  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə103/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   99   100   101   102   103   104   105   106   ...   135

                                                     

 

  



                                                                            

                                                    

406 

növbəti  evə  yaxınlaşan  kimi  orada  düşmənlə  üzləşdilər. 



Migel qarşısına çıxan hindunun başına dərhal qılınc ilə zərbə 

endirərək,  cəld  o  birisinin  üzərinə  hücum  etdi.  Ancaq 

gözlənilmədən  keşikçilər  müqavimət  göstərməkdən  boyun 

qaçırtdılar. 

Migel  əlindəki  məşəl  ilə  qarşısındakı  evi  yandırmağa 

başladı.  Osvaldo  ilə  Sebastyan  yaxınlıqdakı  evə  can  atdılar. 

Oradakı evi yandıran kimi hindular hər iki cəngavəri əhatəyə 

aldı. Burada qızğın döyüş başlandı. 

Artıq  burada  yavaş-yavaş  səs-küy  baş  qalxmağa  başladı. 

Araukanlar  döyüşə-döyüşə  cürbəcür  çığırtılar  çıxarırdılar. 

Bundan  əlavə  soyuq  silahların  bir-birinə  dəyib  cingiltili 

səslər  çıxarması  qaranlıqda  olan  hər  bir  adamı,  burada 

döyüşün  getməsindən  xəbərdar  edirdi.  Araukanlar  hər 

tərəfdən səs gələn tərəfə axışmağa başladılar. 

Migel  dostlarına  bildirdi  ki,  tezliklə  Vaskogilin  yanına 

getsinlər.  Çünki  ayrı-ayrılıqda,  pərakəndə  şəkildə  hindular 

asanlıqla onları məğlubiyyətə uğrada bilərlər. Migel özü geri 

qayıdan  zaman  beş-altı  düşmənin  əhatəsinə  düşdü.  Lakin  o, 

özü  qılınc  və  lanseti  ilə  hücuma  keçdi.  Evlərin  alışması 

nəticəsində gecə vaxtı  döyüş  meydanı hərtərəfli işıqlandırıl-

mışdı.  Belə  olan  halda  hindular  neçə  nəfərin  döyüşdüyünü 

çox  asanlıqla  təyin  edə  bilərdilər.  Bunun  üçün  ispanlar  işıq 

əhatəsindən  tamamilə  uzaqlaşmalı  idilər.  Migel  döyüşə-



                                                     

 

  



                                                                            

                                                    

407 

döyüşə  öz  silahdaşlarına  bildirdi  ki,  mümkün  qədər  hamı 



mühasirəni  yarıb  dağlara  tərəf  çəkilsin.  Migel  istəyirdi  ki, 

beş  nəfərdən  heç  olmasa,  biri  bu  qanlı  döyüşdən  canını 

salamat qurtarsın. 

Ümumiyyətlə,  onların  hamısı  canlarını  sağ-salamat 

mühasirədən  qurtara  bilərdilər.  Lakin  təlimata  əsasən,  onlar 

hinduların  fikrini  özlərinə  cəlb  etməli  idilər  ki,  o  biri 

yoldaşları  istehkamdan  çıxa  bilsinlər.  Bu  Migelgilin  əsas 

tapşırığı idi. 

Mühasirəni  yarıb  çıxmaq  hələlik  ispanlara  qismət 

olmurdu.  Migel  dostlarından  təxminən  bir  qədər  aralı 

düşmüşdü.  Araukanlar  onunla  çox  ehtiyatla  döyüşürdülər. 

Dörd  hindunu  qanına  qəltan  edən  Migel  düşmənə  qarşı  hər 

dəqiqə  yeni  bir  fənd  işlədirdi.  O,  kənarda  Sebastyanla 

Vaskonun necə döyüşdüyünü gördü. Onlar Migelin köməyi-

nə  gəlmək  istəyirdilər.  Lakin  araukanlar  hərtərəfli  onların 

qarşısını  alırdılar.  Vəziyyət  olduqca  gərgin  xarakter  alırdı. 

Sanki hindular konkistadorları əsir almaq istəyirdilər. 

Paralel olaraq həm Migel, həm də ona köməyə can atanlar 

nərə  çəkib  araukanların  üzərinə  şığıdılar.  Bu  hücum  vaxtı 

daha üç hindu qılıncdan keçirildi. Bu döyüş başqa döyüşlərə 

nisbətən,  aborigenlər  tərəfindən  ehtiyatla  aparılırdı.  Ancaq 

onlar  bacardıqları  qədər  döyüşmürdülər.  Sanki  ispanlara 

qarşı bir hiylə işlətmək istəyirdilər. 



                                                     

 

  



                                                                            

                                                    

408 

Nəhayət onlar birləşdilər. Bu vaxt ərzində isə Osvaldo ilə 



Diyeqo  mühasirəni  yarıb  ümumiyyətlə,  buranı  tərk  etmək 

iqtidarında  idilər.  Onlar  mühasirəni  yarmaq  üçün  qızmış  şir 

kimi  döyüşürdülər.  İspanların  qarşısını  kəsməklə,  hindular 

heç  də  az  itki  vermirdilər.  Ölənlərdən  çox  yaralılar  ayaq 

altında  qalıb  böyük  maneəçilik  törədirdi.  Yaralıların 

əksəriyyəti aldıqları yaraların ağrısına dözə bilməyib bərkdən 

zarıldayıb-qışqırırdılar.  Kəndin  bu  hissəsi  belə  bir  döyüşlə 

cəhənnəm vadisini xatırladırdı. 

Konkistadorlar bu mühasirəni yarmaq üçün odlu silahdan 

istifadə  etməyi  qərara  aldılar.  Onların  ixtiyarında  cəmi  iki 

tapança  vardı.  Onlar  atəş  açan  kimi  nərə  çəkib  hücuma 

keçdilər.  Atəş  səsi  hinduları  cüzi  halda  sarsıtdı.  Bunun 

əvəzində  aborigenlər  konkistadorları  ox  ilə  qarşıladılar.  Ən 

çox Vasko oxlardan ziyan çəkdi. Oxun biri onun qarnına, o 

birisi isə sağ döşünün üstünə batdı. Ağrıdan o, daha hücuma 

keçə bilmədi. Lakin Sebastyan da oxla vurulmuşdu, ox onun 

düz sol çiyninin üstünə batmışdı. Yalnız Migelə heç bir şey 

olmamışdı. Ancaq o, dostlarının taleyinə biganə qala bilməz-

di, xüsusən də Sebastyanın. Migel ayaq saxlayıb yaralanan-

ların  köməyinə  getmək  istədi.  Ancaq  hinduların  kəskin 

surətdə iri miqyaslı hücumu buna maneəçilik törətdi. Vasko 

demək olar ki, yarımcan halda idi və ona belə bir vəziyyətdə 

kömək  etmək  müşkül  bir  məsələ  idi.  Migel  var  gücünü 



                                                     

 

  



                                                                            

                                                    

409 

toplayıb, dostuna - „Sebastyan möhkəm ol, biz bu cəhənnəm-



dən  çıxmalıyıq”  -  deyərək,  hinduların  üzərinə  şığıdı.  Vasko 

qılıncını  qaldırmağa  heç  imkan  tapmamış  araukanlar  onu 

haqladılar. Balta ilə onun peysəri yarıldı, həm boğazına, həm 

də  kürəyinə  nizə  sancıldı.  Öldürülən  Vaskonun  cəsədi 

hərəkətsiz halda yerdə qalanda da, aborigenlər bir-birilərinin 

ardınca  nizələri  ilə  ona  zərbə  endirirdilər.  Vaskonun  qan 

içində olan bədəni demək olar ki, deşik-deşik olmuşdu. 

Fürsətdən istifadə edən hindular Sebastyanı da həmin hala 

salmaq  üçün  onun  üzərinə  hücuma  keçdilər.  Sebastyan 

cəngavər  idi  və  düşmənə  elə-belə  təslim  olmaq  fikrində 

deyildi. O, qılıncını elə fırlatdı ki, qarşısına çıxan düşmənin 

başına  zərbə  endirəndə,  az  qala  onun  başı  bədənindən 

aralanacaqdı.  Elə  həmin  məqamda  cəld  arxaya  dönərək 

qılıncını  növbəti  qurbanın  boğazına  möhkəm  sancdı.  Migel 

isə qabaqda döyüşə-döyüşə uşaqlıq dostuna yol açırdı. Artıq 

o, yarı qaranlıq yerə çatmışdı. Hindular onları salamat əldən 

buraxmaq istəmirdilər. Konkistadorlar bir az da dözsəydilər, 

bəlkə də bu mühasirədən çıxmaq şansları olardı. Çünki alışan 

evlərdən  demək  olar  ki,  heç  bir  şey  qalmamışdı.  Bir  azdan 

tonqalların közərtisindən başqa bir şey nəzərə çarpmayaçaq. 

Lakin o vaxta qədər tab gətirmək lazım idi. 

Migel  artıq  hiss  etməyə  başlayırdı  ki,  bədəni  get-gedə 

zəifləyir. O, yorulmuşdu. Sebastyan yaralansa da, ətrafındakı 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə