Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix31.10.2018
ölçüsü1,22 Mb.
#77330
1   2   3   4

3

     XX  əsrin  əvvəlləri  Azərbaycan  tənqidi-

realist ədəbiyyatının görkəmli nümayəndələ-

rindən  olan  Əliqulu  Qəmküsar  (1880-1919)

milli satirik şeirin və publisistikanın istedadlı

yaradıcılarından  biridir.  O,  böyük  demokrat

ədib Cəlil Məmmədquluzadənin başçılıq etdiyi

“Molla Nəsrəddin” ədəbi məktəbində özünə-

məxsus sanballı yeri və xüsusi mövqeyi olan

sənətkar  kimi  qəbul  olunur.  Cəlil  Məmməd-

quluzadə  mollanəsrəddinçilərin  xidmətlərini

dəyərləndirərkən onlardan hər birinin ədəbiy-

yatdakı yerinin obyektiv qiymətini vermişdir.

Mirzə Cəlilin verdiyi qiymətlər yazıçı meyar-

larının ifadəsi olsa da, elmi dəyərləndirmələrlə

üst-üstə düşür, hətta bir çox hallarda ədəbiy-

yatşünaslıq  elminə  istiqamət  verir.  Belə  ki,

Cəlil Məmmədquluzadənin Mirzə Ələkbər Sa-

birə verdiyi “ən qiymətli və nadir bir şairimiz”

qiyməti,  Əli  Nəzmini  “ikinci  Sabirimiz”  ad-

landırması,  Əbdürrəhim  bəy  Haqverdiyevi

“Molla Nəsrəddin” məcmuəsinin ibtidasından...

məcmuənin  ən  yavuq  əməkdaşlarından  və

məsləhətçi  dərəcəsində  yoldaşlarından  biri”

hesab  etməsi...  Azərbaycan  mollanəsrəddin-

şünaslıq elminin nəzəri qənaətləri səviyyəsində

ümumiləşir.  Bu  mənada,  görkəmli  yazıçının

Əliqulu Qəmküsar haqqındakı aşağıdakı mü-

lahizələri geniş mənada Azərbaycan elmi-ədəbi

ictimaiyyətinin fikri kimi səslənir: “Molla Nəs-

rəddin”də iştirak edən şairlər cərgəsində Cü-

vəllağı yoldaşımız (Əliqulu Qəmküsar – İ.H.)

fikir  açıqlığı  və...  mövhumata  qarşı  şiddətli

tənqid və çıxışları ilə hətta Sabiri də qabaqla-

mışdı... Nə qədər ki, məcmuəmizin adı söylənilir,

onun  əziz  və  qiymətdar  qələm  yoldaşlarının

qabaq sırasında Əliqulu Qəmküsarın – Cüvəllağı

bəyin adı həmişə zindəbad (yaşasın – İ.H.) al-

qışları ilə zikr olunacaqdır”.

     Böyük ədibin dəyərləndirməsindəki Sabirlə

müqayisə  zahirən  mübahisəli  görünə  bilər.

Lakin  nəzərə  almaq  lazımdır  ki,  Cəlil  Məm-

mədquluzadə Əliqulu Qəmküsarı Mirzə Ələkbər

Sabirlə müqayisə edərkən sənətkarlıq səviyyə-

sindən,  bədii  istedadın  dərəcəsindən  söz

açmamışdı. Əlbəttə, nəinki “Molla Nəsrəddin”

ədəbi məktəbində, ümumən Azərbaycan satirik

şeirinin tarixində satira sənətkarlığı baxımından

Mirzə Ələkbər Sabirdən uca zirvə yoxdur. Mə-

sələnin bu cəhətini Cəlil Məmmədquluzadə də

“Sabir  mərdi-mərdanə  özünü  tulladı  “Molla

Nəsrəddin” meydanına... nərilti və gurultu ilə

dalbadal yazmaqda davam etdi”, yaxud “Sabir

heç kəsə yox, bəlkə Sicimqulu Sabirə oxşayıbdır”

kimi mülahizələri ilə dönə-dönə təsdiq edibdir.

Lakin “fikir açıqlığı və mövhumata qarşı şiddətli

tənqid və çıxışları” baxımından Əliqulu Qəm-

küsar mollanəsrəddinçi satirik şeirdə hər kəsdən

qabaqda idi. Nə üçün? Bunun bir çox səbəbləri

var idi. Əvvəla, Mirzə Ələkbər Sabir Şamaxının

dindar ailələrindən birində dünyaya gəlib, möv-

humatçı mühitdə böyüyüb formalaşmışdı. Əli-

qulu Qəmküsar isə “əsas sənəti papaqçı olan”,

“Culfa gömrükxanasında uzun müddət komis-

yonçu  vəzifəsində  işləyən”  Məşədi  Ələkbər

Nəcəfovun  ailəsində  tərbiyə  almışdı.  Culfa

gömrükxanası Rusiya tərəfindən idarə olunduğu

üçün ailə mühitində və yaxın ətrafda mövhumat

nisbətən arxa planda dayanırdı. İkincisi, Əliqulu

Qəmküsarın atası Məşədi Ələkbər Nəcəfovun

“Səba”, əmisi Məhəmmədhüseyn Nəcəfzadənin

“Fani”, ana babası Məşədi Əsədin “Məddah”

təxəllüsü ilə ictimai ruhlu şeirlər yazması onun

böyük  ədəbiyyata  hazırlanmasında  ciddi  rol

oynaya bilmişdi. Hətta Əliqulu Nəcəfov gənclik

illərində Məhəmmədhüseyn Hacı Nəcəf oğlunun

mövhumata  qarşı  mübarizəyə  yönəlmiş  açıq

və sərt ruhda yazılmış həcvlərini də dinləməli

olmuşdu.  Belə  həcvlərdən  parçalar  sonralar

Əliqulu Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun

Cəlil Məmmədquluzadənin mühitini şərh edən

xatirələrində yada salınmışdır. Üçüncüsü, Mirzə

Ələkbər Sabirin ədəbi taleyində Şamaxı mək-

təbinin müəllimi, görkəmli şair Seyid Əzim

Şirvaninin  oynadığı  mühüm  rolu  Əliqulu

Qəmküsarın da dünyagörüşünün inkişafında

Naxçıvandakı “Məktəbi Tərbiyə”nin müdiri,

tanınmış pedaqoq Məhəmməd Tağı Sidqi hə-

yata keçirmişdi. Bu məqamda onlar məktəb

illərində oxşar tale yaşamışlar. Dördüncüsü,

XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində

canlanmaqda olan Şamaxı mühiti ilə müqa-

yisədə  Naxçıvanda  dünyəvilik  və  maarifçi

mühit daha çox inkişaf etmişdi. Və Əliqulu

Qəmküsarın yaxın ətrafı Naxçıvandakı maarifçi

mühitə  çox  bağlı  idi.  Naxçıvanda  genişlən-

məkdə olan teatr hərəkatına Nəcəfovlar ailəsi

rəğbətlə yanaşırdı. Əliqulu Nəcəfovun dayıları,

Moskva Universi-

tetinin  hüquq  fa-

kültəsini  bitirmiş

Fərəculla  Şeyxov

və Səttarxan hərə-

katında  iştirak  et-

miş Nəsrulla Şeyxov Naxçıvan teatrının ya-

radıcılarından  olmuşlar.  Əliqulu  Qəmküsar

özü də “Molla Nəsrəddin”ə gələnə qədər Cul-

fada yerli həvəskarlardan ibarət teatr truppası

yaratmış  və  Mirzə  Fətəli  Axundovun,

Əbdürrəhim  bəy  Haqverdiyevin  əsərlərinin

tamaşaya qoyulmasını təşkil etmişdi.

    Beşincisi, Əliqulu Qəmküsar Culfada ya-

şadığı  illərdə  Səttarxan  hərəkatında  iştirak

etmiş, ədəbiyyata milli-azadlıq hərəkatı cəb-

həsindən gəlmişdi. Altıncısı, Şamaxı mühitində

çox  vaxt  təklənən  Mirzə  Ələkbər  Sabirdən

fərqli olaraq, Naxçıvanda Əliqulu Qəmküsarın

tutduğu mövqeyi həmin dövrdə müdafiə edən

maarifçi qüvvələr çoxluq təşkil edirdi. XIX

əsrin səksəninci illərindən “Molla Nəsrəddin”in

nəşrinədək olan mərhələdə Naxçıvanda Avropa

və Rusiyada təhsil alıb gəlmiş böyük bir maa-

rifçi cəbhə cəmləşmişdi. Həmin maarifçi nəsil

köhnəlmiş həyat tərzinə qarşı birgə mübarizə

aparır,  regionda  məktəbi  və  teatrı  inkişaf

etdirir, mətbuatla əlaqə yaradırdılar. Əliqulu

Qəmküsarın mənsub olduğu ailə də bu böyük

maarifçi  hərəkata  yaxın  idi.  Gənc  Əliqulu

Qəmküsar da vaxtilə Cəlil Məmmədquluza-

dənin “huşyar” adlandırdığı maarifçi qüvvələrin

səsinə səs verənlərdən biri kimi yetişib for-

malaşmışdı. Yeddincisi, Əliqulu Qəmküsarın

açıq və sərt şeirlərinin bir çoxu onun Naxçı-

vandan Tiflisə köçüb, orada “Molla Nəsrəddin”

jurnalı redaksiyasında çalışdığı illərə təsadüf

edir. Mühitdən bir qədər uzaqda yaşayıb-ya-

ratmaq ciddi və açıq yazmaq üçün də müəyyən

üstünlüyə  malikdir.  Nəhayət,  Əliqulu  Qəm-

küsarın  Naxçıvanda  və  Tiflisdə  ikən  Cəlil

Məmmədquluzadə ilə daha yaxın münasibət-

lərinin olması, “Molla Nəsrəddin” jurnalında

birlikdə çalışması da onun “fikir açıqlığı və

mövhumata qarşı şiddətli tənqid və çıxışlarına”

qüvvət verirdi. Bu məqamda, yəqin ki, fərdi

xarakterin  də  özünəməxsus  rolu  az  deyildi.

Məlum olduğu kimi, müasirləri Əliqulu Qəm-

küsarın  xarakterindəki  açıq  ruhu  müşahidə

etmişdilər. Görkəmli yazıçı Əbdürrəhim bəy

Haqverdiyev  Qəmküsarı  yad  edərkən  onun

“gözəl natiq, şirin zəban, dərin fikirli, geniş

məlumat  sahibi  və  insanı  təəccübə  gətirən

hafizəli bir vücud” olduğunu ayrıca qeyd et-

mişdir.  Heç  şübhəsiz,  Əliqulu  Qəmküsarın

satirik  əsərlər  yazarkən  “Cüvəllağıbəy”  im-

zasını  seçməsi  də  onun  xarakterindəki  açıq

və  sərt  cizgiləri  diqqət  mərkəzinə  çəkməyə

imkan verir.

    Göründüyü kimi, Əliqulu Qəmküsar Azər-

baycan mollanəsrəddinçi satirik ədəbiyyatının

tanınmış nümayəndəsidir. Onun yaradıcılığı

Mirzə  Ələkbər  Sabirin  satirik  şeir  məktəbi

istiqamətində yaranan ədəbiyyatda xüsusi yer

tutur. O, XX əsrin əvvəlləri Azərbaycan rea-

list-satirik şeirinin və publisistikasının böyük

vətəndaşlıq  cəsarətinə  malik  olan  mübariz

təmsilçisidir. Əliqulu Qəmküsar dövrün, hakim

təbəqələrin təzyiqlərindən heç vaxt çəkinmə-

miş, ciddi satirik ədəbi sözü şax deməyi ba-

carmışdır. Pristavın simasında hakim təbəqə-

lərin, ictimai quruluşun, müstəmləkəçilik si-

yasətinin tənqidinə həsr edilmiş satirası ədə-

biyyatda  sənətkarın  vətəndaşlıq  cəsarətinə

nümunə sayıla bilər:

    Bir əsr idi çıxmışdı ki, meydanə pristav,



    Məxluqu gətirmişdi bütün canə pristav.

     Çıxsaydın əgər gəzməyə kəndlərdə görərdin,

     Min zülm eləyir rəncbərə, dehqanə pristav.

    Satirik şairin yaradıcılığında adlı-ünvanlı

satirik  şeirlərin  çox  olması  onun  böyük  və-

təndaşlıq cəsarətinin konkret ifadəsidir. Ədə-

biyyatşünaslıq  elmində  müşahidə  olunduğu

kimi, “onun şeirləri çox zaman adi, gündəlik

həyati hadisə və vaqiələrin təsvirindən ibarət

olmuşdur”. Məsələnin bu cəhəti Əliqulu Qəm-

küsarı müasirlərindən fərqləndirir. O, satirik

şeirləri və publisistikası ilə cəmiyyətin gündəlik

həyatıyla üz-üzə idi. Vətəndaş satirikin Molla

Mahmud Çakərə, Xalid Xürrəm Səbibəyza-

dəyə, “şipyon axundlara”, “müxəmməsçilərə”...

kimi  ünvanlı  şeirlərində  müraciət  olunan

hadisə və faktlar açıq və ümumiləşmiş şəkildə

ifadə olunur. Cəmiyyət həyatının ən müxtəlif

dairələrinə  nüfuz  edib,  gerilik  və  fanatizmi

şiddətlə tənqid atəşinə tutan Əliqulu Qəmküsar,

sözün  böyük  mənasında,  mollanəsrəddinçi,

satirik ədəbiyyatın “cüvəllağısı” idi:

Yetdin yetənə, yetməyənə bir təpik atdın,

Vicdanını, imanını bircə pula satdın,

Şeyxi, qazını, xanı, bəyi bir-birə qatdın,

İcma eləyib qıldılar axır sənə nifrət.

Tutdun yaxasından Bakının həftədə yazdın,

Milyonçu, zavodçu deməkdən beynini qazdın,

Uprava, qlavnı bağırıb kefləri pozdun,

Saldın Bakıya həftədə bir şuri-qiyamət.

    Bir çox bədii-publisist əsərlərindən, o cüm-

lədən “Qələm qardaşım Kefsizə” adlı şeirindən

göründüyü kimi, Əliqulu Qəmküsarın sənətinin

məramında, son nəticədə, milli mənafe, icti-

mai-mədəni tərəqqi ali məqsədə çevrilir. O,

cəhalət dəmirini döyüb sındırmaq yollarında

millətinə bələdçilik etmək vəzifəsini ləyaqətlə

həyata keçirmişdir:



Sənlə mən nə edə billik bu qədər məxluqə,

Ya sözü ciddi yazaq, ya çevirək şuxluqə,

Hey çalış, hey çabala, baxma vara, yoxluqə,

Yazasan, yazmayasan, bir kəsə təsir etməz,

Çox soyuqdur bu dəmir, döymə ki, 

    

təğyir eləməz.

    XX əsrin əvvəlləri Azərbaycan satirik şei-

rində yaranmış taziyanə janrında yazdığı yığ-

cam və kəsərli satiraları ilə Əliqulu Qəmküsar

ictimai mühitə qüvvətli şəkildə təsir göstərə

bilmişdir.  Şairin  “dəyənəklər”  adlandırdığı

taziyanələri geriliyin və cəhalətin başı üstündə

dəyənək zərbəsinə çevrilmişdir. Qəmküsarın

satirik dəyənəkləri mollanəsrəddinçi ədəbiy-

yatın  batman  qılıncı,  qamçısı  funksiyasını

həyata keçirmiş, tərəqqiyə yol açmışdır:

Bildir cümələrdə dükan açmazdı cəmaət,

Səd şükün, bu il qaldırılıbdır belə adət.

Hər ildə müsəlman edə gər bunca tərəqqi,

Bir az keçər, aləm deyər: əhsən, belə millət!

    Azərbaycan satirik şeirində Əliqulu Qəm-

küsarın “dəyənəkləri” böyük Mirzə Ələkbər

Sabirin ədəbiyyata gətirdiyi taziyanə janrının

bədii təcrübədə daha da genişlənməsinə, küt-

ləviləşməsinə şərait yaratmışdır.

     Əliqulu Qəmküsar ruhani despotizmi əley-

hinə  yazılmış  satiraları  ilə  xalqın  gözünü

açmaq, milləti mənəvi əsarətdən xilas etmək

məqsədində olmuşdur. “Dolaşma”, “Axund”,

“Sinəzən”, “Hacılar”, “Mollanın” kimi təsirli

satirik  şeirlərində,  “Babı”,  “Qara  bayram”,

“Məşədi”, “Mir Bağırlar”, “Şəriətdə şərm yox-

dur” və sair məqalələrində həqiqi dindən uzaq

olub, məmləkətin və xalqın inkişafında buxova

çevrilən  mövhumatçıların  niyyətləri  açıqlan-

mışdır. Onun yalançı dinçiliyin tənqidi möv-

zusunda yazılmış satiralarında məşhur “Ölülər”

əsərinin ruhu görünür. O, biçarə milləti əsarət

altına salan axundların obrazını xalqa çatdırmağı

vətəndaşlıq borcu saymışdır:

Ey mənbəri-peyğəmbəri murdar edən axund,

Ey millətin işıq gözünü tor edən axund.

     Mollanəsrəddinçi ədəbiyyatın meydana çı-

xardığı  satirik  publisistika  Cəlil  Məmməd -

quluzadənin  ədəbi  kəşfidir.  Cəlil  Məmməd -

quluzadəyə qədərki Azərbaycan mətbuatında

satira ünsür səviyyəsində mövcud idi. “Molla

Nəsrəddin” jurnalında isə satira əsas ədəbi is-

tiqaməti müəyyən edirdi. “Molla Nəsrəddin”

Azərbaycan satirik mətbuatının ilk və ən yüksək

nümunəsi idi. “Molla Nəsrəddin” ədəbi mək-

təbində  satirik  şeirləri  və  ya  hekayələri  ilə

tanınan  ədiblərin  böyük  əksəriyyəti  həm  də

publisistika ilə məşğul olurdu. Bununla belə,

satirik publisistika sahəsində Cəlil Məmməd-

quluzadədən sonra ardıcıl fəaliyyət göstərənlər

daha çox Ömər Faiq Nemanzadə, Əli Nəzmi

və Əliqulu Qəmküsar olmuşdur. Cəlil Məm-

mədquluzadə Azərbaycan satirik publisistikasını

yaratmış və bu sahədə ən uca zirvəni fəth et-

mişdir. Ömər Faiq Nemanzadənin publisistikası

daha  çox  analitik  xarakter  daşıyıb,  təhlil  və

izahları  ilə  diqqəti  cəlb  edir.  Buna  görə  də

Ömər Faiqin əksər publisistik əsərlərində satira

ikinci planda dayanır. Əli Nəzminin publisistika

nümunələri  yığcam  satirik  miniatürlər  təsiri

bağışlayır. Bütün bunlar mollanəsrəddinçi pub-

lisistikanın rəngarəngliyini, üslub müxtəlifliyini

nümayiş  etdirir.  Əliqulu  Qəmküsarın  satirik

publisistikası isə Cəlil Məmmədquluzadə notları

üstündə  köklənmiş  kəsərli  mətbu  əsərlərdir.

Bəzən  naşirlərin  Cəlil  Məmmədquluzadə  ilə

Əliqulu Qəmküsarın publisist əsərlərini qarışıq

salmaları həm də hər iki sənətkarın publisistikası

arasındakı mövzu ilə üslub yaxınlığından irəli

gəlir. Əliqulu Qəmküsarın publisist məqalələri

ədəbiyyatda Cəlil Məmmədquluzadənin satirik

publisistika ənənələrinin daha da möhkəmlən-

dirilməsinə xidmət etmişdir. Qəmküsarın mahir

qələmindən çıxmış “İrəvana səyahətim”, “Sta-

tistika”,  “Şeytan  fəhləsi”,  “Tiryək”,  “Metrik

şəhadətnaməsi”, “Qarğalar” və sair kimi pub-

lisistik  məqalələri  mollanəsrəddinçi  satirik

publisistikanı daha da zənginləşdirən əsərlərdir.

İctimai  kəsər,  vətəndaşlıq  mövqeyi,  cəsarətli

münasibət,  yığcamlıq  və  konkretlik  Əliqulu

Qəmküsar  publisistikasının  səciyyəvi  xüsu-

siyyətlərini təşkil edir. Ədibin “Şeytan fəhləsi”

felyetonunda mollanəsrəddinçi publisistikanın

ən  yaxşı  xüsusiyyətləri,  mübariz  ruhu,  ümu-

miləşdirmə gücü bütün aydınlığı ilə görünür.

“Şeytan fəhləsi” felyetonu qələm fəhləsi Əliqulu

Qəmküsarın  ciddi  həyati  müşahidələrinin  və

satirik  publisistika  sahəsindəki  məharətinin

qabarıq ifadəsidir: “Qafqaz şəhərlərinin, kənd-

lərinin hansı birisinə güzarın düşsə və müsəlman

hissəsinə keçsən, diqqətlə bax, gör harada bir

təmiz,  qəşəng,  səliqəli,  hissiz,  tüstüsüz  otaq

varsa  ki,  oradan  pitinin  ətri  bir  ağaca  kimi

vurur və gəlib-gedəni az qalır bihuş etsin, bil

ki, ora qəhvə dükanıdır. Və o camaat ki, gördün

dövhadövr, bəzisi dizi üstə və bəzisi çöməlib

və bəzisi bardaş qurub əyləşib hey qəlyan, çu-

bux,  papirus  çəkir  pülüyür  göyə  və  gah-gah

iqtisadi,  ictimai,  siyasi  söhbətlər  edir,  bil  ki,

onlar  oranın  çilenləridir.  Və  hər  vaxtda  ki,

gördün iki nəfər rubəru əyləşib qonçinka oy-

nuyurlar  və  ətrafdan  bir  yığın  adam  çiyin-

çiyinə durub boydahaboyda eliyir və bu onu

basıb soxulur qabağa, o bunu itələyir və hamısı

gözlərini zilliyiblər karta tamaşa eləyirlər, bil

ki, onlar da şeytan fəhləsidirlər ki, ayaq üstə

durmaqdan gözlərinə qara su enibdir”.

    “Molla Nəsrəddin” jurnalında Cəlil Məm-

mədquluzadənin  felyetonları  ilə  mövzu  və

ideyaca  Mirzə  Ələkbər  Sabirin  onu  tamam-

layan satirik şeirlərinin bir yerdə, eyni başlıq

altında verilməsi ənənəsi mövcuddur. Bu, tən-

qidi-realist ədəbiyyatın bütövlüyünü, tamlığını,

mollanəsrəddinçi ədiblərin əqidə və sənət bir-

liyini nümayiş etdirən əhəmiyyətli ədəbi ha-

disədir.  Eyni  zamanda  həmin  düşünülmüş

forma “Molla Nəsrəddin” jurnalının daha oxu-

naqlı, cəlbedici olmasına, digər satirik jurnal-

lardan fərqlənməsinə də kömək etmişdir.

    Əliqulu Qəmküsar mollanəsrəddinçi ədə-

biyyatda publisistika ilə satirik şeirin növbə-

ləşməsi ənənəsinə yenilikçi münasibət bəslə-

yərək “Molla Nəsrəddin” jurnalında iki müəl-

lifin əvəzinə özünün yazdığı felyetonla satirik

şeiri  bir  yerdə  təqdim  etmişdir.  Bu,  “Molla

Nəsrəddin” ədəbi məktəbində Əliqulu Qəm-

küsara  məxsus  novatorluqdur.  Eyni  yazıda

felyetonla satirik şeirin bir-birini tamamlaması

ilə yanaşı, həm də hər ikisinin yüksək bədii

səviyyədə  alınmasına  nail  olmaq  Əliqulu

Qəmküsarın  istedadının  gücünü,  yaradıcılıq

imkanlarının  genişliyini  nəzərə  çarpdırır.

“Niyə qəzetə və məcmuə satılmır?”, “Şeytan

fəhləsi”, “Məhkəmeyi-ürfiyyə” felyetonlarının

davamı kimi təqdim edilən satirik şeir nümu-

nələri  bütöv  bir  əsərin  üzvi  tərkib  hissələri

təəssüratı yarada bilir. Qəzet-jurnal alıb oxu-

mağa meyilli olmayan, buna “şeytan işi” kimi

baxan həmvətənlərinin gözünü açmağa çalışan

Əliqulu Qəmküsar “Niyə qəzetə və məcmuə

satılmır?” felyetonunun publisistika hissəsində

belə hallara dair ölkənin müxtəlif guşələrindən

alınmış xəbərlər verir, bunun ardınca isə içə-

risində  “Molla  Nəsrəddin”  deyilən  jurnalı

alma,  az  pis  əməl  eylə.  Huşun-başın  olsun,

özünü duzəxə salma, bir tövbə gəl eylə” kimi

misralar da olan satirik şeirini oxuculara çat-

dırmışdır.  Hətta  şeirin  sonluğunda  formanı

dəyişmiş, aşağıdakı yığcam və təsirli misralarla

yazını bitirmişdir:

    Bir belə zərafət

    Olmaz, a cəmaət.

    Oldu bu cür işlər,

    İslamidə bidət.

    Bilməm bu nə sözdür,

    Nə nəqli-hekayət?

    Kimdir deyən aya?

    Qaldı dala millət...

    Milyon dəfə olsun

    Lənət, ona, lənət!

    Göründüyü kimi, Əliqulu Qəmküsar pub-

lisistikada da, satirik şeir sahəsində də iste-

dadlıdır.  O,  bütövlükdə  “Molla  Nəsrəddin”

dövrü Azərbaycan satirik ədəbiyyatının gör-

kəmli nümayəndəsidir. Əliqulu Qəmküsar ic-

timai satiranı həyata daha da yaxınlaşdıraraq

cəmiyyətdə  gedən  proseslərlə  əlaqələndir-

mişdir. Əliqulu Qəmküsar təkcə vətəndaşlıq

cəsarəti  nümayiş  etdirən  satirik  şeirləri  və

məqalələri ilə deyil, özü də ictimai fəaliyyəti

ilə  daim  mübarizə  meydanında  olmuşdur.



    Akademik  İsa  Həbibbəylinin  “Ədəbi  şəxsiyyət  və  zaman”

çoxcildliyinin  II  cildi  nəşr  olunmuşdur.  Kitabda  Naxçıvanın

görkəmli  ədəbi  simaları  haqqında  məqalələr  də  yer  almışdır.

Bugünkü nömrədən etibarən həmin məqalələri “Şərq qapısı”nın

oxucularına təqdim edirik.

Ardı 4-cü səhifədə

Əliqulu Qəmküsarın ədəbi taleyi:

sənətdə və həyatda


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə