  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə111/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   107   108   109   110   111   112   113   114   ...   135

                                                     

 

  



                                                                            

                                                    

438 

-  Dəqiq  deyə  bilmərəm  həmin  kənddə  olmuşam,  ya  yox. 



Ancaq  bu  yerlər  mənə  çox  tanış  gəlir.  Buna  baxmayaraq, 

mən hər an həmin kəndə getməyə hazıram. 

- Sən, Migel, arbalyotçu cəngavər Dias və Karlos Murilyo 

kəndə  qonaq  gedin.  -  deyə  kapitan  dərhal  tapşırıq  verməyə 

başladı. - Ehtiyatla elə hərəkət edirsiniz ki, sizin kəndə girib-

cıxmağınızdan  heç  kimin  xəbəri  olmasın.  Heyvanları  ələ 

keçirən kimi dərhal kəndi tərk edin. 

- Nə vaxt yola düşək? - deyə Migel maraqlandı. 

- O biri uşaqlar hazır olan kimi vaxt itirmədən yola düşün. 

- deyə kapitan tərəddüd etmədən dilləndi. - Bütün əməliyyat 

səhər açılana kimi başa çatmalıdır. 

Onların  dördü  də  yaxşı  silahlanaraq  kəndə  tərəf  yola 

düşdülər.  Leandro  çətinliklə  olsa  da,  silahdaşlarını  həmin 

kəndin  girəcəyinə  çatdırdı.  Yaşayış  məntəqəsi  bir  qədər 

yüksəklikdə  yerləşirdi.  Müharibə  şəraitində  olan  bu  kənd, 

başqa  kəndlər  kimi  ciddi  mühafizə  olunurdu.  Döyüşçülər 

kəndə  daxil  olan  yolların  üstündə  tonqallar  qalayıb  gəlib-

gedənlərə nəzarət edirdilər. Lakin  onlar kəndə  daxil olmağa 

çalışan konkistadorlara heç bir maneəçilik törətmirdi. Çünki 

konkistadorlar  kəndə  daxil  olmaq  üçün  başqa  üsuldan 

istifadə  edirlər.  Onlar  kəndin  ətrafında  yavaş-yavaş  dövrə 

vuraraq ora daxil olmaq üçün münasib yer tapdılar. Yaşayış 

məntəqəsinin içərisinə meşə tərəfdən dərin olmayan bir dərə 



                                                     

 

  



                                                                            

                                                    

439 

uzanırdı.  Həmin  dərə  ilə  kəndə  daxil  olmaq  heç  də  çətinlik 



törətmirdi. Kəndin bu hissəsində tam sakitlik idi. Döyüşçülər 

buradan  qat-qat  uzaqda  idi.  Migelgil  yavaş-yavaş  oradakı 

evlərin birinə yaxınlaşdılar. Onlara əsasən tövləsi olan evlər 

lazım idi. Hava həddindən artıq qaranlıq olduğundan həmin 

evləri  uzaqdan  təyin  etmək  çox  çətin  idi.  Göydəki  Ay  para 

olduğundan  Yerin  səthini  yarımçıq  işıqlandırırdı.  Lakin  çox 

çəkmədən onlar yarıyacan tikilmiş bir tövləyə yaxınlaşdılar. 

Tövlədə  beş  quanako  və  on  dörd  dənə  keçi  vardı. 

Avropalıların  Yeni  Dünya  sahillərinə  gətirdikləri  keçilər 

tezliklə Çilinin şimal ərazilərinə kimi yayılmışdı. 

Kəşfiyyatçıların yaxınlaşdığı tövlə bir hindu evinə bitişik 

idi.  Karlos  ilə  Leandro  keçiləri  bağlamaq  üçün  tövləyə 

girdilər. Qərara alınmışdı ki, quanako əvəzinə düşərgəyə beş-

altı  dənə  keçi  aparsınlar.  Keçiləri  aparmaq  çox  sərfəli  idi. 

Lakin  kəşfiyyatçılar  içəri  girən  kimi,  heyvanlar  tövlədə 

mələşməyə  başladılar.  Elə  bu  dəmdə  evdəkilər  yuxudan 

ayıldılar.  

Migel  ilə  Dias  pusquda  dayanmışdı.  Onlar  evdən  çölə 

çıxan hər bir adamı zərərsizləşdirməli idilər. Elə də oldu. Bir 

yaşlı  və  cavan  hindu  təəccüb  içində  çölə  çıxaraq  tövləyə 

daxil  olmaq  istədilər.  Lakin  bayırdakı  ispanlar  bir  anın 

içərisində  onları  yumruq  zərbələri  ilə  huşsuz  hala  saldılır. 

Onlar  hinduları  bıçaq  ilə  də  məhv  edə  bilərdilər,  sadəcə 



                                                     

 

  



                                                                            

                                                    

440 

olaraq zərərsizləşdirdilər. Evdə yenə də adamlar vardı. Çünki 



içəridə,  bir  az  keçəndən  sonra  şam  yandırıldı.  Pusquda 

dayananlar dərhal içəri girib evdə olan yaşlı qadınla, uşağın 

üzərinə  hücum  çəkib  onları  bir  güncə  sıxdılar.  Çöldəki 

hinduları  da  evə  gətirib  hamının  ayaq  və  qollarını  sarıdılar, 

ağızlarına  isə  qışqırmasınlar  deyə,  parça  basdılar.  Sonra  isə 

evdə  olan  bütün  çörəkləri  bir  iri  torbaya  yığdılar.  Hindular 

qorxurdular ki, ispanlar onları gedəndən sonra  öldürəcəklər. 

Halbuki  Migelgilin  mülki  adamları  öldürməyə  fikirləri  yox 

idi.  

Konkistadorlar  özlərilə  yeddi  keçi  və  bir  kisə  çörək 



götürüb kəndi tərk etdilər. Onlar özləri ilə yalnız qara rəngli 

keçi götürmüşdülər. Hər konkistador çiyninə iki keçi almışdı. 

Yalnız  Leandro  bir  keçi  və  çörək  ilə  dolu  olan  kisəni 

götürmüşdü.  Hər  bir  hərəkətlərində  ehtiyatlı  olan  konkista-

dorlar səhərin açılmasına az qalmış düşərgəyə çatdılar. Hamı 

onların gətirdikləri sovqat ilə tam razı oldu. Ekspedisiya bura 

gələnə kimi onlar ərzaqla təmin olunmuşdular. 

Elə  səhərin  açılmasına  az  qalmış  ispanlar  keçi  ətindən 

bozbaş bişirdilər. 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

441 

         XV fəsil. Qərbə gedən bütün yollar  

      araukanlar tərəfindən mühafizə olunur 

 

Gecəki  reyddən  sonra  Koro  öz  dəstəsilə  həmin  kəndə 



gəldi.  Basqına  məruz  qalan  araukanların  öldürməməsi  və 

ümumiyyətlə ispanların gəlib bura çıxması hinduların hamı-

sında  təəccüb  hissi  oyatdı.  Koro  öz-özünə  düşündü:  Axı, 

nəyə görə həmin adamlar öldürülməmişdilər? Koro o dəqiqə 

başa  düşdü  ki,  ispanlardan  yalnız  beş-altı  nəfəri  bu  kəndə 

basqın edib. Ona görə ki, onlar heyvanların hamısını özlərilə 

apara  bilməmişdilər.  Bundan  əlavə  ispanlar  haradasa  bu 

kəndə yaxın bir yerdə mövqe tutublar. Onları axtarıb tapmaq 

lazımdır. 

Dərhal bütün ətrafa kəşfiyyatçılar göndərildi. Bütün yollar 

araukanların ciddi nəzarəti altına götürüldü. Yolları mühafizə 

edən  döyüşçülərin  sayı  iki  dəfə  artdı.  Xüsusən  də  qaranlıq 

çökəndən  sonra  diqqətli  olmaq  hamıya  tapşırıldı.  Ən  mahir 

ovçular gecə gələn ispanların ləpirlərinin hara getdiyini ayırd 

etməyə  başladı.  Onlar  təxmini  olsa  da,  konkistadorların 

haradan gəldiyini müəyyən etdilər. İspanların düşərgə saldığı 

yerə hinduların ən bacarıqlı kəşfiyyatçıları göndərildi və beş-

altı  saatdan  sonra  onların  yerini  təyin  edə  bildilər.  Bu  vaxt 

ispanlar  yolun  üstündəki  təpədə  mövqe  tutaraq  qərbə  və 

cənuba burulan yola nəzarət edirdilər.  




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə