  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə18/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   14   15   16   17   18   19   20   21   ...   135

                                                     

 

  



                                                                            

                                                    

68 

aparırdı. İş o yerə çatmışdı ki, türk korsarlarının gəmiləri Aralıq 



dənizinin qərb sahillərində görünməyə başladı. Onların hücumu 

ispan  ticarətinə  heç  də  az  ziyan  gətirmirdi.  Bütün  bunlara 

baxmayaraq,  İspaniya  Niderlandda,  Fransanın  bəzi  əyalətlərin-

də,  Filippin  arxipelaqında  uzun  müddətli  müharibə  aparırdı. 

Necə olsa da, İspaniyanın gücü tükənir, sərvəti isə talanırdı. 

Elə  bu  səbəblərdən  Araukaniyada  müvəffəqiyyət  əldə 

edilmirdi.  İspanlar  bütün  qüvvələrini  səfərbər  edib,  araukanları 

birdəfəlik  məğlubiyyətə  uğrada  bilmirdilər.  Amerika  qitəsində 

ispanların əsarəti altına düşmüş başqa hindu tayfalarının aqibəti 

göz  qabağında  idi.  Əsarət  altına  düşənlər  köləyə  çevrilmiş  və 

birdəfəlik  azadlıqdan  və  dövlət  müstəqilliyindən  məhrum 

olmuşdular.  Araukanlar  isə  başqa  tayfalar  kimi  yadelli 

işğalçılardan asılı olmaq və onların qarşısında qul olmaq istəmir, 

ölümün üzünə dik baxaraq, həmin amalın müdafiəsi üçün silaha 

sarılıb,  on  illər  boyu  uzanan  amansız  və  dəhşətli  müharibəyə 

qalxıblar. 

Müharibənin  ilk  illərində  araukanlar  dərik  etmişdilər  ki, 

vətənpərvərlik, torpağa bağlılıq, vətən sevgisi, şəxsi azadlığı hər 

şeydən  üstün  tuqmaq,  ölkələrinin    müstəqilliyini  müqəddəs 

simvol  kimi  qorumaq  və  bütün  prinsipləri  göz  bəbəyi  kimi 

qorumaqdan ötrü, ölümdən zərrə qədər də çəkinməmək lazım-

dır. Bundan alavə araukanlar qonşu tayfalarla sıx əlaqə yaratmış 

və  onların  etibarını  qazanmışdılar.  Onlar  əsasən  birləşərək, 



                                                     

 

  



                                                                            

                                                    

69 

vahid qüvvə altında ispan konkistadorlarına qarşı döyüşürdülər. 



Bu  prinsip  hindulara  böyük  üstünlük  verirdi.  Araukanların  bu 

müharibədə  qələbə  qazanmalarına,  ispanlar  özləri  də  şərait 

yaradırdılar.  Birincisi,  konkistadorlar  araukanları  ciddi  rəqib 

saymadan  döyüş  əməliyyatlarına  başlamış  və  hinduların 

inadkarlığı  ilə  üzləşmişdilər.  İkincisi,  araukanlar  son  illər, 

Araukaniyaya  yaxın  bir  yerdə  yaşayan  konkistadorlar  üçün 

mübariz hindu tayfası kimi sayılırsa, yenə də İspaniyadan gələn 

konkistadorlar  üçün  ciddi  rəqib  sayılmırdılar.  İspaniyadan 

gələnlər üçün araukanlar, Amerika qitəsində istila altına düşmüş 

hindular  kimi  eyni  səviyyədə  tutulurdu.  İspan  əsgəri  özünün 

mərdliyi, cəsarəti və qəhrəmanlığı ilə həmişə başqa döyüşçülər-

dən  fərqlənmiş  və  düşmən  qarşısında  heç  vaxt  baş  əyməməyi 

üstün  tuturdular.  Hindularla  döyüş  meydanında  üzləşəndə 

ispanlar  onlarla  fərdi  üsulda  döyüşməyi  üstün  tuturdu. 

Araukanlar  da  ispanların  bu  səhvlərindən  istifadə  edərək, 

mütəşəkkil surətdə rəqiblərini məhv edirdilər. 

Kapitan Xuan Odovaldonun başçılıq etdiyi ekspedisiya heyət 

etibarı ilə araukanlara qarşı təşkil edilmiş ən güclü ekspedisiya-

lardan biri sayılırdı.  Bu ekspedisiya hökmən İspaniyanın zəfər 

bayrağını  arakuan  torpağına  sancmalı  və  İspaniya  qarşısında 

ağır  cinayətlər  törətmiş  araukanların  hamısını  ağır  üsullarla 

cəzalandırmalı  idi.  Lakin  bilindiyi  kimi  təsadüf  nəticəsində 

Mərkəzi  Çiliyə  ekspedisiyanın  yalnız  bir  hissəsi  çatır.  Əsas 



                                                     

 

  



                                                                            

                                                    

70 

hissəni gözləmədən oradakı qüvvə araukanları ciddi və təcrübəli 



rəqib saymadan  müharibəyə başlayırlar. Odovaldo və  Morelos 

qardaşlarının yekəxanalıqları özbaşınalıqları olmasa idi, planda 

nəzərdə  tutulduğu  kimi  həmin  ekspedisiya  araukanları  bir-

dəfəlik məğlubiyyətə uğratmalı idi. Lakin onların bu bağışlanıl-

maz səhvləri ucbatından, Qərbi Avropada meydan oxuyan ispan 

əsgərinin  şərəfi  və  ləyaqəti  alçaldılmış  və  tapdalanmışdır. 

Müharibənin birinci mərhaləsində Migel Kartahena araukanlara 

qarşı  nə  qədər  şücaətlə,  mərdliklə,  qorxmazlıqla,  mətanətlə  və 

vüqarla döyüşsə də, yenə də bəzi lovğa və özündən razı zabitlə-

rin  səriştəsizliyinə  görə,  ispan  əsgərinin  şərəf  və  ləyaqətini 

qoruyub  müdafiə  edə  bilməmişdir.  Bundan  əlavə  Migel 

araukanlara  qarşı  misilsiz  qəhrəmanlıqlar  nümayiş  etdirərək, 

mərdliklə  döyüşə-döyüşə,  eyni  zamanda  bəzi  silahdaşları 

tərəfindən  ona  qarşı  törədilən  xəyanətkarlıq,  haqsızlıq  və 

ədalətsizliklərlə üzləşmişdi. Həmin neqativ hallar da ekspedisi-

yanı məğlubiyyətə uğradır. Araukanlar nəinki həmin ekspedisi-

yanı  məğlubiyyətə  uğradır,  hətta  konkistadorların  bir  çoxlarını 

əsir alırlar. Bu aksiya döyüşkən ispan əsgəri üçün biabırçılıqdan 

başqa bir şey sayılmırdı. Bu müharibədən salamat çıxan əsgərlər 

söz  vermişdilər  ki,  öz  silahdaşlarını  əsirlikdən  azad  etməmiş 

İspaniyaya  qayıtmayacaqlar.  Ümumiyyətlə,  onların  hamısı 

araukanları  sərt  üsullarla  cəzalandırmaq  üçün  müharibənin 

ikinci mərhələsini gözləyirdilər. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə