426
olmasına baxmayaraq o, hələ də müqavimətini dayandır-
mırdı. Sanki o, aldığı yaranın ağrısını hiss etmirdi. O, hələ də
çoşmuş şir kimi döyüşürdü. Araukanlar onu birdəfəlik məhv
etmək üçün şiddətli hücuma keçdilər. Ağır vəziyyətdə olan
Diyeqo üstünə şığıyan hindunun birini də zərərsizləşdirə
bildi. Lakin son anda onu daha da zəiflətmək üçün
aborigenlər arxadan nizə ilə sol budunu yaraladılar. Ağrını
hiss edən Diyeqo arxaya dönmək istədi ki, elə həmin
məqamda onu sağ tərəfdən nizə ilə vurdular. Nizə onun
qabırğasına batdı. Yara həddindən artıq möhkəm olduqundan
Diyeqo özünü saxlaya bilməyib bərkdən qışqırdı və dizləri
üstə yerə çökdü. Artıq o, son dəqiqələrini yaşayırdı.
Migel çıxılmaz bir vəziyyətə düşmüşdü. O, Osvaldonu
belə bir vəziyyətdə qoyub Diyeqonun köməyinə gedə bil-
məzdi. Ona görə ki, araukanlar Osvaldonu da qətlə yetirə
bilərdilər. Onsuz da Diyeqo hindular tərəfindən tam
yararsızlaşdırılmışdı. O, sol əli ilə qabırğasını tutub hələ də
qışqırırdı. Lakin aborigenlər öz həmlələrini dayandırmışdılar.
Onlar ağır yaralanmış konkistadoru əsir almaq istəyirdilər.
Hindunun biri ona yaxınlaşmaq itəyirdi ki, Diyeqo var
gücünü toplayıb ayağa qalxdı və bir göz qırpımında qılıncını
rəqibinin qarnına sancdı. Vəcdə gələn araukanlar Diyeqoya
aman vermədən bir-birinin ardınca onun üzərinə nizə və
baltalarla dalbadal zərbələr endirdilər. Cəngavər, sanki para-
427
para oldu. Sonra isə hindular öz hücumlarını sağ qalan
konkistadorların üzərinə yönəltdilər.
Elə bu dəmdə əks tərəfdən muşketlərin atəş səsləri eşidildi
və oradakı səs-küy daha da qızışdı. Hindular yenə də nəsə
qışqırıb döyüş meydanını tərk etməyə başladılar. Migel ilə
Osvaldonu mühasiryə alan hindular da, gözlənilmədən
buranı cənub istiqamətində tərk etdilər. Burada nə baş Verdi-
yini anlamaq heç də çətin deyildi. Sözsüz ki, o biri tərəfdə
döyüşən konkistadorlar əks hücuma keçmişdilər. Araukanlar
isə həmin hücumun qarşısında tab gətirməyib döyüş
meydanını tərk etmişdilər.
Migel ilə Osvaldo təhlükənin sovuşduğunu görən kimi
cəld Diyeqonun meyitinə yaxınlaşdılar. Onun sifətini demək
olar ki, tanımaq olmurdu. Başı və sifəti bir neçə yerdən dərin
yara ilə yarılmışdı. Bədəni də deşik-deşik olmuşdu. Yağışın
yağmasına baxmayaraq onun ətrafı qanla dolmuşdu. Onun
həm qılıncı, həm də tapançası hindular tərəfindən götürül-
müşdü. Lakin Osvaldonun da vəziyyəti heç də ürəkaçan
deyildi. Onun sağ qoltuğunun altında dərin yara əmələ
gəlmişdi. Migel cəld öz köynəyinin ətəyini cırıb dostunun
yarasını sarıdı. Osvaldo dostunun ölümündən ağır kədərlən-
diyindən yarasının ağrısını hiss edə bilmirdi. O, keyimiş
halda dedi:
428
- Yazıq Diyeqo yaman sarsılmışdı. Biz onu ölümün
pəncəsindən qurtara bilmədik.
- Bir neçə dəqiqə də biz ehtiyatla müdafiə olunsaydıq,
onun aqibəti belə acınacaqlı olmazdı. - Migel ağır iztirabla
dilləndi. - O, özü-öz təhlükəsizliyini əldən verdi. Lakin buna
baxmayaraq, Diyeqo əsl ispan cəngavəri kimi döyüşdə
fədakarcasına həlak oldu. O, heç vaxt bizim yaddaşımızdan
çıxmayacaq.
XIV fəsil. Konkistadorlar düşmənin qüvvəsini
azdırırlar
Təsəvvür edildiyi kimi hinduların qurduğu pusquya düşən
kapitan Xuangil idi. Pusqudan istifadə edən araukanlar
həmin dəstədən Pedro Ramosu və Migel Varesi qətlə
yetirmişdilər. Migelgil olmasaydı, ispanların itkisi daha çox
olmalı, hindular isə çox asanlıqla buranı tərk edəcəkdilər.
Onların gözlənilmədən döyüşə qatılması araukanların bütün
planlarını alt-üst etmişdi. Düşmən elə bilmişdi ki, ispanlar
onları mühasirəyə almağa çalışır. Odur ki, arukanlar çox
429
müqavimət göstərmədən döyüş meydanını tərk etməyə
məcbur olmuşdular.
Migelgilin meşədə görünmələri o biri silahdaşları arasında
böyük əks-sədaya səbəb oldu. Baxmayaraq ki, bu döyüşdə
Diyeqo Urtado qəhrəmancasına həlak olmuşdu. Konkista-
dorların Migel ilə Osvaldonu sağ gördüyündən sevinclərinin
həddi-hüdudu yox idi. Çünki hamı elə bilirdi ki, onlar
hinduların fikirlərini özlərinə cəlb etməkdən ötrü, bilərəkdən
başladıqları qeyri-bərabər döyüşdə özlərini qurban verərək
həlak olmuşdular. Onların sağ qalması möcüzə sayılırdı. Beş
nəfərin hindularla dolu olan bir kənddən sağ çıxması heç
inanılası deyildi. Konkistadorların bu döyüşdə itki verməsinə
baxmayaraq, hamı Migel ilə Osvaldonu ağır döyüşlərdən sağ
çıxmaları münasibətilə alqışladılar. Xüsusən də kapitan Xuan
fərəh hissilə onların hər ikisini qucaqladı.
Bu döyüşdə qələbə qazanmaqlarına baxmayaraq konkista-
dorlar hələ də təhlükə altında idilər. Çünki hindular onlara
çox yaxın bir yerdə yerləşmişdilər. Hər an araukanlar
tərəfindən hücum baş verə bilərdi. Kapitan Xuan buranı tərk
etməmişdən əvvəl dəstəyə yarım saatlıq istirahət vaxtı ayırdı.
Bu vaxt ərzində onlar hinduların qızartdıqları əti yeməli və
paralel olaraq istirahət etməli idi. Döyüşdə bir neçə adam da
yaralanmışdı, lakin onların yarası xoşbəxtlikdən ağır deyildi.
Dostları ilə paylaş: |