  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə114/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   110   111   112   113   114   115   116   117   ...   135

                                                     

 

  



                                                                            

                                                    

450 

Migelgil  çox  keçmədən  çaydan  olan  keçidi  tapdılar. 



Həmin  yer  ispanların  qurduqları  düşərgədən  70-80  metr 

şimalda  idi.  Orada  keçidin  eni  təxminən  30  metr  olardı. 

Ancaq  həmin  keçid  asanlıqla  tapılmamışdı.  Bunun  üçün 

Migel sinəsinə kimi suya girməli olmuşdu. Suyun soyuqluğu 

ilə havanın soyuqluğu bir-birinə qarışmışdı.  

İspanlar balaca bir tonqal yandırmışdılar. Migel qızınmaq 

üçün tez özünü tonqala çatdırdı. Ətrafda yaşayan hindular da 

tonqal  qalamışdılar.  Araukanlar  tonqalın  işığından  onları 

uzaqdan  da  müəyyən  edə  bilərdi.  Kapitanın  fikrincə  gizlən-

məyin heç bir xeyiri yox idi. Onsuz da ertəsi günü konkista-

dorlar  açıqdan-açığa  qərb  istiqamətində  öz  hərəkətlərini 

davam  etdirəcəklər.  Onlar  qəti  olaraq  silahlı  toqquşmadan 

çəkinmirdlər. 

İlk növbədə ən yorğun və yaralı döyüşçülərə yatmaq üçün 

icazə  verildi.  Qısa  müddət  ərzində  qızınan  Migel  öz  yerini 

rahatlayaraq  tezliklə  yuxuya  getdi.  Nə  onu,  nə  də  ki, 

Leandronu səhər açılana qədər heç kim narahat etməməliydi. 

Çünki onların ikisi də gün ərzində ən ağır işlərin öhdəsindən 

gəlmişdilər. 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

451 

         XVI fəsil. Çay kənarında axıdılan qan 

 

Sentyabrın 21-də dan yeri yenicə  söküləndə çayı keçmək 



üçün  bütün  konkistadorlar  hazırlıqlı  vəziyyətə  gətirildi. 

Leandro kapitana bildirdi ki, araukanlar maneəçilik törətmə-

sələr,  onlar  iki-üç  saat  ərzində  xeyli  yol  gedə  bilərlər.  Həm 

də o, konkistadorları gizlin  yol ilə Lyankiue gölünün cənub 

sahilindən keçməklə Anqud körfəzinin şimal sahilinə aparıb 

çıxara  bilərdi.  Həmin  yola  çıxsalar  araukanlarla  toqquşma 

ehtimalı da azalırdı. 

Birinci çayı Karlos keçdi. Qalan konkistadorlar bir-birinin 

ardınca  yavaş-yavaş  çayı  keçməyə  başladılar.  Migel  ilə 

Leandro  çayı  keçməyə  tələsmirdilər.  Onlar  hamıdan  təcrid 

olunaraq  hansısa  məsələni  müzakirə  edirdilər.  Onlardan 

qabaq Antonio Xorxe idi. O, dostlarını xəbərdar edərək çayı 

keçmək  istədi.  Elə  bu  vaxtı  arxada,  gizlincə  təpənin  üstünə 

çıxmış üç hindu göründü. Həmin təpə fitsroya ağacı ilə keçi-

din arasında yerləşirdi. Təpə ilə sahildə dayanan konkistador-

ların arasındakı məsafə təxminən 50 metr idi. 

Hər  üç  hindu  kamanlarla  silahlanmışdı.  Onlar  Antonionu 

nişan alaraq ox atdılar. Hədəf uzaq olduğu üçün təlafat olma-

dı. Bu zaman Antonio qılıncını əlinə alaraq təpəyə tərəf yeri-

di. Təpənin hündürlüyü təxminən 5 metr olardı. Sağ tərəfdə 

(Migelgilə yaxın olan yer) altı hündür kolluqlarla əhatə olun-



                                                     

 

  



                                                                            

                                                    

452 

muş  iki  dənə  buk  ağacı  vardı.  Hava  sakit  olsa  da,  kolluqlar 



azacıq  tərpənirdi.  Leandro  o  dəqiqə  şübhələndi  və  Migelə 

bildirdi ki, kolluqların arxasında kimsə gizlənib. Antonio bir 

az gedərək Migelin çağırışı ilə ayaq saxladı.  

Yaxınlıqda  hinduların  sayı  üç  yox,  xeyli  çox  ola  bilərdi. 

Xuan  da  sahilin  o  tayından  qışqırırdı  ki,  döyüşə  girişməyib 

vaxt itirmədən çayı keçsinlər. Leandro əmrə tabe olaraq çaya 

daxil  oldu.  Antonio  isə  bilmirdi  nə  etsin  təpəyə  qalxsın, 

yoxsa  geriyə  dönsün.  Sahildə  dayanan  Migel  vəcdə  gələn 

konkistadoru  bir  daha  səslədi.  Məhz  bundan  sonra  Antonio 

üzünü dostuna tərəf döndərdi. Elə bu vaxt hər üç hindu aşağı 

enərək Antonionu ox ilə dəqiq nişan aldılar. Səs-küyü eşidən 

Antonio cəld hindulara tərəf döndü və həmin an yerə uzandı. 

Atılan  oxlar  onun  başının  üstündən  keçdi.  Fürsəti  əldən 

vermək istəməyən araukanlar əllərinə balta alıb Antonionun 

üstünə  hücum  etdilər.  Vəziyyəti  belə  görən  Migel  dostuna 

kömək etmək üçün ona tərəf getmək istədi. Lakin kolluqların 

arxasından  çıxan  dörd  hindu  ani  surətdə  cavan  zadəganın 

qarşısını  kəsdilər.  Öz  sayıqlığını  itirməyən  Migel  qılınc  və 

lansetini əlinə alaraq hazırlıqlı vəziyyətdə durdu. Təzə qüvvə 

ilə  dörd  nəfərə  qarşı  döyüşmək  Migel  üçün  heç  bir  çətinlik 

törətmirdi. Lakin hinduların sayı arta bilərdi.  

Sahilin  ağzındakı  döyüş  şiddətli  xarakter  aldı.  Konkista-

dorlar  arasında  peşəkar  döyüşçü  kimi  tanınan  Migel  ilkin 



                                                     

 

  



                                                                            

                                                    

453 

toqquşma  zamanı  hindunun  birini  ustalıqla  qılıncdan  keçirt-



di. Antonio da düşmənin birini yaralamağa müvəffəq oldu. 

Sahilin  o  tayında  dayananlar  kapitanın  verəcək  göstəriş-

lərini gözləyirdilər. Kapitan isə hələlik döyüşçülərini sahilin 

o biri tayına göndərməyə tələsmirdi. Hərdənbir,  döyüşənləri 

sahili  keçməy  tələsdirirdi.  Migel  istəyirdi  ki,  sahili  birinci 

Antonio  tərk  etsin.  Məhz  buna  görə  də  o,  döyüşü 

dayandırmamağı  qərara  aldı.  Migel  çalışırdı  ki,  araukanları 

sıxışdıraraq  öz  silahdaşı  ilə  birləşsin.  Birləşəndən  sonra 

konkistadorlar  yavaş-yavaş  döyüş  meydanını  tərk  edə  bilər-

dilər. Altı nəfərə qarşı döyüşmək onlar üçün həqiqi mənada 

heç  bir  çətinlik  törtmirdi.  Lakin  burada  döyüşən  araukanlar 

çox  bacarıqlı  və  təcrübəli  döyüşçülər  idi.  Ehtiyatla 

döyüşməklərindən  ispanlar  o  dəqiqə  başa  düşdülər  ki,  onlar 

xüsusi dəstədə döyüşən peşəkar döyüşçülərdir. Çünki Migel 

nə qədər cəhd göstərirdisə, onların arasında çaşqınlıq yarada 

bilmirdi. Ancaq bir az keçəndən sonra cavan zadəgan xüsusi 

fənd  işlədərək  hindunun  birini  sağ  budundan  ağır  yaraladı. 

Həmin hindu ağrıya dözə bilməyib sol dizi üstə yerə çökdü. 

Bu müvəffəqiyyət Migelə böyük üstünlük qazandırdı. Yaralı 

hindu artıq xəsarət almasın deyə, dostları bir-birinin ardınca 

Migelin  üzərinə  balta  ilə  zərbələr  endirməyə  başladılar. 

Həmin  məqamda  yaralı  hindu  yavaş-yavaş  geri  çəkilməyə 

başladı.  Elə  bu  vaxt  Antonio  üzərinə  hücum  edənlərdən 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə