  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə118/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   114   115   116   117   118   119   120   121   ...   135

                                                     

 

  



                                                                            

                                                    

466 

-  Başqalarına  nisbətən  sənin  şansın  çox  böyükdür.  -  deyə 



kapitan ciddi halda dilləndi. - Sən əsl usta kimi döyüşürsən. 

On  nəfərlik  düşmənin  əhatəsindən  çox  bacarıqla  və  çətinlik 

çəkmədən  çıxa  bilirsən.  Heç  bir  düşmən  qüvvəsi  sənin 

qılıncının zərbəsi altında tab gətirə bilmir. 

- Cənab Odovaldo, bu dəfə biz iki yüz-iki yüz əlli nəfərlik 

döyüşçünün  təşkil  etdiyi  mühasirəni  yarmalıyıq.  -  deyə 

Migel  xüsusilə  bu  faktı  vurğuladı.  -  Bunu  etmək  isə  xeyli 

müşkül bir işdir. 

- Axı, biz belə bir mühasirənin əhatəsindən çıxa bilmişik. 

Onda araukanlar bizim təzyiqimizə tab gətirə bilməmişdilər. 

Bu  dəfə  də  Allahın  köməyi  ilə  biz  bu  işin  öhdəsindən  gələ 

bilərik. Unutmaq lazım deyil ki, artıq onların gözü qorxub. 

-  Onların  gözü  qorxsaydı,  belə  bir  ciddi-cəhdlə  hücuma 

hazırlaşmazdılar.  Qaldı  ki,  bizim  mühasirə  yarmağımıza;  o 

vaxtı  bizim  qüvvəmiz  xeyli  çox  idi.  İndi  isə  biz  on  iki 

nəfərik, onun da yarısı yaralıdır. Biz bu qüvvə ilə mühasirəni 

yara bilmərik. 

-  Bir  neçə  saat  bundan  əvvəl  sən  deyirdin  ki,  hinduların 

qurduğu mühasirəni yarmaq vacibdir. İndi isə deyirsən ki, bu 

mümkün deyil. 

-  Mən  indi  də  deyirəm  ki,  mühasirəni  yarmaq  lazımdır, 

amma qaranlıq çökəndə. 




                                                     

 

  



                                                                            

                                                    

467 

-  Deməli,  sən  bizim  əməliyyatın  uğurlu  keçəcəyinə 



inanmırsan?  Onda  sən  nə  təklif  edirsən?  Axı,  araukanlar 

hücuma hazırlaşır. 

- Ən əsas gecəyə kimi vaxtı uzatmaq lazımdır. Gecə vaxtı 

isə  Allahın  köməyi  ilə  mühasirəni  yarmağa  çalışarıq.  Məhz 

həmin əməliyyat zamanı biz müvəffəqiyyət əldə edə bilərik. 

- Biz vaxtı necə uzada bilərik? 

-  Yalnız,  düşmənlə  danışığa  getməklə!  Biz  elə  etməliyik 

ki, hava qaralana qədər hücumun vaxtı uzansın. 

- Mən, araukanlarla danışığa gedim? - deyə kapitan əli ilə 

özünü  göstərərək  təəccüb  içində  dilləndi.  -  Mən  heç  vaxt 

bizim əsgərlərin qanını  axıdan adamlarla danışıqlara getmə-

rəm.  Mənim  diplomatik  qələmim  kəmərimdən  asılan 

qılıncımdır. Qabağıma  çıxan hər bir araukanı  kəlmə kəsmə-

dən doğramağa hazıram. 

-  Hökmən  deyil  ki,  həmin  danışıqlarda  yalnız  siz  iştirak 

edəsiniz.  Bu  danışıqları  araukanların  xasiyyətinə  bələd  olan 

Leandro apara bilər. 

-  Tutalım  ki,  Leandronun  namizədliyi  qəbul  edildi.  Bəs, 

vəhşiləri hansı üsul ilə danışıqlara cəlb edəcəyik? Axı, onlar 

sivilizasiyadan uzaq bir tayfadır. 

-  Ən  adi  üsul  ilə!  -  deyə  Migel  qətiyyətlə  dilləndi.  - 

Hücumun başlanmasına bir neçə dəqiqə qalmış biz ağ parça 

qaldırarıq. 



                                                     

 

  



                                                                            

                                                    

468 

- Nə deyirəm ki? - deyə kapitan çiyinlərini çəkdi. - Lakin 



bütün  üstünlüklər  onlardadır.  Vəhşilər  heç  bir  danışığa 

getməyəcəklər. 

Hər  şey  Leandroya  izah  ediləndən  sonra  Migelgil  arau-

kanların  hücuma  necə  hazırlaşdığını  tamaşa  etməyə 

başladılar.  Araukanlar  isə  əvvəlki  kimi  hazırlıq  işləri  görür-

dü. Təpə hər tərəfdən mühasirəyə alınmışdır. Aşağı düşməyə 

bir dənə olsun cığır boş qalmamışdır. Ox atanların arxasında 

nizə  ilə  silahlanan  döyüşçülər  dayanmışdı.  Ancaq  çox 

maraqlı  idi,  düşmən  hələ  bir  neçə  metr  irəli  qalxa  bilərdi. 

Nədənsə,  onlar  öz  əvvəlki  yerlərində  dayanmışdılar.  İrəli 

keçməyə də fikirləri yox idi. Onlar hücumun vaxtını uzatmaq 

istəyirdilər. 

Şimal  tərəfdə  yerləşən  kənddə  də  hərəkət  dayanmışdı. 

Bağlamalar  kəndin  çığacağına  yığılmışdı,  camaat  isə  öz 

evlərinə qayıtmışdı. Onlar evlərinin yanından burada nə baş 

verdiyini izləyirdilər. 

 

 

 



 

 

 

 


                                                     

 

  



                                                                            

                                                    

469 

   XVIII fəsil. Döyüş vaxtının süni uzadılması 

 

Getdikcə Havanın qaralmasına çox az qalırdı. Birdən vadi 



tərəfdən  təpəyə  bir  atlı  qalxmağa  başladı.  Həmin  atlı  ox 

atanlardan  da  qabağa  keçərək  atının  belindən  düşdü  və 

konkistdorları səslədi.  Atlı ispan  dilində qışqırırdı ki, dəstə-

nin başçısı onunla danışığa çıxsın. Dərhal bu haqda kapitana 

xəbər verildi. 

Hadisənin  belə  gedişatını  heç  kim  gözləmirdi.  İspanlara 

danışıq  lazım  olduğu  bir  halda  araukanlar  özləri  danışığa 

gəlmişdi.  Əvvəlcə  danışıldığı  kimi  danışığa  Leandro 

göndərildi. O, təpənin başından on metr aşağı endi. Danışığa 

gələn  hindu  isə  konkistadora  iyirmi  metr  qalmış  ayaq 

saxladı.  Migel  ilə  kapitan  danışığı  yuxarıdan  izləməyə 

başladılar.  Migel  onu  tanıdı.  O,  Koro  idi.  Öz  gücünə  çox 

güvəndiyindən  Koro  danışığa  tək  gəlmişdi.  Amma  əsl 

cəngavər  kimi  silahlanmışdı  -  ispan  qılıncı,  lanset,  tapança, 

belindən  isə  kaman  ilə  balta  asılmışdı.  Hindu  sərkərdəsinin 

belə bir şəkildə silahlanması, ətrafda toplaşan silahdaşlarının 

hücuma  keçəcəklərindən  xəbər  verirdi.  Koro  qarşısındakı 

konkistadoru  görən  kimi,  tezliklə  burada  zabitin  iştirak 

etməsini tələb etdi. Bu tələb qoyulanda Leandro yerində mat-

məəttəl  qaldı.  Araukanlar  kimin  zabit  olduğunu  çox  yaxşı 

bilirdilər. Belə bir vəziyyətdən çıxmağa çalışan Leandro izah 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə