  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə21/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   17   18   19   20   21   22   23   24   ...   135

                                                     

 

  



                                                                            

                                                    

79 

xasiyyəti  tündləşir,  sərtləşir  və  qəddarlaşırdı.  Qızıl  demək  olar 



ki,  bura  gələn  mühacirlərin  və  konkistadorların  98%-də 

xasiyyətini  360°  dəyişir.  Bura  can  atan  adam  qızıl  aldə  etmək 

üçün həmişə əlini qana bulamalı idi. Əks təqdirdə o, ya ölməli, 

ya da ki, ömrünün axırına kimi kasıb qalmalı idi. 

Yer  kürəsinin  dərisi  sayılan  yer  qabığının  altında  yerləşən 

həmin  təbii  sərvət  bir  çox  adamlara  və  millətlərə  bədbəxtçi-

likdən  başqa  bir  şey  gətirmir  və  şəffaf  parıltısı  ilə  bir  çox 

metallardan  fərqlənən  qızılın  sonrakı  sahibləri  də  özlərinə 

xoşbəxtlik  əldə  edə  bilmirdilər.  Öz  parıltısı  ilə  hər  bir  adamı 

valeh  edən  qızıl,  sanki  Yer  kürəsinin  natarazlıq  simvolu 

sayılırdı. Kimi bədbəxt, kimi isə qismən xoşbəxt olurdu. Atanı 

oğuldan,  oğulu  atadan,  çox  hallarda  isə  dostu-dostla  düşmən 

edirdi.  

Amerika  qitəsinin  sivilizasiya  beşikləri  olan  Anauak 

(Meksika), Maiya (Yukatan yarımadası) və Tauantinsuyu (Peru) 

dövlətləri qızıla görə konkistadorlar tərəfindən məhv edilmişdir. 

Həmin  dövlətlərdə  qiymətli  metallar  olmasa  idi,  onda  güclü 

müqavimət  nəticəsində  onlar  öz  müstəqilliklərini  qoruyub 

saxlaya  bilərdilər.  İlkin  mərhələdə  konkistadorlar  Yeni  Dünya 

sahillərinə  ayaq  basan  zaman  çox  hallarda  ideya  uğrunda 

döyüşürdülər.  Sonradan  varlanmaqdan  ötrü  Amerika 

aborigenlərini qılıncdan keçirməyə başladılar. Məhz qızıla görə 

qısa  müddət  ərzində  Ölü  vadisindən  tutmuş,  ta  ki,  Frouard 



                                                     

 

  



                                                                            

                                                    

80 

burnuna kimi nəhəng bir ərazi İspan krallığına daxil edildi. Elə 



Araukaniyanın  da  aqibəti  Anauak,  Maiya  və  Tauantinsuyu 

dövlətlərinin aqibəti kimi olacaqdı. O, da ki, Pedro Valdiviyanın 

yürüşləri və ondan beş-altı il sonra baş verən yürüşlər zamanı. 

Həmin  dövrdə  ideya  uğrunda  döyüşən  konkistadorların  sayı-

hesabı yox idi. Onlar mütəşəkkil surətdə Amerika qitəsində olan 

hər  hansı  bir  güclü  dövləti  darmadağın  edə  bilərdilər.  Lakin 

həmin  konkistadorlar  Meksikadan  tutmuş  Perunun  cənub 

sərhədlərinə  kimi  iri  bir  ərazidə  kök  saldılar.  Araukaniyanı 

əsarət  altına  almaq  üçün  qorxunun  nə  olduğunu  bilməyən 

döyüşçüləri bir yerə toplamaq heç bir sərkərdəyə qismət olmadı. 

Elə  indi  də  kapitan  Xuan  Odovaldo  həmin  vəziyyətə 

düşmüşdür.  İspaniya  bir  daha  Yeni  Dünya  sahillərinə  Ernan 

Kortes,  Fransisko  Pisarro,  Visente  Yanyes  Pinson,  Vasko  de 

Balboa,  Alonso  Oxeda,  Diyeqo  Nikuesa,  Fransisko  Ernandes 

Kordova,  Xuan  Qrixalva,  Diyeqo  Almaqro,  Pedro  Valdiviya, 

Diyeqo  Ordas,  Pedro  Eredeya,  Qonsalo  Ximenes  Kesada, 

Fransisko  Orelyana,  Pedro  Mendosa,  Xuan  Ayolas,  Alvaro 

Nunyes Kavesa de Vaka, Fransisko Vaskes Koronado, Ernando 

de  Soto,  Migel  Lopes  Leqaspi,  Sevastyan  Moyano  de 

Belalkasar kimi tanınmış sərkərdə konkistadorları tapıb göndərə 

bilməzdi. Tarix heç bir səhvi bağışlamır. 

Vaxt  var  idi  Araukaniyanı  zəbt  etmək  üçün  gözəl  fürsət 

yaranmışdı.  Lakin  həmin  fürsət  əldən  verilmişdi.  Artıq  bu 



                                                     

 

  



                                                                            

                                                    

81 

problemi həll etmək müşkül məsələyə çevrilmişdir. Hal-hazırda 



İspaniyanın özünə Avropada hərbi əməliyaytlar aparmaq üçün, 

yuxarıda  adlarıı  çəkilən  sərkərdələr  lazım  idi.  Artıq  belə  bir 

tanınmış  döyüşçü,  konkistador  və  müstəmləkəçiləri,  daş-

kəsəklərlə,  sıldırım  qayalarla,  vahiməli  vulkanlarla  və  uca 

dağlarla  əhatə  olunmuş  Araukaniyanın  zəbt  edilməsinə  cəlb 

etmək, həddindən artıq mürəkkəb iş sayılırdı.  

Bütün konkistadorlar mifik Eldoradonu tapmaq üçün Cənubi 

Amerikanın  şimalında  olan  ərazilərini  ələk-vələk  etmişdilər. 

Lakin  hələ  də  həmin  ölkə  tapılmamış  kimi  qalırdı.  Buna 

baxmayaraq,  Amerika  qitəsində  məskunlaşan  konkistadorlarda 

heç  də  ruh  düşgünlüyünə  rast  gəlmək  olmurdu.  Onlar 

Eldoradonu  tapmaqdan  ötrü  yeni-yeni  ekspedisiyalara  can 

atırdılar.  Avropadan  yenicə  gəlmiş  konkistadorlarda  ruh 

düşgünlüyünün  səbəbi  o  idi  ki,  onlar  boş-boşuna  dayanmaq 

istəmir  və  hər  hansı  bir  ekspedisiyada  iştirak  etməyə  üstünlük 

verirdilər.  Düzdür,  hələlik  onlar  qızıl  yataqları  ilə  bol  olan 

Eldorado xəstəliyinə tutulmamışdılar. Elə İspaniyada olan vaxt 

onlar  eşitmişdilər  ki,  Amerika  qitəsinin  bir  çox  yerləri  qızıl 

yataqları  ilə  zəngindir.  Onlar  zənn  edirdilər  ki,  həmin  torpağa 

ayaq  basandan  çox  keçməmiş,  güc  və  bacarıq  hesabına 

varlanmaq  olar.  Elə  kapitan  Xuana  tabe  olan  bir  çox 

konkistadorlar  hesab  edirdilər  ki,  Araukaniyada  da  külli 

miqdarda  qiymətli  metallar  və  bər-bəzək  əşyaları  var.  Lakin 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə