  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə15/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   11   12   13   14   15   16   17   18   ...   135

                                                     

 

  



                                                                            

                                                    

56 

görüşdən  sonra  hər  iki  rəfiqə  uzun-uzadı,  geniş  məzmunlu 



məktublar  üzərində  işləməyə  başladılar.  Məlum  məsələ  idi  ki, 

həm  Marqarita,  həm  də  onun  anası  Mərkəzi  Çili  sahillərində 

olan  əzizlərinə  öz  adlarından  kağız  göndərməliydilər.  Lakin 

vaxtın  bolluğunu  nəzərə  alaraq  onlar  hələlik  məktub  yazmağa 

tələsmədilər. Bunu bir həftədən sonra da etmək olardı. 

Öz  evində  qəm-qüssə  girdabına  düşən  Solidad  da  pərişan 

olmuşdu.  Vaxtının  çoxunu  o,  öz  çarpayısında  uzanmış  halda 

keçirirdi.  Darıxdığından  heç  bilmirdi  hansı  işlə  məşğul  olsun. 

Lakin Seviliya ilə görüşdən sonra müəyyən dərəcə özünə təsəlli 

verirdi.  Necə  olsa  da,  rəfiqəsi  qardaşı  Sebastyana  məktub 

göndərəcək  və  həmin  məktubda  Seviliya  qardaşının  tezliklə 

vətənə  qayıtmasını  təkid  edəcək.  Seviliyadan  çox  Solidad  özü 

bu  məqsədə  nail  olmaq  istəyirdi.  Çünki  Sebastyanın  tezliklə 

qayıtmasında  Seviliyadan  çox  o,  maraqlı  idi.  Necə  olsa  da 

Solidad  özündən  asılı  olmayaraq,  qardaşı  Kamaçonun  şərəfinə 

verilən balda Sebastyanın ağır davranışına, təmkinli hərəkətinə, 

səmimi  danışığına,  füsunkar  təbəssümünə,  istedadlı  gitara 

çalmasına  və  ən  nəhayət  yaraşıqlı  xarici  görünüşünə 

vurulmuşdu. Başqa aristokrat qızlara nisbətən o, bu məhəbbətini 

öz  qəlbində  valideynlərindən  və  yaxın  rəfiqələrindən  gizlədə 

bilmişdir. Yalnız bir neçə aydan sonra, Seviliyanın evinə gedib-

gələndən  onun  bu  sirri  istər-istəməz,  üzə  çıxmışdır.  Solidad 

utandığından  həmin  sirri  özü  açmışdır.  Sadəcə  olaraq,  söhbət 



                                                     

 

  



                                                                            

                                                    

57 

əsnasında,  Sebastyan  haqqında  bəzi  məlumatları  toplayan 



zaman Seviliya özü rəfiqəsinin ürəyindəki sirri oxuya bilmişdir. 

Məhz  ondan  sonra  Solidad  rəfiqəsinə  Sebastyana  necə  qeyri-

ixtiyari aşiq olduğunu izah etmişdi. Lakin həm Solidad, həm də 

Seviliya  çox  yaxşı  bilirdilər  ki,  bu  məsələdə  müəyyən  bir 

çətinliklər var. İlk növbədə bu haqda Sebastyastyanın öz fikrini 

bilmək  lazımdır.  Düzdür,  Sebastyan  bilsə  ki,  Solidad  kimi 

ağıllı-kamallı, qəşəng, füsünkar gözəlliyə malik olan bir qız onu 

sevir,  sözsüz  halda  öz  ürəyini  ona  tapşıracaq.  Ancaq  dəqiq 

bilinmirdi, hazırda Sebastyanın istədiyi var, ya yox? Necə olsa 

da, o, Barselonada qapalı həyat tərzi keçirmişdi.  Sebastyan nə 

bacısı,  nə  də  ki,  uşaqlıq  dostları  ilə  tez-tez  ünsiyyətdə  olurdu. 

Açığı o, öz sirrini nadir halda yaxınları ilə bölüşdürürdü.  

Tutalım  ki,  onun  istədiyi  yoxdur  və  Sebastyan  ürəyini 

Solidada  bəxş  etdi.  Onsuz  polkovnik  Alonso  öz  qızını  müflis 

halda  yaşayan  cəngavərə  verməyəcəkdi.  Çünki  Alonso 

Barselonanın  ən  tanınmış  adlarından  biridir  və  sözsüz  ki,  o, 

qızını  şəhərin  tanınmış  zadəganlarının  birinə  verməyi  lazım 

biləcək.  Sebastyanın  ağlı  başındadırsa,  Alonso  ilə  münaqişəyə 

girməmək üçün Solidaddan kənar gəzməli idi. 

Mayın  13-də  Alonso  axşamçağı  saat  8-də  evinə  gəldi  və 

həyat  yoldaşı  ilə  qızını  masa  arxasında  şam  yeməyini  qəbul 

etdikləri yerdə gördü. O, masanın başında əyləşən kimi qulluq-

çunun verdiyi yeməyi yeməyə başladı. Marqarita həmişəki kimi 



                                                     

 

  



                                                                            

                                                    

58 

ərindən  işlərinin  necə  getdiyini  xəbər  aldı.  Alonso  da  öz 



növbəsində sadə şəkildə dedi: 

- Bu gün paltarlarımdan bir neçəsini hazır elə. Sabahları dan 

yeri sökülən kimi biz Badelonanı tərk edəcəyik. 

Polkovnikin belə bir tərzdə söylədiyi xəbər ailə üzvlərini şok 

vəziyyətinə  saldı.  Marqaritanın  gözləri  bərələ  halda  qalaraq 

təşvişlə dedi: 

- Sən elə danışırsan ki, guya sabahları Barselonaya və yaxud 

da Tarraqonaya gedirsən. Mənim ürəyimi qırmaq istəyirsən? 

-  Sən  artıq  belə  xəbərlərə  öyrəşmisən.  -  deyə  Alonso 

soyuqqanlıqla  dilləndi.  -  Yaxşı,  sir-sifətini  əymə.  Yoxsa, 

səfərim  uğurlu  keçməz.  Səfərim  uğurlu  keçsə,  kral  mənə  qraf 

titulu verəcək. Onsuz da bu haqda sənə xəbər vermişəm.  

Marqarita  həmin  an  özünü  ələ  aldı.  Ancaq  Solidad  hələ  də 

yerindəcə  donub  qalmışdı.  Axı,  necə  olsa  da  Seviliya  bu 

xəbərdən hali deyildi. Onun fikrincə, ekspedisiya təxminən bir 

həftədən  sonra  Barselonanı  tərk  etməlidir.  Əgər  Seviliyanın 

xəbəri olmasa, onda Sebastyana yazılmış məktub elə Barselona-

da qalacaq. Bəs, kimin vasitəsi ilə Seviliyaya xəbər göndərsin. 

Hava qaraldığına görə şəhərin küçələri ciddi mühafizə olunurdu. 

Çox  adamlar  bu  vaxtı  mühafizəçilər  tərəfindən  ciddi  yoxlanı-

lırdı.  Çıxış  yolu  Alonsonun  özünə  bu  məsələnin  açıqlanma-

sından ibarət idi. Nəhayət Solidad bütün iradəsini toplayıb dedi: 




                                                     

 

  



                                                                            

                                                    

59 

-  Ata, sən  mənim Seviliya adlı rəfiqəm haqqında eşitmisən. 



O,  qardaşına  məktub  yazıb,  həmin  məktub  Mərkəzi  Çili 

sahillərinə  göndərilməlidir.  Lakin  Seviliya  bilmir  ki,  sənin 

başçılıq etdiyin ekspedisiya sabahları yola düşür. Bu haqda ona 

xəbər verilməlidir. 

-  Sebastyanın  bacısını  nəzərdə  tutursan?  -  deyə  Alonso 

maraqlandı. 

Solidad  təsdiqedici  cavab  verəndən  sonra  Marqarita  əlavə 

etməli oldu. O, dedi: 

-  Bundan  əlavə  "Destino"  gəmisinin  kapitanı  Manuel 

Markosun  ailəsi  Barselonaya  gəlib  və  onlar  da  Mərkəzi  Çili 

sahillərinə  məktub  göndərmək  arzusundadırlar.  Hamı  elə  bilir 

ki,  sənin  başçılıq  etdiyin  ekspedisiya  təxminən  bir  həftədən 

sonra yola düşür. Onları da xəbərdar etmək lazımdır. 

-  Onda  mən  həyətdəki  əsgərlərdən  birini  onların  evinə 

göndərərəm. Qoy onlar bu xəbərdən hali olsunlar. 

Məhz  bundan  sonra  Solidad  özünü  ələ  ala  bildi.  Hökmən 

Sebastyan  Barselonadan  məktub  almalı  idi.  O,  bacısının  ürək 

yanğısı  ilə  yazdığı  məktubu  oxuyandan  sonra,  bəlkə  kövrəlib 

Barselonaya qayıtmağını tezləşdirəcəkdi. 

Alonsonun göndərdiyi əsgər birtəhər gedib Seviliyanın evini 

tapdı. Lakin döydüyü qapıya içəridən hay verən olmadı. Onda o, 

ev yiyəsini qapının ağzında gözləməyi qərara aldı.  




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə