  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə105/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   101   102   103   104   105   106   107   108   ...   135

                                                     

 

  



                                                                            

                                                    

414 

qorxmaz cəngavərlərindən biri idi. Onun ölümü heç bir ispan 



əsgərinin  fikrindən  yan  keçməməlidir.  Araukaniya  bu 

tükürpərdici  həşaratlardan  tamamilə  təmizlənməlidir.  Əla-

həzrət kral  Filipp müharibəni günü bu gün dayandırsa belə, 

mən hindulara elan etdiyim müharibəni dayandırmayacağam. 

Araukanların  hamısı  törətdikləri  cinayətə  görə  yer  üzündən 

yox edilməlidir. 

Migel ayağa qalxıb Diyeqoya ötəri nəzər saldı və hiddətlə 

dedi: 


-  Araukanlar  çoxdan  mənim  şəxsi  düşmənlərim  sayılır. 

Lakin  biz  burada  hamımız  bir  nəfərə  kimi  qanuna  riayət 

etməliyik.  Çünki  biz  hamımız  burada  İspanyanı  təmsil  edir 

və  kral  II  Filipp  naminə  döyüşürük.  Bizim  II  Filippin 

sözündən  çıxmağa  mənəvi  haqqımız  yoxdur.  Biz  elə  etmə-

liyik  ki,  qısa  müddət  ərzində  bu  müharibədə  araukanların 

fəaliyyətinə son qoyaq. Bu torpaqda həlak olan hər bir ispan 

əsgərinin  qisassı  yırtıçı  hindulardan  alınmalıdır.  Onlar 

törətdikləri  cinayətə  görə  öz  başları  ilə  cavab  verməlidirlər. 

Ancaq  artıq  emosiyalara  qapanmaq  lazım  deyil.  Yoxsa, 

hiyləgər  araukanlar  bu  fürsətdən  bacarıqla  istifadə  edərlər. 

Bu vəziyyətdən çıxmaq üçün biz ilk növbədə kapitan Xuanın 

dəstəsilə birləşməliyik. 

-  Biz  istehkamdan  çıxandan  sonra  möhkəm  halqalı 

mühasirəyə  düşməsəydik,  onda  hamımız  həmin  döyüşdən 



                                                     

 

  



                                                                            

                                                    

415 

sağ-salamat  çıxa  bilərdik.  -  deyə  Osvaldo  təəssüflə  olsa  da, 



bunu  xüsusilə  qeyd  etdi.  -  Sanki  araukanlar  bütün  qüvvə-

lərini  bizim  üzərimizə  tökmüşdülər.  Yoxsa,  onlar  heç  cürə 

bizə bata bilməzdilər. 

-  Açığını  desəm,  bizim  heç  birimiz  həmin  döyüşdən  sağ-

salamat  çıxmamalıydıq.  -  deyə  Migel  xeyli  fikrə  gedəndən 

sonra  heç  kimə  nəzər  salmadan  aludəliklə  dilləndi.  - 

Araukanlar  həqiqətən  də  bütün  qüvvələrini  bizim  üzərimizə 

yönəltmişdilər və biz hamımız həmin döyüşdə qırılmalıydıq. 

Sadəcə  olaraq,  biz  dumanın  köməyi  ilə  həmin  qanlı 

döyüşdən yaxa qurtara bildik. 

Migelgil hinduların istehkamda və kəndin özündə müdafiə 

işlərilə  məşğul  olduğunu  seyr  etməyə  başladılar.  Onlar 

burada  möhkəm  müdafiə  xətti  yaratmaq  istəyirdilər.  Arau-

kanlar hətta kəndin ətrafında qazma işlərilə də məşğul idilər. 

Onlar  xəndək  qazırdılar.  Tikinti  işlərinin  təhlükəsizliyini 

təmin  etmək  üçün  kənddən  çox-cox  uzaqlarda  kiçik  qruplu 

hindu  dəstələri  gəzişirdi.  Onlar  bir  növ  kəşfiyyata  çıxmış-

dılar.  Sanki  aborigenlər  geçə  istehkamdan  yoxa  çıxmış 

konkistadorları  axtarırdılar.  Hətta  Migelgil  dayanan  gölmə-

çənin  də  yanına  on  beş  nəfərlik  bir  dəstə  gəlirdi.  Hindular 

ispanların harada olduqlarını müəyyən edə bilərdilər. 

Migel çox yaxşı bilirdi ki, düşmən onların yerini müəyyən 

etsə, onda mühasirədən çıxmaq heç də asan olmayacaq. Ona 



                                                     

 

  



                                                                            

                                                    

416 

görə ki, bütün ətraf açıqlıqdan ibarət idi, ikincisi isə ispanlar 



yorğun  hala  düşmüşdülər.  Onlar  yuxusuz  idilər.  İstirahət 

etmək  üçün  heç  bir  şərait  yox  idi.  Migel  ilk  növbədə  bu 

haqda  fikirləşməliydi.  Ac,  susuz,  yuxusuz  və  yorğun  bir 

vəziyyətdə araukanlar onları çox asanlıqla məhv edə bilərlər. 

Konkistadorlar oturduqları yerdə yuxuya gedirdilər. Lakin 

bir  az  keçməmiş  yağış  yağmağa  başladı.  Onlar  cəld  iri  bir 

araukariya  ağacının  altında  özlərinə  sığınacaq  tapdılar. 

Yağışdan  qorunmaq  üçün  bura  müvəqqəti  yer  sayılırdı. 

Yağış  güclənsə,  bu  ağacın  da  onlara  heç  bir  xeyri 

olmayacaqdı. Migel yaxşı başa düşürdü ki, göydəki buludlar 

həddindən artıq sıxlıq təşkil edir. Onların əriməsi üçün xeyli 

vaxt  lazımdır.  Deməli,  yağış  təxminən  axşama  kimi  yağa 

bilərdi.  Bu  isə  konkistadorların  xeyrinə  deyildi.  Bundan 

əlavə gün kimi aydın idi ki, indiki yağış qısa bir müddətdən 

sonra  leysan  ilə  əvəz  olunacaq.  Bununla  da  bütün  ətraf 

palçıqlığa  dönəcək.  Yaxın  ətrafda  kəşfiyyat  ilə  məşqul  olan 

hindular  yağışdan  qorunmaq  üçün  ağaclı  yerə  qaçırdılar. 

Araukanlar konkistadorlara nisbətən demək olar ki, lüt idilər.  

Leysan  yağışı  başlananda  bütün  ətraf  boz  pərdənin 

arxasında yoxa çıxdı. Yağışdan göz açıb ətrafa diqtətlə nəzər 

salmaq  mümkün  deyildi.  Qısa  müddət  ərzində  hər  tərəf 

balaca gölməçələrə və palçığa döndü. Migelgil dərə kimi bir 

yerdə  idilər  və  yuxarıdan  heç  kimə  təhlükə  törətməyən 



                                                     

 

  



                                                                            

                                                    

417 

balaca  sellər  tökülürdü.  Bunun  nəticəsində  onların  ayağı 



yavaş-yavaş  suyun  içinə  batırdı.  Onlar  buranı  tərk  edib 

yaxınlıqdakı  təpəyə  qalxdılar.  Təpədə  ağaclar  çoxluq  təşkil 

edirdi. 

Migelgil yuxarı qalxan kimi yanbayan bitən üç araukariya 

ağacının altında özlərinə sığınacaq tapdılar. Lakin burada da 

ağaclar  leysan  yağışı  qarşısında  açiz  idi.  Əlacsız  qalan 

konkisqadorlar  heç  bir  şeyə  əhəmiyyət  vermədən  tamamilə 

əldən  düşmüş  halda  yerə  oturdular.  Onlar  özlərində  olan 

barıtı gücbəla ilə yağışdan qoruyub saxlayırdılar. 

Axşama  az  qalmış  leysan  zəif  yağışla  əvəz  olundu. 

Konkistadorlar  sıxma  su  içində  idilər  və  soyuqdan  onları 

üşütmə  bürümüşdü.  Onlar  hərəkət  etməsələr,  çox  keçmədən 

soyuqdəyməyə  tutula  bilərdilər.  Həm  də  qarşıda  uzun  və 

soyuq gecə vardı və həmin gecəyə hazırlaşmaq lazım idi.  

Tonqal  qalamaq  üçün  ispanlar  buradan  ən  azı  bir  liq 

aralanmalıydılar.  Çünki  aborigenlər  onları  burada  görə 

bilərdilər.  Qaranlıq  çökməmiş  konkistadorlar  şimal-şərq 

istiqamətində  buranı  tərk  etmək  fikrinə  düşdülər.  Təxminən 

bir  liqdən  bir  qədər  çox  həmin  istiqamətdə  meşəli  dağların 

sərhədi  başlayırdı.  Onlar  tezliklə  özlərini  ora  çatdırmalıy-

dılar. 

Göydəki  buludların  yerləşməsindən  və  hərəkətindən  o 



dəqiqə müəyyən etmək olar ki, gecə vaxtı da güçlü leysan öz 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə