  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə23/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   19   20   21   22   23   24   25   26   ...   135

                                                     

 

  



                                                                            

                                                    

86 

olan  ekspedisiya  iştirakçılarının  üzvlərini  bir  çox  adamlar 



adbaad tanımağa başladı. Araukaniya Limadan xeyli cənub-

da  yerləşdiyinə  görə  əhalinin  əksəriyyəti  oradakı  aborigen-

lərin inadkarlığı və məğlubedilməzliyi ilə çox da tanış deyil-

dilər. Kapitan Xuanın ekspedisiyası Araukaniyada məğlubiy-

yət  ilə  üzləşəndən  və  iştirakçıların  bir  çoxları  amansız 

hindulara əsir düşəndən sonra bu mövzu şəhərin bir nömrəli 

müzakirəsinə çevrilmişdir. Ona görə də araukanlara  məğlub 

olan  konkistadorlar  “Krallar  şəhəri”  -  Limada  peyda  olan 

kimi bir çox adamların fikrini özlərinə cəlb etdilər. Belə olan 

halda  bir  çox  konkistadorlar  çıxılmaz  vəziyyətə  düşmüşdü-

lər.  Çünki  Arakuan  müharibəsində  həmin  ekspedisiyanın 

yalnız  “Destino”  gəmisinin  tərkibində  olan  üzvləri  iştirak 

etmişdilər. Faktiki olaraq “Vanquardia”nın tərkibində olanlar 

Araukaniyaya  ayaq  bassalar  belə  həmin  müharibədə  iştirak 

edə  bilməmişdilər.  Şəxsən  kapitan  Xuan  bu  mövzu  ilə 

maraqlananlara  dürüst  məlumatlar  vermək  qarşısında  aciz 

idi. Lakin günlər kecdikcə həmin ekspedisiyanın iştirakçıları 

yavaş-yavaş  şəhər  əhalisinin  gözündən  düşməyə  başladılar. 

Ona  görə  ki,  çoxları  araukanlarla  tanış  deyil  və  onların 

döyüşkən tayfa olduqlarından xəbərsiz idilər. Hamı elə bilir-

di ki, araukanlar da başqa hindu tayfaları kimi  zəif və aciz-

dirlər.  Məhz  buna  görə  də  güclü  təşkil  edilmiş  ekspedisiya-




                                                     

 

  



                                                                            

                                                    

87 

nın hindu tayfası tərəfindən darmadağın edilməsi çoxlarında 



gülünc və nifrət hissi doğururdu.  

Keçmiş  konkistadorların  fikrincə,  Araukaniyada  məğlub 

olanlar  ispan  əsgərinin  şərəfini  alçaltmış  və  onların  bu 

torpaqda gəzməyə mənəvi haqqları yox idi. Lakin elələri də 

vardı  ki,  araukanlarla  yaxından  tanış  idi  və  yaxud  da  onlar 

haqqında çox  şeylər eşitmişdi.  Məhz elə adamlar müharibə-

dən gələnlərin aqibətinə acıyırdılar.  

Kapitan Xuanın ekspedisiyası Araukaniyada məğlubiyyə-

tə  düçar  olsa  da,  Migel  və  onun  ən  yaxın  dostları  həmin 

müharibədən  qalib  kimi  çıxmışdılar.  Onlar  müharibədə 

göstərdikləri  qəhrəmanlıqlar  və  şücaətləri  sayəsində  bütün 

Limada böyük hüsn-rəğbət qazanmışdılar. Bir sözlə, Araukani-

yadan gələnlər Limada gah tənqid olunur, gah da təriflənirdilər. 

Belə  olan  halda  Limaya  yığlışanlar  tezliklə  Araukaniyaya 

qayıtmağa  çalışır  və  orada  araukanlardan  öz  qisaslarını  almaq 

istəyirdilər.  Bu  dəfə  arakuanlar  birdəfəlik  məhv  edilib  yer 

üzündən  silinməli  idi.  Bu  Araukaniyaya  yollanacaq  növbəti 

konkistadorların əsas məqsədi sayılırdı. Keçmişdəki səhvlər bir 

daha  təkrarlanmasın  deyə,    bu  dəfə  ekspedisiyasının  tərkibinə 

əsl  peşəkar  döyüşçülər  daxil  etmək  lazım  idi.  Hamı  çox  yaxşı 

bilirdi  ki,  növbəti  ekspedisiyaya  polkovnik  Alonso  Odovaldo 

başçılıq  edəcək.  O,  isə  məğlubiyyətin  necə  olduğunu  hələlik 




                                                     

 

  



                                                                            

                                                    

88 

bilmirdi.  Onun  həyatının  tarixi  səhifələrində  yalnız  qələbə 



sətirləri yazıldığını görmək olardı. 

Migel başqa konkistadorlara nisbətən şəhərdə demək olar ki, 

başıuca gəzirdi. Hara istəsə, ora da gedirdi. Onun üçün bir çox 

qapılar açıq idi. Çox vaxt darıxanda admiral de Neyragilə qonaq 

gedər və orada səyahətlər haqqında maraqlı söhbətlər aparardı. 

Elə  bu  gün  də  o,  coğrafiyaşünas  Bartolomeu  ilə  birlikdə 

admiralgilə  getmək  istədi,  lakin  yola  düşməzdən  əvvəl  xəbər 

verildi  ki,  admiral  özü  onlara  təşrif  buyurub.  Dərhal  admiralı 

yüksək  səviyyədə  qarşıladılar.  Evin  böyüyü  kimi  Seviliya  özü 

admiral  de  Neyranı  içəri  dəvət  etdi.  Admiralın  gəlişi  evdəkilər 

üçün gözlənilməz idi. Dərhal süfrə açıldı. Masa arxasına admiral 

de  Neyra,  Seviliya,  qoca  səyyah,  Migel,  kapitan  Xuan  və 

coğrafiyaşünas Bartolomeu toplaşdılar. Admiral xəbər verdi ki, 

həyat  yoldaşı  İzabella  Barreto  birbaşa  evdən  bura  gəlməlidir. 

Hazırda  o,  gecikirdi.  Admiral  özü  Perunun  vitse-kralı  olan 

əmisigildən gəlirdi. Aydın oldu ki, onlar Araukaniya barəsində 

ciddi  müzakirə  aparmışdılar.  Çünki  bu  məsələ  Amerikadakı 

müstəmləkəçilərin  bütün  təbəqələrini  maraqlandırırdı.  Buna 

baxmayaraq  bu  məsələdə  heç  kim  İspaniyadan  gələn 

konkistadorlara  öz  köməkliyini  göstərmək  istəmirdi.  Ona  görə 

ki, həmin ərazi Peru vitse-krallığından xeyli cənubda yerləşirdi. 

İçəridəkilər  yenicə  söhbətə  başlamışdılar  ki,  birdən  elan 

edildi ki, admiralın həyat yoldaşı İzabella Barreto bu evə təşrif 



                                                     

 

  



                                                                            

                                                    

89 

buyurubdur.  Donya  İzabellanı  dərhal  içəri  dəvət  etdilər.  Qadın 



birbaşa  həyat  yoldaşının  yanında  əyləşdi.  İçəridə  oturanların 

hamısı  hökmlü  donyaya  təqdim  edildi.  Bəli,  bəli.  İzabella 

Barreto çox hökümlü, tələbkar, rəhmsiz və qürurla danışan bir 

Kastiliya  idalqosu  idi.  Çox  vaxt  müəyyən  məsələlərdə  həyat 

yoldaşının  işinə  qarışır  və  ona  lazımlı  məsləhətlər  verərək,  öz 

hökmünü  yeridirdi.  Admiral  sözsüz  ki,  onun  ağıllı  məsləhətlə-

rini  qeyd-şərtsiz  qəbul  edirdi.  Bu  da  İzabellanın  ağıllı  və 

təkəbbürlü qadın olmasından xəbər verirdi. 

-  Araukanların  özbaşınalığı  və  həyasızlığı  haqqındakı  söz-

söhbətlər  artıq  buralara  gəlib  çıxıb  və  bir  çox  adamlar  öz 

narazılıqlarını  gizləmirtlər.  -  deyə  admiral  de  Neyra  başını 

təəssüflə  tərpədə-tərpədə  təmkinlə  dilləndi.  -  Hamı  bizim 

konkistadorların  faciəli  surətdə  məğlub  olmalarından  bərk 

acıyır.  Çünki  uzun  müddətdir  ki,  bizim  konkistadorlar  Yeni 

Dünya sahillərində belə bir məğlubiyyətlə üzləşməmişdi. 

- Don Alvaro, həqiqətən də bizim ekspedisiya faciəli surətdə, 

bir  çox  zabitlərin  özbaşınalığı  və  səhlənkarlığı  ucbatından 

Araukaniyada  məğlubiyyətə  uğrayıblar.  -  deyə  kapitan  Xuan 

ehtiramla  dilləndi.  -  Halbuki  biz  həmin  məğlubiyyyətlə 

üzləşməyə də, bilərdik. Sadəcə olaraq, araukanlar bizim kobud 

səhvimizə görə qələbə bayrağını əldə edə biliblər. 

- Cənab kapitan, həmin müharibədə ispan əsgərinin şərəf və 

ləyaqəti  alçaldılıb.  -  deyə  admiral  narazı  halda  Xuan  ilə 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə