  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə11/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   7   8   9   10   11   12   13   14   ...   135

                                                     

 

  



                                                                            

                                                    

40 

tayfasını  çox  asanlıqla  məhv  etməyi  özü  üçün  mürəkkəb  iş 



saymırdı.  Ümumiyyətlə,  o,  bu  məsələyə  dair  öz  fikrini 

bildirəndə xüsusilə qeyd etmişdir ki, Araukaniyada heç bir ciddi 

hərbi  əməliyyat  keçirilməyəcək,  sadəcə  olaraq  bu  ekspedisiya 

oradakı  aborigenləri  itaətsizliklərinə  görə  cəzalandırmaqla 

məşğul, olacaq. Hələ bu azmış kimi o, Alonsoya tövsiyə edirdi 

ki,  aborigenləri  cəzalandırmaqdan  ötrü  Yeni  Dünya  sahillərinə 

çoxsaylı  heyət  aparmasın.  Orada  gözləmə  mövqeyi  tutan 

kapitan Xuan Odovaldonun ixtiyarında kifayət qədər qüvvə var. 

Sakit  okeanda  baş  verən  fırtına  ekspedisiyanın  qüvvəsini  iki 

hissəyə  bölməsəydi,  elə  həmin  heyət  onlara  tapşırılan 

missiyanın öhdəsindən çox asanlışa gələrdi. Həm də başqalarına 

nisbətən  qraf  Ferdinand  Araukaniyada  yaşayan  yerli  əhalidən 

bərk  yanıqlı  idi.  Onun  iki  oğlu  naməlum  səbəblərdən  itkin 

düşmüşdür.  Dəqiq  bilinmirdi  onlar  əsir  düşüblər,  yoxsa 

araukanlar tərəfindən öldürülüblər? Lakin onun kövrək olmayan 

ürəyində müəyyən qədər ümid vardı ki, oğulları sağ-salamatdır. 

Ümidinin olması isə ondan ibarətdir ki, oğulları ispan idalqoları 

kimi hər an özlərini Amerika aborigenlərindən müdafiə etməyə 

qadirdirlər. Əgər, onlar Avropa əsgərlərinə qarşı döyüşsəydilər, 

onda  həyəcan  hissi  keçirməyə  dəyərdi.  Çünki  aborigenlərdən 

çox,  öz  mərdliyi  və  döyüşkənliyi  ilə  seçilən  Avropa 

döyüşçülərindən  təhlükəni  gözləmək  olar.  Deməli,  oğullarının 

aborigen torpağında sağ-salamat qalmaqlarına ümid vardı. 



                                                     

 

  



                                                                            

                                                    

41 

Alonsonun  başçılıq  etdiyi  ekspedisiyaya  könüllülərin  daxil 



edilməsi  elə  bir  problem  yaratmırdı.  Ümumiyyətlə,  o,  Yeni 

Dünya  sahillərinə  özü  ilə  yüzə  yaxın  döyüşçünü  aparmağı 

planlaşdırırdı. Əgər, o sayda könüllü yığa bilməsə, qalan heyəti 

Yeni Dünya sahillərində toplayacaq. Alonso nə qədər izah etsə 

də, ekspedisiya iştirakçılarına araukanlar haqqında əsl  həqiqəti 

anlada  bilmirdi.  Bir  neçə  ispan  ekspedisiyasının  araukanlar 

tərəfindən  darmadağın  edilməsi  faktına  heç  kim  inanmaq 

istəmirdi. Elə hamı onu deyirdi ki, əsl ispan əsgəri heç vaxt lüt 

aborigenə məğlub ola bilməz. 

Lakin  buna  baxmayaraq  Alonso  böyük  qüvvə  ilə  intensiv 

surətdə  ekspedisiyaya  hazırlaşırdı.  Həmin  missiyanın  nə 

dərəcədə  ciddi  olduğunu  dərk  edən  polkovnik  Alonso 

ekspedisiyaya daxil olan hər bir adamla ayrı-ayrılıqda müsahibə 

apararaq  onların  nəyə  qadir  olduqlarını  dərindən  öyrənir  və 

yalnız  peşəkar  döyüşçülərin  qəbul  olunmasına  öz  razılığını 

verirdi.  O,  başqa  ekspedisiya  rəhbərləri  kimi,  Araukaniyada 

məğlubiyyətə uğramaq istəmirdi. 

Barselona  limanında  lövbər  salmış  gəmilərin  siyahısı  ilə 

maraqlanan  Alonso Yeni Dünya sahillərinə yola  düşmək üçün 

“Eldorado” adlı hərbi gəminin üzərində dayandı. Kapitan Kral 

Kesadanın başçılıq etdiyi gəmi 5 gündən sonra Yeni Əndalüsün 

Kartahena  limanına  yollanacaq.  Həmin  gəmi  əsasən  Yeni 

Əndalüsə yollanan dörd ticarət gəmisinin mühafizəsi ilə məşğul 



                                                     

 

  



                                                                            

                                                    

42 

olacaq.  Alonso  "Eldorado"  gəmisindən  istifadə  etmək  üçün 



kapitan Karl ilə danışığa yollandı. İspaniya kralının sərəncamını 

yerinə  yetirən  Alonso  elə  birinci  izahatda  kapitanın  razılığını 

alır.  Kapitan  da  izah  edir  ki,  ekspedisiyaya  yollanan  bütün 

döyüşçülər  may  ayının  13-də  gəmidə  olmalıdır.  Ona  görə  ki, 

”Eldorado” mayın 14-də Barselonanı tərk edəcək. 

“Eldorado”  gəmisinin  dövlət  əhəmiyyətli  tapşırığı  yerinə 

yetirdiyinə  görə  Yeni  Dünya  sahillərinə  yola  düşmək  günü 

məxfi saxlanılmalıydı. Üç-dörd nəfərdən başqa hamı elə bilirdi 

ki,  ekspedisiya  uzağı  iki  həftədən  sonra  Kataloniya  sahillərini 

tərk  edəcək.  Hətta  Alonso  bu  haqda  həyat  yoldaşına  da  bir 

məlumat  vermədi.  Vaxtı  az  olduğuna  görə  Alonso  səhər 

açılandan, ta ki hava qaralana qədər gününü limanda keçirirdi. 

Ekspedisiya  iştirakçıları  yola  düşmək  üçün  tam  hazır  olmalıy-

dılar. Mayın 14-ü yaxınlaşırdı. 

 

 

 



 

 IV fəsil. Floridanın Barselonaya təsadüfi gəlişi 

 

Barselonada  növbəti  ekspedisiyanın  hazırlanmasına  dair 



böyük işlər gedirdi. Bu haqda məlumat ildırım sürəti ilə bütün 

şəhərə  yayıldı.  Bu  hadisə  çoxlarında  şübhə  oyatmağa  başladı. 




                                                     

 

  



                                                                            

                                                    

43 

Bir  ekspedisiya  Yeni  Dünya  sahillərindən  qayıtmamış,  tələm-



tələsik halda növbəti ekspedisiya hazırlanırdı. Çoxlarını bir sual 

maraqlandırırdı;  ”Nəyə  görə  bu  səpkidə  tələm-tələsik  iş 

görülür?"  1-ci  ekspedisiya  iştirakçılarının  qohumları  qraf 

Ferdinanddan  öz  yaxınları  barədə  məlumat  əldə  etmək  istəyir-

dilər.  O,  da  öz  növbəsində  izah  edirdi  ki,  yeni  təşkil  olunan 

ekspedisiya  Yeni  Dünya  sahillərində  Eldorado  ölkəsinin 

axtarılması  ilə  məşğul  olacaq,  sadəcə  olaraq  yolüstü  Arau-

kaniyaya da dəyəcəklər. Qraf Ferdinandın cavabını başa düşmək 

çətin deyildi. Çünki belə tezliklə 1-ci ekspedisiyanın iştirakçıları 

haqqında məlumat almaq çox çətin idi. Yeni kəşf edilmiş qitə-

nin qərb sahillərində yerləşən ərazilərdən hər hansı bir məlumat 

almaq üçün ən azı 9-10 ay vaxt lazım idi. Lakin qrafın cavabı 

kifayət idi ki, buradakı adamlar Araukaniyada aborigenlərə qarşı 

döyüşən qohumları ilə əlaqə yaratsınlar. Hamı öz qohumlarına 

məktub yazıb Araukaniyaya göndərə bilərdi. 

Təsadüf  nəticəsində  Florida  anası  ilə  birlikdə  Seviliyadan 

Barselonaya  bacısı  Marqaritagilə  qonaq  gəldilər.  Marqarita  2 

yaşlı  qızı  Mariyanı  böyüdə-böyüdə  həyat  yoldaşı  leytenant 

Ernando Ramiresin yolunu həsrətlə gözləyirdi. Söhbət əsnasın-

da onlar Marqaritadan öyrənirlər ki, bir həftə bundan əvvəl Yeni 

Dünya  sahillərinə  yola  düşəcək  növbəti  ekspedisiyanın  təşkili 

başlayıb.  Bu  xəbər  necə  ki,  ananı,  eləcə  də  balanı  bərk 

maraqlandırdı.  Florida  hətta  gözəl  çöhrəsini  pəncərəyə  tərəf 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə