  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə25/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   21   22   23   24   25   26   27   28   ...   135

                                                     

 

  



                                                                            

                                                    

93 

Alvaro isə naməlum torpaqları kəşf  etmək üçün Sakit okeanın 



cənub hissəsinə

 

ekspedisiyalar təşkil edir. Lakin heç birimiz öz 

məqsədimizə nail ola bilməmişik. Yalnız siz qismən də olsa, öz 

məqsədinizə  nail  olmusunuz.  –  deyə  Rodriges  əli  ilə  admiralı 

göstərdi. 

Lakin  coğrafiyaşünas  Bartolomeu  öz  dostu  ilə  razılaşmadı. 

O, üzünü admirala tutub ehtiramla dedi: 

-  Don  Alvaro,  siz  Sakit  okeana  səyahət  etməklə  və  orada 

Solomon  adalarını  kəşf  etməklə,  tarixin  şanlı  səhifələrinə 

düşdünüz. Sizin keçdiyiniz şərafətli yol ki var, onu təkrarlamaq 

bir çoxlarına nəsib olmur. Artıq bütün Avropa sizi məşhur dəniz 

səyyahı kimi tanıyır. 

-  Mənim  etdiyim  səyahət  camaatı  qane  edibsə  də,  lakin 

ümidimi doğrultmayıb. - deyə admiral de Neyra təəssüf hissilə 

dilləndi. - Mən, Sakit okeanda bir torpaq var, onun kəşf edilməsi 

üçün yeni ekspedisiya təşkil edəcəm. Həmin torpaq nəinki məni, 

hətta bütün coğrafiyaşünasları və xəritəşünasları maraqlandırır. 

Səyahət  zamanı  müsbət  nailiyyət  əldə  olunsa,  onda  bəzi  həll 

olunmayan məsələlərin üstündən birdəfəlik xətt çəkiləcək. 

Admiral Sakit okeana təşkil etdiyi səyahət zamanı Solomon 

və  bir  çox  adaları  kəşf  etməklə,  dünyanın  məşhur  dəniz 

səyyahları  sırasına  daxil  olubdurr.  Həmin  səyahətin  qısa 

xronikası  belədir:  1567-ci  ilin  noyabrın  19-da  Perunun  vitse-

kralının  qardaşı  oğlu  Alvaro  Mendanya  de  Neyranın  başçılıq 




                                                     

 

  



                                                                            

                                                    

94 

etdiyi  ekspedisiya,  Cənub  dənizində  (Sakit  okeanın  cənub 



hissəsi)  naməlum  torpaqlar  kəşf  etmək  üçün,  tərkibində  150 

nəfər  adam  olan  iki  karavellada  Perunun  Kalyao  limanını  tərk 

edərək, qərb istiqamətində yola düşür. Bundan əlavə İspaniya-

nın  kralı  II  Filipp  ekspedisiya  iştirakçılarına,  Sakit  okeanda 

naməlum torpaqları tapıb orada xristian dinini yaymağa həvalə 

etmişdir.  Həm  də  bu  fikir  ekspedisiyada  iştirak  edən  məşhur 

dənizçi və xronist Pedro Sarmiyento de Qamboanın idi. Pedro 

de Qamboa iki ilini Meksikada və Qvatemalada keçirib 1559-cu 

ildə Peruya gəlir və burada 7 il ərzində inklərin tarixini öyrənir. 

Ernan  Qalyeqo  ekspedisiyanın  baş  şturmanı  təyin  edilir. 

Mendanya da Magellan kimi Sakit okeanı, yolda bir adaya belə 

rast  gəlmədən  keçir.  1568-ci  ilin  yanvarın  15-də  Cənub 

yarımkürəsinin  7-ci  paralelində  o  qədər  də  böyük  olmayan, 

kokos  palmaları  ilə  bitmiş  və  insan  məskənləri  salınmış  bir 

mərcan adası kəşf edilir. Bu ada Ekvatorial Polineziyaya daxil 

olan Ellis adalarının şimalında yerləşirdi. Lakin sərt küləklərin 

ucbatından adaya yan almaq olmur və Mendanya oradan qərbə 

tərəf öz yolunu davam edir. O, fevralın 1-də atoll və ya rif görür 

(Ontonq-Cava,  ya  da  Rokador),  fevralın  7-də  isə  8°  Cənub 

yarımkürəsində,  okeandan  zəncir  şəklində  mərcan  riflərlə  qa-

bağı  kəsilmiş,  “böyük  torpağa”  yaxınlaşır  (Santa-İsabel  adası). 

Sahildən  bir  az  aralı  tropik  meşə  ilə  örtülmüş  hündür  dağlar 

(1000  m-dən  hündür)  ucalırdı.  Meşənin  içərisində  tünddərili 



                                                     

 

  



                                                                            

                                                    

95 

əhali  yaşayan  kənd  görsənir.  Mendanya  elə  zənn  edir  ki,  o 



Cənub  materikindəki  Ofir  ölkəsini  kəşf  edib.  Amma  bu 

arxipelaq idi və səyyah onun adını Solomon adaları qoyur. 

Santa-İsabelə  ayaq  basan  ekspedisiya  iştirakçıları  orada 

böyük  olmayan  gəmi  –  briq  -  tikirlər.  Həmin  gəmidə  Pedro 

Orteqa aprelin 23-də cənub-şərq istiqamətində, Şuazölün şimal-

qərbində  yerləşən  Moloita  və  Quadalkanal  adlı  böyük  adaları 

kəşf  edir.  Mayın  axırı-iyunun  əvvəli  bu  dəfə  Ernando  Enrikes 

başda olmaqla dənizçilər ikinci dəfə Santa-İsabeldən cənub-şərq 

istiqamətində kəşfiyyata yollanır və San-Kristobal adlı yekə bir 

adanı tapırlar.  

Həmin ilin avqustunda adanın döyüşmək qabiliyyətinə malik 

olan sakinləri ilə ispanlar arasında münaqişə baş verir. Vəziyyəti 

belə  görən  Mendanya  adanı  tərk  etməyi  qərara  alır.  San-

Kristobalı  cənubdan  keçərək  o,  şərq  istiqaməti  ilə  birbaşa 

Cənubi  Amerika  sahillərinə  yola  düşür.  Təbiətin  zəhrimar 

küləkləri ilə mübarizə aparan Mendanya məcburiyyət qarşısında 

qalaraq, axırıncı məqamda ekvator xəttini keçib Şimal tropikinə 

üz  tutur.  Dənizçilərin  bir  hissəsi  yolda  həlak  olur.  Sentyabrın 

17-də  gəmilər  Marşall  adalarını  keçir,  ondan  sonra  yalnız 

dekabrın  20-də  torpaqla  üzləşirlər  -  atoll  Ueyk  (19°  18

/

  ş.  En 



dairəsi,  166°  36

/

  şərq  uzun.).  1569-cu  ilin  yanvar  ayında 



ekspedisiya Meksika sahillərinə yan alır. 


                                                     

 

  



                                                                            

                                                    

96 

İkinci  gəmiyə  başçılıq  edən  Pedro  Sarmiyento  de  Qamboa 



səyahət  zamanı  ekspedisiyanın  hesabatını  təşkil  edir.  Yarım 

ildən sonra Peruya qayıdan Mendanya, bəyan edir ki, o əsl Ofir 

ölkəsini  kəşf  edib.  O,  hər  bir  məclisdə  qara  rəngli  adamlar 

haqqında (həqiqətən onlar Solomon adalarında yaşayırdılar) və 

oradakı qızıllar barəsində (hansı ki, orada qızıl yox idi) söhbət 

edirdi. Lakin onun bu söhbətlərinə heç kim inanmırdı. Bir sözlə, 

Solomon  adalarında  qızıl  tapılsaydı  Mendanya  həmin  metalı 

hökmən Peruya gətirərdi. 

Artıq həmin  tarixi ekspedisiyanın üstündən 22 il keçirdi və 

onun  nəticəsindən  heç  kim  bəhrələnməmişdi.  Bu  dəfə  Alvaro 

Mendanya revanş götürmək istəyirdi və böyük entuziazm ilə 2-

ci ekspedisiyanı yaratmağa çalışırdı. 

- Don Alvaro, sizə bir hadisəni xatırlatmaq istəyirəm. - deyə 

belə  söhbətlərdə  həmişə  fəal  olan  Bartolomeu  canfəşanlıqla 

dilləndi. - Məşhur fələmənk xəritəşünası Abraham Orteliy 1570-

ci ildə tərtib etdiyi Atlasda göstərir ki, Sakit və Hind okeanları-

nın  cənub  hissəsində  nəhəng  “Cənub  Torpağı”  yerləşir.  Bu 

ideyanı gələcəkdə başqa fələməng xəritəşünası məhşur Gerqard 

Merkator  dəstəkləyir  və  nəhəng  “Cənub  Torpağı”nı  öz  tərtib 

etdiyi  Atlasda  göstərir.  Ancaq  iş  ondadır  ki,  heç  kim  praktik 

cəhətdən  həmin  torpağın  mövcudluğunu  sübut  etməyib.  Siz 

birinci  dəfə  səyahətə  çıxan  zaman  mən  elə  bildim  ki,  həmin 

ekspedisiya Abraham Orteliyin “Cənub Torpağı”nı tapacaq. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə