Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix31.10.2018
ölçüsü1,22 Mb.
#77330
1   2   3   4

2

    Son  illərdə  muxtar  respublika-

mızda özəl sektorun inkişaf etdiril-

məsinə  yaradılmış  şərait  çoxsaylı

kiçik sahibkarlıq subyektlərinin fəa-

liyyətə başlamasına səbəb olub. Bu

sahədə aparılan islahatların nəticə-

sidir ki, hazırda muxtar respublika-

mızda kənd təsərrüfatından tutmuş

özəl tibb müəssisələrinədək, un mə-

mulatı sexlərindən dərman bitkilə-

rinin  istehsalına  kimi  xeyli  sayda

kiçik və böyük sahibkarlıq subyekt-

ləri  fəaliyyət  göstərir.  Bu  sahədə

çalışan  qadınlarımızın  sayı  da  az

deyil. Onlara hərtərəfli dövlət qayğısı

göstərilir. 2000-2016-cı illər ərzində

Sahibkarlığa Kömək Fondu tərəfin-

dən yüngül və yeyinti sənayesi, xid-

mət  sektorunun  müxtəlif  sahələri

üzrə  fəaliyyət  göstərən  qadın  sa -

hibkarlara 1 milyon 500 min manat

həcmində kredit verilib. 

    Dahilərdən biri deyib ki, təsadü-

fün hökmü böyük olur. Bir təsadüf

nəticəsində tanış olduğum ağbirçək

xanım  da  muxtar  respublikamızda

aktiv fəaliyyəti ilə diqqətçəkən sa-

hibkar qadın Elmira Əliyevadır. O,

qədim  Naxçıvan  elində  və  hətta

onun hüdüdlarından kənarda da bö-

yük  hörmətə,  şöhrətə  malik  oftal-

moloqdur.  Naxçıvan  Muxtar  Res-

publikası Səhiyyə Nazirliyinin baş

oftalmoloqu, Əməkdar həkim, SSRİ

cərrahiyyə  əlaçısı,  ali  kateqoriyalı

göz həkimi  Elmira həkim 45 ildir

ki, bu sahədə “külüng çalır”, insan-

lara nur bəxş edir. O bildirir ki, hər

peşənin,  hər  sənətin  öz  yolu  var.

Bu yol xidmət yoludur, xalqa, Vətənə

bağlılıq yoludur. Həkimlərin qarşı-

sında  yalnız  bir  yol  var:  insan  hə-

yatının keşiyində dayanmaq... İnsan

orqanizminin  ən  incə,  ən  ülvi,  ən

titrəyiş yeri gözüdür. Elə buna görə

də  göz  həkimləri  daha  dəqiq,  hər

an  ehtiyatlı,  səbirli  olmalıdır.  Bu

yol nə qədər zəhmətli olsa da, sonu

işıqlı,  sevincli  bir  yoldur.  Həkim

bütün ömrü boyu bu cür yanar hisslə

yaşayır. Tanrının mənə bəxş etdiyi

ömür payımda insanlara nur payla-

maq nəsibim olub. Bunun üçün özü-

mü bəxtəvər sayıram. Təqaüdə çıx-

dıqdan sonra işlərimi davam etdir-

mək,  xalqıma,  elimə-obama  daha

da yararlı olmaq üçün göz klinikası

açmaq qərarına gəldim. Elə bu məq-

sədlə  Naxçıvan  Muxtar  Respubli-

kasının İqtisadiyyat Nazirliyinə mü-

raciət  etdim  və  dövlət  dəstəyi  ilə

bu klinika fəaliyyətə başladı. 

    “Hilal” Məhdud Məsuliyyətli Cə-

miyyətinin  göz  klinikası  1999-cu

ildən  fəaliyyət  göstərir.  Klinikada

göz  müayinəsi,  müalicəsi  və  göz

əməliyyatları aparılır. Bundan başqa,

fizioterapiya,  laboratoriya  şöbələri

muxtar respublika sakinlərinə yüksək

dərəcədə  xidmət  göstərir.  Mən  bir

həkim kimi göz bəbəyim qədər sev-

diyim  Naxçıvanımda  insanlar  üçün

düzgün müalicə və müayinənin qü-

sursuz şəkildə aparılmasını təmin et-

məyə səy göstərirəm. El-obamın in-

sanlarının  gözlərinə  nuru  başqa

ölkələrdə yox, məhz Naxçıvanda ax-

tarmalarını təmin etməyə var gücümlə

çalışır, öz Vətənimə, xalqıma xidmət

etdiyim üçün qürur duyuram.

    Elmira həkim qadın sahibkarlara,

xüsusilə  tibb  sahəsinə  göstərilən

diqqət və qayğıya görə dövlətimizə

minnətdar lığını bildirir və qeyd edir

ki, qazandığımız uğurlar sahibkarlığa

göstərilən dövlət qayğısının nəticəsidir.  

    Fəaliyyəti ilə tanış olduğum digər

sahibkar xanım isə öz işinə böyük

hörmətlə  yanaşan  qəhrəman  ana,

həyatının 35 ilini təhsilin inkişafına

həsr  edən,  hazırda  təqaüddə  olan

Rüxsarə  Ağayevadır.  Ailə  təsərrü-

fatını  kiçik  müəssisəyə  çevirən  bu

xanım öz ailəsi ilə bərabər, 7 nəfərə

də qazanc qapısı açıb.

    Şərur  rayonu  muxtar  respubli-

kanın ən böyük bölgəsi olsa da, bu-

rada Rüxsarə Ağayevanın lavaş se-

xini  tanımayan  yoxdur.  Rayonun

Cəlilkəndində fəaliyyət göstərən la-

vaş sexinin adını çəkən kimi, hamı

bu  ünvanı  sənə  nişan  verə  bilər.

Hələ  lavaş  sexinə  çatmamış  bişən

lavaşın  ətri  adama  gəl-gəl  deyir,

desək,  yanılmarıq.  Axı  biz  naxçı-

vanlılar  çörəyin  bu  növünü  daha

çox  sevirik.  Elə Azərbaycan  mət-

bəxində  də  lavaş  deyəndə,  öncə,

Naxçıvan yada düşür. Biz də bu la-

vaşın  ətrinə  gedib  çatdıq  Rüxsarə

xanımın  lavaş  sexinə.  Hal-əhval

tutduqdan  sonra  sahibkar  xanım

bizi müəssisə ilə tanış etdi və bildirdi

ki, 2014-cü ildə dövlət dəstəyi ilə

fəaliyyətə  başlayan  müəssisənin

avadanlıqları İran İslam Respubli-

kasından gətirilib. Hazırda Cəlilkənd

və ətraf kəndlərin camaatının çörəyə

olan  ehtiyacını  ödəməyə  çalışırıq.

Yaşlı  adamlar  yaxşı  xatırlayarlar:

90-cı  illərin  çətin  vaxtları  dəyir-

manda  üyütməyə  taxılımız,  çörək

bişirməyə unumuz, süfrəyə qoyacaq

çörəyimiz  yox  idi.  Naxçıvan  çox

çətin günlər keçirirdi. Torpaqlar yi-

yəsiz  qalmışdı,  əkib-becərən  yox

idi.  Müharibə  və  blokada  sınağa

çəkmişdi bu qədim yurdu. Ulu öndər

Heydər Əliyevin gəlişi naxçıvanlıları

çətin vəziyyətdən çıxardı.  

    Allah razı olsun dövlətimizdən.

İndi öz torpaqlarımızı əkib-becərib,

bol məhsul əldə edib, taxılı öz də-

yirmanlarımızda  bərəkətli  una  çe-

virib, çörəyimizi özümüz bişirməyə

hər  cür  şərait  yaradıb. Artıq  çörək

almaq  üçün  rayon  mərkəzinə  get-

məyimizə ehtiyac yoxdu. Necə de-

yərlər, taxılımız bərəkətli torpaqla-

rımızdan, duzumuz Duzdağımızdan,

çörəyimiz də öz təndirimizdəndir. 

    Bəli,  bütün  bu  könülaçan  işlər

bir daha sübut edir ki, Azərbaycan

qadını  ölkəmizin,  eləcə  də  muxtar

respublikamızın tərəqqisinə öz töh-

fəsini  verir,  doğma  yurdumuzun

daha da çiçəklənməsi naminə həyatın

müxtəlif  sahələrində,  eləcə  də  sa-

hibkarlığın inkişafında əzmkarlıqla

çalışır.

Ramiyyə ƏKBƏROVA

Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən 

dövlət dəstəyi qadınların da bu sahəyə marağını artırıb

Əsrarəngiz Naxçıvan təbiəti

S

əhər  mehindən  dəniz  kimi

dalğalanan taxıl zəmiləri, bu

yal-yamacdakı  alaçıqlarda  köç  sa-

lanlar, çiçəklər, al-əlvan rəngə bo-

yanmış  dağ  yamacları  insana  xoş

anlar yaşadır, onun ruhunu və təəs-

süratını zənginləşdirirdi. Çobanlar,

sözün  əsl  mənasında,  yuxularına

haram qatıb sabahı bu çöllərdə aç-

mışdılar. Mal-qara örüşə çıxarılıb,

yerbəyer  edilmişdi.  Bu  an  Aşıq

Ələsgərin təbiət mövzusunda qələmə

aldığı “Yaylaq” şeiri yadıma düşür.

Ustad aşıq yaylağın timsalında doğ-

ma Azərbaycan təbiətinə dərin mə-

həbbətini şirin poetik dillə, rəngarəng

bədii vasitələrlə belə ifadə edirdi: 



     Gözəllər seyrəngahısan,

     Görüm səni var ol, yaylaq!

     Açılsın gülün, nərgizin,

     Təzə mürgüzar ol, yaylaq!

    Həqiqətən də, doğma yurdun tə-

biətini  olduğu  kimi  oxucuya  çat-

dırmaq üçün coşqun təbiətli bir şair

olmaq lazımdır. Bəlkə də, Naxçıvan

təbiətinin zənginliyindən, füsunkar

gözəlliklərindən ilham alan Məm-

məd Araz, İslam Səfərli kimi şair-

lərimizin qələmindən süzülən poetik

ifadələr və əzəmətli monumentlərə

bənzəyən dağları, axar-baxarlı də-

rələri, kükrəyib daşan çayları kağız,

kətan  üzərinə  köçürən  Bəhruz

Kəngərli kimi rəssamlarımızın fır-

çasından  canlanan  əsrarəngiz  əl

işləri ərsəyə gəlib.

    Günəş ətrafa yenicə boylanarkən

qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi

kimi görünən buludlar əlvan rəngə

boyanırdı. Söhbət dağdan düşmüş-

kən,  sağ  tərəfimizdə  Naxçıvanın

simvolu  olan  Haçadağ,  irəlidə  isə

Nəhəcir  və  Əshabi-Kəhf  dağları

mərd, mətin və sayıqlığı ilə zamana

meydan oxuyur. Özünəməxsus rəng

çalarları olan Naxçıvan dağları dan

yeri söküləndə bir başqa aləm olur.

O dağlar ki Günəşi hamıdan qabaq

salamlayırlar. Dəniz səviyyəsindən

yüzlərlə metr hündürlükdə yerləşən

bu təbiət abidələrinin başı çox vaxt

qarlı-dumanlı olur. 



Baltutan barmaq yalayar…

N

əhəcir kəndinin əkinəyararlı

torpağı az olduğu üçün bu-

rada, əsasən, arıçılıq və maldarlıq

geniş yayılmış təsərrüfat sahələridir.

Kəndin həndəvərində də ətraf kənd -

lərdən  gətirilmiş  neçə-neçə  arı

ailələrinə rast gəlmək mümkündür.

Çünki bol məhsul əldə etmək üçün

köçəri arıçılıq mütləqdir. Nəhəcirli

Əli Tarverdiyevi bu tərəflərdə hər

kəs təcrübəli arıçı kimi tanıyır. Mü-

sahibimizin  sözlərinə  görə,  erkən

yazda qışlamadan çıxmış arı ailələri

xüsusi qayğı tələb edir. Bu mənada,

arıların yeri məkanından asılı olaraq

may-iyun aylarında dəyişdirilməlidir.

Arandakı sahibkarlar arılarını, əsa-

sən, ucqar dağ kəndlərinə köçürürlər.

Nəhəcirin zəngin təbiəti də bu ba-

xımdan  xüsusilə  fərqlənir.  Kərəm

Ələkbərovun  isə  30-a  yaxın  arı

ailəsi var. Onun sözlərinə görə, dağ-

dərələrdə  bitən  gül-çiçəyin  nekta-

rından hasilə gələn Nəhəcir balının

dadı bir başqadır. Elə ötən il Nax-

çıvan şəhərində keçirilən “Arıçılıq

məhsulları – bal” festivalına nəhə-

cirli arıçılar da öz məhsullarını çı-

xarmış, yaxşı qazanc əldə etmişlər. 

*    *    *

    Nəhəcirdə  üz  tutduğumuz  ilk

ünvan  kənd  məktəbi  oldu.  Çünki

təhsil hər bir ölkənin parlaq gələ-

cəyini müəyyənləşdirən amildir. Za-

manında mənəvi təzyiqlərə məruz

qalan, bütün çətinliklərə sinə gərərək

məktəbdarlığın  əsasını  qoyan  Mə-

həmməd  Tağı  Sidqi,  Mirzə  Cəlil

kimi dahilərin torpağında bu gün ən

müasir təhsil infrastrukturu yaradılıb.

Son illər Naxçıvanda 200-dən çox

məktəb  binası  tikilib  və  ya  əsaslı

şəkildə yenidən qurulub. 

    Haşiyə: Hazırda  Babək  rayo-

nunun Payız və Gərməçataq kənd -

lərində  də  yeni  sosial  obyektlər

inşa  olunur,  təhsil  infrastrukturu

yenilənir.

    Müsahibimiz Yaşar Quliyev deyir

ki, indi Nəhəcir kənd tam orta mək-

təbi şəraitinə görə muxtar respub-

likanın  digər  təhsil  ocaqlarından

fərqlənmir.  Naxçıvan  şəhərindən,

rayonun  Zeynəddin  və  Kültəpə

kənd lərindən  olan  və  təyinat  əsa-

sında  burada  çalışan  müəllimlər

məktəbdəki uğurların memarları sı-

rasındadırlar. Baş memar isə şəksiz

ki,  dövlətimizdir.  Kənd  dəniz  sə-

viyyəsindən 1700 metr yüksəklikdə

yerləşdiyi üçün əməkhaqqı və pen-

siyalar 10 faiz artımla ödənilir. Mə-

lumat üçün deyək ki, cari ilin aprel

ayında  keçirilən  qəbul  imtahanla-

rında 4 məzundan 3-ü uğurlu nəticə

əldə edib. Təcrübəli Yaşar müəllimin

oğlu Xəyal da atasının yolunu da-

vam etdirərək məktəbdə onunla çi-

yin-çiyinə çalışır, gələcəyimiz olan

gəncləri  intellektli,  vətənpərəvər,

milli və mənəvi dəyərlərə bağlı ruh-

da tərbiyə edir. 

    2011-ci ildə Ali Məclis Sədrinin

iştirakı ilə kənd və xidmət mərkəz-

ləri, eləcə də müasir yol istifadəyə

verilib. Kənd ağsaqqalı Yusif Mu-

radov deyir ki, ötən əsrin sonlarında

ölkəmizdə, o cümlədən muxtar  res-

publikamızda  olduğu  kimi,  Nəhə-

cirdə də vəziyyət ürəkaçan deyildi.

Ümummilli lider Heydər Əliyevin

Naxçıvana  gəlişi,  bu  yurdu  işğal

təhlükəsindən  xilas  etməsi  və  ən

nəhayət,  xalqın  təkidli  tələbi  ilə

ikinci dəfə ölkəmizdə siyasi haki-

miyyətə qayıdışı xalqın ümidlərini

doğrultdu. Ulu öndərin ideyalarına

sadiqliyin  nəticəsidir  ki,  bu  gün

muxtar respublikanın bütün yaşayış

məntəqələri müasirləşir, yeni görkəm

alır.  Nəhəcirdə  elə  ev  yoxdur  ki,

şəxsi avtomobili olmasın. Hər gün

Naxçıvan şəhərinə marşrutlar işləyir. 

    İkinci Dünya müharibəsi veteranı

Kazım Hacıyev isə mövzuya başqa

bir aspektdən yanaşır. Deyir ki, bu

yaxınlarda faşizm üzərində qələbənin

72-ci ildönümü geniş qeyd olundu.

Bununla  bağlı  veteranlarla  görüş

keçirildi, onlara hədiyyələr təqdim

edildi.  Dövlət  başçısının  müvafiq

sərəncamı  ilə  mənə  də  min  manat

məbləğində birdəfəlik maddi yardım

verildi. Pulsuz minik avtomobili ilə

təmin olunmuş, eləcə də orden və

medallarla  təltif  edilmişəm.  Ötən

əsrin  90-cı  illərindən  fərqli  olaraq

bu gün müstəqil Azərbaycan dövləti

tərəfindən illər öncə göstərdiyimiz

rəşadətə yüksək qiymət verilir.

    Əlverişli coğrafi mövqeyi, gözəl

təbiəti, özünəməxsus mətbəxi, eləcə

də yüksək qonaqpərvərliyi ilə seçilən

Nəhəcir  yerli  və  xarici  turistlərin

maraq dairəsindədir. İndi birmənalı

şəkildə demək olar ki, rayonun hər

yerində, həmçinin ucqar dağ kənd -

lərində infrastrukturun yenilənməsi

kənd turizminin inkişafı üçün zəmin

yaradıb.  Kənd  evlərində  yaşayıb

istirahət  etmək,  şəhər  mühitindən

uzaqlaşmaq, ekoloji cəhətdən təmiz

ərzaq  məhsulları  ilə  qidalanmaq

qonaqların da üstünlük verdiyi is-

tirahət  növüdür.  İndi  bu  kənddə

müasir  yol,  sürətli  internet,  təmiz

dağ  havası,  buz  bulaqlar,  hündür

dağ zirvələri, eləcə də mineral bu-

laqlar mövcuddur. Söhbət mineral

bulaqlardan düşmüşkən qeyd edək

ki, Nəhəcir dağının ətəyində yerləşən

Şorsu bulağı öz müalicəvi əhəmiy-

yətinə görə seçilir. Yaxın-uzaq el-

lərdən gələnlər astma, mədə-bağır-

saq  və  dəri  xəstəliklərinin  müali-

cəsində  müstəsna  rol  oynayan  bu

sudan istifadə edirlər.

*    *    *

    Gəzən ayağa daş dəyər, deyiblər.

Nəhəciri dolanıb kənd adamları ilə

söhbətimizi davam etdiririk. Muxtar

respublikada  kənd  təsərrüfatının

müxtəlif sahələrinin inkişafı ilə bağlı

dövlət proqramlarının qəbul edilməsi

və  icrası,  torpaq  mülkiyyətçiləri

üçün yaradılan şərait, onlara göstə-

rilən dövlət qayğısı bu kəndin adam-

larını da doğma torpağa, təsərrüfata

bağlayıb. Həsən Əhmədov 150,Vi-

dadi Ələkbərov 80 baş xırdabuynuzlu

heyvan saxlayır. Rasim Abbasov və

Yunis Yaqubov isə 35 hektarda taxıl

əkini  aparıb.  Müsahibimiz  Rizvan

Abbasov bildirir ki, son illərdə ta-

xılçılığın inkişafına göstərilən dövlət

dəstəyi təsərrüfatçıların bu əkin nö-

vünə marağını artırıb. Əldə olunan

məhsulun bazarı olduğundan əkin-

lərin miqyası hər il artır. Həyətyanı

sahələrdən də bu il bol məhsul tə-

darük olunacağı istisna deyil. 



  Müstəqillik  illərinin  bəhrəsini

bu gün muxtar respublikanın bütün

yaşayış  məntəqələrində  görmək

mümkündür. Min bir zəhmətlə əldə

olunmuş sabitlik nəticəsində Nax-

çıvanın istər ucqar dağ və sərhəd,

istər aran, istərsə də mərkəzində

hansı yurd yerinə üz tutsaq, belə

inkişaf və tərəqqini müşahidə edə-

cəyik. Elə Nəhəcirdəki kimi...

Muxtar RZAZADƏ

“Şərqin səhəri” qəzetinin

redaktoru

Dağlar arxasında qalsa da, diqqətdən kənarda qalmayan

Ö

tən yay Nəhəcir kəndi ilə bağlı hazırlanmış və Naxçıvan Tele -

viziyasının efirində yayımlanan videomaterialda kənd sakin-

lərindən biri təəssüratlarını belə ifadə etmişdi: “Dağların başına bo-

yunbağı kimi dolanan yolları qət edib Nəhəcirə gəlmək daha əvvəlki

kimi  müşkül  məsələ  deyil.  Sovet  dönəmindən  bəri  bu  ucqar  dağ

kəndinin uzun illər yığılıb qalan sosial problemləri də həll edilib”. Bu

fikirlər  özlüyündə  bir  çox  çalarları  ifadə  edirdi.  Hansı  ki  bu  iki

cümlədə Nəhəcirin bugünkü növrağı əks olunmuşdu. 

    Kəngərli rayonunun Təzəkənd



və  Xıncab  kəndlərində  təcrübə

məqsədilə tütün əkininə başlanılıb.

Əkinlər “Cahan Holdinq” Kom-

mersiya Şirkətlər İttifaqı tərəfindən

həyata keçirilir.  

    Tütün şırım üsulu ilə əkilir və

indiyədək  Təzəkənddə  7  hektar,

Xıncabda isə 1 hektar sahədə əkin

keçirilib, suvarma və becərmə işləri

görülüb.  Həmin sahələrdə Virci-

niya, Oriental və İzmir tütün sort-

larından istifadə olunub. 

    Bu tədbirlər həmin yaşayış mən-

təqələri əhalisinin məşğulluğunun

təmin edilməsinə öz müsbət təsirini

göstərir.  Tütün  yetişdirilməsi  ilə

əlaqədar “Cahan Tobacco” Məhdud

Məsuliyyətli Cəmiyyəti tərəfindən

20 nəfər işlə təmin olunub.

    “Cahan Holdinq” Kommersiya

Şirkətlər İttifaqından aldığımız mə-

lumata görə, aparılan tütün əkinləri

müsbət nəticə verərsə, əkinlər mux-

tar  respublikanın  müxtəlif  bölgə-

lərində də həyata keçiriləcək.

    Qeyd edək ki, Xıncab kəndində

bu il mart ayının 10-dan başlayaraq

xüsusi tütün istixanaları yaradılıb.

Hazırda tütün şitillərinin sahələrə

köçürülməsi  işi  davam  etdirilir.

Əkin üçün məhz bu kəndlərin əra-

zisinin seçilməsinin səbəbi burada

torpaqların tütünçülük üçün əlverişli

olması ilə bağlıdır.



Xəbərlər şöbəsi

Kəngərli rayonunda

tütün əkini aparılır


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə