  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə102/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   98   99   100   101   102   103   104   105   ...   135

                                                     

 

  



                                                                            

                                                    

402 

hava  xeyli  soyuqlaşmışdı  və  istehkamdan  çıxıb  onlara  tərəf 



gəlmək istəyən hər bir konkistadoru çətinlik çəkmədən görə 

bilsinlər.  Kəndin  istehkama  yaxın  olan  bir  hissəsində  cəmi 

iki  tonqal  yandırılmışdı.  Tonqalın  birisi  vaxtilə  əsirlərin 

saxlanıldığı sarayın yaxınlığında təşkil edilmişdi. 

Havanın  kəskin  surətdə  soyuması  And  dağlarından  gələn 

buludların sayəsində baş vermişdi. Topa-topa buludlar göyün 

üzünü  tutmuş  və  Yer  kürəsinin  işıqlanmasında  iştirak  edən 

Ay  ilə  ulduzların  qarşısını  kəsmişdi.  Qəribə  olsa  da,  yağış 

hələ  də  yağmırdı.  Hələ  hava  qaralmamışdan  əvvəl  And 

dağları  qalın  duman  altında  yoxa  çıxmış  və  həmin  duman 

getdikcə kəndə tərəf şığıyırdı. Gecə saat 12 olsa da, hələ də 

duman  özünün  qalın  pərdəsi  ilə  kəndin  yaxınlığında 

görünmürdü.  Kənddə  mühasirəyə  düşmüş  konkistadorlar 

həmin  dumandan  səmərəli  istifadə  etmək  istəyirdilər. 

Əməliyyatın  başlanmasına  təxminən  üç  saat  vaxt  qalmışdı. 

Həmin  müddət  ərzində  duman  özünün  tor  pərdəsini  kəndin 

üzərinə ata bilərdi. 

Araukanlarda  heç  bir  şübhə  doğurmamaq  üçün  həmişəki 

kimi istehkamın daxilində iki dənə tonqal qalandı. Guya ki, 

konkistadorlar özlərinin müdafiə xəttləri ilə məşğuldurlar. 

Migelgil  öz  silahlarını  hazırlıqlı  vəziyyətə  gətirirdilər. 

Bəzi  konkistadorlar  isə  leytenant  Vaskonun  övladlarının  və 

bir neçə saat bundan əvvəl həlak olmuş Robertonun dəfni ilə 



                                                     

 

  



                                                                            

                                                    

403 

məşğul  idilər.  Qərara  alınmışdı  ki,  onları  istehkamın  qərb 



divarları  qarşısında  dəfn  etsinlər.  Birincisi,  həmin  divarın 

tikintisi tam başa çatdırılmış, ikincisi isə, həmin yerdə torpaq 

yumşaq  idi  və  həmin  ərazi  balaca  taxta  çəpərə  alınmışdı. 

Vaxtilə  hindular  orada  nə  isə  tikmək  istəyiblər.  Dəfn 

mərasimi başa çatandan sonra kəndi nəzarət altında saxlayan 

keşikçi  kapitana  xəbər  verdi  ki,  təpə  tərəfdən  kəndi  duman 

bürüməyə  başlayır.  Bu  konkistadorlar  üçün  şad  xəbər  sayı-

lırdı.  Mühasirəni  yarmaq  üçün  konkistadorlar  üçün  əlverişli 

imkan yarandı. 

Yarım saatdan bir az çox vaxt keçmişdi ki, duman kənddə 

tonqal  qalayan  hinduları  haqladı.  Elə  həmin  anda 

konkistadorlar kəndirin köməyi ilə istehkamın şərq divarı ilə 

aşağı  düşməyə  başladılar.  Təlimata  görə  bütün  əməliyyat 

ehtiyatla görülməli idi. Çünki araukanlar dumanın köməyi ilə 

istehkama  yaxınlaşa  bilərdilər.  Migelgil  aşağı  düşən  kimi 

əllərinə lanset alıb tonqallara tərəf irəliləməyə başladılar. 

Hava  soyuq  olduğuna  görə  hinduların  demək  olar  ki, 

hamısı tonqalların ətrafına toplaşmışdılar. Bu məlum məsələ 

idi.  Çünki  onlar  yarıçılpaq  vəziyyətdə  idilər.  Odur  ki,  onlar 

qızınmaq  imkanını  əldən  buraxmırdılar.  Fürsətdən  istifadə 

edən  ispanlar  çətinlik  çəkmədən  kəndin  sərhədinə  yaxınlaş-

dılar. Kəndin bu hissəsi qalın duman altında idi. 




                                                     

 

  



                                                                            

                                                    

404 

Yolda  Migel  qəribə  hadisənin  şahidi  oldu.  Burada 



cəmləşən  araukanların  əksəriyyəti  kənddə  yerləşən  evlərdə 

toplaşmışdılar.  Migel  belə  bir  fikrə  gəldi  ki,  kapitan 

tərəfindən verilən tapşırığı onlar yerinə yetirə bilməyəcəklər. 

Çünki araukanlar evlərdə çox idi. Keşikçi hinduların də sayı 

çoxluq təşkil edirdi. Lakin buna baxmayaraq Migelgil təpəyə 

yaxın  olan  iki  evi  yandırmağı  qərara  aldılar.  Osvaldo  ilə 

Sebastyan  sağ  tərəfdəki  evi  (həmin  evi  dörd  nəfər  hindu 

mühafizə edirdi), qalanları isə sol tərəfdəki evi (oranı isə beş 

nəfər  hindu  mühafizə  edirdi)  yandırmalı  idilər.  Evlər  bir-

birindən  təxminən  10-12  metr  aralı  idilər.  Əməliyyat  eyni 

vaxtda  başlanmalı  və  araukanlara  gözlənilməz  hücum 

endirilməli idi. Hindular ispanların gəlişindən xəbərsiz idilər. 

Hava  həddindən  artıq  qaranlıq  idi.  Demək  olar  ki,  ən 

yaxın  məsafədə  göz-gözü  görmürdü.  Migel  birinci  qabağa 

getdi. O, havanın qaranlıqdan istifadə edib, əlində lanset lap 

kənarda  dayanan  hinduya  yaxınlaşdı.  Evin  keşiyini  çəkən 

araukan  soyuqdan  sanki  keyimişdi,  məhz  buna  görə  də  o, 

Migelin  gəlişini  hiss  etmədi.  Cavan  zadəgan  sol  əli  ilə 

arxadan  hindunun  ağzını  tutub  elə  həmin  anda  lanseti  onun 

ürəyinə sancdı. O, bu işin öhdəsindən böyük ustalıqla gəldi. 

Migel ikinci düşmənə yaxınlaşan zaman artıq silahdaşları da 

əməliyyata  başladılar.  Bütün  keşikçilər  səssizcə  məhv 

edilməli idi.  



                                                     

 

  



                                                                            

                                                    

405 

Migel  növbəti  qurbanına  yaxınlaşanda  hindu  cəld  ona 



tərəf döndü və araukan dilində nəsə dedi. Həmin sözün sakit 

tərzdə  söyləməsindən  belə  başa  düşmək  olar  ki,  o,  cavan 

zadəganı öz dostu ilə səhv salmışdı. Lakin  Migel ona aman 

vermədən cəld sıçrayışla lanseti onun sinəsinə keçirtdi. Sonra 

isə  üçüncü  qurbanının  üstünə  cumdu.  Əməliyyat  zamanı 

hindulardan  biri  „ah“  çəkib  xırıltılı  bir  səs  çıxarda  bildi. 

Lakin səsin heç bir əhəmiyyəti yox idi. Qısa müddəq ərzində 

iki  evi  mühafizə  edən  keşikçilər  aradan  götürüldü.  Vaxt 

itirilmədən evlər yandırıldı. Konkistadorlar əvvəlki bölgü ilə 

evlərin qapısından bir qədər aralı dayandılar.  İçəridən çıxan 

hər  bir  hindu  dərhal  konkistadorlar  tərəfindən  öldürülməli 

idi.  Lakin  təlimata  əsasən,  hələ  bir  neçə  dənə  də  ev 

yandırılmalıdır.  İstehkamdakı  konkistadorların  mühasirəni 

yarıb  çıxması,  məhz  kəndin  o  biri  başında  bir  neçə  evin 

yandırılmasından  asılı  idi.  Lakin  kəndin  evlərini  həddindən 

artıq çox hindu mühafizə edirdi. 

Qapıların  aqzında  iki  silahdaşını  saxlayıb,  Migel  uşaqlıq 

dostları  ilə  birlikdə  əllərində  məşəl  növbəti  evə  şığıdı. 

Dumanın  qalınlığından  və  havanın  qaranlığından  hindular 

hələ aydın başa düşmürdülər ki, kəndin bu hissəsində nə baş 

verir.  Bu  əməliyyat  konkistadorlar  tərəfindən  elə  ildırım 

sürətilə  həyata  keçirilirdi  ki,  araukanlar  orada  nə  baş 

verdiyini  yoxlamağa  belə  imkan  tapmadılar.  Migelgil 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə