  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   9   10   11   12   13   14   15   16   ...   135

                                                     

 

  



                                                                            

                                                    

48 

Florida  elə  ilk  dəqiqələrdə  gəlişinin  əsl  mahiyyətini 



rəfiqəsinə  açıqladı.  Bu  gözlənilməz  xəbər  Seviliyanın  daha  da 

ürəyindən oldu. Qərib bir torpaqda fəaliyyət göstərən qardaşına 

çoxdan  arzuladığı  məktub  göndərmək  imkanı  yaranmışdı. 

Özünü  həmişə  əzgin  və  təcrid  olunmuş  kimi  aparan  Seviliya 

daha  da  canlandı.  Sevincdən  uşaq  kimi  sevinən  Seviliya 

ehtirasla dedi: 

- Yazacağım məktub Sebastyana çatan kimi o, sevindiyindən 

uçmağa qanad axtaracaq. Çünki Sebastyanın məndən başqa heç 

kəsi yoxdur. 

-  Yox,  elə  demə,  -  deyə  Florida  etiraz    etdi.  -  onun  səndən 

başqa  Migel  və  Osvaldo  kimi  yaxın  dostları  var.  Amma  etiraf 

etməliyəm ki, o, sənin xətrini onlardan da çox istəyir. 

-  Düz  deyirsən,  Sebastyan  öz  dostlarına  daha  möhkəm 

bağlıdır.  Onlar  olmasaydı,  bəlkə  də  qardaşım  İspaniyanı  tərk 

etməzdi.  Flandriyada  gedən  müharibədən  qayıdandan  sonra  o, 

heç  vaxt  məni  tək  buraxmırdı.  Çünki  mənim  tez-tez, 

xəstələndiyimdən o, xəbərdar idi. 

-  Söz  yox  ki,  onların  hamısı  sağ-salamat  vətənlərinə 

qayıdacaqlar.  Mən  çox  yaxşı  bilirəm  ki,  onlar  qərib  torpaqda 

ayrılığa çox tab gətirə bilməyəcəklər. 

-  Əlbəttə,  onlar  ayrılığa  tab  gətirə  bilməyəcəklər.  Ancaq  bu 

ayrılıq nə qədər davam edəcək, bilinmir? 




                                                     

 

  



                                                                            

                                                    

49 

Seviliya  öz  rəfiqəsinin  lap  yaralı  yerinə  toxunmuşdur. 



Ayrılığın  uzun  müddətli  olmasına  hamıdan  çox  Florida 

möhkəm  nigarançılıq  keçirirdi.  Ondan  olsaydı  özü  də  qərib 

torpaqda  olan  təhlükəyə  heç  bir  əhəmiyyət  verməyib,  sevgilisi 

ilə yanaşı həmin missiyada iştirak edərdi. Təki, bütün saatlarını, 

dəqiqələrini ürəkyanğısı ilə sevdiyi Migelin yanında olsun. 

Bir  az  keçmişdi  ki,  evin  möhkəm  olmayan  taxta  qapısı 

yumşaq  taqqıltı  ilə  döyüldü.  Təəccüb  içində  olan  Seviliya  - 

gedib  qapını  açdı  və  orada  cavan  bir  qızın  fiquru  görünəndə 

üzündə təbəssüm cizgiləri sezildi. Florida o dəqiqə başa düşdü 

ki,  qapının  ağzında  dayanan  qəşəng  qız  Seviliyanın  tanışıdır. 

Lakin bu evə təşrif buyuran qızın siması Floridaya tanış gəldi. 

O, qonağı diqqətlə süzəndən sonra Seviliya onu təqdim etməmiş 

qızı  tanıya  bildi.  Həmin  qız  Solidad  Odovaldo  idi.  Amma 

Solidad onu tanıya bilmədi. Seviliya onları bir-birilərinə təqdim 

edəndən  sonra  o,  Solidadın  gözlənilməz  gəlişinin  səbəbini 

öyrəndi.  Heç  vaxt  qürurunu  sındırmayan  Solidad  rəfiqəsinin 

yanında əyləşib qürurla dedi: 

-  Əmim  Xuanın  ardınca,  atamın  başçılıq  edəcəyi  növbəti 

ekspedisiya  Mərkəzi  Çili  sahillərinə  yola  düşəcək.  Mənə  elə 

gəlir,  bu  haqda  xəbərin  olmadığına  görə  səni  məlumatlandır-

mağı lazım bildim. Necə olsa da, sənin qardaşın həmin ölkədə 

aborigenlərə qarşı döyüşür. 




                                                     

 

  



                                                                            

                                                    

50 

- Solidad, sənin bu xeyirxah hərəkətin məni xəcalətli qoyur. - 



deyə  üzünə  xumar  yayan  Seviliya  üzrxahlıqla  dilləndi.  -  Artıq 

mənim  bu  haqda  məlumatım  var.  Əziyyət  çəkib  bu  evə 

gəldiyinə  görə  sənə  öz  minnətdarlığımı  bildirirəm.  Fürsətdən 

istifadə  edərək,  mən  Sebastyana  məktub  yazacam  və  həmin 

ekspedisiyanın vasitəsi ilə ona göndərəcəyəm. 

-  Sənə  böyük  hörmətim  olduğu  üçün  məktubunu  birbaşa 

atama verəcəm ki, yolda itib batmasın. - deyə Solidad ehtirasla 

dilləndi. - Məktub şəxsən Sebastyanın özünə çatdırılacaq. 

-  Hörmətin  artıq  olsun!  -  Seviliya  məmnunluqla  dilləndi.  - 

Mən  hökmən  sənin  iltifatın  barəsində  Sebastyana  xəbər 

verəcəyəm.  Necə  olsa  da,  çox  vaxt  sən  məni  yad  etməklə 

darıxmağa qoymursan. Səninlə ünsiyyətdə olanda, özümə təsəlli 

tapmış oluram. 

-  Elə  məndə  də  həmin  hallar  baş  verir.  -  deyə  Solidad 

təqdiredici  tərzdə  dilləndi.  –  Atam  gedəndən  sonra  mən  lap 

darıxacağam. 

-  Çox  maraqlıdır,  görəsən  nəyə  görə  Mərkəzi  Çiliyə  2-ci 

ekspedisiya  göndərilir?  -  deyə  Florida  müəmmalı  tərzdə 

dilləndi.-  Özü  də  həmin  ekspedisiyanın  başında  polkovnik 

Alonso  kimi  təcrübəli  bir  sərkərdə  durur.  Oradakı  aborigenlər 

güclü  müqavimət  göstərdiyindən  bizimkilərə  əlavə  qüvvə 

köməyi göndərilir? 




                                                     

 

  



                                                                            

                                                    

51 

-  1-ci  ekspedisiya  yola  düşməmişdən  əvvəl  Mərkəzi  Çili 



sahillərində yaşayan Hindu tayfası haqqında demək olar ki, heç 

kim heç nə bilmirdi. Lakin Migelin babası Rodriges Kartahena 

hələ  təxminən  50  il  bundan  əvvəl  oradakı  aborigenlərə  qarşı 

döyüş əməliyyatlarında iştirak etmiş və onlar haqqında bir çox 

məlumatı  yalnız  o  verə  bilmişdi.  Aborigenlər  uzun  müddətdir 

ki, inadkarcasına müqavimət göstərirlər. İspaniyadan göndərilən 

hər  hansı  bir  qüvvə  ilə  üzləşirlərsə-üzləşsinlər,  onlar  təslim 

olmaq barəsində azacıq da olsun düşünmürlər. 

Seviliyanın  bu  izahatı  heç  də  Solidadın  ürəyindən  olmadı. 

Florida  isə  araukanlar  barəsində  müəyyən  həqiqəti  eşidəndən 

sonra  nigarançılıq  keçirməyə  başladı.  Axı,  bütün  İspaniyada 

belə  bir  fikir  mövcud  idi  ki,  Yeni  Dünya  sahillərində  yaşayan 

aborigenlər ispan əsgərləri qarşıda tam acizdirlər. 

Bundan  əlavə  qısa  müddət  ərzində  okeanın  o  tayında 

yerləşən  nəhəng  bir  ərazi  ispanlar  tərəfindən  işğal  olunur, 

oradakı  aborigenlərin  hamısı  əsarət  altına  düşürdü.  İndi  isə 

Seviliya  izah  edir  ki,  Mərkəzi  Çili  sahillərindəki  aborigenlər 

inadkarcasına  müqavimət  göstərirlər.  Solidad  tanınmış 

sərkərdənin qızı kimi öz etirazını bildirməli oldu. O, dedi: 

-  Atamın  başçılıq  etdiyi  ekspedisiya  təkcə  Mərkəzi  Çili 

sahillərində  fəaliyyət  göstərməyəcək.  Oradakı  aborigenləri 

darmadağın edəndən sonra həmin ekspedisiya qızıl yataqları ilə 

məşhur olan Eldorado ölkəsinin axtarışı və daha sonra Mərkəzi 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə