Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix31.10.2018
ölçüsü1,22 Mb.
#77330
1   2   3   4

“Molla Nəsrəddin” jurnalının ikinci redaktoru

kimi o, böyük demokrat Cəlil Məmmədqulu-

zadənin milli istiqlal mücadiləsi hərəkatında

“qabaq cərgədə” təmsil olunmuşdur. Ədəbiy-

yatşünaslıq elmində “döyüşkən mollanəsrəd-

dinçi”  adlandırılması  Əliqulu  Qəmküsarın

özünün və sənətinin xarakterini dolğun şəkildə

ifadə edir. 

    Bununla  belə,  Əliqulu  Qəmküsarın  fəa-

liyyəti çoxcəhətli olub, mədəniyyət sahəsini

də  əhatə  edir.  Görkəmli  yazıçı  Cəlil  Məm-

mədquluzadənin  “Ölülər”  əsərindəki  Şeyx

Nəsrullah obrazını 1916-cı ildə Bakı səhnə-

sində  böyük  məharətlə  yaratmaqla  Əliqulu

Qəmküsar Azərbaycan teatr tarixinə öz im-

zasını atmışdır. Teatr sahəsində geniş fəaliyyət

göstərməsə də, yalnız Şeyx Nəsrullah obrazı

onun mədəniyyət tariximizdə layiqli yer qa-

zanması üçün kifayətdir. Dövrün “ən böyük

teatr hadisəsi” hesab edilən “Ölülər” tama-

şasında  professional  səhnə  xadimi  Mirzağa

Əliyevin İskəndər obrazında göstərdiyi mə-

harəti Şeyx Nəsrullah obrazını xüsusi  istedadla

canlandırmaqla həvəskar aktyor Əliqulu Qəm-

küsar nümayiş etdirə bilmişdi. “Molla Nəs-

rəddin”ə qədərki dövrdə Culfada həvəskar-

lardan  ibarət  teatr  tamaşaları  təşkil  etməsi

də  Əliqulu  Qəmküsarın  mədəniyyət  sahə-

sindəki yaddaqalan xidmətidir. Culfa dövrü

teatr fəaliyyəti sanki gələcəkdə Cəlil Məm-

mədquluzadənin  “Ölülər”  əsərindəki  Şeyx

Nəsrullah  obrazını  səhnədə  canlandırmaq

üçün məşq idi.

    Böyük  mollanəsrəddinçi  şair  Əliqulu

Qəmküsar  14  mart  1919-cu  ildə  Tiflisdə

qətlə  yetirilmişdir.  Şairin  öldürülməsi  ilə

əlaqədar  müxtəlif  versiyalar  mövcuddur.

Dövri mətbuatda daha çox yayılmış versiya

Qəmküsarın  Gürcüstan  menşevikləri  tərə-

findən güllələnməsi ilə bağlıdır. Fikrimizcə,

bu məsələdə sovet dövrü ədəbiyyatşünaslıq

elminin  ideoloji  meylinin  təsiri  də  vardır.

Bolşevik hakimiyyəti illərində aparılmış təd-

qiqatlarda menşevik sui-qəsdin qabardılması

təbii  qəbul  edilə  bilən  əhvalatdır.  Əslində

isə 1919-cu ildə bütövlüklə Zaqafqaziyada,

o cümlədən Gürcüstanda menşeviklərin möv-

qeyi çox da güclü deyildi. Həm də Əliqulu

Qəmküsarın menşeviklərlə elə bir münaqişəsi

də  yox  idi.  Hətta  bəzi  ehtimallara  görə

Əliqulu  Qəmküsar  eser-menşevik  blokuna

müəyyən rəğbət bəsləmişdir. Bu halda şairin

menşeviklər  tərəfindən  məqsədli  şəkildə

öldürülməsi versiyası çox da əsaslı görünmür.

Bu,  bəlkə  də  sovet  dövrü  tədqiqatlarında

Əliqulu  Qəmküsarın  menşevik  meyilli  ol-

masını pərdələmək, onun adını və əsərlərini

elmi-ədəbi dövriyyədə saxlamaq kimi o za-

man  üçün  müsbət  bir  münasibətin,  müdrik

bir düşüncənin ifadəsidir.

    Əliqulu Qəmküsarın qəfil öldürülməsində

onun  Qafqazda  ingilislərin  ağalığına  qarşı

yazılmış  “İngiltərə”  şeirinin  əsas  faktora

çevrilməsi  məsələsinə  də  yenidən  baxmaq

lazım  gəlir.  Doğrudur,  “İngiltərə”  satirası

çox  təsirli  bir  bədii  nümunə  olmaqla  XX

əsrin  əvvəllərindəki  ingilis  müstəmləkəçi-

liyinə  vurulmuş  ağır  zərbə  gücünə  malik

əsərdir. Ancaq “İngiltərə” şeiri 1919-cu ilin

əvvəllərində yazılmış və həmin vaxt dövri

mətbuatda çap olunmamışdır. Belə olan su-

rətdə ingilis nümayəndəliyinin Azərbaycan

dilində yazılan və mətbuata çıxmayan şeirdən

qısa vaxtda xəbər tutması, onun müəllifinə

qarşı tədbir düşünüb həyata keçirməsi çətin

olardı. Xüsusən ingilislərin Gürcüstan men -

şeviklərinin əli ilə Əliqulu Qəmküsarı qətlə

yetirmələri  çox  da  inandırıcı  səslənmir.

“İngiltərə” satirasında Gürcüstanı da ingilis

ağalığından  müdafiə  etmək  meyli  də

vardır:

Əsrlərdir bu millət Asiyada kök salıb,

Hər yeri, hər ölkəni min fənd-fel ilə alıb.

Aləmi bərbad edibdir, bircə Gürcüstan qalıb,

İstəyir etsin onu da tar-mar İngiltərə.

    Tarixdən  məlum  olduğu  kimi,  XX  əsrin

əvvəllərində Qafqazda nüfuz və miras üstündə

mübarizə aparanlar menşeviklərdən çox bol -

şeviklər  idilər.  Əliqulu  Qəmküsar  1917-ci

ildə yazdığı məşhur “Qarğalar” adlı felyeto-

nunda  ölkədəki  “hərki-hərkilik  aləmi”ndə

kadetlər, müsavatçılar, federalistlər və men -

şeviklərlə  yanaşı,  bolşevikləri  də  günahkar

saymışdı. Sadəcə olaraq Əliqulu Qəmküsarın

seçilmiş  əsərləri  1959-cu  ildə  Bakıda  kitab

halında nəşr edilərkən “Qarğalar” felyetonunun

mətnindən “gah da bolşevik” ifadəsi çıxarıl-

mışdır.  Bütün  bunlara  görə  Qəmküsarın

öldürülməsində  menşeviklərdən  çox  bol -

şevikləri təqsirli saymaq mümkün ola bilər.

Ancaq baş vermiş sui-qəsdin konkret olaraq

bolşeviklər tərəfindən təşkil edilməsinə dair

də  əsaslı  faktlar  yoxdur.  Digər  ehtimallar

kimi,  qətl  hadisəsində  bolşevik  faktoru  da

bu gün üçün nə qədər cəlbedici görünsə də,

özünün tam təsdiqini tapa bilmir.

    Bundan başqa, fikrimizcə, Əliqulu Qəm-

küsarın Azərbaycan müsavatçıları tərəfindən

öldürülməsi  faktı  da  məsələyə  tarixi  deyil,

ideoloji  yanaşmanın  ifadəsidir.  Doğrudur,

şairin 31 yanvar 1919-cu ildə “Gələcək” qə-

zetində çıxmış “Əlaman” satirasındakı kəskin

tənqidi notlar müsavat hökumətini qıcıqlan-

dırmışdı. Ancaq  məlum  olduğu  kimi, Azər-

baycan  Xalq  Cümhuriyyətinin  demokratik

ruhlu ziyalı rəhbərləri fərqli düşüncələrə dö-

zümlü münasibət bəsləmişlər. Bundan başqa,

Əliqulu Qəmküsarın qardaşı, tanınmış publisist

və ictimai xadim Rzaqulu Nəcəfovun Azər-

baycan Xalq Cümhuriyyətinin Tiflis şəhərin-

dəki konsulluğunda işlər müdiri vəzifəsində

işləməsi də qətl hadisəsindəki müsavat fak-

torunun əsassız olduğunu göstərir.

    Qeyd etməliyik ki, yuxarıda qeyd edilən

təfərrüatlardan hər biri Əliqulu Qəmküsarın

həyatına  sui-qəsd  edilməsi  üçün  səbəb  ola

bilərdi. Lakin bunları təsdiq edə biləcək dəqiq

sənədlər və faktlar hələ ki, aşkar edilməyib.

Ona  görə  də  mövcud  ehtimallara  bir  daha

nəzər  salmaqla  əldə  etdiyimiz  məlumatlar

əsasında yeni bir versiya irəli sürməyi lazım

bilirik.


    Bizə görə, Əliqulu Qəmküsarın öldürülməsi

məqsədli şəkildə təşkil edilmiş hadisə olmayıb,

regiondakı hərc-mərcliyin, qatışıqlığın, “hər-

ki-hərkilik  aləminin”  nəticəsi  idi.  Vətəndaş

şair özü də baş verən qarışıqlıqdan narahatlığını

bir çox satirik şeirlərində və publisist məqa-

lələrində  dəfələrlə  ifadə  etmişdir.  Məsələn,

1917-ci  ildə  “Molla  Nəsrəddin”  jurnalında

çap edilmiş aşağıdakı misraları onun dünyanın

sanki yanğına qərq olunduğundan əndişə çək-

diyini göstərməkdədir.

Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,

Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər,

Hər bir yetən qoyar boş əngini, nitq söylər,

Axır qalar yarımçıq hər məsələ, hər işlər.

Biganələr olar cəm bu dadə, bu harayə.

Dünya olubdur yanğın, bir qətrə su tapılmır,

Un yox, qəhətdir buğda, xalis çörək tapılmır,

Kimdir desin soyulmur, kimdir desin 

    

çapılmır.

Kimdir desin soyulmur, kimdir desin 

    

qapılmır?

Məzlum olursa aclar, çox xoşdur əğniyayə.

    Publisist məqalələrində də Əliqulu Qəm-

küsar  “hərki-hərkilik  aləminin”,  “danalı

çalıb torbalı oynayacaq” dövrün acınacaqlı

mənzərəsini canlandırmış və bu “qaragüruh”

zamanına tənqidi münasibət bəslədiyini açıq

nəzərə çarpdırmışdır. Bu qəbildən olan satirik

şeir və məqalələrin ardıcıl yazıldığı illərdə

Əliqulu  Qəmküsarın  müasiri  olmuş  digər

sənətkarlar da acınacaqlı həyatın məngənə-

sində əzab çəkmiş, hərəsi bir səbəbdən hə-

yatla  vidalaşmalı  olmuşdular.  Firidun  bəy

Köçərlinin,  Məhəmməd  Hadinin,  Abbas

Səhhətin,  Hüseyn  Ərəblinskinin  həyatının

faciəli sonluğu ən müxtəlif şəkildə “hərki-

hərkilik aləminin” məntiqi nəticəsi, kədərli

yekunu idi.

    Əliqulu Qəmküsarın öldürülməsi hadisəsi

də ölkədə baş alıb gedən özbaşınalığın, qarışıq

zamanın  əhvalatı  idi.  Ədəbi  ictimaiyyət  bu

faciəli  hadisəni  Azərbaycan  ədəbiyyatına,

mollanəsrəddinçi hərəkata vurulan ağır zərbə

kimi qarşılamışdı. Görkəmli yazıçı Əbdürrəhim

bəy  Haqverdiyevin  “Əliqulu  Nəcəfzadəyə

atılan güllə “Molla Nəsrəddin” məcmuəsinin

ürəyinə dəydi” kimi sərrast deyilmiş sözləri

qətl hadisəsinə geniş mənada Azərbaycan zi-

yalılarının münasibətini ifadə edirdi.

    Bütün  bunlarla  bərabər,  professor  Əziz

Şərifin  “Borba”  qəzetində  “müsəlman  de-

mokratiyasının  əsl  fədaisi”  sayılan  şairin

qətli ilə əlaqədar çap etdirdiyi “Qəmküsar”

adlı nekroloq xarakterli yazıda şairin öldü-

rülməsi  hadisəsinin  mahiyyətini  aydınlaş-

dırmağa imkan verən işarələr vardır. Həmin

vaxt Tiflis şəhərində yaşayan 24 yaşlı Əziz

Şərifin  nekroloqundan  başa  düşmək  olur

ki, “Əliqulu Qəmküsar gecə saat on birdə

evə qayıdıb giriş qapısını döyərkən qonşu-

ların şübhəsinə tuş gəlir” və qorxudan va-

himə keçirən qonşu qadınların hay-küyünə

gələn  qaradovoyun  dalana  açdığı  atəşdən

qətlə  yetirilir.  Əziz  Şərif  bu  faktı  o  vaxt

mətbuatda  Əliqulu  Qəmküsarın  qatı  cina-

yətkar kimi öldürülməsinə dair gedən mə-

lumatlara etiraz əlaməti olaraq nəzərə çarp-

dırmalı olmuşdu. Fikrimizcə, Əliqulu Qəm-

küsarın öldürülməsi haqqındakı bu məlumat

faciəli hadisənin canlı şahidinin təsdiq etdiyi

fakt  kimi  daha  inandırıcıdır.  Məqalədəki

“həyatımızın pərakəndəliyi... bir xalq dos-

tunu alıb apardı” fikri də qətlin düşünülmüş,

əvvəlcədən planlaşdırılmış hadisə olmadığını

göstərir.

    Ümumiyyətlə,  professor  Əziz  Şərifin

“Qəmküsar”  məqaləsi  böyük  mollanəsrəd-

dinçi şairin həyatı və yaradıcılığını öyrənmək

üçün əhəmiyyətli mənbədir. Bu yığcam mə-

qalədə  Əliqulu  Qəmküsar  satirasının  ma-

hiyyətinə obyektiv elmi qiymət verilmişdir.

Əziz  Şərifin  hələ  gənclik  illərində  yazdığı

nekroloqdakı aşağıdakı fikirlər Əliqulu Qəm-

küsarın Azərbaycan  ədəbiyyatı  tarixindəki

rolunu,  yerini  doğru-düzgün  ifadə  edir:

“Mərhum  son  10-15  il  ərzində  müsəlman

poeziyasında  yarın  gözəlliyini,  bülbülün

cəh-cəhini və çiçəklərin ətrini tərənnüm et-

məkdən xalqın dərd-sərini, cəhalət və şərin,

meydanda inildəyən demokratiyanın ələmini

təsvir  etməyə  keçidin  əsasını  qoyan  yeni

yönlü  şairlər  sırasında  ilk  yerlərdən  birini

tuturdu”.

    Bütün  XX  əsr  boyu Azərbaycan  ədəbiy-

yatşünaslığının mollanəsrəddinçi şair Əliqulu

Qəmküsarın  yaradıcılığı  haqqındakı  yekun

elmi  qənaətləri  də  əsasən  bu  müddəalardan

ibarət olmuşdur. Bundan başqa, Əziz Şərifin

məqaləsindəki  avtobioqrafik  cizgilərə  dair

bəzi qeydlər şairin həyatının son illərindəki

ağır vəziyyətini aydın təsəvvür etməyə imkan

yaradır.  Məqalədən  öyrənirik  ki,  Qəmküsar

“maddi cəhətdən son dərəcə təmin olunmamış,

tez-tez cırıq palto və yırtıq başmaqda ac-ya-

lavac gəzib dolaşan, ürəyində intəhasız qəm-

qüssə, baxışlarında insana sönməz sevgi da-

şıyan istedadlı şair idi”.

    Bütövlükdə Əliqulu Qəmküsarın tərcüme-

yi-halını, taleyini və sənətini öyrənmək baxı-

mından əhəmiyyətli olduğunu nəzərə alaraq,

professor Əziz Şərifin məqaləsini oxuculara

təqdim etməyi faydalı hesab edirik:

    “Bazar günü martın 16-da Tiflis şəhərinin

müsəlmanları  faciəli  şəkildə  həlak  olmuş,

hələ gənc olan bir şairi – Əliqulu Nəcəfovu

dərin  kədər  hissi  ilə  torpağa  tapşırdılar  (O,

Müsəlman Sosial-Demokrat “Hümmət” təş-

kilatının  orqanı  olan  “Gələcək”  qəzetinin

əməkdaşı idi).

    Mərhum son 10-15 il ərzində müsəlman

poeziyasında  yarın  gözəlliyini,  bülbülün

cəh-cəhini və çiçəklərin ətrini tərənnüm et-

məkdən xalqın dərd-sərini, cəhalət və şərin

meydanında inildəyən demokratiyanın ələ-

mini  təsvir  etməyə  keçidin  əsasını  qoyan

yeni  yönlü  şairlər  sırasında  ilk  yerlərdən

birini tuturdu.

    İlk dəfə mərhum şair Sabirin getdiyi yol

1911-ci ildə o, vəfat etdiyindən sonra dalana

dirənə bilərdi. Lakin bu yolda artıq müsəlman

demokratiyasının əsl fədaisi möhkəm dayan-

mışdı. O, özünün ahəngdar, xalq dilində ya-

zılmış şeirlərində cəmiyyətimizin bütün xəs-

təliklərini əks etdirir, xalqın canını bürüyən

bütün yaraları açıb göstərirdi.

    Müsəlman həyatının elə bir sahəsi yoxdur

ki,  bu  ilhamlı  şairin  diqqətindən  kənarda

qalmış olsun. Çoxüzlü almazda olduğu kimi,

Qəmküsar poeziyasında da müsəlman ruha-

nilərinin ədəbsizliyi də, bəy və mülkədarların

tüfeyliliyi və zülmü də, demokratiyanın zül-

mətdə qalması, gücsüzlüyü də, qadınların hü-

quqsuzluğu da və ümumiyyətlə, türkləri Avropa

mədəniyyətindən uzaqda saxlayan hər şey öz

əksini tapır.

    Mərhum  şair  göz  yaşları  içərisində  gül-

dürən  və  hətta  gülüşün  özü  idi.  Bəzən  cə-

miyyəti  və  onun  adət-ənənələrini  amansız

tənqid atəşinə tutur, başqa şair və jurnalistlərin

toxunmağa  belə  cəsarət  etmədiyi  qüsurları

açıb göstərirdi.

    Qəmküsar məşhur “Molla Nəsrəddin” jur-

nalının  nəşrində  kifayət  qədər  fəal  iştirak

edirdi. Bu, o jurnal idi ki, xalqımızın oyanışında

ilk qaranquş olmuşdu və Rusiya və İranın sa-

vadlı  müsəlmanları  həmin  gənc  şairin  çox

gözəl, ahəngdar şeirlərini onun hər bir nöm-

rəsindən məmnuniyyətlə oxuyardılar.

    Son zamanlar mərhum şair “Gələcək” qə-

zetinin nəşrində yaxından iştirak edir, orada

felyeton və şeirlərini çap etdirirdi.

    Amansız tale ona öz gücünü bir daha gös-

tərmək  imkanı  vermədi  və  onu  müsəlman

demokratiyasının əlindən vaxtsız alıb apardı.

    Mərhum şair ən dəhşətli, ən faciəli bir şə-

raitdə dünyasını dəyişdi.

    Gecə saat 11-də evə qayıdıb giriş qapısını

döyərkən qonşuların şübhəsinə tuş gəlir və...

onu qətlə yetirirlər. İki gündən sonra – dəfn

günü yerli qəzetlərdə kiçik qeyd peyda olur:

“Martın 15-nə keçən gecə Moskovskaya kü-

çəsində milisionerlər tərəfindən bir qatı cina-

yətkar öldürülmüşdür. Ölənin familiyası məlum

deyil”.

    Taleyin acı istehzasına bir bax! Ən yaxşı



şairin həlakına dair məlumat xronikada “Ci-

nayətkarın qətli” başlığında verilir.

    Həyatımızın  pərakəndəliyi...  müsəlman

poeziyasının və ədəbiyyatının əlindən gözəl

bir nəğməkarı, boğulan demokratiyaya ürəkdən

yanan bir xalq dostunu alıb apardı.

    Şairin olumu da, ölümü də faciədən uzaq

ola  bilmədi.  O,  maddi  cəhətdən  son  dərəcə

təmin olunmamış, tez-tez cırıq palto və yırtıq

başmaqda ac-yalavac gəzib dolaşan, ürəyində

intəhasız qəm-qüssə, baxışlarında insana sön-

məz sevgi daşıyan istedadlı şair idi. Və namərd

bir insanın qaba gülləsi poeziyaya bu qədər

dəyərli  incilər  bəxş  etmiş  qələmini  onun

əlindən aldı.

    ...Hökumət  başsız  qalmış  müsəlmanların

hiddətli səsini eşitməli, qətlin törədilmə halını

təfsilatıyla aydınlaşdırmaq, cinayətkarı ədalətlə

cəzalandırmaq  üçün  ən  təsirli  tədbirləri

görməlidir.

    Lakin şair həlak olub! Artıq heç bir qüvvə

onu geri qaytara bilməz!

    Rahat yat, əziz şair!

    Qəbrin nurla dolsun, əvəzsiz yoldaş”.

    Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı

haqqında əhəmiyyətli elmi əsərlər yazılmışdır.

Tanınmış  ədəbiyyatşünas  Lətif  Hüseynzadə

1950-ci ildə bu mövzuda namizədlik disser-

tasiyası müdafiə etmişdir. Həm də görkəmli

elm xadimi olan Mir Cəlal Paşayevin “Azər-

baycanda  ədəbi  məktəblər”  adlı  doktorluq

dissertasiyasında,  AMEA-nın  müxbir  üzvü

Əziz Mirəhmədovun “Azərbaycan Mollanəs-

rəddini”  monoqrafiyasındakı  Əliqulu  Qəm-

küsardan bəhs edən bölmələrdə satirik şairin

taleyi və sənətinin əsas istiqamətləri elmi cə-

hətdən  təhlil  edilib  qiymətləndirilmişdir.

Bunlar Qəmküsarşünaslığa dair əhəmiyyətli

mənbələrdir.

    Filologiya elmləri doktoru, professor İslam

Ağayevin “Əliqulu Qəmküsar” monoqrafiyası

mollanəsrəddinçi  şairdən  bəhs  edən  yeganə

ayrıca kitabdır. Bununla belə, həmin kitabın

nəşr edildiyi vaxtdan keçən 35 ilə yaxın müd-

dətdə elmi-ideoloji mühitdə ciddi dəyişiklik-

lərin  baş  verdiyini  nəzərə  alaraq  Əliqulu

Qəmküsarın həyatı və yaradıcılığının tədqiqinə

yenidən  qayıtmağı  zəruri  elmi  vəzifələrdən

biri hesab edirik.

    Eyni zamanda Əliqulu Qəmküsarın ədəbi

irsinin  toplanılması  və  nəşri  sahəsində  də

yeni  addımların  atılmasına  ehtiyac  vardır.

İndiyədək şairin “Seçilmiş əsərləri” iki dəfə

kiril  və  latın  əlifbaları  ilə  nəşr  olunsa  da,

onun  külliyyatını  tam  əhatə  etmir.  İslam

Ağayevin çap etdirdiyi “Əliqulu Qəmküsarın

çap olunmuş əsərlərinin biblioqrafiyası”nda

qeyd  edilən  bədii-publisist  yazıların  böyük

əksəriyyəti  mövcud  nəşrlərə  daxil  edilmə-

mişdir. Heç şübhəsiz, şairin bu biblioqrafiyaya

düşməyən, axtarışdan kənarda qalan əsərləri

də  olmamış  deyildir.  Ədibin  məktubları  da

indiyə qədərki nəşrlərə salınmamışdır. Bütün

bunların  hamısının  toplanılıb  yeni  bir  mü-

kəmməl  nəşrin  meydana  qoyulması  həllini

gözləyən məsələdir.



Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Muxtar Məmmədov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1000. Sifariş № 431

Baş redaktor:

MEHRİBAN SULTANOVA

4

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə