  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə12/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   8   9   10   11   12   13   14   15   ...   135

                                                     

 

  



                                                                            

                                                    

44 

döndərərək  ağır  xəyala  daldı.  Yeni  Dünya  sahillərində  onun 



atasından  başqa,  ürəyini  tapşırdığı  sevgilisi  də  vardı.  Söhbət 

sözsüz ki, Migeldən gedirdi. Demək olar ki, bu 7 ayda onun 

kövrək  qəlbi  hər  gün  sevgilisinin  həsrəti  ilə  döyünür  və 

iztirab  içində  çırpınaraq  qıza  rahatlıq  vermirdi.  Bu  müddət 

ərzində Florida çəkdiyi dərddən xeyli arıqlamış və daxilində 

ətalət  qüvvəsi  yaranmışdı.  Onun  cəlbediçi  qaşları  fikirdən 

gözlərinin  üstünə  düşmüşdür,  ancaq  buna  baxmayaraq, 

qəşəngliyi ilə bir çox qızlardan fərqlənən Floridanın simasın-

dakı gözəllik hələ də öz hegemonluğunu qoruyub saxlamış-

dır.  Migel  Barselonanı  tərk  etdiyi  gündən  qız  həmişə  öz 

aləminə  qapanaraq,  başqaları  ilə  ünsiyyətdə  olmaqdan  yan 

keçirdi.  Ümumiyyətlə,  Seviliyada  olarkən  o,  anası  və  bacısı 

İlonadan  başqa  heç  kimlə  kəlmə  kəsmirdi.  Florida  sanki 

matəm  günlərinə  qərq  olmuşdu.  Ekspedisiya  Barselonanı 

tərk edəndə o, düz bir həftə öz otağından bayıra çıxmayıb və 

bütün  günlərini  ağlamaqla  keçirib.  Sevgilisindən  ayrılmaq 

qızın daxilində böyük dəyişiklik etmişdir. Floridanın iradəsi 

zəif olduğundan o, bu ağır iztiraba tab gətirə bilmirdi. 

Anası başa düşürdü qızı hansı bəlaya düşüb, ancaq dəqiq 

bilmirdi ki, onu bu hala salan kimdir - Migel, yoxsa Karlos? 

Florida  öz  dərdini  anasına  açıb  söyləyəndən  sonra  yavaş-

yavaş  özünü  ələ  almağa  başlamışdı.  Kiçik  bacısı  İlona 

ürəyini cəngavər Osvaldoya tapşırsa da, sonradan bu ayrılığa 



                                                     

 

  



                                                                            

                                                    

45 

tab  gətirməyib,  başqa  cavanlarla  tez-tez  ünsiyyətdə  olmağa 



başladı.  Düzdür  o,  heç  də  Osvaldonu  yaddan  çıxartmaq 

fikrində  deyildi.  Özünün  dediyi  kimi,  əlacsızlığından  o, 

vaxtını  müəyyən  bir  məclisdə  keçirirdi.  Lakin  həm  anası, 

həm  də  bacısı  Florida  İlonanın  qeyri-ciddi  hərəkətlərindən 

narazı idilər və verilən  vədə  sadiq qalmasını  tələb edirdilər. 

İlona isə şıltaqlığından əl çəkmir və yaxınlarının iradına heç 

bir əhəmiyyət vermirdi. Bu hərəkətlərə görə anası, hətta onu 

bir  neçə  dəfə  cəzalandırmalı  da  olmuşdur.  İndi  bu  dəfə  də 

İlona cəzalandırılaraq evdə saxlanılmışdır. 

Florida  Mərkəzi  Çili  sahillərinə  hazırlanan  ekspedisiya 

barəsindəki  xəbəri  eşidən  kimi  onun  ürəyi  sevinc  hissi  ilə 

döyünməyə başladı. Necə olsa da, məktub yazıb göndərmək-

lə  o,  sevgilisi  ilə  əlaqə  yaratmaq  imkanı  əldə  edirdi.  Qız 

aylardan bəri dolmuş sinəsini boşalda bilərdi. Ürək sözlərini 

ağ  kağızın  üzərinə  boşaltmaqla,  o,  müvəqqəti  olaraq  ağır 

iztirabdan,  qəmli  xatirələrdən  yaxa  qurtarardı.  Bir  tərəfdən 

sual  verilə  bilərdi  ki,  Florida  həmin  məktubu  Migelə  hansı 

adla göndərəcək. Axı, necə olsa da, onların arasında yaranan 

məhəbbət əlaqəsindən hamı xəbərsiz idi. Bu məktub təsadüf 

nəticəsində də başqasının əlinə keçsə, qız həm atasının, həm 

də  başqa  tanışlarının  yanında  biabır  olacaq.  Florida  yaxşı 

bilirdi  ki,  onu  həm  Seviliyada,  həm  də  Barselonada  daim 

izləyən  Karlos  da  Araukaniyadadır.  Çox  güman  ki,  Karlos 



                                                     

 

  



                                                                            

                                                    

46 

bir  oğul  kimi  atasını  orada  birinci  qarşılayacaq.  Elə  bir 



vəziyyətdə hər bir şeyə burnunu soxan Karlos təsadüf nəticə-

sində  məktubdan  xəbər  tuta  bilər.  Necə  olsa  da  Floridadan 

başqa  anası  və  bacısı  da  həmin  yerə  əzizlərinin  yanına 

məktub göndərmək fikrindəydilər. Ekspedisiyaya gedənlərin 

əksəriyyəti  Barselonadan  olduqlarını  nəzərə  alaraq,  sözsüz 

ki,  Araukaniyaya  göndərilən  məktubların  sayı  xeyli  çox 

olacaq.  Lakin  Florida  məktubu  başqa  adla  və  ya  hansısa 

rəfiqəsinin  vasitəsi  ilə  göndərə  bilərdi.  Bir  sözlə,  belə  bir 

vəziyyətdən çıxış yolu tapmaq onun üçün çətin deyildi. 

Daxilində  böyük  yüngüllük  hiss  edən  Florida  rahat  nəfəs 

almaq  üçün  evə  bitişik  olan  bağa  yollandı.  Həmin  bağa 

girəndə o, müəyyən dərəcə təsəlli tapırdı. Çünki qız vaxtı ilə 

məxfi  surətdə  öz  sevgilisi  ilə  bu  bağda  görüşmüş  və  sevinc 

hissi  ilə  keçirilən  həmin  görüşlər  onun  qəlbində  xoş 

təəssüratlar  yaratmışdır.  Bağdakı  əyləşdiyi  skamya,  ətir 

qoxulu  güllər,  enliyarpaqlı,  geniş  budaqlı  ağaclar  və  bu 

ərazidə  məskən  salmış  quşların  şən  nəğmələri  bütövlüklə 

Floridaya  tanış  gəlir  və  bütün  bunlar  səadət  dolu  keçmiş 

günlərini, yenidən onun gözləri qarşısında canlandırdı. Sanki 

o,  Migelin  varlığını  burada  duyur  və  onun  ətrini  duurdu. 

Buranı  özü  üçün  doğma  bilən  məhəbbətin  çaynaqlarına 

düşən qız vaxtilə öz sevgilisi ilə əyrəşdiyi skamyada oturdu 




                                                     

 

  



                                                                            

                                                    

47 

və  Migelə  yazacağı  məktubun  məzmunu  haqqında  fikirləş-



məyə başladı.  

Ertəsi  günü  Florida,  keçən  il  Barselonada  tanış  olduğu 

rəfiqəsi Seviliyanın evinə yollandı. Sebastyan Solinosun yeganə 

bacısı olan Seviliya bir çox adamlar kimi Kataloniyanın bu iri 

şəhərində  ayrılıq  günlərini  yaşayırdı.  Bir  çox  yaşıdları  kimi  o, 

İspaniyanın  hüdudlarından  kənara  çıxmış  sevgilisi  haqqında 

yox, öz doğma qardaşı haqqında fikirləşir və səbirsizliklə onun 

yolunu  gözləyirdi.  Allah-təalanın  ona  bəxş  etdiyi  gözəllik 

həmişə  bağlı  qapılar  arxasında  gizlədilirdi.  Öz  gözəlliyinə  heç 

bir  əhəmiyyət  verməyən  Seviliya  da  bu  yaşa  qədər  özünü  heç 

kimin  gözünə  soxmamış  və  heç  bir  cavan  oğlana  da  göz 

salmamışdır.  Ümumiyyətlə,  o,  başqa  qızlara  nisbətən  qapalı 

həyat tərzi keçirməyi xoşlayır və həmişə də günlərini qəm-kədər 

içində keçirirdi. Bu dünyada özünə böyük dayaq saydığı qardaşı 

Sebastyan Yeni Dünya sahillərindən qayıdandan sonra qızın xoş 

və şən günləri başlayacaq.  

Florida  kasıbsayağı  olan  cəngavər  evinə  ayaq  basanda 

Seviliyanın sönmüş bənizinin sevinc çırağı alışıb yandı.  Çünki 

Florida onun ən yaxın və ən etibarlı rəfiqələrindən biri sayılır və 

hər an öz dərdini onunla bölüşdürməyi xoşlayırdı. Həmişə onlar 

görüşəndə  aralarında  gedən  söhbət  səmimi  və  xoş  şəraitdə 

keçirdi.  Ümumiyyətlə,  onlar  heç  vaxt  bir-birindən  sirr 

gizlətmirdilər. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə