  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə22/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   18   19   20   21   22   23   24   25   ...   135

                                                     

 

  



                                                                            

                                                    

82 

Araukaniya  Amerika  qitəsinin  ən  kasıb  ərazilərindən  biri 



sayılırdı. Məhz buna görə də bir çox mərd, cəsur, qorxmaz və 

döyüşkən konkistadorlar həmin kompaniyada iştirak etməkdən 

boyun qaçırırdılar. Araukaniya köhnə konkistadorlar üçün Allah 

tərəfindən  qarğınmış  torpaq  sayılırdı.  Bu  torpağı  ələ  keçirmək 

hələ heç kimə müəssər olmamışdı. 

 

 



 

 

 



      VIII fəsil. Admiral Alvaro Mendanya de  

           Neyra ilə olan maraqlı diskussiya 

 

Anasından uzun  müddət ayrı düşməsinə baxmayaraq Migel 



atasından ötrü Limada darıxdırıcı günlər keçirirdi. Özündən asılı 

olmayaraq,  o,  tezliklə  atası  ilə  görüşüb,  onunla  iştirak  etdiyi 

maraqlı səyahətlər haqqında söhbət aparmaq istəyirdi. Necə olsa 

da,  kapitan  Leon  Kartahena  Dünya  okeanında  və  Yeni  Dünya 

sahillərində fəaliyyət göstərmiş tarixi baxımından vacib, coğrafi 

baxımdan maraqlı və əhəmiyyətli səyahətlərdə iştirak etmiş və 

hal-hazırda  Sebastyan  Belalkasar  tərəfindən  əsası  qoyulmuş 

Kito  şəhərində  mifik  ölkə  sayılan  Eldoradonun  axtarılmasına 

yollanacaq,  növbəti  ekspedisiyada  iştirak  etmək  üçün  Antonio 



                                                     

 

  



                                                                            

                                                    

83 

Berrio-i-Orunyanın  dəvətini  gözləyirdi.  Həmin  bu  ekspedisiya 



öz  missiyasını  yerinə  yetirmək  üçün  bu  ilin  sonuna  qədər 

Orinoko çayı hövzəsinə yollanmalı idi. Heç kim dəqiq bilmirdi 

kapitan Leon həmin ekspedisiyadan neçə ildən sonra qayıdacaq. 

Adətən Eldoradonun axtarılması bir neçə il davam edirdi. Migel 

isə  atası  ilə  görüşməyə  imkan  olan  bir  zaman,  Limada  boş-

boşuna oturub onu gözləmək fikrində deyildi. O, Kitoya getmək 

üçün  fürsət  axtarırdı.  Bir  neçə  aydan  sonra  onun  vaxtı 

olmayacaqdı.  Çünki  Araukaniyanın  işğalı  üçün  Limada  cənub 

istiqamətinə yeni ekspedisiya təşkil edilirdi. 

Migelin özündən başqa iki qardaşı vardı: biri on yeddi yaşlı 

Pedro,  o  birisi  isə  on  üç  yaşına  çatmış  Rodriges  idi.  Hazırda 

atası  səfərdə  olduğundan  Pedro  evdə  böyüklük  edirdi.  Sözsüz 

ki,  məcazi  mənada  idi.  Əsasən,  evin  bütün  təsərrüfat  işlərinə 

onun  anası  Seviliya  Valdiviya  rəhbərlik  edirdi.  Migel  Limaya 

gəlməyənə  qədər,  hələ  indiyədək  qardaşlarının  üzünü 

görməmişdi. Elə anası ilə atasının da simalarını  o, demək olar 

ki,  xatırlada  bilmirdi.  Ona  görə  ki,  onlar  Migel  uşaq  ikən 

İspaniyanı  tərk  edib  Peru  sahillərinə  getmişdilər.  Atasından 

başqa  o,  bütün  ailə  üzvləri  ilə  yaxından  tanış  olmuşdu.  Lakin 

atasının portreti qonaq zalından asılmış və Migel qiyabi olaraq, 

onun  xarici  görünüşü  ilə  tanış  olmuşdu.  İndi  o,  atasını  harada 

görsə,  çox  asanlıqla  tanıya  bilərdi.  Onsuz  da  Migelin  güclü 




                                                     

 

  



                                                                            

                                                    

84 

hafizəsi  vardı.  Lakin  atasına  tanışlıq  verilməsə  heç  vaxtı  öz 



oğlunu tanıya bilməzdi. 

Bilindiyi  kimi  Sevilya  məşhur  ispan  konkistadoru,  Çilinin 

zəbt edilməsində böyük rol oynamış və coğrafi kəşflər tarixində 

dərin iz buraxmış Pedro Valdiviyanın qızı idi. Mərhum atasına 

görə Limanın bütün tanınmış və  mötəbər adamları Seviliyanın 

xətrini  əziz  saxlayırdılar.  Belə  adamlardan  biri  Perunun  vitse-

kralının  yaxın  qohumu  olan  tanınmış  ispan  səyyahı  Alvaro 

Mendanya de Neyra idi. O, hər vəchlə bu ailəyə özünün kömək 

əlini uzadırdı. Ümumiyyətlə, nə Seviliya, nə də ki, onun ailəsi 

maddi  və  mənəvi  cəhətdən  korluq  çəkmir  və  demək  olar  ki, 

kapitan  Leon  uzun  və  uzaq  səfərlərdə  olanda,  onların  heç  bir 

şeyə  ehtiyacları  olmurdu.  Migel  Limaya  gələndən  Alvaro 

Mendanya ilə yaxından tanış olmuş və onun ailəsinin sevimlisi 

olmuşdur. Migel onların qapısından keçəndə,  sanki evə  həmin 

ailənin bir üzvü kimi daxil olurdu. 

Migelin  ortancıl  qardaşı  Pedro  Kalyaoda  dənizçilik 

məktəbində  şturmanlıq  vəzifəsinə  yiyələnmək  üçün  kurslar 

keçirdi.  Kapitan  Leon  istəyirdi  ki,  onun  bütün  övladları 

nəsillərinin  ən  əsas  sənəti  sayılan  səyahətçi  və  tədqiqatçı 

olsunlar.  O,  üç  övladından  yalnız  birinə  özünün  əsas  fikrini 

yönəltmişdi - Pedroya. Pedro onun Yeni Dünya sahillərində ən 

böyük  övladı  sayılırdı.  Atasının  fikrincə  o,  peşəkar  bir  dənizçi 

kimi  şturman  vəzifəsinə  yiyələnməli  və  hər  hansı  bir  okeanda 



                                                     

 

  



                                                                            

                                                    

85 

təşkil  ediləcək  nəhəng  bir  ekspedisiyada  iştirak  etməlidir. 



Lakin  Alvaro  Mendanya  de  Neyra  qabaqcadan  bildirmişdir 

ki,  o,  Sakit  okeanda  “Cənub  torpağını”  aşkar  etmək  üçün 

növbəti ekspedisiya təşkil etmək fikrindədir və Pedro həmin 

ekspedisiyada iştirak edəcək və gəmilərin birinə baş şturman 

təyin ediləcək. Yaşının az olmasına baxmayaraq, admiral de 

Neyra  onun  təcrübəsinə  və  bacarığına  vurulmuşdur.  Onun 

fikrincə,  Pedro  XVII  əsrin  ən  tanınmış  səyyahlarından  biri 

olacaq.  Sadəcə  olaraq,  onun  kimi  təcrübəli  dənizçiləri 

qorumaq lazımdır. Hətta Perunun vitse-kralı ona böyük qayqı 

göstərirdi.  Sözsüz  ki,  Pedronun  özü  bütün  bu  dəstəklərdən 

xəbərdar idi. 

Onun  kiçik  qardaşı  on  üç  yaşı  tamam  olan  kimi  keşikçi 

gəmisində yunqa kimi işləməyə başlamışdır. Peşəkar dənizçi 

olmaq  üçün  o,  sınaq  məktəbini  müvəffəqiyyətlə  başa 

çatdırmalı  idi.  Kapitan  Leon  ona  da  böyük  ümid  bəsləyirdi. 

O,  da  Pedro  kimi  müvəqqəti  olaraq  Kalyaoda  yaşayırdı. 

Lakin  Pedroya  nisbətən  tez-tez  evinə  gəlib  anasına  baş 

çəkirdi. Migel Limaya ayaq basandan bir dəfə Pedro, üç dəfə 

isə Rodriges ilə görüşüb ünsiyyətdə olmuşdu. 

Kapitan Xuan öz ekspedisiyasının qalığı ilə Lima şəhərinə 

gəlib  çıxandan  bir-iki  gün  sonra  şəhərdə  yaşayan  əhalinin 

əksəriyyəti  həmin  ekspedisiyanın  uğursuzluğu  haqqında 

müzakirələr  aparmağa  başladı.  Qısa  müddət  ərzində  burada 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə