  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə16/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   12   13   14   15   16   17   18   19   ...   135

                                                     

 

  



                                                                            

                                                    

60 

Vaxtını  əbəs  yerə  öldürmək  istəməyən  Alonso  sabahkı  işin 



ağır olduğunu dərk edərək yatmağa yollandı. Sübh tezdən onu 

ötürməyə  yollanacaq  ailə  üzvləri  də  öz  yataq  otaqlarına 

yollanırlar.  Əsgərin  ona  verilən  tapşırığın  yetiriləcəyini  zənn 

edən Solidad yuxuya getdi. 

Saat  10-a  qədər  Seviliyanın  yolunu  gözləyən  əsgər  kor-

peşiman  halda  Alonsonun  evinə  qayıdır.  Polkovnik  yatdığına 

görə əsgər onu yuxudan oyatdırmağa cürət etmədi. Sübh tezdən 

hamı ayılanda o, təlimata əsasən polkovnikə bildirdi ki, verilən 

tapşırıq ev sahibəsinin ucbatından yerinə yetirilməyib. Təsadüf 

nəticəsində  bu  xəbəri  Solidad  eşitdi  və  vəcdə  gələrək,  bütün 

hirsini əsgərin üstünə tökdü:  

- Evin sahibəsi yoxdursa, gəlib bu haqda bizə xəbər verəydin. 

-  Sinyorita, üzr istəyirəm sizdən, mən bura gələndə hamınız 

yatmışdınız. - deyə əsgər iltifatla dilləndi. 

 - Adicə, bir dənə işi də görə bilmirsən. - deyə Solidad hirsli-

hirsli əsgərdən uzaqlaşdı. 

Solidad  çox  yaxşı  bilirdi  ki,  Seviliya  evində  yoxdursa, 

demək leytenant Ernandonun evində Floridanın yanındadır. O, 

vaxt  itirmədən  tez  həmin  evə  yollanmalı  idi.  Atası  ilə  anası 

limana  yola  düşən  kimi  Solidad  ehtiyatda  üstüörtülü  arabaya 

minib  bir  başa  istədiyi  ünvana  yollandı.  Artıq  dan  yeri  yavaş-

yavaş sökülürdü. Qızda olan məlumata görə ekspedisiya saat 7-




                                                     

 

  



                                                                            

                                                    

61 

nin yarısında limandan uzaqlaşmağa başlayacaq. O, vaxta kimi 



Solidadın ixtiyarında təxminən 40 dəqiqə vaxt vardı.  

Solidadın  mindiyi  araba  gəlib  Ernando  Ramiresin  evinə 

çatanda evdəkilərdən heç kim ayılmamışdı. Hamı dərin yuxuya 

idi. Təşviş içərisində olan Solidad tələm-tələsik qapını bərkdən 

döyməyə  başladı.  Bu  cür  taqqıltıya  evdəkilər  oyanmaya 

bilməzdi.  Belə  tezdən  qapının  bərkdən  döyülməsi  hamının 

marağına  səbəb oldu. Marqarita qapını açanda həyəcanla nə baş 

verdiyini soruşdu. 

-    Seviliya  sizdə  deyil  ki?  -  deyə  Solidad  səbirsizliklə 

dilləndi. 

- Bizdədir! - deyə Marqarita təəccüb hissi ilə cavab verdi. 

-  Ekspedisiya  yarım  saatdan  sonra  limanı  tərk  edəcək. 

Mərkəzi Çili sahillərinə göndəriləcək məktublar hazırdırsa, vaxt 

itirmədən limana çatdırılmalıdır. 

Bu  xəbər  nəinki  Seviliyanın,  hətta  Marqaritanın  nigaran-

çılığına  səbəb  oldu.  Çünki  Marqarita  da  qərib  torpaqda  olan 

həyat  yoldaşına  məktub  göndərməli  idi.  Solidadı  içəri  dəvət 

etsələr də o, arabada qalmağı məsləhət bildi. 

Məktublar  yazılmağına-yazılmışdı,  lakin  zərflərə  qoyulma-

mışdı.  Marqarita  bu  funksiyanı  öz  üzərinə  götürərək,  Sevili-

yanın  geyinməsinə  imkan  yaratdı.  Florida  da  limana  getmək 

istədi, lakin anası ona bu imkanı vermədi. Santana istəmirdi ki, 

qızını  tanışlardan  kimsə,  limanda  görsün.  Sübh  tezdən 



                                                     

 

  



                                                                            

                                                    

62 

Floridanın  limanda  görünməsi  və  bilavasitə  ekspedisiyanı  yola 



salması,  bəzi  tanışlarda  qəribə  sualların  yaranmasına  səbəb 

olacaqdır. 

Nəhayət  Seviliya  arabaya  mindi.  Onda  kapitan  Markosa, 

leytenant Ernandoya, cəngavər Sebastyana və  Migelə yazılmış 

məktublar vardı. 

Gəmilərin yola düşməsinə çox az vaxt qalırdı. Arabaçı bütün 

bacarığından istifadə edərək, arabanı dar küçələrlə sürətlə idarə 

edirdi.  Ernandonun  evindən  limana  gedən  yol  əvvəlcə  yuxarı 

qalxır, ondan sonra yalnız aşağı enməəy başladı. Lakin buradakı 

küçələr əsasən, döngələrdən ibarət idi. Yol gah sağa, gah da sola 

burulurdu. Nəhayət limana çatmağa 200 metr qalırdı ki, birdən 

yolun  çıxacağının  əsgərlər  tərəfindən  bağlandığını  gördülər. 

Perpendikulyar  küçədən  asta-asta  böyük  dəstə  keçirdi.  Solidad 

arabaçını,  qarşıda  nə  baş  verdiyini  öyrənmək  üçün  əsgərlərin 

yanına  göndərdi.  Cavabla  gələn  arabaçı  cavan  sahibəsinə 

bildirdi ki, Flandriyadan gətirilən 60 nəfər laməzhəbi əsgərlərin 

nəzarəti  altında  şəhərin  məhkəmə  binasına  aparırlar.  Həmin 

laməzhəbləri  Fransanın  Marsel  limanında  Barselonaya  gətirib-

lər.  İnkvizisiyanın  sərt  qanunlarına  əsasən,  onların  əksəriyyəti 

ölüm cəzasına məhkum olunacaqlar. Lakin Solidadı hazırda bu 

məsələ azacıq da olsun maraqlandırmırdı. O, arabaçıdan soruşdu 

ki, bəs nə vaxta qədər yol bağlı olacaq? 




                                                     

 

  



                                                                            

                                                    

63 

-  On  dəqiqəyə  kimi  yol  azad  olacaq.  -  deyə  arabaçı  itaətlə 



dilləndi. 

Deməli  həmin  dəstənin  yürüşü  on  dəqiqədən  də  çox  ola 

bilərdi.  Vaxtdan  səmərəli  istifadə  etmək  üçün  başqa  küçəyə 

getmək lazım idi. Lakin arabanın dayandığı yol həddindən dar 

olduğundan,  minik  vasitəsini  bu  yolda  döndərmək  mümkün 

deyildi.  Deməli,  istər-istəməz  onlar  yolun  boşalmasını 

gözləməli idilər. 

Təxminən on beş dəqiqə keçəndən sonra yol boşaldı. 

Araba  əvvəlki  sürətlə  yolunu  davam  etdirdi.  Seviliyadan 

narahat  olan  Solidad  arabanın  atılıb-tutulmasını,  ləngər 

vurmasını və bədəninin müəyyən zərbələr almasını hiss etmirdi. 

Onu yalnız, limana çatmaq maraqlandırırdı. Artıq limanı aydın 

gözlə  görmək  olurdu.  Axırıncı  küçəyə  daxil  olanda  onlar 

növbəti  maneə  ilə  üzləşdilər.  Yolun  tən  ortasında  başqa  bir 

arabanın  dal  çarxı  sınmışdı,  arabaçı  həmin  çarxın  təmiri  ilə 

məşğul idi. Möhkəm əsəbiləşən Solidadad öz hirsini arabaçının 

üstünə tökərək, onu təhqir etməkdən belə çəkinmədi. 

Elə bu vaxt limandan top atəşinin səsi eşidildi. Bundan sonra 

sanki Solidadın qol-qanadı sınaraq, yanına düşdü. Bu o demək 

ki, Mərkəzi Amerika sahillərinə yola düşən ekspedisiya limanı 

tərk  etməyə  başlayır  və  bu  münasibətlə  donanmanın  flaqman 

gəmisindən  dənizə  top  atəşi  açılmışdı.  Bununla  da  məktublar 

Barselonanın hüduadarında qaldı. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə