  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə30/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   26   27   28   29   30   31   32   33   ...   135

                                                     

 

  



                                                                            

                                                    

113 

Eldoradonun  axtarılması  ilə  məşğul  olacaq.  Sözsüz  ki, 



həmyerlilərinin  köməyinə  gələn  polkovnik  Alonso  belə  bir 

qəribə  qərar  çıxarmazdı.  Lakin  buna  baxmayaraq  bu 

məlumatı dəqiqləşdirmək lazım idi. 

 

 

 

 



 

    X fəsil. Kapitan Xuanın Kalyaoya getməsi  

 

Qısa  müddət  ərzində  bu  xəbər  bütün  ekspedisiya  iştirak-



çıları  arasında  ildırım  sürətilə  yayıldı.  Konkistadorların 

daxilində böyük ümid hissi yarandı. Alonsonun adını eşidən 

kimi hamıda  canlanma, ruh yüksəkliyi  hiss olundu. Deməli, 

araukanlar törətdikləri vəhşiliklərə görə tezliklə konkistador-

lar  tərəfindən  cəzalarına  catacaqlar.  Qisas  almağa  böyük 

imkan  yaranırdı.  Amma  qoca  səyyah  başqalarına  nisbətən 

bütün  bu  məsələyə  başqa  cür  yanaşırdı.  O,  əmin  idi  ki, 

polkovnik  Alonso  Limaya  gəlsə  belə,  tezliklə  araukanlara 

qarşı  döyüş  əməliyyatları  bərpa  edilməyəcək.  Çünki  onların 

silahdaşlarının əlli altı nəfəri düşmənin əlində əsir idi. Onlar 

azad  edilməsə,  heç  vaxt  döyüş  əməliyyatları  bərpa  edilə 

bilməz.  Aborigenlərin  ultimatumuna  əsasən,  Araukaniyada 

əli  silahlı  konkistador  görünən  kimi  onlar  əsir  alınmış 



                                                     

 

  



                                                                            

                                                    

114 

ispanların  hamısını  edam  edəcəklər.  Deməli,  ilk  növbədə 



əsirlərin azad olunması haqqında fikirləşmək lazım idi. 

Xoşbəxtlikdən  leytenant  Vasko  həmin  günü  Limaya  gəl-

miş və görüşmək üçün qoca səyyahın otağına getdi. Elə qoca 

səyyah da leytenantla görüşmək arzusunda idi. 

- Sinyor Rodriges, eşitdiyimə görə polkovnik Alonso Kitu 

Audiensiyasına  gəlib.  -  deyə  Vasko  salamlaşandan  sonra 

ehtiramla  dilləndi.  -  Bu  məlumatın  nə  dərəcədə  düzgün 

olmasını sizdən xəbər almaq istəyirdim. 

-  Hələ  bu  dəqiqləşdirilmiş  məlumat  deyil  -  deyə  qoca 

səyyah qeyri-müəyyən tərzdə dilləndi. - Deyilənə görə hansı-

sa  bir  polkovnik  böyük  qüvvə  ilə  İspaniyadan  gəlib.  Mənə 

elə gəlir, həmin zabit Alonso Odovaldo deyil. Çünki o, olsa 

idi,  Amerika  sahillərinə  gələn  kimi  öz  gəlişi  barəsində  bizi 

xəbərdar  edərdi.  Hələlik  bu  məlumatı  dəqiqləşdirmək  üçün 

kapitan Xuan Kalyaoya yollanıb. 

-  Birdən  təsdiq  olunsa  ki,  həmin  zabit  Alonso  Odovaldo-

dur,  onda  bizim  sonrakı  fəaliyyətimiz  necə  olacaq?  -  deyə 

Vasko  qoca  səyyaha  sualedici  nəzər  salaraq  müəmmalı 

tərzdə dilləndi. 

-  Siz  nəyi  nəzərdə  tutursunuz?  -  deyə  qoca  səyyah 

fəhimsizliklə dilləndi. - Mən nəsə sizi başa düşmədim? 

-  Sözsüz  ki,  söhbət  Araukaniyada  başlanan  müharibədən 

gedə bilər. - deyə Vasko ehtiramla cavab verdi. - İlk növbədə 



                                                     

 

  



                                                                            

                                                    

115 

araukanların  əlində  olan  əsirlərimiz  barəsində  fikirləşmək 



lazımdır. 

- Mən bunu çox yaxşı başa düşürəm. 

-  Biz  onları  araukanların  qoyduğu  şərt  ilə  azad  edə 

bilmərik.  Çünki  onların  şərti  bir  növ  bizə  qarşı  ultimatum 

xarakteri daşıyır. 

Bu  zaman  qoca  səyyahın  yadına  İzabella  Barretonun 

sözləri düşdü. Qadın olsa da, onun sözlərində həqiqət vardı. 

İspan  əsgərinin  şərəf  və  ləyaqətini  alçaltmış  hər  bir  adam 

yalnız mühakimə olunmalıdır. Döyüşdə qorxaqlıq göstərmiş 

hər  bir  əsgər  öz  ölkəsinin  qüdrətinə  zərbə  endirmiş  olur. 

Həmin adamların bu işıqlı dünyada yaşamağa mənəvi haqları 

yoxdur. Mərd və məğrur qadının sözlərinə əhəmiyyət verən-

də  onda  birbaşa  Araukaniyaya,  əsir  düşmüş  soydaşlarının 

aqibətinə  heç  bir  əhəmiyyət  vermədən  hücuma  keçmək 

lazımdır.  Lakin  bu  faciənin  baş  verməsinə  imkan  yaratmaq 

lazım deyildi. İlk növbədə əsirlərin azad olunması barəsində 

çıxış yolu tapmaq lazım idi. Qoca səyyah xeyli fikirləşəndən 

sonra səbrlə dedi: 

Sözsüz  ki,  biz  onları  araukanların  qoyduğu  şərt  ilə  azad 

edə bilmərik. Başqa variant üzərində fikirləşmək lazımdır. 

-  Sinyor  Rodriges,  axı  biz  çıxılmaz  bir  vəziyyətə  düşmü-

şük? - deyə  Vasko qoca səyyahın sözünü kəsərək həyəcanlı 

halda dilləndi. 



                                                     

 

  



                                                                            

                                                    

116 

-  Hər  bir  çətin  vəziyyətdən  çıxış  yolu  axtarıb  tapmaq 



mümkündür.  -  deyə  səyyah  qətiyyətlə  dilləndi  -  Mənə  elə 

gəlir, biz itki vermədən əsirləri azad edə bilərik. 

-  Hansı  yolla?  -  deyə  Vasko  nəzərlərini  həmsöhbətinin 

üzərinə yönəldərək müəmmalı tərzdə soruşdu. 

-  Bu  haqda  mən  susmağı  üstün  tuturam  -  deyə  səyyah 

həmsöhbətinə  nəzər  salmadan  təmkinlə  dilləndi.  -  Bütün 

variantlar  polkovnik  Alonsonun  iştirakı  ilə  müzakirə  oluna-

caq. Lakin sizi əmin edirəm ki, biz əsirlərin azad olunmasına 

müvəffəq olacayıq. 

Hörmət əlaməti olaraq Vasko bir daha qoca səyyahla söz 

güləşdirmədi.  Çünki  o,  həmin  adamın  ağıllı  və  uzaqgörən 

olduqunu çox yaxşı bilirdi. Qoca səyyah necə deyirdisə, elə 

də olmalı idi. 

“Vanquardia” gəmisinin kapitanı Filipp Odovaldo da guya 

böyük  qardaşının  Amerika  sahillərində  peyda  olması  ilə 

əlaqədar qoca səyyah ilə söz mübadiləsi apardı. Cavab isə bir 

idi;  bu  haqda  Kalyaoya  yola  düşən  kapitan  Xuandan  dəqiq 

məlumat  gözləmək  lazımdır.  Pedro  artıq  başa  düşmüşdü  ki, 

Kalyaodan  gətirdiyi  qarışıq  məlumat  nə  dərəcədə  qiymət-

lidir.  Bu  məlumatın  Limada  müvəqqəti  məskən  salan  bütün 

ekspedisiya  iştirakçılarının  necə  marağına  səbəb  olması  göz 

qabaqında  idi.  İndi  hamı  Xuanın  yolunu  səbirsizliklə 

gözləyirdi. Çünki onun gəlişi bütün ekspedisiyanın fəaliyyətə 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə