  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə108/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   104   105   106   107   108   109   110   111   ...   135

                                                     

 

  



                                                                            

                                                    

426 

olmasına  baxmayaraq  o,  hələ  də  müqavimətini  dayandır-



mırdı. Sanki o, aldığı yaranın ağrısını hiss etmirdi. O, hələ də 

çoşmuş şir kimi döyüşürdü. Araukanlar onu birdəfəlik məhv 

etmək  üçün  şiddətli  hücuma  keçdilər.  Ağır  vəziyyətdə  olan 

Diyeqo  üstünə  şığıyan  hindunun  birini  də  zərərsizləşdirə 

bildi.  Lakin  son  anda  onu  daha  da  zəiflətmək  üçün 

aborigenlər  arxadan  nizə  ilə  sol  budunu  yaraladılar.  Ağrını 

hiss  edən  Diyeqo  arxaya  dönmək  istədi  ki,  elə  həmin 

məqamda  onu  sağ  tərəfdən  nizə  ilə  vurdular.  Nizə  onun 

qabırğasına batdı. Yara həddindən artıq möhkəm olduqundan 

Diyeqo  özünü  saxlaya  bilməyib  bərkdən  qışqırdı  və  dizləri 

üstə yerə çökdü. Artıq o, son dəqiqələrini yaşayırdı. 

Migel  çıxılmaz  bir  vəziyyətə  düşmüşdü.  O,  Osvaldonu 

belə  bir  vəziyyətdə  qoyub  Diyeqonun  köməyinə  gedə  bil-

məzdi.  Ona  görə  ki,  araukanlar  Osvaldonu  da  qətlə  yetirə 

bilərdilər.  Onsuz  da  Diyeqo  hindular  tərəfindən  tam 

yararsızlaşdırılmışdı.  O,  sol  əli  ilə  qabırğasını  tutub  hələ  də 

qışqırırdı. Lakin aborigenlər öz həmlələrini dayandırmışdılar. 

Onlar  ağır  yaralanmış  konkistadoru  əsir  almaq  istəyirdilər. 

Hindunun  biri  ona  yaxınlaşmaq  itəyirdi  ki,  Diyeqo  var 

gücünü toplayıb ayağa qalxdı və bir göz qırpımında qılıncını 

rəqibinin  qarnına  sancdı.  Vəcdə  gələn  araukanlar  Diyeqoya 

aman  vermədən  bir-birinin  ardınca  onun  üzərinə  nizə  və 

baltalarla dalbadal zərbələr endirdilər. Cəngavər, sanki para-



                                                     

 

  



                                                                            

                                                    

427 

para  oldu.  Sonra  isə  hindular  öz  hücumlarını  sağ  qalan 



konkistadorların üzərinə yönəltdilər. 

Elə bu dəmdə əks tərəfdən muşketlərin atəş səsləri eşidildi 

və  oradakı  səs-küy  daha  da  qızışdı.  Hindular  yenə  də  nəsə 

qışqırıb  döyüş  meydanını  tərk  etməyə  başladılar.  Migel  ilə 

Osvaldonu  mühasiryə  alan  hindular  da,  gözlənilmədən 

buranı cənub istiqamətində tərk etdilər. Burada nə baş Verdi-

yini  anlamaq  heç  də  çətin  deyildi.  Sözsüz  ki,  o  biri  tərəfdə 

döyüşən konkistadorlar əks hücuma keçmişdilər. Araukanlar 

isə  həmin  hücumun  qarşısında  tab  gətirməyib  döyüş 

meydanını tərk etmişdilər. 

Migel  ilə  Osvaldo  təhlükənin  sovuşduğunu  görən  kimi 

cəld Diyeqonun meyitinə yaxınlaşdılar. Onun sifətini demək 

olar ki, tanımaq olmurdu. Başı və sifəti bir neçə yerdən dərin 

yara ilə yarılmışdı. Bədəni də deşik-deşik olmuşdu. Yağışın 

yağmasına  baxmayaraq  onun  ətrafı  qanla  dolmuşdu.  Onun 

həm  qılıncı,  həm  də  tapançası  hindular  tərəfindən  götürül-

müşdü.  Lakin  Osvaldonun  da  vəziyyəti  heç  də  ürəkaçan 

deyildi.  Onun  sağ  qoltuğunun  altında  dərin  yara  əmələ 

gəlmişdi.  Migel  cəld  öz  köynəyinin  ətəyini  cırıb  dostunun 

yarasını  sarıdı. Osvaldo dostunun ölümündən  ağır kədərlən-

diyindən  yarasının  ağrısını  hiss  edə  bilmirdi.  O,  keyimiş 

halda dedi: 




                                                     

 

  



                                                                            

                                                    

428 

-  Yazıq  Diyeqo  yaman  sarsılmışdı.  Biz  onu  ölümün 



pəncəsindən qurtara bilmədik. 

-  Bir  neçə  dəqiqə  də  biz  ehtiyatla  müdafiə  olunsaydıq, 

onun  aqibəti  belə  acınacaqlı  olmazdı.  -  Migel  ağır  iztirabla 

dilləndi. - O, özü-öz təhlükəsizliyini əldən verdi. Lakin buna 

baxmayaraq,  Diyeqo  əsl  ispan  cəngavəri  kimi  döyüşdə 

fədakarcasına  həlak  oldu.  O,  heç  vaxt  bizim  yaddaşımızdan 

çıxmayacaq. 

 

 



 

 

 



 XIV fəsil. Konkistadorlar düşmənin qüvvəsini  

                            azdırırlar 

 

Təsəvvür edildiyi kimi hinduların qurduğu pusquya düşən 



kapitan  Xuangil  idi.  Pusqudan  istifadə  edən  araukanlar 

həmin  dəstədən  Pedro  Ramosu  və  Migel  Varesi  qətlə 

yetirmişdilər.  Migelgil  olmasaydı,  ispanların  itkisi  daha  çox 

olmalı,  hindular  isə  çox  asanlıqla  buranı  tərk  edəcəkdilər. 

Onların  gözlənilmədən  döyüşə  qatılması  araukanların  bütün 

planlarını  alt-üst  etmişdi.  Düşmən  elə  bilmişdi  ki,  ispanlar 

onları  mühasirəyə  almağa  çalışır.  Odur  ki,  arukanlar  çox 



                                                     

 

  



                                                                            

                                                    

429 

müqavimət  göstərmədən  döyüş  meydanını  tərk  etməyə 



məcbur olmuşdular. 

Migelgilin meşədə görünmələri o biri silahdaşları arasında 

böyük  əks-sədaya  səbəb  oldu.  Baxmayaraq  ki,  bu  döyüşdə 

Diyeqo  Urtado  qəhrəmancasına  həlak  olmuşdu.  Konkista-

dorların Migel ilə Osvaldonu sağ gördüyündən sevinclərinin 

həddi-hüdudu  yox  idi.  Çünki  hamı  elə  bilirdi  ki,  onlar 

hinduların fikirlərini özlərinə cəlb etməkdən ötrü, bilərəkdən 

başladıqları  qeyri-bərabər  döyüşdə  özlərini  qurban  verərək 

həlak olmuşdular. Onların sağ qalması möcüzə sayılırdı. Beş 

nəfərin  hindularla  dolu  olan  bir  kənddən  sağ  çıxması  heç 

inanılası deyildi. Konkistadorların bu döyüşdə itki verməsinə 

baxmayaraq, hamı Migel ilə Osvaldonu ağır döyüşlərdən sağ 

çıxmaları münasibətilə alqışladılar. Xüsusən də kapitan Xuan 

fərəh hissilə onların hər ikisini qucaqladı. 

Bu döyüşdə qələbə qazanmaqlarına baxmayaraq konkista-

dorlar  hələ  də  təhlükə  altında  idilər.  Çünki  hindular  onlara 

çox  yaxın  bir  yerdə  yerləşmişdilər.  Hər  an  araukanlar 

tərəfindən hücum baş verə bilərdi. Kapitan Xuan buranı tərk 

etməmişdən əvvəl dəstəyə yarım saatlıq istirahət vaxtı ayırdı. 

Bu  vaxt  ərzində  onlar  hinduların  qızartdıqları  əti  yeməli  və 

paralel olaraq istirahət etməli idi. Döyüşdə bir neçə adam da 

yaralanmışdı, lakin onların yarası xoşbəxtlikdən ağır deyildi. 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə