  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə29/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   25   26   27   28   29   30   31   32   ...   135

                                                     

 

  



                                                                            

                                                    

109 

- Təki Eldorado tezliklə tapılıb bizim krallığın mülkünə daxil 



edilsin. - deyə qoca səyyah istehza ilə dilləndi və bir az tərəddüd 

edəndən  sonra  təmkinlə  sözünə  davam  etdi.  -  Ancaq  onu 

deməliyəm ki, son illər İspaniyada Eldoradoya olan maraq xeyli 

dərəcədə soyuyub. Orada demək olar ki, Eldoradonun tapılma-

sına artıq inanmırlar. 

-  Mən  yenə  də  sizinlə  razılaşmadığımı  bildirsəm,  hamı 

deyəcək  ki,  guya  mən  inadkarlıq  edirəm  -  deyə  Pedro  sıxıla-

sıxıla  qeyri-müəyyən  tərzdə  dilləndi.  -  Mən  Kalyaoda  olanda 

orada  belə  bir  xəbər  eşitmişdim  ki,  Kitu  Audiensiyasının 

paytaxtı  olan  Kito  şəhərinə  İsşaniyadan  hansısa  polkovnikin 

başcılığı  altında  iri  bir  qüvvə  gəlib.  Sual  verilə  bilər  ki,  “nə 

olsun  gəlib?”  İş  ondadır  ki,  həmin  qüvvə  Antonio  Berrionun 

ekspedisiyyası ilə birləşib bilavasitə Eldoradonun axtarılmasın-

da  iştirak  edəcək.  Əgər  bu  belədirsə,  deməli  İspaniyada 

Eldorado məsələsinə ciddi yanaşanlar var. 

-  Bu  məlumatı  aydınlaşdırmamış  mən  heç  bir  mülahizə 

yürüdə bilmərəm. - deyə qoca səyyah şübhə ilə dilləndi. - Əgər, 

bu faktdırsa, onu deyə bilərəm ki, həmin polkovnikin Eldorado 

haqqında  lazımi  qədər  olan  anlayışı  yoxdur.  O,  bu  məsələ  ilə 

ciddi  tanış  olandan  sonra,  ola  bilsin  ki,  tuqduğu  fikirdən  əl 

çəksin. Hələ dəqiq demək olmaz ki, həmin qüvvə Yeni Dünya 

sahillərinə  hansı  məqsədlə  gəlib.  Bir  sözlə,  hadisələrin  sonrakı 

gedişatını izləmək lazımdır. 



                                                     

 

  



                                                                            

                                                    

110 

Pedronun  verdiyi  axırıncı  xəbər  həmin  dəqiqə  Migelin 



marağına  səbəb  oldu  və  o,  bu  xəbər  üzərində  düşünməyə 

başladı: Kim nə bilir, bəlkə adı bəlli olmayan polkovnik Alonso 

Odovaldodur? Axı, necə olsa da o, bir il müddətinə iri bir dəstə 

ilə  Yeni  Dünya  sahillərinə  gəlməli  idi.  Onun  dediyinə  görə  o, 

oktyabr-noyabr aylarında Kitoya yox, Çili sahillərində olacaqdı. 

Deməli,  Kitoya  təşrif  buyuran  dəstə  polkovnik  Odovaldonun 

dəstəsi  olmaya  da  bilərdi.  Bundan  əlavə  Barselonadan  onların 

köməyinə hər hansısa bir qüvvə gəlsə idi, kapitan Xuana dərhal 

bu haqda məlumat veriləcəkdi.  

Migel  bu  haqda  marağını  gizlədə  bilməyib  qardaşından 

soruşdu: 

- Pedro, hər şey qalsın bir kənara, deyə bilərsənmi bu dəqiq 

məlumatdır,  yoxsa  boş  şaiyədir?  Adətən  limanda  belə  söz-

söhbətlər çox olur. 

-  Bu  lap  dəqiq  məlumatdır.  -  deyə  Pedro  tərəddüd  etmədən 

təqdiredici  tərzdə  dilləndi  və  qardaşını  tam  əmin  etmək  üçün 

aludəliklə sözünə davam etdi. - Bilirsən Migel, limanda uşaqdan 

tutmuş  böyüyə  kimi  hamı  Eldorado  ilə  ciddi  maraqlanır.  Kito 

Peru  vitse-krallığının  şəhəri  olduğuna  görə  orada  baş  verən 

bütün  vacib  proseslər  və  şəhərdə  cəmləşən  bütün  quvvələr 

hamının  marağına  səbəb  olur.    Hazırda  oradan  gələn  xəbərə 

şübhə etməyə bilərsən. 




                                                     

 

  



                                                                            

                                                    

111 

Artıq mənə aydındır. - deyə Migel təqdiredici tərzdə dilləndi. 



- Bəs, həmin polkovnikin adını təxmini də olsa, yadda saxlaya 

bilmədin? İnanırsan, bu bizə hava-su kimi lazımdır. 

- Mən səni əmin edə bilərəm ki, ümumiyyətlə həmin zabitin 

adı  çəkilməyib.  -  deyə  Pedro  bir  az  tərəddüd  edəndən  sonra 

aludəliklə dilləndi. - Çünki İspaniyadan gələnlər yenicə Kitoya 

qədəm qoyublar. 

Artıq  qoca  səyyah  da  başa  düşdü  ki,  söhbət  hansı 

polkovnikdən  gedir.  O,  da  belə  bir  qənaətə  gəldi  ki,  işdir, 

həmin polkovnik Barselonalı Alonso Odovaldodursa, onda o, 

hökmən  öz  gəlişi  barəsində  qardaşına  xəbər  verərdi.  Lakin 

Pedro açıqca bildirdi ki, İspaniyadan gələnlər yenicə Kitoya 

qədəm  qoyublar.  Ola  bilsin  ki,  bundan  sonra  o,  gəlişi  barə-

sində buradakılara xəbər verər. Qoca səyyah da inana bilmir-

di  ki,  polkovnik  Alonso  belə  tezliklə  Amerikaya  gəlsin. 

Rodriges səbirsizliklə dedi: 

-  Pedro,  bu  məlumatı  dəqiqləşdirmək  üçün  kimlərə 

müraciət etməliyik. Biz də İspaniyadan bir polkovniki iri bir 

dəstə ilə gözləyirik. 

-  Necə  deyim  sizə?  -  deyə  Pedro  öz-özünə  fikirləşməyə 

başladı  və  bir  azdan  qənaətə  gələrək  təşəxxüslə  sözünə 

davam  etdi.  -  Əgər,  mən  gedənə  kimi  siz  burada  heç  bir 

məlumat  ala  bilməsəniz,  onda  bir  nəfər  mənimlə  Kalyaoya 




                                                     

 

  



                                                                            

                                                    

112 

getsin. Quayakildən gələn gəmilərin kapitanlarında bu haqda 



dəqiq məlumatlar olur. 

-  Migel,  sən  bu  haqda  kapitan  Xuana  xəbər  ver,  -  qoca 

səyyah  nəvəsinə  bu  tapşırığı  verdi.  -  qoy  o,  bu  işlə  məşğul 

olsun.  Kim  bilir,  bəlkə  Kitoya  gələn  polkovnik  Alonso 

Odovaldodur. 

Migel  elə  də  etdi.  Bu  haqda  o,  kapitana  xəbər  verdi.  Bu 

məlumat onu həddindən artıq maraqlandırdı. Xuan artıq vaxt 

itirməmək  üçün  Pedronun  getməyini  gözləmədi.  O,  atına 

minib  iki  cəngavərin  (Osvaldo  ilə  Sebastyan  kapitanın 

təhtükəsizliyini  təmin  etmək  üçün  Limanı  tərk  etdilər) 

müşaiyəti  ilə  Kalyaoya  yollandı.  Kapitan  həm  bu  xəbəri 

dəqiqləşdirməyi, həm də ekspedisiyanın gəmilərinin limanda 

necə  vəziyyətdə  olduğunu  bilmək  istəyirdi.  Necə  olsa  da 

ekspedisiyanın  müəyyən  bir  hissəsi  Kalyaoda  yerləşirdi. 

“Destino”nun  təmirinin  necə  getdiyi  bütün  komandanlığı 

maraqlandırırdı. 

Əgər,  polkovnik  Alonso  öz  qüvvəsi  ilə  Amerika  sahillə-

rinə  gəlibsə,  deməli  tezliklə  Araukaniyada  yerli  hindulara 

qarşı döyüş əmliyyatları bərpa ediləcək. Bu dəfəki müharibə 

çox amansızcasına gedəcək. 

Qoca  səyyan  polkovnikin  Kitoda  peyda  olmasına  şübhə 

ilə  yanaşırdı.  Pedronun  dediyinə  görə  həmin  polkovnik  öz 

qüvvəsilə Antonio Berrionun başçılıq etdiyi ekspedisiyasında 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə