  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə116/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   112   113   114   115   116   117   118   119   ...   135

                                                     

 

  



                                                                            

                                                    

458 

     XVII fəsil. Konkistadorlar mühasirəyə  

   alınsalar da, araukanlar hücum çəkməyə  

                       cürət etmirlər 

 

Günortaya  az  qalmış  Leandro  dəstəni  təpələrin  sərhədinə 



çatdırdı.  Təpələrin  arası  ilə  dağlara  sarı  getmək  istəyirdi  ki, 

kəşfiyyatçı  xeyli  qabaqda  əlli  nəfərə  yaxın  araukan 

döyüşçüsünü  gördü.  Bu  haqda  dərhal  kapitana  məlumat 

verildi. Aborigenlər sanki hansısa əməliyyatdan qayıdırdılar. 

Burada  qərar  qəbul  edilməli  idi:  konkistadorlar  ya 

düşmənlə  üzbəüz  gedib  onlarla  döyüşməli,  ya  da  ki,  qərbə 

gedən yoldan imtina etməli idilər? Leandro isə təklif etdi ki, 

burada  olan  bütün  araukanların  başını  qatmaq  üçün  onlar 

yaxınlıqdakı  təpənin  birində  mövqe  tutsunlar.  Kapitan  artıq 

risqə getməmək üçün Leandronun variantına üstünlük verdi. 

Konkistadorlar  dərhal  yaxınlıqdakı  tənənin  üstünə  qalxaraq 

orada  mövqe  tutdular.  Təpənin  hündürlüyü  təxminən  65-70 

metr  olardı  və  üstü  o  qədər  geniş  idi  ki,  orada,  hətta  yeddi 

dənə  cökə  ağacı  bitirdi.  Bu,  konkistadorlar  üçün  hərtərəfli 

olaraq  sərfəli  bir  yer  sayılırdı.  Qızmar  günəşin  şüalarından 

gizlənmək  və  düşmən  hücuma  keçən  zaman  ağacların 

arxasında  müdafiə  xətti  tutmaq  olardı.  Həm  də  buradan  bir 

çox  yerləri  müşahidə  etmək  mümkün  idi.  Araukanların 

yaşayış məskənləri və dislokasiya yerləri göz qabağında idi. 



                                                     

 

  



                                                                            

                                                    

459 

Ən  əsas  isə  vadidə  yerləşən  kəndlərdə  nə  baş  verdiyini  çox 



asanlıqla  seyr  etmək  olardı.  Bundan  əlavə  konkistadorlarda, 

yaxşıca istirahət etmək üçün əlverişli imkan yaranırdı. Döyüş 

baş  verənə  qədər  heç  kim  onların  istirahətinə  maneəçilik 

törədə  bilməzdi.  Həmin  təpənin  asanlıqla  konkistadorlar 

tərəfindən  tutulması,  qarşıda  dayanan  araukanlar  tərəfindən 

buraxılan  ən  böyük  səhv  sayılırdı.  Axı,  onlar  dərhal  döyüşə 

başlamaqla ispanlara böyük maneəçilik törədə bilərdilər. 

Təpənin  aşağısında  olan  hər  bir  hindu  konkistadorların 

burada  göstərdikləri  sərbəst  hərəkətlərinə  mat-məəttəl  qal-

mışdı. Onlar hələ də öz yerlərindən tərpənməmişdilər. Sanki 

kiminsə göstərişlərini gözləyirdilər.  

Səhər  vaxtı  konkistadorların  keçdiyi  çaydan,  hazırda 

şimaldan  gələn  hinduların  iri  bir  qüvvəsi  keçirdi.  Onların 

sayı  təxminən  600-700  nəfər  olardı.  Şübhə  yox  ki,  həmin 

qüvvə  şimalda  konkistadorlar  üçün  güclü  bir  pusqu 

qurmuşdu.  Lakin  ispanlar  həmin  yerə  bir  neçə  liq  qalmış 

istiqamətlərini,  gözlənildiyi  kimi,  qərbə  döndərmişdilər. 

Necə olsa da əvvəlcədən həll olunmuşdu ki, Anqud körfəzinə 

çatmaq  üçün  qərb  istiqamətində  hərəkət  etməlidilər.  Arau-

kanlar  isə  ispanların  qərbə  dönməsini  gözləmirdilər.  Onlar 

elə  bilirdi  ki,  konkistadorların  bu  kiçik  dəstəsi  şimaldan 

gələrək əsirləri azad edir və elə həmin istiqamətdə də Arau-

kaniyanı tərk edəcəklər. Böyük bir səhvə yol verən araukan-



                                                     

 

  



                                                                            

                                                    

460 

lar  ispanları  mühasirəyə  almaq  üçün  təpəyə  tərəf  gəlirdilər. 



Həmin  qoşunun  tərkibində  altı  nəfər  atlı  da  vardı.  Atlıların 

ikisi  çapa-capa  vadinin  şimalındakı,  ikisi  isə  cənubundakı 

kəndlərə,  yerdə  qalan  atlılar  isə  təpəyə  üz  tutdular.  Təpənin 

üstündə dayanan konkistadorlar atlara həsrətlə nəzər salırdı-

lar. Axı, necə olsa da onların əksəriyyəti at belində düşmənə 

qarşı  əsl  ustalıqla  döyüşürdülər.  Sağdan,  soldan  gələn 

düşmənləri  qılıncla  paralamaq  onlar  üçün  heç  bir  çətinlik 

törətmirdi. 

Polkovnik  Alonso  ekspedisiya  ilə  Anqud  körfəzinə 

gələndə  nəzərdə  tutulduğu  kimi  özü  ilə  çoxlu  at  gətirəcək. 

Çünki  süvari  dəstəsi  bu  müharibədə  böyük  rol  oynayacaq, 

qaçmağa  çalışan  düşməni  təqib  etməyə  böyük  köməklik 

göstərəcək. Ertəsi günü isə okeanda heç bir qeyri-adi hadisə 

baş  verməsə,  ekspedisiya  nəzərdə  tutulan  yerə  çıxarılacaq. 

Amma kapitan Xuan başçılıq etdiyi dəstə ilə deyilən vaxtda 

Anqud  körfəzinə  çıxa  bilməyəcəkdi.  Halbuki  qarşıdakı 

hündür  olmayan  dağları  keçəndən  sonra  Anqud  körfəzinə 

çıxmaq  olar.  Araukanlar  onlara  bu  imkanı  verməyəcəyi 

düşmənə  aydın  idi.  Çünki  azğınlaşmış  araukanlar  hər  tərəf-

dən  konkistadorların  mövqe  tutduğu  təpəni  yavaş-yavaş 

mühasirəyə alırdılar. Xuan isə kiçik bir dəstə ilə mühasirəni 

yarmaq  fikrində  deyildi.  Hər  bir  döyüşçü  bütün  bacarığı  ilə 

müdafiə xəttini saxlamalı idi. Aborigenlər təpənin ətrafına iri 



                                                     

 

  



                                                                            

                                                    

461 

bir  qüvvə  gətirirlərsə,  deməli  onlar  konkistadorları  məhv 



etmək  üçün  hücuma  başlayacaqlar.  Çünki  ispanların  sayı 

həddindən  artıq  az  idi.  Lakin  saatların  keçməsinə  baxmaya-

raq hindular hücuma keçməyə tələsmirdilər. Düşmən qorxur-

du  ki,  bu  hücum  zamanı  konkistadorlar  araukanların 

qüvvəsindən bir çoxunu məhv edə bilər. 

Aborigenlərin  təpənin  ətrafına  toplaşmasından  kapitan 

azacıq  da  olsun,  təşvişə  düşməmişdi.  Əksinə  olaraq  o,  dörd 

nəfərdən  başqa  bütün  dəstəyə  istirahət  etməyə  icazə 

vermişdi. Qalan dörd nəfər təpənin hər bir tərəfinin keşiyini 

çəkirdi. Onlar hinduların hərəkətlərini izləyir və qeyri-adi bir 

şey  görən  kimi  o  dəqiqə  kapitana  xəbər  verməliydilər. 

Kapitan özü isə təpənin hər bir enişini nəzərdən keçirirdi. Bu 

vaxtı  Migel  təpənin  qərb  enişini  qoruyurdu.  Təpənin  məhz 

bu enişinin aşağısından, ta dağlara qədər qalın olmayan meşə 

yerləşirdi.  Həmin  yerdə  hinduların  sayı  heç  yüz  nəfər 

olmazdı.  Arxadan  ona  yaxınlaşan  kapitan  dərindən  ah 

çəkərək dedi: 

-  Mən  hər  bir  enişi  yoxladım  və  belə  başa  düşdüm  ki, 

araukanların  ən  az  qüvvəsi  bu  enişdə  yerləşdirilib.  Maraqlı-

dır, görəsən onlar nəyə görə belə ediblər? 

-  Mənə  elə  gəlir,  aborigenlərin  çox  hissəsi  ağacların 

arxasında  gizlənib.  -  deyə  Migel  kapitana  nəzər  salmadan 

soyuqqanlıqla  dilləndi.  -  Ola  bilməz  ki,  araukanlar  təpənin 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə