  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə19/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   15   16   17   18   19   20   21   22   ...   135

                                                     

 

  



                                                                            

                                                    

71 

Kapitan  Xuan  Odovaldo  ekspedisiyanın  baş  müşaviri  qoca 



səyyah  Rodriges  Kartahenanın  məsləhəti  ilə  əlavə  qüvvə 

toplamaq  üçün  Anqud  körfəzini  tərk  edərək,  “Vanquardia” 

(Avanqard) və “Destino” (Tale) gəmilərində Kalyaoya, oradan 

isə “Krallar şəhəri” adlanan, Peru vitse-krallığının paytaxtı olan 

Lima şəhərinə gəlir. Düzdür, ekspedisiyanın sağ qalmış heyəti-

nin  əsas  hissəsi  Konsepsion  və  Valdiviya  şəhərlərində 

yerləşdirilmişdi. Bu qədər qüvvənin uzun müddətə bir şəhərdə 

qalmaq qeyri-mümkün idi. Bundan əlavə Barselonadan gələcək, 

polkovnik  Alonso  Odovaldonun  yeni  qüvvəsini  qarşılamaq 

lazım idi. Dəqiq bilinmirdi, polkovnik Odovaldo yeni ekspedi-

siya ilə hansı şəhərə gələcək - Lima, Kalyao, Konsepsion, yoxsa 

Valdiviyaya?  «Vanquardia»  gəmisi  bir  çox  zabit  və  əsgərlər 

üçün  gecələmək  münasib  yer  idi.  Yalnız  ekspedisiyanın  rəisi, 

“Vanquardia”  gəmisinin  kapitanı  və  həmin  gəminin  şturmanı 

«Vanquardia”dan  kənar  bir  yerdə,  qoca  səyyahın  Limada 

yaşayan  oğlu  kapitan  Leon  Kartahenanın  evində  qalırdılar. 

Onlardan  başqa  Migel,  qoca  səyyah  Rodriges,  coğrafiyaşünas 

Bartolomeu,  kapitan  Alonso  Murilyo,  cəngavərlər  Osvaldo  və 

Sebastyan  da  həmin  evdə  qalırdılar.  Bundan  əlavə  Anqud 

körfəzinə  araukanlar  tərəfindən  ağır  yaralanan  “Destino” 

gəmisinin  şturmanı  Ameriqo  de  Bartolomeu,  kapitan  Leonun 

yekə  olmayan  evində,  qardaşı  həkim  Xristofor  tərəfindən 

müalicə olunurdu. Bir sözlə, ekspedisiyanın on bir nəfər -üzvü 



                                                     

 

  



                                                                            

                                                    

72 

Migelin atasının evində sığınacaq tapmışdı. Kapitan Leon evdə 



yox  idi  və  qonaqların  gəlişindən  xəbərsiz  idi.  Migelin  anası 

qonaqların  bu  evdə  müvəqqəti  məskən  salmalarına  heç  bir 

etiraz  etməmiş  və  onların  gəlişinə  məmnun  olduğunu 

bildirmişdir. 

“Destino”  gəmisi,  həm  Sakit  okeanın  cənub-qərb  sahilində 

baş  verən  fırtına  zamanı,  həm  də  Anqud  körfəzindəki  şiddətli 

küləklər zamanı demək olar ki, möhkəm zədələnmiş və yararsız 

hala  salınmışdır.  Gəminin  ranqouqları  tamamilə  sıradan 

çıxmışdır. Bir sözlə, “Destino” kapital surətdə təmir olunmalıy-

dı.  Bir  çoxları  inana  bilmirdilər  ki,  təmirdən  sonra  həmin 

karavella  bir  daha  uzaq  səyahətlərdə  üzə  bilsin.  Çünki  Migel 

güc-bala ilə gəmini Kalyaoya çatdırmışdı. Sanki “Destino” ağır 

bir döyüşdən çıxmışdır.  

Təmir  üçün  həddindən  artıq  çox  pul  lazım  idi.  Migel  bu 

vəsaiti  atasıgildən  almaq  istəyirdi.  Bu  işdə  qoca  səyyah 

nəvəsinin  arxasında durmuşdu. Migel istəmirdiki, «Destino”nu  

təmir  etməmişdən  əvvəl  sıradan  çıxartsın.  Kim  bilir,  bəlkə 

gəmini əvvəlki formasına qaytarmaq  mümkün oldu. Onsuz  da 

Migel  hələlik  heç  cürə  “Destino”dan  imtina  edə  bilməzdi. 

Bunun  bir  çox  səbəbləri  vardı.  Birincisi,  gəminin  kapitanı 

Manuel  Markos  araukanların  əlində  əsir  idi.  İkincisi,  araukan-

ların  Anqud  körfəzindəki  son  hücumları  zamanı  “Destino” 

Migelgil  üçün  alınmaz  bir  qala  kimi  olmuşdu.  Bir  sözlə, 



                                                     

 

  



                                                                            

                                                    

73 

“Destino”  hələ  yaxın  bir  müddət  ərzində  ispanlara  xidmət 



edə  bilərdi.  Onsuz  da  növbəti  ekspedisiya  vaxtı  Anqud 

körfəzinin  şimal  sahilinə  əsas  heyətin  bir  hissəsini  daşımaq 

lazım idi. Nəyin bahasına olursa-olsun, Migel gəmini dirçəlt-

mək istəyirdi. 

Ekspedisiyanın  rəisi  kapitan  Xuan  Limada  qala-qala, 

ekspedisiyanın  tərkib  hissəsini  burada  yaşayan  keçmiş 

konkistadorlar ilə genişləndirməyə çalışırdı. Söz yox ki, hər 

yoldan  keçən  konkistadoru  ekspedisiyanın  tərkibinə  dəvət 

etməzdi.  Ona  təcrübəli,  bacarıqlı,  qorxmaz  və  bilavasitə 

araukanlara  qarşı  müharibədə  iştirak  edən  döyüşçülər  lazım 

idi.  Həqiqətən  də  bu  dəfə  araukan  müharibəsinə  ciddi 

yanaşıldığından  heyətin  tərkibinə  xüsusi  diqqət  yetirilirdi. 

İşdir, təcrübəli döyüşçülərə “Krallar şəhərində” rast gəlinmə-

sə, onda Valdiviya və Konsepsion şəhərlərində həmin döyüş-

çülərdən könüllü dəstə yaradılacaq. 

Müharibənin  növbəti  mərhələsini  başlamaq  üçün  hökmən 

Barselonadan  gələcək  polkovnik  Alonsonun  dəstəsini 

gözləmək  lazım  idi.  Həmin  dəstə  ekspedisiyanın  özəyini 

təşkil  edəcəkdi.  Nədənsə,  həmin  dəstə  hələ  də  gəlib  Yeni 

Dünya sahillərinə çıxmamışdır. 

 

 

 




                                                     

 

  



                                                                            

                                                    

74 

     VII fəsil. Köhnə mühacirlərin Araukaniya  

müharibəsində iştirak etməmələrinin əsas səbəbi 

 

Artıq  1591-ci  ilin  iyunun  15-i  idi  və  kapitan  Xuanın 



ekspedisiyası  üç  ay  idi  ki,  Araukaniyanı  tərk  etmişdi.  Buna 

baxmayaraq,  həmin  ekspedsiyanın  üzvləri  bəzi  dəyişiklik-

lərlə  üzləşmişdilər.  Daha  doğrusu,  qeyri-adi  hadisələr  baş 

vermişdi.  İş  ondadır  ki,  ekspedisiyanın  gəmiləri  Anqud 

körfəzini  tərk  edəndən  iki  həftə  sonra  araukanlara  əsir  düş-

müş  kapitan  qraf  Filipp  Morelosun  cəngavərlər  dəstəsindən 

beş  nəfəri  (hesab  edilirdi  ki,  8  nəfər  cəngavər  əsir  düşüb) 

Valdiviyaya qayıdıb. Bu xəbər ildırım sürətilə gəlib Limaya 

çatır.  Sonradan  həmin  cəngavərlərin  özləri  Limaya  gedirlər. 

Onların Araukaniyadakı fəaliyyətləri bütün ekspedisiya üzv-

lərini maraqlandırırdı. Axı, hamı elə bilirdi ki, on cəngavər-

dən  səkkizi  (Osvaldo  ilə  Sebastyandan  başqa)  araukanlara 

əsir düşüb.  

Məlum  oldu  ki,  kapitan  qraf  Filipp  Morelos  bütün  dəstə 

ilə  meşədəki  ispan  fortunda  olan  zaman,  cəngavərlər  arau-

kanları  sarsıtmaq  üçün  Lyankiue  gölünün  qərb  sahilində 

yerləşən  araukan  kəndinə  hücum  etməyə  yollanmışdılar. 

Kəndin  tuşunda  onlar  araukanların  ciddi  müqavimətinə  rast 

gəlir  və  döyüşdə  Ramiro  Leandronu  itirərək  geriyə  forta 

qayıdırlar.  Lakin  orada  dəstənin  yoxa  çıxdığını  görürlər. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə