuş  və  oğurlanmış  mallar 

barədə akt” və “Fövqəladə hallarda malların 




7

itməsi, əskik gəlməsi və xarab və ya zay olması 

barədə akt” ciddi hesabat blanklarıdır və onların 

formasının təsdiq edilməsi sözügedən Fərmana 

əsasən  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyi  tərəfindən  həyata  keçirilməsi  nəzərdə 



tutulmuşdur.


8

Yüklə 59,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə