117
başlanması demək idi. Hamı Araukaniyaya getmək gününü
səbirsizliklə gözləyirdi. Lakin bunun üçün ilk növbədə
ekspedisiya iştirakçılarının sayını artırmaq lazım idi. Düzdür,
kapitan Murilyo bu sahədə artıq bəzi irəliləyişlər əldə
etmişdi. O, bilavasitə ekspedisiyanın sıralarına yeni könüllü-
lərin cəlb edilməsilə məşğul idi. Könüllülərin fiziki
hazırlığına, yüksək döyüş qabiliyyətinə malik olmasına
böyük əhəmiyyət verilirdi. Lakin elə adamları ekspedisiyaya
cəlb etmək çox mürəkkəb bir iş idi. Çünki bir çoxları
ümumiyyətlə, Araukaniya barəsində heç bir şey eşitməmiş-
dilər. Razı olmaq istəməyənlər isə Araukaniyaya nisbətən
Eldoradonu və ya Eldorado tipli ölkəni seçirdilər. Düzdür,
elələri də vardı ki, böyük imtiyazlar daxilində öz şərtlərini
qəbul etdirərək, ekspedisiyanın tərkibinə daxil olurdu. Lakin
həmin adamlar ilk növbədə sınaq imtahanlarından müvəffə-
qiyyətlə çıxmalı idilər. Bundan əlavə həmin döyüşçülər ya
mahir atıcı, ya da döyüş əməliyyatlarında yüksək qəhrə-
manlıq göstərmiş süvari olmalıydılar.
Bir sözlə, yeni ekspedisiyanın sayını artırmaq həddindən
artıq çətin idi.
Bu işlə əlaqədar Peru vitse-krallığında yüksək vəzifədə
işləyənlərin əksəriyyəti ekspedisiyanın rəhbərliyinə öz
köməkliyini göstərirdi. Sözsüz ki, hamı araukanların məğlub
olmasına və Araukaniyanın fəth edilməsinə böyük maraq
118
göstərirdi. Çünki söhbət İspaniyanın qüdrətindən, şərəf və
ləyaqətindən gedirdi. İspan əsgəri və silahı, araukanların
inadlı müqavimətinə birdəfəlik son qoymalı idi.
Pedro Limanı tərk edən günü kapitan Xuan Kalyaodan
qayıtdı. Ekspedisiyanın bütün zabitləri (əlbəttə Limada olan-
lardan söhbət gedir) rəisin gəlişini xəbər alan kimi qoca
səyyahın əyləşdiyi qonaq zalına toplaşdılar. Kapitanın
üzündəki ifadədən o dəqiqə müəyyən etmək olurdı ki, o, bu
səfərindən heç də razı deyil. Kim bilir, bəlkə Xuan Kalyaoda
öz istədiyinə nail ola bilməyib? İlkin sorğu-sualdan sonra o
dedi:
- Kalyaoda mən şəhərin bir çox nüfuzlu şəxsləri ilə
görüşdüm və demək olar ki, özüm üçün tam məlumat əldə
edə bilmədim. Daha doğrusu, heç kimdə bu haqda dəqiq
məlumat yoxdur.
- Deməli, polkovnik Alonsonun gəlişi yanlış imiş. - deyə
kapitan Murilyo səbirsizliklə dilləndi.
- Xeyr, mən elə demədim - deyə Xuan öz etirazını
qətiyyətlə bildirdi və üzünü kapitan Murilyoya tərəf tutub öz
sözünün mahiyyətini açıqlamaq üçün aludəliklə sözünə
davam etdi. - Bir çox mötəbər və vəzifəli adamlarla ünsiyyət-
də olduğuma baxmayaraq, yalnız bir nəfər, o da ki, Kalyao
limanının rəisi mənə ürəkaçan məlumat verdi. Onun dediyinə
görə, Kitoda cəmləşən qüvvə İspaniyanın Kataloniya
119
hersoqluğundan gəlib. Həmin qüvvənin başında Kataloniya-
nın ən tanınmış zabitlərindən biri durur.
- Əlbəttə ki, həmin zabitin rütbəsi polkovnikdir. - deyə
leytenant Vasko rişxəndlə dilləndi.
- Elədir ki, var. - deyə Xuan təqdiredici tərzdə dilləndi. -
Ancaq sizə bildirməliyəm ki, həmin qüvvə məhz Eldorado-
nun axtarılmasında iştirak etmək üçün Kitoda cəmləşib.
Deməli, həmin polkovnik mənim qardaşım ola bilməz.
- Ruhdan düşmək lazım deyil. - deyə qoca səyyah bu
sarsıdıcı xəbərə heç bir əhəmiyyət vermədən soyuqqanlıqla
dilləndi. - Kataloniyanı tərk edən zaman yaxın gələcəkdə
Amerika sahillərinə yola düşmək üçün bizdən başqa bir
qüvvə yox idi. Bir il müddətinə isə yalnız polkovnik Alonso
böyük bir qüvvə ilə Kataloniyanı tərk etməli idi. Deməli,
güman etmək olar ki, Kitodakı qüvvə məhz polkovnik
Alonsonun başcılıq etdiyi qüvvədir.
Şübhə yox ki, Kito şəhərində cəmləşən yeni qüvvə
polkovnik Alonso Odovaldonun başçılıq etdiyi ekspedisiya
idi. Lakin həmin ekspedisiya Kito şəhərinə necə gedib
çıxmışdır? Polkovnik Alonso öz dəstəsi ilə Yeni Əndəlüsün
(indiki Kolumbiyanın sahil zolağı) şimal sahilində yerləşən
Kartahena, Barrankilya, Santa-Marta və yaxud Marakaybo
limanına gəlmiş və oradan piyada yol ilə Boqotaya getmiş,
Boqotadan isə Kitoya yollanmışdır. Bütün bunları aydınlaş-
120
dırmaq üçün hökmən Limadan Kitoya nümayəndə göndər-
mək lazım idi.
Bu dəfə də Kapitan Xuan Kitoya yollanmağı qərara aldı.
Arbalyotçular dəstəsinin komandiri Alonso Murilyo müvəq-
qəti olaraq, Limada yerləşən ekspedisiyanın rəisi təyin edilir.
Ekspedisiyanı başlı-başına buraxmaq olmazdı. Lima ilə Kito
şəhərləri bir-birilərindən həddindən artıq aralı yerləşirdi. Ola
bilər ki, kapitan Xuanın Limaya qayıdışı bir ay uzanar. Bir
ayın içərisində isə çox hadisələr baş verə bilərdi. Ancaq
kapitan Xuan bu uzaq səfərə tək çıxa bilməzdi. Məhz buna
görə də ilk növbədə Migel, Sebastyan və Osvaldo ekspedi-
siya rəisini bu uzaq səfərdə müşaiyət etməyi qərara aldılar.
Necə ki, kapitan Xuana, eləcə də Migelə Kitoya getmək
hava-su kimi lazım idi. İş orasındadır ki, Migelin atası
kapitan Leon hal-hazırda Kito şəhərində olmalı idi. Ona görə
ki, onun atası Antonio Berrio-i-Orunyanın ekspedisiyasında
iştirak etmək üçün Kitoya yollanmışdır. Kapitan Leon bu ilin
fevral ayından Kitoya yollanmış və dəqiq bilinmirdi o, bu
ilin sonuna qədər Antonio Berrio-i-Orunyanın, mifik Eldora-
donun axtarılması üçün nəzərdə tuqulan ekspedsiyasında
iştirak edəcək, ya yox?
Migelin fikrincə, onun atası çox güman ki, Kitoda ola
bilərdi. Çünki o, artıq ekspedisiyanın tərkibində yola düşsə
idi, hökmən həyat yoldaşına məktub göndərərdi. Deməli,
Dostları ilə paylaş: |