  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə10/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   6   7   8   9   10   11   12   13   ...   135

                                                     

 

  



                                                                            

                                                    

36 

İki  gün  ərzində  qarnizona  20-yə  yaxın  idalqo  dəvət  edildi. 



Qraf Ferdinand imtiyazları elan edəndən sonra həmin missiya-

nın  ağır  olmadığını  xüsusilə  vurğuladı.  Bura  toplaşanların  80 

faizi  bir  dəfə  də  olsun,  Yeni  Dünya  sahillərində  olmamışdılar. 

Olanlar isə Karibb dənizi akvatoriyasından kənara çıxmamış və 

oradakı  aborigenlərin  nə  dərəcədə  zəif  olduqlarını  lovğalıqla 

yanındakılarına izah edirdilər. 

Araukanların  inadkarlığı,  döyüşkənliyi,  mərdliyi,  qorxmaz-

lığı  və  orada  gedən  dəhşətli  və  amansız  müharibə  haqqında 

məlumat gəlib buradakılara çatmamışdı. Oranın sərt təbiətindən 

xəbərsiz  olan  bu  adamlar  elə  bilirdilər  ki,  Araukaniyanın  da 

təbiəti  Mərkəzi  Amerika  sahillərinin  təbiəti  kimi  xoş  və 

mülayimdir,  mənzərəsi  isə  cəlbedici,  məstedicidir  və  həmin 

bərəkətli torpaqlar bir çox avropalılar üçün cənnəti xatırladırdı. 

Oranın ekzotik bitkiləri, bəzəkli quşları, qəribə heyvanları, dadlı 

meyvələri  bir  çoxlarını  valeh  etmiş  və  istər-istəməz  həmin 

yerlərə  gedib  çıxmaq  istəyi  onlara  güc  gəlirdi.  Bundan  əlavə 

qiymətli metallarla, daş-qaşlarla zəngin olan torpaq, var-dövlət 

qazanmaq və iri mülk əldə etmək istəyənləri özünə cəlb edirdi. 

Başqaları ilə yanaşı qraf Ferdinand da özünü sadəlövh bir adam 

kimi  aparırdı.  O,  da  araukanların  məğlubedilməzliyinə  və 

qüdrətinə  ciddi  yanaşmır  və  45  il  fədakarlıqla,  rəşadətlə 

mübarizə aparan bir hindu tayfasını, azadlığını və sərbəstliyini 

itirmiş  digər  hindu  tayfaları  ilə  bərabər  səviyyədə  tuturdu. 



                                                     

 

  



                                                                            

                                                    

37 

Yalnız  polkovnik  Alonso  Araukaniya  məsələsinə  əsl  reallıqla 



yanaşırdı.  O,  nə  qədər  çalışdısa,  içəridəkiləri  araukanların  nə 

dərəcədə ciddi rəqib sayıldığını inandıra bilmədi. Sadəcə olaraq, 

döyüş  meydanlarında  şücaətlə,  cəsarətlə  döyüşmüş  idalqolar 

Yeni Dünya sahillərində qəhrəmanlıqla müqavimət göstərən bir 

hindu  tayfasının  fəaliyyət  göstərməsinə  inanmaq  istəmirdilər. 

Alonsonun sözlərinə şübhə ilə yanaşan qraf Ferdinand hamının 

qarşısında ayağa qalxaraq arxayınlıqla dedi: 

-  Möhtərəm  sinyorlar,  inanıram  ki,  biz  qüdrətli  kralımız  II 

Filippin  həvalə  etdiyi  işin  öhdəsindən  müvəffəqiyyətlə 

gələcəyik. Bizim qanunları tanımaq istəməyən aborigenləri sərt 

üsullarla  cəzalandırmalı  və  İspaniyanın  zəfər  bayrağını  həmin 

ölkənin  mərkəzinə  sancmalıyıq.  Mərhəmət  qayğısını  özündən 

rədd edən aborigenlərin hamısı məhv edilməlidirlər.  

-  İspan  əsgərinin  gücü,  qüdrəti,  bacarığı,  hərbi  təcrübəsi, 

mərdliyi  və  döyüşkənliyi  bütün  dünyaya  bəllidir.  Lakin 

qarşımıza  çıxan  hər  bir  rəqibi  lazımınca  qiymətləndirməyi 

bacarmalıyıq. Əks təqdirdə biz lazımi səviyyədə müvəffəqiyyət 

əldə edə bilmərik. Mən isə Araukaniyada başlanan müharibəni 

həmin  ölkəyə  ayaq  basandan  heç  bir  ay  keçməmiş  qələbə  ilə 

başa  çatdırmalıyam.  Elə  bilməyin  ki,  biz  həmin  ölkəni  işğal 

etmək üçün oraya yollanırıq. Araukaniya yuridik olaraq, bütün 

dünya  xristianlarının  dini  rəhbəri  sayılan  Roma  papasının 

bölgüsünə əsasən, İspaniya krallığına məxsusdur və əlahəzrət II 



                                                     

 

  



                                                                            

                                                    

38 

Filipp həmin torpağın varisi sayılır. Okeanın o tayında yerləşən 



ərazilərdə  yaşayan  başqa  aborigenlər  İspaniyanın  qoyduğu 

qayda-qanunlara riayət etdiklərinə görə, qüdrətli kralımız onları 

öz  himayədarlığı  altına  götürərək,  hamını  qada-bəlalardan  və 

yadelli işğalçılardan göz bəbəyi kimi qoruyur. Lakin quldur və 

cinayətkar  əməlləri  ilə  tanınan  araukanlar  nəinki  İspaniyanın 

qayda-qanunlarına  riayət  edir,  hətta  Araukaniyanın  şimalında 

bizim mühacirlər tərəfindən salınan şəhər və qəsəbələrə hücum 

edərək,  oradakı  mülki  əhalinin  və  əsgərlərimizin  qanını 

vəhşicəsinə  axıdırlar.  İspaniyadan  ora  göndərilən  ekspedisiya 

vəhşi  və  yırtıcı  araukanları  öz  yuvalarında  darmadağın 

etməlidir. 

Alonsonun məğrur çıxışı hamının çoşmasına səbəb oldu. Hər 

kəs ürək sözlərini deməyə başladı. 

- Biz qüdrətli kralımızın əsgərləriyik və hər an onun yolunda 

ölümə hazırıq! 

- Kralımızın istəyini lazımi səviyyədə həyata keçirəcəyik! 

- Quldur aborigenlərin hamısı qanına qəltan olacaqlar! 

- Düşmənin hamısı darmadağın ediləcək! 

-  İspaniyanın  qayda-qanunlarına  riayət  etməyən  hər  bir  kəs 

qılıncdan keçirilərək məhv edilməlidir! 

- Biz düşmənə kimliyimizi sübut etməliyik! 

- Yaşasın İspaniyanın əzəmətli və qüdrətli kralı II Filipp! 

- Yaşasın şanlı İspaniya! 



                                                     

 

  



                                                                            

                                                    

39 

Bu  şüarları  söyləyənlər  hələ  də  düşmənin  ciddi  rəqib 



olduğunu heç cürə anlamaq istəmirdilər. Hər bir şeyə ciddi və 

təmkinlə yanaşan Alonso onların hər birinin hərəkətini diqqətlə 

izləyərək,  nəyə  qadir  olduqlarını  duymağa  çalışırdı.  Bircə  şey 

gün  kimi  aydın  idi,  o  da  ki,  toplantıya  gələnlərdə  ruh 

yüksəkliyinin  yuxarı  olması.  İçəridəkiləri  qınamalı  deyildi. 

İspaniyada  elə  adam  olmazdı  ki,  Yeni  Dünya  sahillərində 

yaşayan aborigenləri döyüşən bir qüvvə kimi qiymətləndirsinlər. 

Astek,  inkl,  otomi,  mayalıların  və  başqa  döyüşən  hinduların 

darmadağın  edilməsi  hamıda  belə  təsəvvür  yaratmışdı  ki, 

ümumiyyətlə aborigenlər taktiki döyüş anlayışından uzaqdırlar. 

Artıq  buradakılarda  belə  bir  rəy  yaranmışdı  ki,  əgər  50-60  il 

bundan  əvvəl  aborigenlərin  döyüşən  tayfaları  darmadağın 

edilibsə, inadkarlıq göstərən araukanları məhv etmək onlar üçün 

heç bir çətinlik törətməyəcək. 

İçəridəkilərlə yanaşı qraf Ferdinandın da eyni fikirdə olması, 

yeni yaranan ekspedisiyanın rəisini yaman bərk narahat edirdi. 

Halbuki Alonso onu Araukaniyada keçiriləcək hərbi əməliyyat-

lar  zamanı  öz  müavini  təyin  etmək  istəyirdi.  Bu  gün  özünü 

sadəlövh  bir  zabit  kimi  aparan  qraf,  döyüş  əməliyyatlarında 

həmişə  yüksək  hərbi  bacarıq  nümayiş  etdirirdi.  Çətin 

vəziyyətlərdə  və  qeyri-bərabər  döyüşlərdə  öz  əsgərlərinə 

gözlənilməz qələbə qazandırırdı. Ağır döyüşlərdən müvəffəqiy-

yətlə  çıxmış  yaşlı  qraf  okeanın  o  tayındakı  inadkar  hindu 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə