  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə24/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   20   21   22   23   24   25   26   27   ...   135

                                                     

 

  



                                                                            

                                                    

90 

razılaşmadığını  bildirdi.  -  Acığını  desəm,  ispan  əsgəri  Ameri-



kada  bu  miqyasda  məğlubiyyətə  uğramamışdı.  Belə  bir 

bağışlanılmaz səhvə görə kimsə, əlahəzrət II Filippin qarşısında 

cavab verməli olacaq. 

-  Don  Alvaro,  ekspedisiyanın  Araukaniyada  faciəli  surətdə 

məğlub  olmasında  mənim  azca  olsa  da,  günahım  olmayıb.  - 

deyə Xuan öz hüquqlarını müdafiə etmək üçün inadla dilləndi. - 

Bu münaribədə hindular təsadüf nəticəsində qələbə əldə ediblər. 

- Cənab kapitan,  əlahəzrət II Filippin belə bir qanunu var.  - 

deyə  İzabella  hökmlə  başını  dik  tutaraq  dilləndi  və  üzünü 

Xuana tərəf tutub həmin tərzdə sözünə davam etdi. - Hər hansı 

bir  ekspedisiya  düşmən  tərəfindən  məğlubiyyətə  uğradılırsa, 

bütün  məsuliyyət  yalnız  ekspedisiya  rəisinin  üzərinə  düşür, 

itkiyə görə ancaq o, cavabdehlik daşıyır. 

- Donya İzabella, sizin sözünüzdə böyük həqiqət var. - deyə 

qoca səyyah ekspedisiya rəisinin müdafiəsinə qalxmağa məcbur 

oldu.  -  Lakin  sizə  bildirməliyəm  ki,  bütün  bu  faciədə  kapitan 

Xuan Odovaldonun zərrə qədər də olsun, günahı yoxdur. Əgər 

o,  döyüş  əməliyyatları  gedən  zaman  konkistadorların  yanında 

olsa  idi,  sizi  əmin  edirəm  ki,  biz  araukanlar  üzərində  qələbə 

qazanacaydıq. Çünki ekspedisiya həddindən artıq çox möhkəm 

şəkildə təşkil edilmişdi. 

Ondan  sonra  qoca  səyyah  Araukaniyada  gedən  müharibə 

haqqında  müfəssəl  şəkildə  izahat  verdi.  Morelos  və  Odovaldo 



                                                     

 

  



                                                                            

                                                    

91 

qardaşlarının  bu  müharibədə  nə  qədər  taqsirkar  olduqları 



içəridəkilərə  agah  edildi.  Təsdiq  olundu  ki,  kapitan  Xuan 

müharibə  gedən  zaman  döyüş  əməliyyatlarının  birində  olsun 

belə, iştirak etməmişdi. Sözü üzə şax deməyi xoşlayan İzabella 

artıq başa düşdü ki, iş nə yerdədir. O, üzünü Xuana tərəf tutub 

hüznlə dedi: 

- Cənab kapitan,  mən xeyli təəssüflənirəm ki, öz  sözlərimlə 

sizin  qəlbinizə  dəymişəm.  Ancaq  sizə  bildirməliyəm  ki,  hər 

hansı  bir  zabit  öz  səhlənkar  hərəkətlərilə  kral  ekspedisiyasını 

məğlubiyyətə  uğradıbsa,  həmin  adamlar  araukanların  əlindən 

qurtulandan  sonra  hökmən  məhkəməyə  verilməlidir.  Onların 

hamısı qanun qarşısında cavab verməli olacaqlar. 

İzabella  özünün  sərt  və  tələbkar  olduğunu  bir  daha  içəridə-

kilərə  nümayiş  etdirdi.  O,  hamını  bu  işdə  radikal  addımlar 

atmağa  çağırırdı.  Baxmayaraq  ki,  Odovaldo  qardaşları  Xuanın 

yaxın qohumlarıdır, məğrur qadın bu sözləri söyləməkdən belə 

çəkinmədi. Qoça səyyah söz alaraq ehtiramla dedi: 

- Sizin hamınıza bildirməliyəm ki, kapitan Xuan Meksikada 

hindulara  qarşı  bir  çox  ekspedisiyalarda  iştirak  edib  və  bütün 

tədbirlərdə isə yalnız qalib çıxıbdır. Mən onu demək istəyirəm 

ki, o, döyüş əməliyyatları başlanan zaman orada olsa idi, artıq 

biz  İspaniyaya  qalib  kimi  qayıda  bilərdik.  Ancaq  hələlik 

müharibə  başa  çatmayıb.  Hazırda  biz  İspaniyadan  əlahəzrət  II 

Filippin  yanında  böyük  hörməti  olan  polkovnik  Alonso 



                                                     

 

  



                                                                            

                                                    

92 

Odovaldonu yeni qüvvə ilə gözləyirik. Növbəti ekspedisiyaya o, 



rəhbərlik  edəcək.  Polkovnik  İspaniyanın  məğlubedilməz 

sərkərdələrindən biri sayılır. 

-  Mən  onu  yaxından  olmasa  da,  lakin  tanıyıram.  -  deyə 

admiral həmin sərkərdənin adını eşidən kimi həvəslə dilləndi. - 

Elə bir sərkərdəyə nəinki inanmaq, hətta bel də bağlamaq olar. 

Polkovnik Alonso birdəfəlik araukan məsələsini həll edə bilər. 

Artıq mən başa düşdüm ki, araukan məsələsi nə qədər ciddidir. 

Başım dəniz  səyahətinə  qarışmasa idi,  mən də  məmnuniyyətlə 

sizin  ekspedisiyada  iştirak  edərdim.  Hər  bir  ispan  əsgəri  üçün 

həmin


 

müharibədə iştirak etmək böyük şərəf sayılır. Təəssüflər 

olsun ki, mən həmin

 

ekspedisiyada iştirak edə bilməyəcəm. 

Hiss  olunurdu  ki,  admiral  de  Neyra  bu  sözləri  səmimi 

qəlbdən söyləyir. Həqiqətən də onun başı Sakit okeanın namə-

lum  cənub  sahillərinin  tədqiqi  ilə  məşqul  idi.  Hal-hazırda  o, 

həmin


 

sahilləri  tədqiq  etmək  üçün  güclü  ekspedisiya  hazırla-

yırdı.  Hələlik  admiralın  ixtiyarında  bir  gəmi  vardı.  Birinci 

ekspedisiya  uqurlu  keçsə  də,  admiralın  dediyi  kimi  o, 

ekspedisiyanın nəticələri ilə heç də razı deyil. 

- Hər bir adamın maraqlandığı sahə var. - deyə qoca səyyah 

heç kimə nəzər salmadan qeyri-müəyyən tərzdə dilləndi. - Biz 

araukanları  cəzalandırmaq  üçün  Araukaniyaya  doğru,  oğlum 

Leon  mifik  ölkə  sayılan  Eldoradonu  tapmaq  üçün  materikin 

şimalına  göndərilən  müxtəlif  ekspedisiyalarda  iştirak  edir,  don 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə