  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə17/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   13   14   15   16   17   18   19   20   ...   135

                                                     

 

  



                                                                            

                                                    

64 

 VI fəsil. Konkistadorların müharibədən sonra  

                          keçən günləri  

 

Araukaniyada  gedən  müharibənin  birinci  mərhələsi  yenicə 



qurtarmışdı  ki,  artıq  bu  xəbər  Cənubi  Amerikanın  şimal-qərb 

sahilində yerləşən bütün şəhər və qəsəbələrinə çatmışdır. İldırım 

sürəti ilə yayılan bu xəbər həmin şəhər və qəsəbələrdə yaşayan 

ispanların  hamısını  məyus  etmişdir.  Növbəti  dəfə  idi  ki, 

Araukaniyadan  bəd  xəbər  gəlir  və  araukanların  məğlubedil-

məzliyi bütün ispan əhalisini vəcdə gətirirdi. Axı, araukanlar 

necə  hindu  tayfasıdır  ki,  onları  məğlub  etmək  müşkül 

məsələyə çevrilmişdi? Ya İspaniya bu problemə dərindən baş 

qoşmur, ya da ki, İspaniyanın hərb maşını xeyli zəifləmişdi. 

Artıq neçənci dəfə idi ki, ispan ekspedisiyaları Araukaniyanı 

fəth edə bilmirdilər. Bu ispan konkistadoru üçün biabırçılıq-

dan başqa bir şey deyildi. 

Araukaniyaya  yaxın  yerlərdə  məskunlaşan  ispanlar,  öz 

krallığının hərbi gücünə şübhə ilə yanaşmağa başladılar. Ona 

görə  ki,  qırx  beş  il  idi  (1545-ci  ildən)  ki,  araukanlara  qarşı 

kəskin  və  amansız  mübarizə  aparılır,  lakin  onları  məğlub 

etmək  İspaniya  krallığına  müəssər  olmur.  Pedro  Valdiviya, 

Fransisko  Villaqro və  başqa tanınmış  konksitadorlar  bu işin 

öhdəsindən gələ bilməyiblər. Kapitan Xuan Odovaldonun da 

ekspedisiyası, ispan kralı II Filippin hakimiyyətini tanımaq-




                                                     

 

  



                                                                            

                                                    

65 

dan  boyun  qaçıran  və  ispan  əsgərinə  qarşı  silah  qaldırıb  ən 



ağır  cinayətlərə  əl  atan  araukanları  cəzalandıra  bilməmişdi. 

Avropada  qüdrətli  dövlət  sayılan  İspan  krallığı  cılız  ölkə 

sayılan  Araukaniyanın  öhdəsindən  gələ  bilmirdi.  Bu  da 

araukanlarda böyük ruh yüksəkliyini, mübarizə əzmini artır-

mışdı.  Onlar  heç  nəyin  bahasına,  öz  azadlıqlarını  əldən 

vermək  istəmir  və  ölənə  kimi  bu  amal  uğrunda  mübarizə 

aparmaq arzusunda idilər. Sanki onların ürəyi vətən eşqi ilə 

döyünürdü. 

İspaniya Araukaniyanı məğlub etməməklə çox acınacaqlı 

bir  vəziyyətə  düşmüşdür.  Yaxşıdır  ki,  buradakı  əks-səda 

gedib  Avropaya  çıxmamışdır.  Yoxsa,  İspaniyanın  nüfuzu 

Avropanın qabaqcıl dövlətləri qarşısında xeyli aşağı düşmüş 

olacaqdı. 

Bütün  dünyada  sərkərdəlik  bacarığı  ilə  tanınan  İspaniya-

nın  ən  məşhur  konkistadorları  Ernan  Kortes  və  Fransisko 

Pisarro  Yeni  Dünya  sahillərində  (Amerika  qitəsi)  yaranmış 

ən nəhəng və qüdrətli imperiyaları məhv edərək, İspaniyanın 

hegemonluğunu  orada  nümayiş  etdirmişdilər.  Ernan  Kortes 

1519-1521-ci  illərdə  Anauak  (Meksika)  ərazisində  yerləşən 

qüdrətli  Astek  imperiyasını,  Fransisko  Pisarro  isə  Tauantin-

suyu (Peru) dövləti sayılan möhtəşəm İnk imperiyasını 1532-

1536-cı  illərdə  ələ  keçirərək,  həmin  əraziləri  İspaniya  taxt-

tacına birləşdirmişdilər. 



                                                     

 

  



                                                                            

                                                    

66 

İspaniya  30-35  il  ərzində  Amerika  qitəsində  35°  ş.en 



dairəsindən  53°  c.en  dairəsinə  kimi  nəhəng  bir  ərazini  işğal 

etmiş,  lakin  Mərkəzi  Çili  ərazisində  yerləşən  –  kiçik  sahəli 

Araukaniya  dövlətini  hələ  də  ələ  keçirə  bilməmişdir.  Bu 

ondan xəbər verir ki, araukanlar həqiqətən də taktiki döyüşü 

bacaran,  ölümdən  qorxmayan,  döyüşkən,  cəsur  mərd  bir 

tayfadırlar. Lakin son illərdə baş verən uğursuzluqların əsas 

səbəbi  vardı.  Elə  düşünülməməlidir  ki,  II  Filipp  bütün 

gücünü və fikrini Araukaniyaya qarşı yönəldibdir. O, demək 

olar  ki,  düzgün  istiqamət  götürməyən  siyasəti  ilə  bir  çox 

dövlətlərin  daxili  işlərinə  qarışır,  dünaynın  bir  çox  qaynar 

nöqtələrində öz gücünü nümayiş etdirirdi. Kral öz siyasəti ilə 

çox nadir hallarda müsbət nəticə əldə edə bilirdi. Lakin get-

gedə İspaniyanın gücü zəifləməyə başlayırdı.  

Araukanları  birdəfəlik  məğlub  edə  bilməməyin  bir  çox 

səbəbləri  vardı.  İspaniya  1566-cı  ildən  başlayaraq,  indiyənə 

kimi  Niderlandda  inqilabçılara  qarşı  amansız  mübarizə 

aparırdı.  Fransada  gedən  vətəndaş  müharisində  (1562-1598) 

protestantların qələbəsindən ehtiyat edən II Filipp, Fransada 

katolik  düşərgəyə  başçılıq  edən  Gizlər  ilə  yaxınlaşaraq, 

1590-cı  ildə  Fransaya  qoşun  göndərir  və  onlar  Bretanda, 

Langedokda və başqa vilayətlərdə hugenotlara qarşı döyüşür-

lər.  Bir  ildən  sonra  isə  Parisə  ispan  qarnizonu  yeridilir.  II 

Filipp  öz  qızını,  kral  taxt-tacına  yiyələnməyə  namizəd  olan 



                                                     

 

  



                                                                            

                                                    

67 

katoliklərdən  birinə  verməyi  nəzərdə  tutur  və  bununla  da 



Fransada İspaniyanın ağalığını bərqərar etmək istəyir. 1565-

ci  ildən  başlayaraq,  indiyənə  kimi  Migel  Lopes  Leqaspi 

sistematik  olaraq  Filippin  arxipelaqını  ələ  keçirirdi.  Arxipe-

laqı ələ keçirmək üçün İspaniyadan nə qədər qüvvə və vəsait 

alınmasını kral əyanları yaxşı bilirdilər. 

1588-ci  ildə,  İspan  kralı  İngiltərəni  dizləri  üstə  çökdürmək 

üçün  La-Manş  boğazına  “Məğlubedilməz  armada”nı  göndərir. 

İngilis  donanması  bilavasitə  təbiətin  köməyi  ilə  “Məğlubedil-

məz armada”nı La-Manşda məhv edir və bununla da İspaniya-

nın  hərbi  dəniz  donanmasına  xeyli  zərər  vurur.  İspaniyanın 

qüdrətli  və  dünyanın  bütün  okeanlarında  meydan  oxuyan 

nəhəng  hərbi dəniz donanması xeyli dərəcədə zəifləyir. İngilis 

korsarları  həmin  döyüşdən  sonra  açıqdan-açığa  həm  Karib 

dənizi akvatoriyasında, həm də ki, Pireney yarımadasının sahil 

zolağı  yaxınlığında  İspaniyanın  ticarət  gəmilərinə  hücum 

etməyə  başladılar.  Yeni  Dünya  sahillərindən  İspaniyaya 

gətirilən  qiymətli  malların  bir  qismi  dəniz  quldurlarının  əlinə 

keçir  və  bununla  da  İspan  krallığının  xəzinəsinə  və 

iqtisadiyyatına  həddindən  artıq  böyük  ziyan  vurulur.  Bundan 

əlavə İspaniya 1535-ci ildə türklərin əlindən aldığı Tunisi, 1574-

cü  ildə  yenidən  itirir.  Avropanın  bir  çox  qabaqcıl  dövlətləri 

Osmanlı  Türkiyəsi  ilə  toqquşmaqdan  boyun  qaçıran  zaman,  II 

Filipp  elə  bir  qüdrətli  imperiyaya  qarşı  düşmənçilik  siyasəti 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə