  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə20/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   16   17   18   19   20   21   22   23   ...   135

                                                     

 

  



                                                                            

                                                    

75 

Onlar elə bilirlər ki, dəstə Anqud körfəzinin şimalında yerlə-



şən  düşərgəyə  qayıdıb.  Məhz  buna  görə  də  bir  günlük 

istirahətdən  sonra  onlar  həmin  istiqamətə  yollanırlar.  Lakin 

cəngavərlər meşədə araukanların qurduğu  pusquya düşürlər. 

Uzun  çəkən  döyüşdən  sonra  Uqo  Lopes  həmin  döyüşdə 

vəhşicəsinə  öldürülür,  Armando  Qomes  əsir  düşür,  Dias 

Barrameda  ilə  Enrike  Nunyos  yaralanırlar.  Havanın  qaral-

ması  ilə  cəngavərlər  tam  məşubiyyətdən  yaxa  qurtarırlar. 

Ertəsi günü yenə də Anqud körfəzinə çıxmaq onlara müəssər 

olmadı. Bütün cığır yolları demək olar ki, hindular tərəfindən 

kəsilmişdi. Bundan əlavə araukanlar özləri sağ qalan cənga-

vərləri  mütəşəkkil  surətdə  axtarırdılar.  Cəngavərlər  qərara 

alırlar  ki,  hava  qaralan  zaman  Anqud  körfəzinə  yaxınlaş-

sınlar. Onlar nəhayət Anqud körfəzinə qərb tərəfdən yaxınla-

şırlar.  Lakin  “Destino”ya  yaxınlaşmaq  onlara  nəsib  olmur. 

Araukanlar  hər  tərəfdən  Anqud  körfəzini  əhatəyə  alır  və 

özlərinin  mobil  qüvvələri  ilə  “Destinoya”  hücum  edirlər. 

Vəziyyətin gərgin olduğunu görən cəngavərlər gəmidəkilərin 

məhv olduğunu bilib yavaş-yavaş şimal istiqamətində körfəzi 

tərk  edirlər.  Meşədəki  döyüşdə  yaralanan  Enrikenin  yarası 

həddindən artıq ağır  olduğuna görə  onlar ləng yerişlə  Arau-

kaniyanı  tərk  edirlər.  Araukanlar  nə  qədər  cəhd  göstərsələr 

də, yenə cəngavərləri məhv edə bilmirlər. 




                                                     

 

  



                                                                            

                                                    

76 

Onların  gəlişindən  sonra  ümid  vardı  ki,  ekspedisiya 



üzvlərinin  hələ  bir  neçə  nəfəri  azadlıqdadır  və  onlar  yaxın 

zamanlarda  sərhəd  şəhərlərinə  yaxınlaşa  bilərlər.  Lakin 

sonradan  onların  ümidi  puça  çıxdı.  Son  döyüşlərdən  üç  ay 

belə  keçsə  də,  hələ  əsirlikdə  olan  konkistadrolardan  heç  bir 

əsər-əlaməq yox idi. Belə çıxır ki, əsir düşən konksitadorlar 

araukanlar  tərəfindən  ciddi  nəzarət  olunurlar.  Lakin  bu 

yaxınlarda ispanlar üçün gözlənilməz qeyri-adi bir hadisə baş 

verir.  Müharibə  zamanı  araukanlara  əsir  düşmüş,  keçmiş 

konkistadorlardan  ibarət  olan  dəstənin  komandiri  leytenant 

Vasko Velaskes may ayının əvvəlində Valdiviyada peyda olur. 

Onu  dərhal  Limaya  kapitan  Odovaldonun  yanına  çatdırırlar. 

Hamı elə bilir ki, Vasko əsirlikdən qaçıb. Sonradan məlum olur 

ki,  onu  araukanlar  özləri  danışıqlar  aparmaq  üçün  azadlığa 

buraxıblar. Danışıqlar da ondan ibarətdir ki, ispanlar onlara 100 

dənə muşket, 100 dənə nizə, 100 dənə qılınc, 100 dənə lanset, 

30 at və 30 kisə barıt verib, əvəzində araukanlar əlli altı nəfərlik 

əsirdən qırxını azad edəcəklər. Qalan on altı nəfər əsiri isə dörd 

il  müddətində,  hər  il  dörd  nəfər  əsir  azad  etməklə  borclarını 

qurtaracaqlar.  Bu  minvanla  araukanlar  öz  ordusunu  müasir 

silahla  silahlandırmaqla  bundan  sonra  müharibəsiz  dörd  il  də 

müstəqil yaşamaq istəyirdilər. Bu şərtlər yerinə yetirilməsə, ilk 

növbədə  leytenant  Vaskonun  əsir  düşmüş  oğlanları  ağır 

işgəncələrlə  edam  ediləcəklər.  Bundan  əlavə  danışıqlar  gedən 



                                                     

 

  



                                                                            

                                                    

77 

zaman işdir, Araukaniyada bir nəfər olsun belə, silahlı avropalı 



görünsə,  onda  əsirlikdə  olan  bütün  ispan  konkistadorlarının 

hamısı bir nəfərə kimi araukanlar tərəfindən edam ediləcəklər. 

Müharibənin ikinci mərhələsinə hazırlaşan ispanlar çıxılmaz 

bir  vəziyyətə  düşürlər.  Konksitadorlar  qan  axıtmadan  bütün 

silahdaşlarını əsirlikdən azad edə bilərlər. Lakin bu şərti qəbul 

etməklə,  İspan  krallığının  buradakı  mənafeyinə  ciddi  zərbə 

endirəcəklər.  Birincisi,  konkistadorlar  İspaniyanın  ən  qatı 

düşmənləri  sayılan  araukanların  tələbini  yerinə  yetirməklə, 

müasir silahla silahlanmış bir ordunun yaranmasına təkan verir 

və  bundan  sonar  dörd  il  onlara  qarşı  aparılan  müharibədə  güc 

işlədilməyəcək. Bütün bunların hamısını dərindən analiz etmək 

üçün polkovnik Alonsonun gəlişini gözləmək lazım idi.  

Beləliklə, kapitan Xuan Odovaldo Limada ola-ola araukanlar 

barəsində  mühüm  məlumatlarla  təchiz  olunurdu.  Lakin 

müharibənin  uzanması  ilə  adı  çəkilən  şəhərlərdə  cəmləşmiş 

konkistadorlarda ruh düşgünlüyünü hiss etmək olurdu. Bundan 

əlavə  isə  ekspedisiyanın  tərkibinə  təcrübəli,  bacarıqlı,  cəsarətli 

və qorxmaz döyüşçülər dəvət etmək qeyri-mümkün  idi. Onlar 

Araukaniyanın  adını  eşidən  kimi  tərəddüd  etmədən  həmin 

kompaniyada  iştirak  etməkdən  imtina  edirdilər.  Onlar  üçün 

həmin  müharibədə  iştirak  etməyin  heç  bir  əhəmiyyəti  yox  idi. 

Həmin konkistadorlar bunu onunla izah edirdilər ki, Araukani-

yada  gedən  müharibədə  yerli  əhalini  məhv  etməklə  və  kasıb 



                                                     

 

  



                                                                            

                                                    

78 

olan ölkəni istismar etməklə, onlar heç bir şey əldə etməyəcək-



lər. Bu müharibədə döyüşən konkistador ya kral naminə ölməli, 

ya da ki, qalib gələn zaman öz evlərinə dilənçi halında qayıtmalı 

idi. Çünki hamı çox yaxşı bilirdi ki, Araukaniyada daş-kəsəkdən 

başqa bir şey yoxdur.  

İspanlar  Eldoradonu  qoyub,  heç  vaxt  Araukaniyada  öz 

həyatlarını  təhlükə  altına  qoymayacaqlar.  İndi  Perunun  cənub 

sərhədlərindən tutmuş, ta ki, materikin (Cənubi Amerika) şimal 

sahillərinə kimi bütün konkistadorlar və mülkədarlar yalnız qızıl 

yataqarı  ilə  bol  olan  Eldorado  haqqında  fikirləşir  və  həmin 

ölkəni  axtaran  ekspedisiyaların  tərkibində  iştirak  etməyə  can 

atırdılar. Həmin mifik ölkəni axtaran ekspedisiyaların bir necəsi 

artıq  uğursuzluğa  düçar  olmuşdular.  Lakin  buna  baxmayaraq, 

Eldoradonu  axtaran  ekspedisiyaların  sayı  get-gedə  çoxalır  və 

bütün  konkistadorlar  həyatları  üçün  həddindən  artıq  təhlükəli 

olan bu missiyalarda iştirak etməkdən çəkinmirdilər.  

Yeni Dünya sahillərində məskunlaşan və bu torpağa yenicə 

qədəm  qoymuş  konkistadorları  burada  yalnız  bir  şey 

maraqlandırırdı; o da ki, qızıl! Qızıla görə onlar hər bir qanlı hər 

bir  səgüzəştlərə  hazır  idilər.  İspaniyada  kasıblaşan  döyüşkən 

idalqolar  Amerika  qitəsində  qızıl  axtarıb  taparaq  varlanmaq 

istəyirdilər.  Qiymətli  metallarla  zəngin  olan  bu  torpaqda 

varlanmaq  üçün  bütün  qeyri-insani  hərəkətlərə  əl  atmaq  lazım 

idi.  Sivilizasiyalı  dünyaya  öyrəşən  bir  adam  bura  gələndə 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə